Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kreyter gölü
Kreyter gölü — ABŞ-nin Oreqon ştatında yerləşən kaldera gölü. Kreyter Gölü Milli Parkının ana hissəsi olan göl tərtəmizvə şəffaf suyu ilə məşhurdur. Gölün ən dərin yeri 594 metrdir. Göl və kalderası 7.700 il əvvəl Mazama dağının vulkanik çökməsi nəticəsində yaranmışdır. Kreyter gölü ABŞ-nin ən dərin, dünyanın isə ən dərin 7-ci gölüdür. Gölə tökülən və ya göldən axan çay yoxdur. == Yeri == Kreyter gölü Klamat qraflığında yerləşir. Klamat şəlaləsinin 97 km şimal-qərbində, Medford şəhərinin 130 km şimal-şərqindədir. 1853-cü ilin iyun ayında Con Uesli Hillman gölü kəşf edən ilk amerikalı olmuş və gölü Tünd Göy göl adlandırmışdı. Gölün bundan sonra da dəyişdirilərək Mavi Göl, Macesti gölü olmuş, sonda Kreyter gölü adı verilmişdir.
Luiz Reyner
Luiz Reyner (ing. Luise Rainer; 12 yanvar 1910[…], Düsseldorf, Almaniya imperiyası – 30 dekabr 2014[…], London) — ABŞ və Almaniya aktyoru, Oskar mükafatı laureatı == Həyatı == Əslən avstriyalı Reyner 1936-cı ildə "The Great Ziegfeld" və bir il sonra "The Good Earth" filmindəki rollarına görə bir-birinin ardınca iki dəfə Oskar mükafatı aldıqdan sonra Hollivudun ən parlaq ulduzuna çevrilib. Lakin Reyner studio rəhbərliyi onun çəkilmək istədiyi filmlərdə iştirakına imkan vermədikdə gəlirli müqaviləni rədd edərək Hollivudu tərk edib. Reynerin aktrisa kimi karyerasının böyük hissəsini Avropada qurub, Britaniya filmlərində və Amerikanın bəzi filmləri və tele şoularında iştirak edib. Luiz Reyner 30 dekabr 2014-cü ildə 104 yaşında Londondakı evində vəfat edib. Aktrisa pnevmoniyadan əziyyət çəkirmiş.
Reyder kuboku
Reyder kuboku — Avropa və ABŞ-də iki ildə bir kişilər arasında keçirilən qolf turniridir. Kubok adını ingilis biznesmen Samuel Reyderdən götürüb.
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi. Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — Müğənni Yaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid.
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Greuter
Verner Qreuter (it. Werner Rodolfo Greuter; 27 fevral 1938, Genuya) – professor, İtaliya botaniki. == Həmçinin bax == 27 fevral 1938-ci ildə Genovada doğulub. == Mükafatları == OPTIMA Gold Medal, 1998. Distinguished Services Award, XVI International Botanical Congress, St Louis, Missouri Theophrastus Medal of Honour of the Hellenic Botanical Society, 2000 Honorary Professorship (Categoría Docente Especial de Profesor Invitado), Universidad de La Habana, 2004 == İstinadlar == == Xarici keçidlər == Prof.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi.
Kreyser
Kreyser (Hollandca: kruiser, "toqquşma") — böyük hərbi gəmilərin siniflərindən biridir. Destroyerlər kimi, kənardan dəstəyə ehtiyac duyurdular, amma müasir dövrdə bu fərq yox olmuşdur. Əvvəllər müstəqil əməliyyatlar üçün ən kiçik gəmi hesab olunurdular. Müasir müharibələrdə kreyserin köhnə funksiyası yox olmuş və yerini destroyerlərə buraxmışdır. Hərbi funksiyasına görə ən böyük gəmilər üçün Kreyser adından istifadə olunur. Deutschland sinifli kreyserlər, Alman Reyxsmarinası tərəfindən Versal müqaviləsinin məhdudiyyətlərinə uyğun olaraq hazırlanmış ağır zirehli bir kreyser forması ilə üç Panzerschiff'in seriyasıdır. Sinifin adı ilk tamamlanmış gəmidən, Deutschlanddan sonra təyin olunmuşdur. Seriyaya aid üç gəmi 1931–1934-cü illərdə istehsal edilmiş və İkinci dünya müharibəsi əsnasında Kriegsmarineyə xidmət etmişdir. İngiltərə öz gəmilərini, zirehli və kreyserlərdən daha kiçik olduqları üçün, güclü atəş gücünə malik olduqlarına və digər dövlətlərin ağır kreyserlərinə nisbətən daha çox silahla təchiz etdiklərinə görə zirehli döyüş gəmilərini "cib zirehlisi" adlandırmağa başladılar, baxmayaraq ki, xarakteristikası ağır kreyserə daha yaxın idi. Deutschland sinif gəmilərinə də bu dairənin içərisində "cib zirehlisi" deyilirdi.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Leylər
Belibağlılar (lat. Circinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qreyder
Qreyder və ya avtoqreyder — avtomobil yollarının, aerodrom örtüklərinin salınması, suvarma kanalları və s.-nin çəkilməsi və təmiri zamanı tökülmüş torpağa profil vermək, torpağın və yol inşaat materiallarının yerini dəyişdirmək, yaxud yaymaq üçün özügedən maşın. Əyrixətli profili olan və tam dönən gavahın əsas işlək orqanıdır. Qreyder həmçinin buldozer, yükləyici, qartəmizləyən və s. maşınların avadanlıqları ilə təchiz olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == 'Lembit Juksaar. Lugu Talleksist ja Talleksi erastamisest. — Tallinn, 2012. — том 1, стр.
Çester
Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir. Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur.
Peysər
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. == Etimologiyası == "Peysər" farsmənşəli sözdür, "پس سر‎" (hərf. başın arxası) sözlərindən gəlmişdir. == Təbiətdə == Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. == Mədəniyyətdə == Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur. Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Allen Center
Allen Center - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksidir. Kompleks One Allen Center, Two Allen Center və Three Allen Center binalarından ibarətdir. Kompleks 280,000 m² yeri tutur.
Avrora (kreyser)
Avrora (rus. Аврора) — Rusiya imperiyasının dəniz qüvvələrinə məxsus döyüş gəmisi. 1957-ci ildən etibarən Sankt-Peterburqda Neva çayı kənarında gəmi muzeyində saxlanılır.
Bala Bəylər
Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Beyker adası
Beyker adası – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda, ekvatordan bir qədər şimala, Honoluludan cənub – qərbə 3100 km məsafədə yerləşən qeyri-məskun adası. == Ədəbiyyat == Энциклопедия стран мира / Глав. ред. Н. А. Симония; редкол. В. Л. Макаров, А. Д. Некипелов, Е. М. Примаков; предисл. Н. А. Симонии; М.: ЗАО "Издательство «Экономика», 2004.
Beyker qaydaları
Beyker qaydaları — Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin kim olduğunu müəyyənləşdirən danışıqlar prosesi prinsipləri. Ermənistan və Azərbaycan Respublikası əsas tərəflər, Qarabağdakı erməni icması və Azərbaycan icması maraqlı tərəflər kimi müəyyən edilir. Beyker qaydaları Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün ATƏT-in vasitəçilik səyləri çərçivəsində ABŞ-nin baş danışıqçısı təyin olunan 61-ci ABŞ dövlət katibi III Ceyms Beykerin adını daşıyırdı. Danışıqlar zamanı münaqişə tərəflərinin necə təmsil olunacağına dair qaydalar Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən razılaşdırıldı. Yarandığı gündən bəri, Beyker qaydaları ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində əsas təməl olmuşdur.
Brendan Freyzer
Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru, "Oskar" mükafatı laureatı (2023). == Həyatı == Brendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir. 1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir.