Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cozef Safra
Cozef Safra (ərəb. يوسف صفرا‎, port. Joseph Safra; 1939, Hələb, Suriya — 10 dekabr 2020, San-Paulu, Braziliya) — ərəb əsilli yəhudi Braziliya bankiri, oliqarx. 4-cü nəslinin nümayəndəsi olduğu Safra ailəsinin sərvətini idarə edir. == Həyatı == Cozef Safra 1939-cu ildə Suriyanın Hələb şəhərində anadan olmuşdur. Braziliya və Livan vətəndaşı olan Cozef Safranın ailəsi 1952-ci ildə Braziliyaya köçərək San-Pauluda "Safra" bankını yaratmışdır. Cozef Safranın təşəbbüsləri sayəsində bu bank Braziliyada öz yerini tuta bilmişdir, amma uzun illər Braziliyada yaşamasına baxmayaraq o, bu ölkəni öz vətəni hesab etmir. O, heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispan və fransız dillərində danışır. == Maliyyə imperiyası == Hazırda onun maliyyə imperiyasının əsasını ilk növbədə "Banco Safra" (Braziliya), "J. Safra Sarasin" (İsveçrə) və "Safra National Bank of New York" (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlaka sahibdir.
Safra ailəsi
Safra ailəsi (port. Família Safra) — Braziliyanın ən varlı ailələrindən biri. Əsas fəaliyyətləri bank sahəsindədir. Safra ailəsinin ən məşhur üzvləri bunlardır: Yakob Safra (d. 1891 – ö. 1963) Edmond Safra (d. 1932 – ö. 1999) Moise Safra (d. 1935 – ö. 2014) Cozef Safra (d.
Sabra
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Saqra
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Sayra
Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır. == Təsviri == Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür. Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q. Orta ömür müddəti 5—6 ildir.
Sara
Sara (film, 1992)
Bafra bəyliyi
Bafra bəyliyi' Canik bəyliklərindən biridir. Canik (Bugünkü Orta Qaradəniz) bölgəsinde XIII-XIV yüzillərdə çox sayda bəylik yaxut dərəbəylik mövcut idi. Canik bəylərinin bəziləri zaman-zaman qismən və ya tam müstəqil olmuşlarsa da, çox zaman çevrədəki güclü dövlətlərə bağlı olaraq varlıqlarını davam etdirmişdilər. Bafra bəyliyi də Candaroğulları bəyliyi, Ərətna bəyliyi, Qazi Bürhanəddin bəyliyi və Amasiya bəyliyi (Kutluşahlar)a bağlı bir dərəbəylik olaraq varlığını sürdürmüşdür. Bəyliyin quruluş və yıxılışının tam tarixləri və bəylərinin adları bilinmir.
Boswellia sacra
Boswellia sacra (lat. Boswellia sacra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserakimilər fəsiləsinin bosvelliya cinsinə aid bitki növü.
Saara Aalto
Saara Sofiya Aalto (fin Saara Sofia Aalto; d. 2 may 1987, Oulunsalu, Finlandiya) — Finlandiya müğənnisi və bəstəkarı. Saara 2012-ci ildə Finlandiyanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. Müğənni eyni zamanda Finlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turlarında iki dəfə iştirak etmiş və hər iki cəhdində ikinci yerdə qərarlaşmışdır. Saara ilk dəfə 2011-ci ildə özünün bəstələdiyi "Blessed with Love" mahnısı ilə Avroviziyada ölkəsini təmsil etmək üçün Finlandiyanın Euroviisut mahnı müsabiqəsində iştirak etmişdir. Daha sonra isə 2016-cı ildə müğənni yenə də özü tərəfindən bəstələnmiş "No Fear" adlı mahnı ilə Finlandiyanın Avroviziya üçün keçirdiyi UMK mahnı müsabiqəsində iştirak etmiş və Saara hər iki müsabiqədə ikinci yerdə qərarlaşaraq, Avroviziyada iştirak hüququ əldə edə bilməmişdir. Saara eyni zamanda bir çox xarici cizgi filmlərinin və teleserialların dublyajlarında iştirak etmiş və müxtəlif obrazları səsləndirmişdir. O, Disneyin Donmuş cizgi filminin fin dilindəki versiyasında Şahzadə Anna obrazını səsləndirib. Saara Aalto Adam Lambertlə duet ifa etmiş və eyni zamanda Andrea Boçelli, Xose Karreras və pianoçu Robert Uellslə birlikdə konsertlərdə iştirak etmişdir. Saaranın indiyədək 5 albomu işıq üzü görüb.
Sabra (tank)
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Safura İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). == Həyatı == Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Safura Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Saira Bleyr
Saira Bleyr (ing. Saira Blair; d. 11 iyul 1996) — ABŞ siyasətçisi. Qərbi Virciniya ştatının Nümayəndələr Palatasının üzvü. == Həyatı == 11 iyul 1996-cı ildə siyasətçi ailəsində anadan olmuşdur. Atası Kreyq Bleyr Qərbi Virciniya ştatının parlamentində senatordur. Saira siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb. Uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlanmış və daha sonra özü də siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər almışdır. Qərbi Virciniya Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır. 2014-cü ildə respublikaçıların namizədi olan Saira Bleyr rəqibi - demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, seçicilərin səslərinin 62.69 faizini toplamış və Qərbi Virciniya ştatının Nümayəndələr Palatasına ən gənc üzv seçilmişdir.
Sarıqaya, Bafra
Sarıqaya — Türkiyənin Samsun ilinin Bafra mahalına bağlı bir məhəllədir. == Tarixi == Məhəllədə əsası ruslar tərəfindən qoyulan çərkəzlər yaşayır. == Mədəniyyət == Məhəllənin ənənə, adət və yeməkləri haqqında məlumat yoxdur. == Coğrafiya == Samsun ilinə 58 km,Bafra mahalına isə 8 km uzaqlıqdadır.
Sarıqaya (Bafra)
Sarıqaya — Türkiyənin Samsun ilinin Bafra mahalına bağlı bir məhəllədir. == Tarixi == Məhəllədə əsası ruslar tərəfindən qoyulan çərkəzlər yaşayır. == Mədəniyyət == Məhəllənin ənənə, adət və yeməkləri haqqında məlumat yoxdur. == Coğrafiya == Samsun ilinə 58 km,Bafra mahalına isə 8 km uzaqlıqdadır.
Sen-Şafre
Sen-Şafre (fr. Saint-Chaffrey, oks. Sant Chafrei) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Le-Monetye-le-Ben kantonuna daxildir. INSEE kodu — 05133. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1662 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1102 nəfər arasında (15-64 yaş arasında) 815 nəfər iqtisadi fəal, 287 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.0%, 1999-cu ildə bu 76.3%). Fəal 815 nəfərdən 777 nəfəri (412 kişi və 365 qadın), 38 nəfəri işsizdir (15 kişi və 23 qadın).
Sıfra bölmə
Sıfra bölmə (ing. zero divide, rus. деление на нуль) — bölənin sıfır olduğu bölmə əməli. Riyaziyyatda sıfra bölmə hesablana bilməyən qeyri-müəyyən nəticə verir, buna görə də hesablama texnikasında o, həll oluna bilmir və xəta kimi qəbul olunur. Sıfra bölmək olmaz. Belə ki, əgər {\displaystyle a:0=b} {\displaystyle a:0=b}, onda bölmənin tərifinə görə {\displaystyle b\times 0=a} {\displaystyle b\times 0=a} olmalıdır, eyni zamanda istənilən b üçün {\displaystyle b\times 0} {\displaystyle b\times 0} sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şatra Şatinov
Şatra Şatinov(Altayca: Шатра Пепишевич Шатинов;5 sentyabr 1938 – 11 noyabr 2009) — Altay şairi, yazıçısı, dramaturqu və tərcüməçisi. Altay Respublikasının Xalq yazıçısı, Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü == Həyatı və təhsili == Şatra Pepişeviç Şatinov 5 sentyabr 1938-ci ildə Altay vilayətinin (indiki Altay Respublikası) Oyrot muxtar vilayətinin Onguday rayonunun Xabarovka kəndi yaxınlığındakı Ulegem obasında müəllim ailəsində anadan olmuşdur. Yazıçının əsl adı Nikolay Pepişeviç Şatinovdur, Şatra Şatinov onun təxəllüsüdür. Orta təhsilini regional milli məktəbdə almışdır. Hələ orta məktəbdə oxuduğu illərdən onda ədəbiyyata maraq yaranmışdır. 1957-ci ildə Dağlıq Altay Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. Altay Kitab Nəşriyyatının Dağlıq Altay bölməsində redaktor, vilayətin “Altaydın Çolmon” və “Altay star” qəzetlərində ədəbi işçi kimi çalışmışdır. === Vəfatı === 11 noyabr 2009-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == Şatra Şatinov əsərlərini Altay və rus dillərində yazmışdır. O, “Doğma diyar” (1963), “Gün gəldi” (1966), “Əmirlik” (1969), “Erjine” (1971) və başqa şeir və nəsr kitabların müəllifidir.
Afra Saraçoğlu
Afra Saraçoğlu (2 dekabr 1997, Edremit[d], Balıkəsir ili) — Türk televiziya ve kino aktrisası. == Həyatı == Afra Saraçoğlu 2 dekabr 1997-ci ildə anadan olmuşdur. Eskişehir Anadolu Universitetində bir şagird olan Afra Saraçoğlu, Özcan Deniz vasitəsilə ictimai medianı tapmaq imkanı tapdı. Afra Saraçoğlu, Özcan Deniz və Nurgül Yeşilçay'ın ikinci şanslı filmdə oynadığı, Yeşilçayın qızının qızı, oyunçu rolunu oynadı. Hal-hazırda bir çox filmlərdə rol alır. == Filmoqrafiya == == Mükafatları == Ən Yaxşı Aktrisa Mükafatı 45.
Artemisia afra
Artemisia afra (lat. Artemisia afra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Sara Kolric
Sara Kolric (Sara Coleridge, 1802 – 1852) — İngiltərə şairi. == Həyatı == == Yaradıcılığı == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Works of Sara Coleridge at Archive.org Memoir and Letters of Sara Coleridge edited by Edith Coleridge A Poet's Children, Hartley and Sara Coleridge by Eleanor Towle The Genealogy of Coleridge Family and Coleridge links Worlds Within Worlds: The First Heroic Fantasy Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine by Matthew David Surridge. Article about Sara Coleridge and Phantasmion, arguing it is the first fantasy novel set entirely in a Secondary World.
Sara Larsson
Sara Mariya Larsson (isv. Zara Maria Larsson; d. 16 dekabr 1997, Stokholm, İsveç) — İsveçli müğənni. TV4 bacarıq yarışması olan "Talang 2008"i qazanaraq tanınmışdır. 2013-cü ildə tanıtdığı "Uncover" adlı sinqlı ilə İsveç və Norveç musiqi siyahılarında zirvəyə yüksəlmişdir. 2013-cü il apreldə ABŞ-nin "Sony Music Entertainment" şirkəti ilə müqavilə bağlamışdır.
Sara MakTernan
Sara MakTernan (irl. Sarah McTernan; 11 mart 1994) — İrlandiya müğənnisi və bəstəkarı. O, "22" mahnısı ilə İrlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sara MakTernan 11 aprel 1994-cü ildə İrlandiyanın Kler qraflığında anadan olmuşdur. O, ailənin tək övladıdır. Sara 2011-ci ildə məzun olduqdan sonra Klerdə tibb bacılığı kursu almışdır. O daha sonra Limerik Texnologiya İnstitutunda musiqi texnologiya təhsili almışdır. Bir müddət təhsilə fasilə verən Sara Primarkda pərakəndə işçi kimi çalışmağa davam etmişdir. O, 2014-cü ilin sentyabr ayında səs və rəqs üzrə təhsil olmaq üçün Limerik Universitetinə daxil olmuşdur. Sara gitara və pianoda ifa etməyi bacarır.
Sara Nazarbayeva
Sara Alpıs qızı Nazarbayeva (qaz. Sara Alpısqızı Nazarbayeva) — Qazaxıstanın keçmiş birinci xanımı. == Həyatı == Sara Nazarbayeva 1941-ci ilin yanvarın 9-da anadan olub. Nazarbayeva 1962-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ailə həyatı qurub. Onların Dariqa, Dinara və Aliyə adlı üç qızı və üç nəvəsi vardır. Sara Nazarbayeva Beynəlxalq Uşaq Xeyriyyə Fondunun sədridir. Xanım Nazarbayeva uşaqlarla bağlı xeyriyyə işlərinə görə “İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu”nun mükafatına layiq görülüb.