Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Riza Fazıl
Riza Emir oğlu Fazıl (30 may 1929 – 26 noyabr 2016, Simferopol) — krım tatar yazıçısı və jurnalisti. Krım Tatar Yazıçılar Birliyinin sədri (2008—2016). Özbək SSR-nin əməkdar mədəniyyət işçisi (1973). Krım Muxtar Respublikasının Əməkdar İncəsənət İşçisi (2010). 1944-cü ildə Krımdan deportasiya edilən Krım tatarlarının bir hissəsi ilə birlikdə Kostroma vilayətinin Makarevski rayonuna köçürüldü. 1955-ci ildə Kostroma Sovet Ticarət Texnikumunu bitirmişdir. 1959-cu ildə Səmərqənd Sovet Ticarət İnstitutunun İqtisadiyyat şöbəsini bitirdi. Təhsilini bitirdikdən sonra bir müddət Qırğızıstanın Oş şəhərində müfəttiş və baş mühasib kimi işlədi. 1965-1980-ci illərdə Daşkənddə mərkəzləşən "Lenin bayrağı" adlı krım tatar qəzetinin tərcüməçi və şöbə müdiri vəzifələrində çalışmışdır. Krıma qayıtdıqdan sorna 1980-1994-cü illərdə "Yıldız" (Ulduz) jurnalının nəşriyyatında poeziya şöbəsinə rəhbərlik etmiş və məsul katibi olmuşdur.
İmam Riza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın(ə) doğulduğu il babası İmam Sadiqin(ə) şəhid olduğu ilə təsadüf edir. Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim (ə) İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə İmamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın(ə) həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam(ə) üçün bir oğul dünyaya gətirir.
Rıza Çalımbay
Rıza Çalımbay (d. 2 fevral 1963, Sivas) — Türkiyənin keçmiş milli futbolçusu və məşqçisidir. Beşiktaşın və Türkiyə milli futbol komandasının keçmiş kapitanı Çalımbay Atom Qarışqa ləqəbi ilə tanınırdı. O, karyerası ərzində yalnız "Beşiktaş"da (1980–1996) çıxış edib. Uzun müddət kapitanı olduğu "Beşiktaş" ın rəsmi matçlarında ən çox forma geyən futbolçudur. Futbola Beşiktaşın infrastrukturunda başlayıb. 1980/1981 mövsümündə A komandasının heyətinə yüksəldi. O, yarımmüdafiənin sağına təyin olunsa da, yarımmüdafiənin ortasında idi və sağ cinah müdafiəçi mövqeyinin alternativ adamı idi. Beşiktaş A Komandasında 16 mövsümdə 494 liqa matçına çıxıb və cəmi 41 qol vurub. bir.
Liza
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Piza
Piza (it. Pisa) — İtaliyanın Toskana əyalətində yerləşən şəhər. Pyatsa dei Mirakolidə məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bugünkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Riğza
Riğza (gürc. რიღზა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 840 m hündürlüktə, Suxumidən 100 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 399.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Viza
Viza (lat. visus — ziyarət) — Bir xarici ölkəyə daxil olmaq, orada yaşamaq, yaxud oradan getmək üçün xarici pasportda edilən xüsusi qeyd və ya rəsmi icazə. Alınma məqsədinə görə viza növləri aşağıda verilmişdir. Tranzit vizalar Qısa müddətli viza Uzun müddətli viza İmmiqrasiya vizası Rəsmi viza Transit Viza Tranzit vizası, bir ölkədən digərinə getmək üçün üçüncü ölkənin ərazisindən keçmək lazım gəldiyi hallarda alınan viza növüdür. Tranzit vizası viza sahibinə bu ölkənin ərazisindən keçməyə imkan verir. Tranzit vizası qısamüddətli vizadır. Qısamüddətli viza Qısamüddətli viza, viza müraciətinin edildiyi ölkəyə qısa müddətə səyahət etməyə imkan verən bir viza növüdür. Turist vizası, tibbi viza, ziyarət vizası, atletik və ya sənət vizası, qaçqın vizası, rəqəmsal köçəri vizası, xüsusi viza kimi vizalar qısamüddətli viza növünə daxildir. Qısamüddətli viza sahibləri səyahət etdikləri ölkədə maksimum 90 gün qala bilərlər. Uzun müddətli viza Uzunmüddətli viza bir ölkədə 90 gündən çox qalmağa imkan verən viza növüdür.
Roza
Roza — ad. Roza Zərgərli — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. Roza Cəlilova — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007). Roza Tağıyeva — Azərbaycan televiziya diktoru, Azərbaycan Respublikasının xalq artisti (1991). Roza Camali — şair, tərcüməçi və dramaturq. Roza Şanina — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi. Roza Eynula — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Roza Papova — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi. Roza Eyvazova — Azərbaycan filoloq alimi, filologiya elmləri doktoru, professor. Roza Otunbayeva — Roza Baqlanova — Roza Talxiqova — Çeçenistan şairəsi Roza Camanova — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959).
Giza
Giza piramidaları ― Qədim dünyanın yeddi möcüzəsindən qalmış tək abidə, Misirin Cizə platosunda yerləşən piramida kompleksi
Rizoa
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Abdullah Rıza Ergüven
Abdullah Rza Ərgüvən (türk. Abdullah Rıza Ergüven; 1925 – 16 avqust 2001, İsveç) — türk ozan, yazıçı, oçerkist, tənqidçi və düşüncə alimi. == Həyatı == 1952-ci ildə İstanbul Universitetinin Türkologiya şöbəsini bitirdikdən sonra bir dövlət qurumunda işləyərkən müxtəlif təzyiqlər nəticəsində işini tərk etdi. 1967-ci ildə İsveçə gedərək 1968 və 1971 illəri arasında isveç dilini öyrənmişdir. 1972 ilə 1977 illəri arasında tərcüməçilik etdikdən sonra, 1978-1990-ci illər arasında Stokholm Universitetində müəllim, türkoloq və araşdırmaçı olaraq çalışdı, 1990-ci ildə təqaüdə çıxdı. Müxtəlif nəşrlərdə şeir, tərcümə, təhlil, araşdırma, tənqid, dənəmə və düşüncə elmi məqalələri dərc etmişdir. "Qadağan olunmuş cümlələr" adlı romanında dini təhqir etdiyinə görə məhkum edildi. Abdullah Rza Ərgüvən İsveçdə olarkən iflic oldu , sonra 2001-ci ildə yaşayışını itirdi.
Məhəmməd Riza Bayramı
Məhəmməd Riza Bayramı (d. 1965, Ərdəbil) — yazıçı. Məhəmməd Riza Bayramı 1340 nəci ildə, Savalanın ətəyində yerləşən Latıran kəndində dünyaya göz açdı. o gənclik çağlarında Səməd Bəhrəngi nin yazılarına maraqlandı. Bayramı savalan öykülərindən "dağ məni səsləndi" ilə Almanianın qızılı ayı mükafatını və İsveçrə il kitabı ödülünü qazandı. Yuta Həmil Rayş , dağ məni səsləndi öyküsünü almancaya çevirib. bayramı son 25 ildə İranın ən yaxşı öykü yazanlarından biri dir. o indi İran öykü evi nin məsuludur. Yaşıl bağın ölüləri adlı ruman, Məhəmməd Riza Bayramının Azərbaycan tarixinə yazdığı önəmli əsərdir. bu roman, İranda çeşidli davranışlarla qarşılandı.
Məhəmməd Riza Golzar
Məhəmmədrza Gülzar (21 mart 1977, Tehran) — İranlı gitaraçı və kinoaktyor.Tehranda doğulmuş azərbaycanlı aktyordur.
Məhəmməd Rəşid Riza
Məhəmməd Rəşid Riza (ərəb. محمد رشيد رضا‎; 23 sentyabr 1865 və ya 18 oktyabr 1865 – 22 avqust 1935, Qahirə) — misirli dini və ictimai xadim. Əsli Liviyadan olmuş Riza 1898-ci ildə Misirə gəlib Qahirədə tanınmış "Əl-Mənar" (Mayak) jurnalında çalışmışdır. Rəşid Rıza, Cəmaləddin Əfqanini və Məhəmməd Əbdunun fikirlərini inkişaf etdirmiş, Qərb müstəmləkəçiliyinə qarşı çıxmış, Xilafətin bərpa olunmasının tərəfdarı kimi tanınmışdır. 1340/1922-ci ildə Riza "Xilafət və ya böyük imamət" yazınını yayımlamışdır. Orada o, Xilafətin prinsiplərini açıqlamış, xəlifənin seçilməsi ideyasını irəli sürmüşdür. Rizaya görə xəlifə ölkəsini qorumalı, ölkədə şəriət qanunlarının işləməsini təmin etməlidir. Xilafətin krallığa çevrilməməsi üçün xəlifə özəl bir qurum qarşısında sorumlu olmalıdır. Ölkə başçısı şəriət qanunlarını pozarsa, bu qurum onu vəzifəsindən çıxara bilər. 1342/1924-cü ildə Türkiyədə respublikaçılar Osmanlı xilafətinə son qoyduqdan sonra M. R. Riza Xilafətin dirçəldilməsi istəklərinin reallaşmayacağını anlamışdır.
Yusuf riza gilani
Yusuf Reza Gilani (9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.
RZA
Robert Fitzgerald Diggs, ya da daha çox tanınan səhnə adı ilə RZA (5 iyul 1969), Amerikalı Qremmi Mükafatına layiq görülmüş rekord prodüser, reper, yazıçı, aktyor, ssenarist və rejissordur.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Eiza Qonzalez
Eiza Qonzalez Reyna (isp. Eiza González Reyna; 30 yanvar 1990, Heroyka-Kaborka[d], Sonora) — Meksikalı aktrisa və müğənni. Meksika televiziya melodramı Lola, érase una vez-də Lola Valenti rolunu canlandıraraq ilk fəaliyyətini etmişdir. Bundan əlavə Klara Molinanın Nickelodeon gənc dramı Sueña conmigo-dakı bar rolu oynamışdır. Qonzalez, From Dusk till Dawn: The Series (2014–2016) adlı Amerika istehsalı qorxu serialında Santaniko Pandemonium rolu ilə daha da uğur əldə etmişdir. Aksiyon filmi Balaca Sürücü (2017), kiberpunk aksiyon filmi Alita: Döyüş Mələyində (2019) Nyssiana və Forsajın yan istehsalı olan Forsaj: Hobbs və Şau-da Madam M rolları ilə tanınır. == Həyatı == Mexiko, Meksikada anadan olan Qonzalez keçmiş model Qlenda Reyna və Karlos Qonzalezin tək qızıdır. Atası on iki yaşında olarkən motorskilet qəzasında ölmüşdür. Eiza atasının ölümünün karyerasına ciddi təsir etdiyi bildirmişdir. Yulen adındakı qardaşı Eizadan on iki yaş böyükdür.
Flo Rida
Flo Rida — Tramar Lacel Dillard (16 sentyabr 1979, Karol-Siti[d], Florida və ya Opa-lokka[d], Florida) — ABŞ sənətçisi. == Həyatı və karyerası == 17 sentyabr 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Opa-locka şəhərində anadan olmuşdur. İlk öncə "2 Live Crew" qrupunda fəaliyyətə başlamışdır.
Giza ehramları
Giza ehramları kompleksi (ərəb. جيزة يسروبوليس‎) — Misirdə, Qahirənin şəhəri ətrafında, Cizə platosunda yerləşir. Xeops (Xufu) ehramı qədim dünyanın yeddi möcüzəsindən tək qalmış abidədir. == Təsvir == Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops ehramı kimi məlumdur), Xefren ehramlarından və Menkaur ehramlarından ibarətdir, həmçinin çariçaların ehramları kimi məlum binalar, səkilər, vadinin ehramları. Böyük Sfinks kompleksin şərq tərəfində şərqə üzlə yerləşir. Çox alimlər hesab etməyə davam edirlər ki, Sfinks Xefren portret oxşarlığına malikdir. == Ehramların tikintisi == Lövhələr çəkiylə ən azı 2,5 tondurlar, hansılardan ki, ehramlar tikilmişdilər, yaxındakı karxanada daşdan kəsilirdilər və pandusların, blokların və linglərin köməyi ilə tikintinin yerinə çatdırılırdılar. Fikir mövcuddur, haşiyələrdə yazılan elmi cəmiyyət tanınmış ki, ehramın tikintisi vaxtı beton istifadə olunurdu, yəni lövhələr bilavasitə tikintinin yerində edilirdi. Ki, ehramların divarının sıxma-genişlənməsinin prosesi nəticəsində çatlamasınlar, ayrı bloklar inşaat məhlulunun incə qatlarıyla bölünürdü. Xarici divarların meyli düz 45° təşkil edir.
Giza piramidaları
Giza ehramları kompleksi (ərəb. جيزة يسروبوليس‎) — Misirdə, Qahirənin şəhəri ətrafında, Cizə platosunda yerləşir. Xeops (Xufu) ehramı qədim dünyanın yeddi möcüzəsindən tək qalmış abidədir. == Təsvir == Bu qədim misir nekropolu Xufu ehramından (Böyük ehram və Xeops ehramı kimi məlumdur), Xefren ehramlarından və Menkaur ehramlarından ibarətdir, həmçinin çariçaların ehramları kimi məlum binalar, səkilər, vadinin ehramları. Böyük Sfinks kompleksin şərq tərəfində şərqə üzlə yerləşir. Çox alimlər hesab etməyə davam edirlər ki, Sfinks Xefren portret oxşarlığına malikdir. == Ehramların tikintisi == Lövhələr çəkiylə ən azı 2,5 tondurlar, hansılardan ki, ehramlar tikilmişdilər, yaxındakı karxanada daşdan kəsilirdilər və pandusların, blokların və linglərin köməyi ilə tikintinin yerinə çatdırılırdılar. Fikir mövcuddur, haşiyələrdə yazılan elmi cəmiyyət tanınmış ki, ehramın tikintisi vaxtı beton istifadə olunurdu, yəni lövhələr bilavasitə tikintinin yerində edilirdi. Ki, ehramların divarının sıxma-genişlənməsinin prosesi nəticəsində çatlamasınlar, ayrı bloklar inşaat məhlulunun incə qatlarıyla bölünürdü. Xarici divarların meyli düz 45° təşkil edir.