Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Niko Rosberq
Niko Rosberq (27 iyun 1985, Visbaden) — Almaniyalı Formula 1 pilotu.2016-cı ilin dünya çempionu. == Bioqrafiya == Niko Rosberq 1985-ci il iyunun 27-də Qərbi Almaniyadakı Vizbaden şəhərində 1982-ci ilin Formula 1 üzrə dünya çempionu finlandiyalı Keke Rosberqlə onun alman həyat yoldaşı Sinanın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Monakoda keçirib və burada alman dilindən əlavə, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl öyrənib. Atası ona karyerası boyu daha çox lazım olacaq dillərə diqqət ayırması üçün qəsdən fin dilini öyrətmir. Həm Almaniya, həm də Finlandiya vətəndaşlığı olan Niko erkən karyerasının müxtəlif dövrlərində hər iki ölkənin bayrağı altında yarışır. Lakin FİA buna icazə vermir, Niko da Almaniyanı seçir. Niko 2014-cü il iyulun 11-də uşaqlıqdan tanıdığı Vivian Sibold ilə ailə qurub və 2015-ci il avqustun 30-da onların Alaya adlı qızları dünyaya gəlib. Niko Monakoda yaşayır və Monakonun knyazı II Alber ilə yaxşı münasibətləri var. O, bir müddət əvvəl Mercedes-in rəsmi səfiri olduğunu açıqlayıb. == Sürücülük karyerası == Niko altı yaşından kartinqə başlayır.2000-ci ildə isə Lyuis Həmilton ilə komanda yoldaşı olur.2002-ci ildə German Formula BMW seriyasına keçir və titul qazanır.
Fred Rocers
Frederik Makfili Rocers (ing. Fred Rogers; 20 mart 1928 – 27 fevral 2003, Pitsburq, Pensilvaniya) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Herman Rösler
Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 1834 – 2 dekabr 1894, Bolsano, Sisleytaniya) – Almaniya hüquqşünası və iqtisadçısı. Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur. == Həyatı == Herman Rösler 1834-cü ildə doğulmuşdur. Onun atası vəkil olmuşdur. Rösler Erlangen və Münhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır. Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır. 1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir. O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur. Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.
Karl Rocers
Karl Rocers (8 yanvar 1902 - 4 fevral 1987) — Humanist psixologiya məktəbinə mənsub olan amerika psixoloqu. == Həyatı == Onun didaktik konsepsiyasının əsasını insana və onun şəxsiyyətinə inam təşkil edir. Onun zəngin pedaqoji-psixoloji irsi vardır. 16 kitabı, 200-dən artıq məqaləsi dünyanın 60 ölkəsində ayrı-ayrı dillərdə nəşr olunmuşdur. O, dünyada xüsusi təlim konsepsiyası yaradan azsaylı psixoloqlardan biri kimi tanınır. Vətəndaş müharibəsindən (1861-1865-ci illər) əvvəl onun babası Aleksandr Homilton Rocers İngiltərədən Nyu-York ştatına, oradan da Viskonsin ştatının Vayvatoşa şəhərinə köçmüşdür. Onun şərəfinə adlandırılan Rocersavenyu küçəsində vaxtı ilə yaşadığı ev tarixi abidə kimi qorunur. Həmin evdə Aleksandr Homilton Rocersin beş oğlan övladı dünyaya gəlmişdir. Onlardan da biri Karl Rocersin atası Volter Aleksandr Rocersdir. Anasının ailəsi də köklü tarixə malikdir.
Kenni Rocers
Kenneth Ray "Kenny" Rocers (21 avqust 1938[…], Hyuston, Texas, ABŞ – 20 mart 2020[…], Sendi-Sprinqs, Corciya, ABŞ) — ABŞ pop müğənnisi, musiqi yazıçısı və aktyor. == Həyatı == == Fəaliyyəti == 1958-ci ildən bəri musiqi işlərinə davam edir. 1977-ci ildən bəri başda "Qremmi" olmaq üzrə bir çox dəfə musiqi mükafatlarına layiq görülmüşdür. "Grammy" xaricində əldə etdiyi musiqi mükafatlarına nümunə olaraq "Academy of Country Music", "Country Music Association", "American Music" və "Cmt Music" mükafatları göstərilə bilər. Kenny Rogers günümüzə qədər cəmi 65 albom çıxartmışdır və albomları bu günə qədər 100 milyondan çox satmışdır, bütün zamanların albomları ən çox satan sənətçiləri sıralamasında səkkizinci sırada gəlir.
Rik Rosner
Rik Rosner (8 may 1941, ABŞ) — televiziya prodüseri Rikin xidməti kitabçasında striptiz rəqqası, diyircəkli konkilər üzərinə ofisiant, rəssamlar üçün naturaçı kimi qeyri-adi vəzifələrin adları var.
Robbi Rocers
Robert Hempton "Robbi" Rocers (ing. Robbie Rogers; doğum 12 may, 1987) - MLS-də çıxış edən "Los Anceles Qelaksi" komandasında oynayan ABŞ peşəkar futbolçusu. O, komandada yarımmüdafiəçi vəzifəsini yerinə yetirir. Rocers həm də ABŞ milli futbol komandasında çıxış edir. 2013-cü ilin fevralında kaminq aut edən Rocers 1990-cı ildə kamminq aut etmiş Castin Faşanudan sonra ikinci açıq gey Britaniya futbolçusu olmuşdur. 2013–cü ilin mayında Qelaksinin tərkibində ilk futbol oyununa çıxdıqdan sonra Rocers bütün Şimali Amerika peşəkar idman liqalarında çıxış edən komandalarda ilk açıq gey futbolçu kimi tarixə düşmüşdür. Bir il Merilend Universitetinin kollec komandasında oynadıqdan sonra, o, Eredivisie liqasında oynayan "Herenven" komandasının diqqətini cəlb edir. 2006-cı ilin avqustunda o, "Herenven"lə müqavilə imzalasa da, klubun tərkibində çıxış etməmiş müqavilə pozulur. 2007-ci ilin fevralında qarşılıqlı razılıq əsasında klubdan ayrılan Rocers ABŞ-yə qayıdır və "Kolambus Kryu" komandası ilə müqavilə bağlayır. Rocersin "Kolambus Kryu" komandasında dörd illik çıxışı uğurlu olur, həmin dövrdə komanda 2008-ci il MLS kubokunu qazanır, 2008 və 2009-cu illərdə isə “Supporters' Shield” mükafatını əldə edir.
Rocers Makvo
Rocers Makvo (ing. Rogers McVaugh, 1909, ABŞ — 2009, ABŞ) — amerika botaniki, təsnifatçı, Beynəlxalq Bitki Taksonomiya Assosiasiyasının keçmiş prezidenti. == Fəaliyyətləri == 1935—1938: Instructor then Asst. Professor, Botany, University of Georgia, Athens 1938—1946: Associate Botanist, Division of plant exploration & introduction, U.S. Department of Agriculture 1946—1951: Associate Professor, Botany, University of Michigan, Ann Arbor 1951—1974: Professor, Botany, University of Michigan, Ann Arbor 1955—1956: Program Director for Systematic Biology, National Science Foundation, 1974—1979: Harley Harris Bartlett Professor of Botany, University of Michigan, Ann Arbor 1946—1979: Curator of Vascular Plants, University of Michigan Herbarium, Ann Arbor 1972—1975: Director, University of Michigan Herbarium, Ann Arbor 1979—2009: Professor Emeritus, Botany, University of Michigan, Ann Arbor 1980—2009: Research Professor of Botany, University of North Carolina at Chapel Hill 1981—2009: Adjunct Research Scientist, Hunt Institute, Carnegie Mellon University == Mükafatlar və adlar == International Association of Plant Taxonomy: Вице-президент в 1969-1972 годах, Президент в 1972-1975 годах Festschrift in Taxon, 1979 Botanical Society of America-Merit Award, 1977 Sociedad Botánica de Mexico- Gold Medal 1978 New York Botanical Garden- Henry Allan Gleason award 1984, for Flora Novo-Galiciana vol. 14 (1983) American Society of Plant Taxonomists—First Annual Asa Gray award, 1984 University of Guadalajara, Mexico — First Luz María Villarreal de Puga Medal, 1993 International Botanical Congress, St. Louis, USA — Millennium Medal, 1999 (one of eight worldwide) Smithsonian Institution, Washington, D.C. — First Cuatrecasas Medal for Excellence in Tropical Botany, 2001 Botanical Society of America — Centennial Award, 2006 == Əsəsrləri == A revision of «Laurentia» and allied genera in North America. Bull. Torrey Bot. Club 67: 778—798. 3 dic 1940.
Rocers buxtası
Rocers buxtası — Çukot dənizində Vrangel adası sahilində yerləşən dayaz buxta. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisinə daxildir. Buxtanın sahilinə yaxın hidrometeoloji stansiyası və Uşakovskoye qəsəbəsi yerləşir. Buxta kapitan Berrinin əmri ilə öz gəmisinin şərəfinə adlandırılmışdır. Bu gəmidə adanın sahilinə 1881-ci ilin 25 avqustda lövbər salmışdır. == Təbiəti == Buxta Vrangel adasının cənub-şərqində yerləşir. Buxtanın şərqində Proletarskiy burnu yerləşir. Sahilləri qayalıqdır. Uzunluğu 8 km, maksimal dərinliyi 2,7 metr təşkil edir. Buxtanın sahillərində ilin 80—88 günü duman nüşahudə edilir.
Stiv Rocers
Kapitan Amerika (ing. Captain America) — Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajı. Ən tanınmış Marvel Comics personajlarından biridir. Ən məşhur ifadəsi Qisasçılar komandasına səslənərkən istifadə etdiyi "Qisasçılar, birləşin!" (ing. Avengers, assemble!) ifadəsidir. == Nəşri == 1940-cı ildə yazıçı Co Simon yeni super qəhrəman yaratmaq qərarına gəlmişdi və qəhrəmanın geyimi ilə birlikdə ilk eskizini çəkmişdir. Avtobioqrafiyasında yazırdı: Timely Comicsin (o dövrdə Marvel Comics belə adlanırdı) nəşriyyatçısı Martin Qudman Co Simona "Kapitan Amerika" adlı komiks nəşr etməyə və komiksin baş redaktoru olmağa icazə vermişdir. Cek Kyorbi komiksin nəşrində də Con Simona kömək edirdi. "Kapitan Amerika" komiksinin ilk sayı 1941-ci ilin martında nəşr olunmuşdur. İlk saydaca Kapitanın Adolf Hitleri necə kötəkləməsi təsvir olunmuşdur və 1 milyon nüsxəsi satılmışdır.
Şegi Rocers
Norvil "Şeggi" Roqers Amerika animasiya şirkəti Hanna-Barbera tərəfindən yaradılmış uydurma personajdır və Skubi-Du franşizasındakı dörd insan qəhrəmanından biridir. O, Scooby-Do-nun ən yaxşı dostudur və onun kimi acgöz və qorxaqdır. Şeggi sirləri həll etməkdən daha çox yeməklə maraqlanır.
Vuds Rocers
Vuds Rocers (ing. Woodes Rogers; 1679[…], Bristol – 15 iyul 1732, Nassau) — ingilis kapitanı, kaperi, sonra isə Baham adalarında Britaniya imperiyasının ilk kral qubernatoru. O, Aleksandr Selkirki xilas edən gəminin kapitanı kimi tanınır. Onun taleyinin Daniel Defonun "Robinzon Kruzo" romanına ilham verdiyinə inanılır. Rocers iki dəfə Baham adalarının qubernatoru təyin edilmişdir. O, burada İspaniyanın hücumu təhlükəsinin qarşısını almağa və koloniyanı quldurlardan təmizləməyə nail olmuşdur. Rocers bu məqsədlə İngiltərə kralına sədaqətlə xidmət etməyə hazır olan kapitanları işə götürmüş, tez-tez bu işə Bencamin Horniqold kimi keçmiş quldurları cəlb etmişdir. Onun qubernator kimi ilk müddəti maddi cəhətdən bərbad olmuşdur. İngiltərəyə qayıtdıqdan sonra borcuna görə həbs edilmişdir. Rocers qubernator kimi ikinci müddətində təxminən 62 yaşında Nassauda vəfat etmişdir.
Corc Rocer
Corc Rocer (19 Mart 1908 - 24 İyul 1995) — Afrikadakı işləri və İkinci Dünya Müharibəsinin sonundakı Bergen-Belsen düşərgəsindəki kütləvi ölüm hadisələrinin fotoşəkillərini çəkməsi ilə məşhur olan ingilis fotojurnalist idi. == Həyatı və Kariyerası == Hale, Cheshire adlı ərazidə anadan olan Corc, əslən alman və şotlandiya mənşəlidir. O, məktəbi bitirdikdən sonra Britaniya tacir donanmasına qoşulur və beləcə dünyanı gəzir. Bu illər ərzində, Rocer səyahətlərinin hesabatını aparır və onları sənədləşdirmək üçün öz-özünə fotoqrafiyanı öyrənir. Lakin səyahət haqqında yazılarını çap etdirə bilməyən Rocer, Böyük Depressiya dövründə iş tapa bilmir və 1936-cı ildə Britaniyaya qayıdır. Londonda o, BBC-nin "Listener" adlı jurnalında fotoqraf olaraq iş tapır. 1938-ci ildə "Black Star Agency" adlı yerdə qısamüddətli bir işə də olur. İkinci Dünya müharibəsi başladıqdan sonra Rocer müharibəni fotolar çəkərək sənədləşdirmək istəyir. Alman düşərgəsi olan The Blitz ərazisində çəkdiyi fotolar ona Amerikanın "Life" jurnalında müharibə fotoqrafı işi qazandırır. Rocer Qərbi Afrikadakı müharibəni geniş şəkildə əhatə etdi və müharibənin sonuna qədər müttəfiqlərin Fransa, Belçika və Hollandiyadan azad edilməsi prosesini yaxından izlədi.
III Rocer
III Rocer — Apuliyanın beşinci hersoqu. II Rocerin oğlu idi. Atası ilə birgə üsyançılara və Papalıq ordusuna qarşı döyüşmüşdü. 1139-cu ildə Neapol şəhərini ələ keçirərək qardaşı Alfonsonu taxta çıxartmışdı. Heç vaxt evlənməsə də, qeyri-qanuni 2 oğlu var idi. 1148-cu ildə, 30 yaşında bilinməyən bir səbəbdən qəflətən vəfat etdi. Yerinə daha sonra kral olacaq olan qardaşı III Vilyam keçdi.
II Rocer
II Rocer (22 dekabr 1095 – 26 fevral 1154, Palermo) — Siciliyanın ilk kralı. 1105-ci ildə Siciliya qraflığının III qrafı olmuşdu. 1127-ci ildə isə Apuliya hersoqu olmuşdu. 1130-cu ildə Siciliya krallığının ilk hökmdarı elan edilmişdi. 9 yaşında taxta çıxmışdı. == Gəncliyi == I Rocer və Adelheyd del Vastonun kiçik oğlu idi. 9 yaşında taxta çıxmışdı və anasının qəyyumluğu altında hakimiyyətdə idi. 1110-cu ilin yayında, 14 yaşında ikən Norveç kralı I Siqurd onu ziyarət etmişdi. 1112-ci ildən bəri tək hakimiyyətə başlamışdı. 1127-ci ildə Apuliya hersoqu II Vilyamın ölümündən sonra onun torpaqlarını ələ keçirdi.
I Rocer
I Rocer (1031 – 22 iyun 1101 və ya 29 iyun 1101) — Siciliyanın ilk qrafı. Tankred Hoytvillin oğlu idi. Normanların nəslindən gələn Rocer 1055-ci ildə İtaliyaya gəlmişdi. Qardaşları ilə birlikdə uzun illər Siciliya əmirliyinə qarşı müharibə aparmışdı. 1071-ci ildə Palermonun ərəblərdən alınmasından sonra Siciliya qrafı elan edilmişdi. 1091-ci ildə Malta adasını almışdı. == Ailəsi == 1061-ci ildə Normandiya hersoqu I Vilyamın böyük nəvəsi Juditlə evlənmişdi. Ondan ancaq qızları olmuşdu (Matilda, Adelisa və Emma). 1077-ci ildə Eremburqa adlı başqa bir norman qadınla evlənmişdi. Ondan olan övladları: Mauger — Troyana qrafı Matilda Muriel Konstansiya — II Konradla evlənmişdi.
Rocer Bekon
Rocer Bekon (ing. Roger Bacon; təq. 1220 – təq. 1292 və ya 1294, Oksford) — ingilis filosofu və təbiətşünası. Sxolastik metodlarla elmin insanlara fayda verməli olduğunu irəli sürdü. Bekon Aristotelin baxışlarına istinad edərək göstərirdi ki, duyğular mühüm psixi proseslərin daha vacibi olmaqla, biliklərin yaranmasına material verir.
Rocer Federer
Roje Federer (8 avqust, 1981, İsveçrə, Bazel) – isveçrəli tennisçi. == Karyerası == İlk olaraq 1998-ci ildə peşəkar turnirində iştirak etmişdir. Gələcəyin 1 nömrəli tennisçisi ilk turnirində 1/16 finalda Lukas Arnold Kerə məğlub olmuşdur. İlk finalını 2000-ci ildə Marsel Açıq turnirində Marc Rossetə qarşı oynamışdır və bu final oyununda 3 setdə məğlub olmuşdur. === 2001-ci il === 2001-ci ildə Milan İndoor turnirində ilk çempionluğunu əldə etmişdir. Həmin il o, 2 Böyük Dəbilqə serialı tennis turnirlərində - Roland Garros və Uimbldonda - 1/4 finala çıxmağa nail olmuşdur. === 2002-ci il === 2002-ci ildə Hamburq Master Series turnirində finalda Marat Safini udaraq çempionluğu əldə etmişdir. Bu çempionluq Rogerin 2002-ci ildə əldə etdiyi ən böyük nəaliyyəti olmuşdur. === 2003-cü il === 2003-cü il Rogerin ilk Böyük Dəbilqə serialı turnirində çempion olmağı ilə yadda qaldı. O, Uimbldon finalında Mark Filippoussisi məğluq etmişdir.
Rocer Fenton
Rocer Fenton ( 28 mart 1819 – 8 avqust 1869[…], London) — bilinən ilk rəsmi müharibə fotoqrafı.
Rocer Mayerson
Rocer Mayerson (ing. Roger Bruce Myerson; d. 29 mart 1951) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid Qurvits və Erik Meskin ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır. == Həyatı == Rocer Mayerson 29 mart 1951-ci ildə yəhudi bir ailənin övladı olaraq anadan olmuşdur. Harvard Universitetində magistr və doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dissertasiyasının mövzusu Kooperativ oyunlar nəzəriyyəsi (ing. A Theory of Cooperative Games) idi. Rocer Mayerson 1976-2001-ci illərdə Şimal-Qərb Universiteti Kelloq Menecment məktəbinin iqtisadiyyat bölməsində müəllim heyətinin tərkibinə daxil idi.
Rocer Mur
Ser Rocer Corc Mur (ing. Sir Roger George Moore; 14 oktyabr 1927[…], Stokuell, London qraflığı[d] – 23 may 2017[…]) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır. == Həyatı == === Gənclik illəri === Rocer Mur 14 oktyabr 1927-ci ildə London yaxınlığındakı Stokuelldə (Stocwell) anadan olub. Atası Corc Mur polis, anası Lilian Mur evdar qadın olub. Rocer 18 yaşında ikən milli orduya gedib və kapitan rütbəsinə qədər qalxıb. Hərbi xidmətini başa vurduqdan sonra Dramatik İncəsənət Kral Akademiyasında (ing. Royal Academy of Dramatic Art (RADA)) oxuyub. === Ceyms Bond obrazı === Rocer Mur daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınmışdır. Aktyor "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973), "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974), "Məni sevən casus" ("The Spy Who Loved Me, 1977), "Ay yarışçısı" (Moonraker, 1979), "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981), "Səkkizayaqlı ilbiz" (Octopussy,1983) və "Öldürməyə baxış" (A View to a Kill,1985) filmlərində 007 nömrəli agent rolunu oynayıb.
Rocer Seyvori
Rocer Mervin Seyvori (ing. Roger Mervyn Savory 27 yanvar 1925, Piterboro[d], Kembricşir qraflığı[d] – 17 fevral 2022) — iranşünas və Səfəvilər dövrü üzrə mütəxəssis. == Həyatı == Rocer Seyvori Londonda Vladimir Minorskinin yanında oxumuşdu. İngilis dilinə tərcümə edilmiş şərq mənbələri sırasına ("Tarixi Aləm-arayi Abbasi" və "Təzkirat-əl-Mülük"ü də aid etmək İsgəndər bəy Münşinin "Tarixi Aləm-arayi Abbasi" əsərini fars dilindən ingiliscəyə Rocer Seyvori tərcümə etmişdir. O, iki cildlik bu tərcüməni 1979-cu ildə işıq üzü görmüş "İran irsi" seriyasında nəşr etdirmişdir. Özünün dediyi kimi. R. Seyvori, fars dilini bilməyən tədqiqatçılara Səfəvi dövrü tarixşünaslığının ən əhəmiyyətli mənbələrindən biri olan adı çəkilən əsərlə tanış olmaq imkanı vermək istəyi ilə bu tərcüməni etmişdir. Səfəvi dövlətinin tarixinə dair ən məşhur əsərlər sırasında Toronta Universitetinin professoru Rocer Seyvorinin "İran Səfəvilərin hakimiyyəti altında" əsəri və "Səfəvi İranının tarixinə dair hekayələr" adlanan məqalələr toplusu xüsusi yer tutur. Bu əsərlərdə müəllif müxtəlif mənbələr — Qərbi Avropa və Amerika tarixşünaslığında toplanmış faktiki materiallardan və şərq mənbələrindən istifadə edərək Səfəvi dövlətinin yaranışı, dövlət quruluşu, hüquqi və inzibati idarəçiliyi, xarici siyasət məsələlərini, xüsusilə Qərblə əlaqələrini geniş işıqlandırmış, sülalənin mövcudiyyatının müxtəlif mərhələlərində sosial, iqtisadi, siyasi tarixini, intellektual həyatını araşdırmışdır. Müəllifın Səfəvi dövlətinin tənəzzül və süqutu ilə bağlı fikir və mülahizələri Azərbaycan tarixi üçün xüsusilə önəmlidir, lakin R. Seyvorinin Səfəvilərin türk mənşəli olmasını şübhə altına alması, əlbəttə ki, qeyri-məqbuldur.
Rocer Teylor
Rocer Teylor (26 iyul 1949) — Məşhur Rok qrupu Queen in üzvü İngiltərədə dünyaya gəlmişdir. Qrupun albomlarında ən əvvəldən bəri iştirak etmişdir və bəstələrin bir çoxunu özü səsləndirmişdir. Musiqi həyatına 8 yaşında başlamışdır. Musiqini çox sevsə də, peşəkar həyatına diş həkimi olaraq davam etmək istəmiş və 1967-ci ildə Londona köçərək ''London Hospital Medical School" da oxumağa başlamışdır. Lakin qısa vaxt ərzində buradan ayrılmış və "London Polytechnic" məktəbində biologiya öyrənməyə başlamışdır. 1968-ci ildə Brayan Mey və Tim Stafel ilə birlikdə Smile qrupunu qurmuş, lakin Stafelin qrupdan ayrılmasından sonra Freddi Merkyuri və Con Dikonla birlikdə Queen qrupunu qurmuşdur.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir. Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.