Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siena
Siena — İtaliyanın Toskana regionunda şəhər.
Siena Universiteti
Siena Universiteti (it. Università degli Studi di Siena - UNISI) — İtaliya Respublikasının Siena şəhərində yerləşən ali təhsil müəssisəsi; Dünyanın ən qədim ali məktəblərindən biri. == Tarixi == 1240-cı ildə yaradılmış Siena Universiteti İtaliyanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir. == Xarici əlaqələri == Koimbra qrupunun üzvüdür.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Nes-Siona
Ness Ziona — İsraildə Şəhər. Əsası 1883-cü ildə qoyulub. Əhalisi 50000 nəfərdir. İcra başçısı Shmuel Boxer'dir. == Haqqında == Şəhərin əvvəlki adı Siosa olub.Buranın adı ivritcə "yəhudilər şəhəri" deməkdir.Gerbində də görüldüyü kimi şəhər ədalət məkanı sayılır.Həmçinin suptropik ərazidir.Portağalgillər ailəsindən olan bitkilərin vətənidir.
Siera Bravo
Siera Bravo (ing. Ciara Bravo) — Amerikalı aktrisa və fotomodel. == Bioqrafiya == Siera Bravo 18 mart 1997-ci ildə Kentukki ştatının İsgəndəriyyə şəhərində anadan olub. 9 yaşında o, bəzi modellik şoularında, o cümlədən Dallasda, Texasda Mike Beaty Model və Talent Expoda iştirak edir, burada Management 101-dən Brian Leder və Frederik Levay tərəfindən diqqət çəkir. 2008-ci il ərzində Siera dinləmələrdə iştirak edir və Newport Aquarium üçün reklam çarxlarında görünür. Növbəti il ​​o, bir neçə qısametrajlı filmdə rol alır, tezliklə Disney Schoolhouse-da bir neçə rol səsləndirdi və Timsahların davranışlarını öyrədə bilərsinizmi? filmində kamo rolunda çıxış edir. 2009-cu ildə Nickelodeonun Big Time Rush serialında Keti Nayt rolunu canlandılır. 2019-cu ildə YouTube Premium-da yayımlanan Wayne televiziya serialında əsas rollardan birini oynayır.
Con Sina
John Cena (ing. John Cena; 23 aprel 1977, Qərbi Nyubari[d], Massaçusets) — amerikan peşəkar güləşçi, bodibilder, reper və aktyor. == Karyerası == 2002-ci ildə Kurt Angel ilə ilk döyüşünu keçirmişdir. Amma həmin döyüşdə məğlub olmuşdur. Sonralar isə məşhurlaşmağa başlanmışdır. İndiyə qədər ən çox döyüşdə qalib gələn WWE SUPERSTAR-dır. İndi isə 2016-cı ildə WWE-nin SMACK DOWN bölməsində döyüşür. 40 yaşlı döyüşçü 2002-2014-cü illərindəki və hələdə davam edən karyerasındə 16 dünya çempionluğu ilə Ric Flairin ən çox dünya çempionu olaq rekordunu yeniəmişdir. Fanatları tərəfindəm çox sevilir. Sonralar Randy Ortonla mubarizə aparır və bu mubarizədə qalib gəlir.
Daryaraq səna
== Təbii yayılması == Afrika və Hindistanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Dənizkənarı Sena
Dənizkənarı Sena və ya Dənizsahili Sena (fr. və norm. Seine-Maritime) — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» (fr. Seine-Inférieure) adlanırdı. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları). == Coğrafiyası == Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km².
Norişiqe Şina
Yamazaki Sokan (山崎宗鑑, 1465, Omi əyaləti[d], Tosando[d] – 1553, Kanonci[d], Kaqava prefekturası) – yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur. == Həyatı == Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır. == Ədəbi fəaliyyəti == Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur.
Robert Şien
Robert Şien (ing. Robert Sheehan; 7 yanvar 1988) — İrlandiya aktyoru. "Misfits" serialında canlandırdığı Nathan Young roluna görə tanınır. == Karyerası == Robert Sheenan 1988-ci ildə İrlandiyanın Port Luis şəhərində anadan olub. 2003-cü ildən başlayaraq bir sıra seriallarda və filmlərdə çəkilməyə başlayıb. 17 yaşında Galvay-Mayo Texnologiyalar Universitetinə daxil olub lakin sonradan universiteti tərk edərək aktyorluq karyerasını davam etdirib. 2009-cu ildə Robert ən uğurlu işlərindən biri olacaq Misfits serialında Nathan Young rolunu oynamağa başlayır. 2010-cu ildə Robert Misfits serialının ikinci mövsümündə iştirak edir. 2011-ci ilin aprel ayında isə üçüncü mövsümdə iştirak etməyəcəyini bildirir. 2010-cu ildə İFTA (İrish Film and Television Awards) mükafatına "Yeni Ulduz", 2011-ci ildə "Ən yaxşı aparıcı rol", 2012-ci ildə isə "Ən yaxşı köməkçi rol" nominasiyaları üzrə namizəd olur.
Sena çayı
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Sina Berköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. == Həyatı == Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. === Təhsili === 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Sina Bərköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. == Həyatı == Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. === Təhsili === 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. == Elmi fəaliyyəti == 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Sina Tkaltşeviş
Sina Tkaltşeviş (5 may 1999) — Almaniyanı təmsil edən bədii gimnast. Sina Tkaltşeviş, 2016-cı ildə Almaniyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sina Tkaltşeviş 2016-cı ildə Almaniya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Natalie Hermann, Anastasiya Xmelnitska, Daniela Potapova və Yuliya Staviçkaya ilə birgə təsnifat mərhələsində 32.400 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Sina Təməddün
Sina Təməddün (1957, Təbriz) — Apple Inc tətbiqi proqramları üçün baş vitse-prezident idi. Perdyu Universitetinin məzunudur. == Həyatı == 1957-ci ildə Təbriz şəhərində anadan olmuş, ABŞ-nin Perdyu Universitetində ali təhsil almışdır. Sina Təməddün 1997-ci ilin sentyabr ayında Apple şirkətində fəaliyyətə başlamışdır. O, şirkətdə dünya üzrə xidmət və dəstək üztə vitse-prezident və Newton Group-un ümumi meneceri, vitse-prezidenti vəzifələrində çalışmışdır. Apple şirkətinə qoşulmamışdan əvvəl o, 1996-cı ilin sentyabr ayından 1997-ci ilin martına qədər Stiv Cobsun bir başqa şirkəti olan NeXt şirkətinin Avropa məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra etmişdir. 1994-cü ilin avqust ayından 1996-cı ilin avqust ayına qədər həmin şirkətin peşəkar xidmət üzrə vitse-prezidenti vəzifələrini icra etmişdir. 1994-cü ilin avqustundan əvvəl Sina Təməddün Software Alliance w Todd Rulon-Miller şirkəti üçün çalışmışdır. Buraya qatılana qədər NeXt şirkətinin Çikaqo ofisində satış meneceri olaraq işləmişdir. Bundan əvvəlki iş yeri isə Sun Microsystems şirkəti olmuşdur.
Sina Yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Sina dağı
Sina dağı (ivr. ‏הר סיני‎‏‎ Har Sinai, yun. Όρος Σινάι ), Musa dağı (ərəb. جَبَل مُوسَىٰ‎) və ya Tur dağı — Misirin Sina yarımadasında dağ. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Məhz bu dağda Musa peyğəmbər Allahla vasitəsiz danışmışdır.
Taksa-Sena
Taksa-Sena (fr. Taxat-Senat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03278. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 227 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 120 nəfər (15–64 yaş) arasında 96 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 80,0%, 1999-cu ildə 63,4%) idi. Fəal olan 96 nəfərdən 92 nəfər (49 kişi və 43 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == "Milli Statistika İnstitutu — Taksa-Sena" (fransız).
İbn Sina
İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış və Avropada qeyd olunan adı – Avisenna; 980[…], Afşona[d], Mavəraünnəhr, Samanilər dövləti – 18 iyun 1037, Həmədan, Kakaveyhilər sülaləsi) — Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri. Fars əsilli olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. == Həyatı == İbn Sina (Avisenna) Buxara şəhərində özbək ailəsində doğulmuşdur. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmirin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin.
Şina (xalq)
Şina — Hindistanın Cammu və Kaşmir ştatında, eləcədə Pakistan ərazisində yaşayan xalq. Hindistanın şinalılar yaşayan ərazinin böyük hissəsi Pakistan tərəfindən nəzarətdə saxlanılır. Əhalinin ümumi sayı 120 min nəfərdir(1998). Şina dili hind-avropa dillərinin hind-iran dilləri qolunun dardı dili qrupuna daxildir. == Tarixi == İslamın gəlişinə qədər şınalılar arasında asılı kəndli münasibətləri üstünlük təşkil edirdi. Knyazlıqlar arasında baş verən vətəndaş müharibələri nəticəsində qul bazarlarında sərbəst qul çıxarmaq təcrübəsi genişləndi. == Məşğuliyyəti == Əkinçilik — şinalıların ənənəvi təsərrüfat sahəsidir ( taxılçılıq, bağçılıq); Qilqit vadisində isə üzümçülük geniş yayılıb. Məhsuldar toprpaqların az olması nəticəsində əhali sıx məskunlaşıb. Qurudulmuş meyvə və tərəvəz məhsulları çoxluq təşkil edir. Yüksək dağlıq ərazilərdə heyvandarlıq, ovçuluq, qızıl axtarışı üstünlük təşkil edir.
Şişyarpaq səna
Səna (bitki)
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Səna (dəqiqləşdirmə)
Səna — Yəmənin paytaxtı və böyük şəhəri. Səna (bitki) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Oxşar == SANA — Suriyanın dövlət informasiya agentliyi.
Şina dili
Şina (ݜݨیاٗ,شِْنْیٛا Ṣiṇyaá) şina xalqının danışdığı Hind-ari dilləri qrupuna aid dildir. Pakistanda şina dili əsasən Gilgit-Baltistan və Kohistanda yaşayan təxminən 1.146.000 nəfərin gündəlik danışdığı əsas dildir. Şina dilində danışanların bir qismi də Hindistanda Cammu və Kəşmirin Guraiz vadisində və Ladaxın Dras vadisində də yaşayırlarr. Brokskat dili kimi Şina dili də Dard dilləri qrupuna aiddir və bu iki dildən əlavə bu qrupa Ladaxda danışılan — Kundal Şahi; Azad Kəşmirdə danışılan — Palula dili; Savi dili (Dardca) Çitral dili, Uşoji dili; Svat vadisində və Pakistanın Dir rayonunda Kalkoti dili kimi dillər də daxildir. Yaxın keçmişə qədər şina dili üçün yazı sistemi yox idi. Tarix boyunca bir sıra yazı sistemləri təklif edilmişdir və buna baxmayaraq Şina dilində danışanların istifadə etdiyi vahid yazı sistemi yoxdur. Şina əsasan yazı dili deyil, danışıqda daha çox istifadə olunan bir dilidir. Şina dilində danışanların böyük əksəriyyəti öz dillərində yazı yazmır.