Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kreyter gölü
Kreyter gölü — ABŞ-nin Oreqon ştatında yerləşən kaldera gölü. Kreyter Gölü Milli Parkının ana hissəsi olan göl tərtəmizvə şəffaf suyu ilə məşhurdur. Gölün ən dərin yeri 594 metrdir. Göl və kalderası 7.700 il əvvəl Mazama dağının vulkanik çökməsi nəticəsində yaranmışdır. Kreyter gölü ABŞ-nin ən dərin, dünyanın isə ən dərin 7-ci gölüdür. Gölə tökülən və ya göldən axan çay yoxdur. == Yeri == Kreyter gölü Klamat qraflığında yerləşir. Klamat şəlaləsinin 97 km şimal-qərbində, Medford şəhərinin 130 km şimal-şərqindədir. 1853-cü ilin iyun ayında Con Uesli Hillman gölü kəşf edən ilk amerikalı olmuş və gölü Tünd Göy göl adlandırmışdı. Gölün bundan sonra da dəyişdirilərək Mavi Göl, Macesti gölü olmuş, sonda Kreyter gölü adı verilmişdir.
Luiz Reyner
Luiz Reyner (ing. Luise Rainer; 12 yanvar 1910[…], Düsseldorf, Almaniya imperiyası – 30 dekabr 2014[…], London) — ABŞ və Almaniya aktyoru, Oskar mükafatı laureatı == Həyatı == Əslən avstriyalı Reyner 1936-cı ildə "The Great Ziegfeld" və bir il sonra "The Good Earth" filmindəki rollarına görə bir-birinin ardınca iki dəfə Oskar mükafatı aldıqdan sonra Hollivudun ən parlaq ulduzuna çevrilib. Lakin Reyner studio rəhbərliyi onun çəkilmək istədiyi filmlərdə iştirakına imkan vermədikdə gəlirli müqaviləni rədd edərək Hollivudu tərk edib. Reynerin aktrisa kimi karyerasının böyük hissəsini Avropada qurub, Britaniya filmlərində və Amerikanın bəzi filmləri və tele şoularında iştirak edib. Luiz Reyner 30 dekabr 2014-cü ildə 104 yaşında Londondakı evində vəfat edib. Aktrisa pnevmoniyadan əziyyət çəkirmiş.
Reyder kuboku
Reyder kuboku — Avropa və ABŞ-də iki ildə bir kişilər arasında keçirilən qolf turniridir. Kubok adını ingilis biznesmen Samuel Reyderdən götürüb.
Lüdviq von Reuter
Hans Hermann Ludwig von Reuter (9 fevral 1869 - 18 dekabr 1943) Birinci Dünya Müharibəsinin sonunda Şotlandiyanın şimalında Scapa yürüşündə iştirak edərkən Açıq Dəniz Donanmasına komandirlik edən alman admiralı idi. 21 iyun 1919-cu ildə o, Böyük Britaniyanın alman gəmilərini ələ keçirməsinin qarşısını almaq üçün Scapa Flow-da Alman donanmasının darmadağın edilməsini əmr etmişdi.
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi. Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — Müğənni Yaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid.
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (Talışca "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Greuter
Verner Qreuter (it. Werner Rodolfo Greuter; 27 fevral 1938, Genuya) – professor, İtaliya botaniki. == Həmçinin bax == 27 fevral 1938-ci ildə Genovada doğulub. == Mükafatları == OPTIMA Gold Medal, 1998. Distinguished Services Award, XVI International Botanical Congress, St Louis, Missouri Theophrastus Medal of Honour of the Hellenic Botanical Society, 2000 Honorary Professorship (Categoría Docente Especial de Profesor Invitado), Universidad de La Habana, 2004 == İstinadlar == == Xarici keçidlər == Prof.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti. Heydər Əliyev (İlham Əliyevin oğlu) — Hazırkı Azərbaycan Prezidenti İlham Əliyevin ən kiçik övladı və yeganə oğlu. Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi. Heydər Biqiçev — Tatar ASSR-nin xalq artisti (1980), RSFSR-nin əməkdar artisti (1986) Heydər İsayev — Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988–1991) Heydər xan — hökmdar Aşıq Heydər — Ağbaba Süvarı Alayının Baş Ozanı Heydər Abbasi — şair, yazıçı, tərcüməçi. Heydər Qədirov — iqtisad üzrə fəlsəfə doktoru.
Kreyser
Kreyser (Hollandca: kruiser, "toqquşma") — böyük hərbi gəmilərin siniflərindən biridir. Destroyerlər kimi, kənardan dəstəyə ehtiyac duyurdular, amma müasir dövrdə bu fərq yox olmuşdur. Əvvəllər müstəqil əməliyyatlar üçün ən kiçik gəmi hesab olunurdular. Müasir müharibələrdə kreyserin köhnə funksiyası yox olmuş və yerini destroyerlərə buraxmışdır. Hərbi funksiyasına görə ən böyük gəmilər üçün Kreyser adından istifadə olunur. Deutschland sinifli kreyserlər, Alman Reyxsmarinası tərəfindən Versal müqaviləsinin məhdudiyyətlərinə uyğun olaraq hazırlanmış ağır zirehli bir kreyser forması ilə üç Panzerschiff'in seriyasıdır. Sinifin adı ilk tamamlanmış gəmidən, Deutschlanddan sonra təyin olunmuşdur. Seriyaya aid üç gəmi 1931–1934-cü illərdə istehsal edilmiş və İkinci dünya müharibəsi əsnasında Kriegsmarineyə xidmət etmişdir. İngiltərə öz gəmilərini, zirehli və kreyserlərdən daha kiçik olduqları üçün, güclü atəş gücünə malik olduqlarına və digər dövlətlərin ağır kreyserlərinə nisbətən daha çox silahla təchiz etdiklərinə görə zirehli döyüş gəmilərini "cib zirehlisi" adlandırmağa başladılar, baxmayaraq ki, xarakteristikası ağır kreyserə daha yaxın idi. Deutschland sinif gəmilərinə də bu dairənin içərisində "cib zirehlisi" deyilirdi.
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Leylər
Belibağlılar (lat. Circinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qreyder
Qreyder və ya avtoqreyder — avtomobil yollarının, aerodrom örtüklərinin salınması, suvarma kanalları və s.-nin çəkilməsi və təmiri zamanı tökülmüş torpağa profil vermək, torpağın və yol inşaat materiallarının yerini dəyişdirmək, yaxud yaymaq üçün özügedən maşın. Əyrixətli profili olan və tam dönən gavahın əsas işlək orqanıdır. Qreyder həmçinin buldozer, yükləyici, qartəmizləyən və s. maşınların avadanlıqları ilə təchiz olunur. 'Lembit Juksaar. Lugu Talleksist ja Talleksi erastamisest. — Tallinn, 2012. — том 1, стр.
Çester
Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir. Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur.
Peysər
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. "Peysər" farsmənşəli sözdür, "پس سر‎" (hərf. başın arxası) sözlərindən gəlmişdir. Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur. Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.
Peycer
Peycer (ing. pager) — şəxsi mesaj qəbuledicisi. Mesajlar ona peyjinq şəbəkəsinin radio ötürücüsindən ötürülür. Peycerə mesaj və ya məktub göndərmək üçün adətən operatorun telefon nömrəsini yığmaq, abunəçinin nömrəsini və ya adını vermək və mesajı diktə etmək lazımdır.
Dəyyer şəhristanı
Dəyyer şəhristanı və ya Deyr şəhristanı — İranın Buşehr ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Bəndər Dəyyer şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,488 nəfər və 10,036 ailədən ibarət idi.
Elroy Çester
Elroy Çester (ing. Elroy Chester; 14 iyun 1969, Texas, Cefferson - 12 iyun 2013, Texas, Hantsvill) — amerikalı seriyalı qatil, 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan dustaq. == Cinayətlər == Elroy Çester 1998-cu ildə Texas ştatının Port-Artur şəhərində yanğınsöndürən Villi Raymana ölümcül şəkildə atəş açdığına görə məhkum olundu. O, Raymanın iki qohumuna təcavüz etdikdən sonra belə etdi. O, digər dörd cinayəti etiraf etdi və onun DNT-si on yaşlı bir qız da daxil olmaqla, üç təcavüzlə əlaqələndirildi. Həbs olunduqdan sonra o, Texas Cinayət Ədliyyə Departamentinin ağdərili əməkdaşı ilə bir mübahisə üstündə uzunsürən narazılıq səbəbindən beynində “ağdərili insanlara nifrət etdiyi” üçün bu cinayətləri törətdiyini bildirdi. Çester polis işçilərini, həbsxana gözətçilərini və hakimlərin ailələrini hədələdi və bir anda dedi “Əgər mən qaynımı vurmasaydım yenə də ağdərili insanları güllələyərək orada olardım.” Məhkəmə əsasında Çester əvvəlcə aprel aprel ayının 4-də edam edilməsi müəyyənləşsə də, edam fərmanında səhv olduğuna görə tarix geri çəkildi. == Edamı == İQ testlərində 70-dən az bal toplamasına, Texas Cinayət Ədliyyə Departamenti Əqli Qüsurlu Cinayətkarlar Proqramına daxil edilməsinə baxmayaraq, Texas məhkəmə sistemi Çesteri edam etmək üçün qanuni olaraq səlahiyyətli olduğuna qərar verdi. Çester faktları gizlətmək və öz mənafelərini qorumaq üçün yalan danışmaq, maska və əlcəklərdən istifadə etmək, evlərdə oğurluq etmək üçün evlərə girməzdən əvvəl xarici telefon xətlərini kəsmək bacarığına sahib olduğundan, inandırıcı şəkildə məqsədini qabaqcadan düşünməyi, planlaşdırmağı və kompleks həyata keçirməyi bacardığını göstərdi. Buna görə məhkəmə Çesterin əqli qüsurlu olduğu iddiasını dəstəkləmək üçün sübutları yetərsiz hesab etdi.
Europa-Center
Europa-Center — Berlinin Çarlottenburq-Vilmersdorf bölgəsində yerləşən ticarət mərkəzidir. 1963-1965-ci illərdə tikilmiş, bu gün tarixən qorunan bir binadır. Kompleksdən əlavə üzərində Mersedes emblemi olan bir göydələn yerləşir. Kurfürstendam və Kaiser Vilhelm yaxınlığındakı bu bina mühafizə altına alınmışdır. Qərbi Berlinin simvolu kimi görünən bu kompleks ticarət dükanları və kafeləri ilə çox sayda turisti özünə cəlb edir. İçində yerləşən su saatı və su hovuzu bir çox insanın diqqət mərkəzindədir. == Kompleksdən əvvəl == Bu gün Europa-Center-in yerləşdiyi ərazidə əvvəllər 1916-cı ildən bəri yazıçıların, rəssamların və teatr aktyorlarının görüşdüyü "Romanische" adlı kafe var idi. İkinci Dünya Müharibəsi illərində bir bombardman zamanı 21 noyabr 1943-cü ildə bina dağıntıya çevrildi. O zamandan sonra ərazidə çox vacib binalar tikilmədi. == Bina haqqında məlumat == 1961-ci ildə Berlin divarı tikilməsindən və şəhərin parçalanmasından sonra Qərbi Berlinin görünüşü dəyişməyə başladı.
Geyger sayğacı
Geiger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi, içinə düşən ionlaşan zərrəcikləri avtomatik saymağa imkan verən qazboşaldıcı cihazdır. Geiger-Müller sayğacı kimi də tanınan Geiger sayğaçı ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Geiger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Henri Dreyper
Henri Dreyper (7 mart 1837, Prins-Eduard[d], Virciniya – 20 noyabr 1882, Nyu-York, Nyu-York ştatı) — Amerikalı həkim və həvəskar astronom. O, bu gün astrofotoqrafiyanın qabaqcıllarından biri kimi tanınır. == Həyat və iş == Henri Draperin atası Con Uilyam Draper Nyu York Universitetində bacarıqlı həkim, kimyaçı, botanik və professor idi; o, həm də teleskopla ayı ilk dəfə çəkdi (1840).Draperin anası Braziliya İmperatorunun şəxsi həkiminin qızı Antonia Caetana de Paiva Pereira Gardner idi. Onun qardaşı qızı Antonia Maury də astronom idi. 1857-ci ildə 20 yaşında Nyu York Universitetinin Tibb Məktəbini bitirmişdir.O, əvvəlcə Bellevue Xəstəxanasında həkim, daha sonra Nyu York Universitetində (NYU) həm professor, həm də tibb dekanı kimi çalışıb. 31 may 1862-ci ildə köməkçi cərrah kimi qatılan qardaşı Con Kristoferlə birlikdə 12-ci Nyu York Piyada Alayının S şirkətinə cərrah kimi qatıldı.1862-ci il oktyabrın 8-nə qədər xidmət etdilər.1867-ci ildə o, astronomiya işində onunla əməkdaşlıq edən varlı sosialist Meri Anna Palmerlə evləndi. Draper astrofotoqrafiyanın istifadəsinin qabaqcıllarından biri idi. 1872-ci ildə o, udma xətlərini göstərən ulduz spektrini götürdü. Joseph Fraunhofer, Lewis Morris Rutherfurd və Angelo Secchi kimi digərləri bu ambisiyada ondan əvvəl idilər. Orijinal tədqiqat üçün daha çox vaxt vermək üçün 1873-cü ildə tibb şöbəsindəki kafedrasından istefa verdi.
Heydər Həkim
Heydər Həkim(XVI-XVII əsrlər) — == Həyatı == Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şeirlər də yazırdı.