Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. == Həyatı == Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. == Karyera == Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
Maf
Maf — Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Gəncə-Qazax düzənliyində yerləşir. Əsli Maafdır. Ərəbcə maaf sözünün hərfi mənası “kənar edilmiş, çıxarılmış, azad” deməkdir. Maaf bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mövcud olmuş kəndli kateqoriyası olmuşdur. Xanlıqlar dövründə ölkənin siyasi həyatında mühüm rol oynayan maaflar xanın hərbi dəstələrində xidmət etməli, xanlığın sərhəd rayonlarını basqınlardan qorumalı idilər. Bunun müqabilində onlar hər cür vergi və mükəlləfiyyətdən azad olurdular. Güman etmək olar ki, kənd vaxtilə maafların sərəncamında olduğu üçün belə adlandırılmışdır.
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qraf
Qraf (riyaziyyat)
RAM
Əməli yaddaş qurğusu (ing. Random Access Memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir.Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
Rap
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rauf
Rauf — kişi adı. Rauf Əliyev (futbolçu) — azərbaycanlı futbolçu Rauf Hacıyev — SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1960). Rauf Vəliyev — "Əməkdar mühəndis" Rauf Denktaş — Şimali Kipr Türk Respublikasının qurucusu və I prezidenti (1975–2005). Rauf Arifoğlu — Azərbaycan jurnalisti Rauf Abdullayev — dirijor, professor, Azərbaycanın xalq artisti (1982) Rauf Əhmədov — Azərbaycanlı müğənni Rauf Adıgözəlov — Azərbaycanlı skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi (1991) Rauf Əliyev (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı. Rauf Əliyev (bəstəkar) — bəstəkar Rauf Məmmədov (bəstəkar) — bəstəkar. Rauf Məmmədov (rejissor) — azərbaycan rejissoru, rəssam. Rauf Məmmədov (şahmatçı) — azərbaycan şahmatçısı. Rauf Məmmədov (tarixçi) — tarixçi, alim. Rauf Məmmədov (hüquqşünas) — hüquqşünas. Rauf Talışinski — Azərbaycan jurnalisti Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru.
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
Rif
Rif (nid. rif- qabırğa, til) - dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının , yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif - (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən baş­qa orqanizmlərin sualtı əhəngli qur­ğuları. Ancaq isti dənizlərdə yayıl­mışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Xaf
Xaf—Xorasanda qədim şəhər. == Tarixi == == Coğrafiyası == Qədimdə vilayət idi. Tarixçi Hafiz Əbruya görə şərqdən Baxərz, qərbdən Kuhistan, şimaldan Zavə və Nişapur, cənubdan səhradır ki, Kuhistan, Fərah və Sistan arasında yerləşir.
Əraf
7-ci surə
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. == Həyatı == 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Amrita Rao
Amrita Rao (ing. Amrita Rao; d. 7 iyun 1981) — hind aktrisası və modeli. == Həyatı == Əsl adı Amrita Dipak Raodur. 7 iyun 1981-ci ildə Chitrapurda anadan olmuşdur. Atasının adı Dipak Raodur. Sənətə model kimi gəlib. İlk filmə 2002-ci ildə çəkilib. Amrita Rao istedadlı aktrisadır. Həmçinin bir neçə il klassik hind musiqisi ilə də məşğul olub.
Ayşvariya Ray
Ayşvariya Ray (tulu dili.ಐಶ್ವರ್ಯ ರೈ; ing. Aishwarya Rai Bachchan; d. 1 noyabr 1973, Hindistan) — Hind aktrisası və model. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi. == Həyatı == Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Manqalurda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi.
Ayşvarya Rai
Ayşvariya Ray (tulu dili.ಐಶ್ವರ್ಯ ರೈ; ing. Aishwarya Rai Bachchan; d. 1 noyabr 1973, Hindistan) — Hind aktrisası və model. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi. == Həyatı == Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Manqalurda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi.
Blu-ray
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılışmışdır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. == İstinadlar == == Xarici keçidlər == Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Caf eli
Caf (kürdcə: جاف; həmçinin Jahf, Jaaf, Jaf, Caf) İran və İraqın sərhəd bölgələrində yaşayan, qəbilə kimi də tanınan ən böyük kürd tayfasıdır. Onların mərkəzi Süleymaniyyədən Sənəndəc arasındadır. Qəbilə çoxlu Nəqşibəndi və Qədiriyyə tərəfdarları ilə əsasən Şafii məktəbinə bağlıdır. 1114-cü ildə Zaher Beg Jaff tərəfindən yaranmışdır, digər mühüm liderlər Məhəmməd Paşa Jaff, Lady Adela, Osman Pasha Jaff və Mahmud Paşa Jaff idi, onların ata-baba yurdu Şervana qalasıdır. Osmanlı İmperiyası onlara 1700-cü illərdə nəcib bir rütbə olan Paşa adını verdi. Onlar təxminən 4 milyon əhalisi olan Yaxın Şərqin ən böyük kürd tayfasıdır və Babani Sorani dilində danışırlar. 1860-cı illərə qədər Ərdalan Knyazlığını idarə etdilər. == Coğrafi paylanma == Jaff tayfası aşağıdakı şəhər və qəsəbələrdə yaşayır: Helebce, Kelar, Silêmani, Ravansar, Sine, Ciwanrro, Selas-bawecani, Kirmaşan, Xaneqîn. == Tarix == Qərb I Dünya Müharibəsi zamanı, Ely Bannister Soane ilə əlaqə qurduğumuz zaman Jaff qəbiləsi ilə əlaqə başladı. Müharibədən sonra tayfa Şeyx Mahmud Bərzəncinə, bu gün Böyük Britaniyanın İraqda kürd muxtariyyəti təsdiq edilməsi qarşı çıxarıldı.
Cahid Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi.
Cahit Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi.
Ceffri Raş
Ceffri Roy Raş (ing. Geoffrey Roy Rush; 6 iyul 1951[…]) — avstraliyalı kino və teatr aktyoru. Bir "Oskar", iki "Qızıl Qlobus" və üç "BAFTA" daxil olmaqla müxtəlif mükafatlara layiq görülmüşdür. Onun çəkildiyi məşhur filmlərə "Shine", "Aşiq Şekspir", "Elizabeth", "Quills", "Frida", "Karib dənizinin quldurları", "Kralın nitqi", "Ən yaxşı təklif" və s. daxildir.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Dan yeri Orta əsr qəbirstanlığı — Yaşayış yerinin yаxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sinə daşları-sənduqələr dövrümüzədək qalmışdır. Düzbucaqlı forması sənduqənin yalnız bir üzü istisna edilməklə digər tərəfləri zəngin bəzədilmişdir. Cızma, döymə və oyma üsulu ilə zəngin nəbati təsvirlərlə bəzədilmiş sənduqənin üzərinə ərəb əlifbası ilə yazı həkk edilmişdir. Kitabə Quran ayələrindən və mərhumun adı, olum və ölüm tarixinə aid məlumatlardan ibarətdir.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.