Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şabu-şabu
Şabu-şabu (yap. しゃぶしゃぶ şabu-şabu) - hoqonun yapon növü. Yemək sukuyakiyə çox oxşayır. Hər ikisinə ət və tərəvəz gedir. Bununla yanaşı onlara makaniya sousu əlavə edilir. Şabu-şabu ət dadın verir ancaq sukiyaki kimi şirin deyil. Bu yemək qış yeməyidir, ancaq demək olar bütün il boyu bişirilir. == Tarixi == Şabu-şabu ilk dəfə XX əsrdə Yaponiyada "Suehiro" restoranında bişirilməyə başlanılıb. Belə bir fərziyyə var ki bu yemək Çinlilərin "şuan yang rou" yeməyinə oxşar bişirilib. Bu yeməyin Çin növü həmin yeməyə çox bənzəyir.
Saru Brayli
Saru Brayli — Saroo 5 yaşında öz ailəsindən ayri düşmüş avstraliyali biznesmendir. O, avstraliyalı cütlük tərəfindən övladlığa götürülmüş və yalnız 25 ildən sonra öz bioloji anasını tapa bilmişdir. Onun həyat hekayəsi bir çox media orqanlarının xüsusilə Hindistan ve Avstraliya metbu orqanlarının diqqetini cəlb etmişdir. Onun şəxsi həyatından bəhs edən avtobioqrafik kitabı “A long way home” – Avstraliyada 2013, beynəlxalq səviyyədə isə 2014–cü ildə nəşr edilmişdir. 2016-cı ildə Nikol Kidmanın övladlığa götürdüyü anası Suu Brayli rolunu canlandırdığı “Lion” filmi bu kitabin əsasında səhnələşdirilmişdir. == Həyatı == Saru Brayli Madhya Pradeş şəhərinə qonşu olan Ganeş-Talai qəsəbəsində anadan olmuşdur. O, uşaq olarkən atası tərəfindən tərk edilən ailəsini anası böyük kasıbçılıq içərisində böyütmüşdür. İnşaatda çalışan anası ailəsini dolandırmaq üçün kifayət qədər qazana bilmir və həmçinin onları məktəbə göndərə bilmirdi. 5 yaşlı Saru ve qardaşları Quddu ve Khalu qatar stansiyalarında yemək və pul üçün dilənirdi. Qardaşı Quddu bəzən qatar vaqonlarını təmizləməklə də məşğul olurdu.
Sara
Sara (film, 1992)
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir . Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. == İqtisadiyyatı == Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar.
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Sağu
Yuğ və ya Sağu — yas mərasimi ilə bağlı arxaik nəğmələrdir. Bu mətnlər ortaq türk folklor arealında geniş yayılmış “yuğ”, “ağı”, “sağu”, “yedi”, “edi” adları ilə tanınmışdır. Bu mərasim insanların vəfatı zamanı ya evdə, ya da basdırılan zamanı düzəldilir. Əsas hissə yasın qurulduğu yerdə icra edilir. Oxunan mahnılar ağı adlanır. Qədim türklərdə yuğçu ozanlar - ağıçılar qopuzda çalaraq ölən haqqında mahnılar deyərlərmiş. Həmin mərasimdə ölən adam təriflənər, onun yaxşı cəhətləri, xeyirxahlıqları mövzu olarmış. Yuğ həm də qədim türklərin musiqi, mahnı, rəqs, ağı parçaları ilə müşayiət olunan ölübasdırma mərasimi olub. Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Şarl
Şarl (fr. Charles Fransızca tələffüz: [ʃaʁl]) — fransız kişi adı.
Saru-kurqan sancağı
Saru-kurqan sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Saru-kurqan idi. 1593-cü ildə Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bilyard şarı
Bilyard şarı - Bilyard oyununda istifadə olunan iri toplar.Oyunda çəhrayı,qara,qırmızı,qəhvəyi,yaşıl,sarı şarlar olur.Qara şar 7 bal,qəhvəyi,sarı və yaşıl şarlar 3 bal ,çəhrayı şarlar 5 bal ,Qızmızı şarlar 1 bal qazandırır.Bu şarlar (Qəhvəyi,çəhrayı,sarı,yaşıl və qara)sadəcə oyunda xal qazanmaqçündür.Onları səbətə atanda top yenidən stola qoyulur və oyunçunun xalı artır.(çoxballı şarı iki səfə təkrar səbətə atmaq olmaz.)Rəngli şarların hərəsindən bir dənə,Qızmızı şarlar isə 5 dənə olur.Qızmızı şarlar bitəndə digər şarlar səbətə düşsə belə qalır.Ən sonda (şarlar bitəndə) balı çox olan qazanır. == Tarixçə == === Yeni materialdan istifadə === XIX əsrdə Avropada və ABŞ-də bilyard oyunu çox populyar olmuşdur. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi. Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternatıv bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün çox nəhəng bir məbləğ idi. Fil sümüyünə alternativ olan bir material dedikdə, bu material bilyard şarlarının bütün əlamət və keyfiyyətlərini özündə əks etdirməli idi. Belə ki, həmin material bərk və ağır, nəmə və zərbələrə qarşı davamlı, sığallı və bir az da elastik olmalı idi. 10 min dollarlıq mükafatı amerikalı ixtiraçı D. Hayett almışdır. O, 1869-cu ildə ilk dəfə olaraq çox ucuz bilyard şarları hazırlamışdır.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Caru (Həftkel)
Caru (fars. جارو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 53 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 97 nəfərdir.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Hava şarı
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. == Tarixi == Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.
Jak Şarl
Jak Şarl (fr. Jacques Charles; 12 noyabr 1746[…], Bojansi[d] – 7 aprel 1823, Paris, Fransa) — Fransız alim, ixtiraçı və riyaziyyatçı. Jak Şarl 1746-cı ildə Beogensi şəhərində anadan olmuşdur. O, hava şarı ilə ilk uçuşunu 1783-cü ilin 27 avqust tarixində etmişdir. Jak Şarl 1783-cü ilin 1 dekabr tarixində, Alin Roberts ilə birlikdə La Charlière adlı hava şarı ilə 550 metr hündürlüyə yüksəlmişdir.
Kasato Maru
Kasato Maru və ya Kasado Maru (yap. 笠戸丸) – 1900-cü ildə Wigham Richardson tərəfindən tikilmiş Yaponiyaya məxsus yük və sərnişin gəmisi. İlk olaraq Potosi adlandırılan gəmi Rusiya Dobroflotu tərəfindən alınmış və Kazan adlandırılmışdır. Bu zaman tibbi gəmiyə çevrilmişdir. Rus-yapon müharibəsində Yaponiya tərəfindən batırılmış, daha sonra sudan çıxarılmış və Yaponiyanın istifadəsinə keçmişdir. Gəmi Kasato Maru olaraq adlandırılmış və sərnişin gəmisinə çevrilmişdir. Mancuriyada döyüşən yapon əsgərləri Yaponiyaya çatdırmaqda xidmət etmişdir. Daha sonra gəmi yaponları 1906-cı ildə Havay adalarına, 1907-ci ildə Peru və Meksikaya aparmaqda istifadə edilmişdir. 1908-ci ildə ilk rəsmi qrupu Braziliyaya gətirmiş və yaponların Braziliyaya miqrasiyası başlamışdır. Səyahət Kobe limanında başlamış və 52 gün davam edərək 18 iyun 1908-ci ildə Santos limanında başa çatmışdır.
Katti Sark
"Katti Sark" (ing. Cutty Sark) — Bu günə qədər də qorunub saxlanılan yeganə və ən məşhur çay kliperlərindən biri. 1869-cu ildə qurulmuşdur. Hal-hazırda Qrinviçdə quru limanında yerləşir. 2007-ci il 21 may tarixində baş vermiş yanğın nəticəsində gəmiyə çox ciddi şəkildə ziyan dəymişdir. Restavrasiyadan sonra təkrar açılışı 2012-ci ildə baş tutmuşdur. == Gəminin tarixi == === "Katti Sark"ın yaradılması === Kliper Herkules Linton (Hercules Linton) tərəfindən proektləşmiş və 1869-cu il 23 noyabr tarixində ləqəbi "Ağ silindr" olan kapitan Con Cok Uillisin sifarişi ilə Scott&Linton kompaniyası tərəfindən şotland şəhəri Dambartonda (Dumbarton) çaya buraxılmışdır. Kapitana Çindən çay daşınması üçün dünyada ən sürətli kliper lazım idi. == Adının tarixi == "Katti Sark" şotland dilindən tərcümədə "qısa köynək" mənasını verir. Kliperin gələcək sahibi, kapitan Con Uillis şəkilli qalereyalardan birinə girəndə, bataqlıq üzərindən şabaşa uçan qısa gecə köynəyi geyinmiş cavan əcinnənin təsviri olan bir rəsm əsəri görür.
Maru (pişik)
Maru (yap. まる [mä.ɾɯ́] — hərfi. "yumru", d. 24 may 2007-ci il) — şotland sallaqqulaq pişiyi növünə aid olan Yaponiyada yaşayan, YouTubeda məşhur videoların qəhrəmanı olan pişik. 2017-ci ilin mart ayında Maru YouTube-da ən çox izlənilmiş heyvan oldu. 3 iyun 2017-ci il tarixinə görə, Maru ilə olan videolar 341,840,777 baxış əldə etmişdir. Pişik tez-tez KİV-lərdə yada salınır. Videolarda heç vaxt üzünü göstərməyən və danışmayan onun sahibi YouTube-da mugumogu niki ilə qeydiyyatdan keçmişdir. 2011-ci ildə Marunun sahibəsinin müəllifi olduğu "I Am Maru" kitabı işıq üzü gördü (ISBN 978-0-06-208841-3).
SARO Çay
Saku Heyskanen
Saku Heyskanen (29 sentyabr 2001-ci ildə Finlandiyada anadan olub) — 1899 Hoffenhaym klubundan icarə əsasında Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Honka === Heyskanen Maski akademiyası vasitəsilə inkişaf etmişdir. O, 9 yaşı olarkən Honka akademiyasına qəbul olmuşdur. Heyskanen öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Malminkartanon klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Roni Huhtalanı əvəz etmişdir. Finlandiya Kuboku görüşündə Honka rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir. === Hoffenhaym === 8 avqust 2017-ci ildə Heyskanen Bundesliqa təmsilçilərindən olan 1899 Hoffenhaym klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin yayında Heyskanen Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Heyskanen klub ilə debütünü isə 1 sentyabr 2018-ci ildə JJK klubuna qarşı oyunda etmişdir. O, 20-ci dəqiqədə Yulius Tauriaynen ilə əvəz olunmuşdur.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).