Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Slint
Slint - Brian McMahan (gitara və vokal) David Pajo (gitara) Britt Walford (baraban və vokal) Todd Brashear (Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Edvard Smit
Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı. Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır. Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.
Elliott Smit
Stiven Pol «Elliott» Smit(d. 6 avqust 1969 Omaha, Nebraska, ABŞ - ö. 21 oktyabr 2003 Los-Anceles, ABŞ), Amerikalı müğənni. Omaha, Nebraskada dünyaya gəldi, Texasda böyüdü və həyatının önəmli bir qismini ilk dəfə popularlıq əldə etdiyi Portland,Oregonda keçirdi. Əsas çalğı aləti qismində gitara olmaqla yanaşı piano, klarnet, bas-gitara, baraban və harmonika da çala bilirdi. Özünəməxsus “fısıltıya bənzəyən, hörümçək toru incəliyində danışırmış kimi” bir vokal tərzi vardı. İllərlə rok qrubu Heatmisterdə fəaliyyət göstərdikdən sonra 1994cü ildə müstəqil şirkətlər olan Cavity Search və Kill Rock Stars ilə işləyərək solo karyerasına ilk addımını atdı. 1997-ci ildə Dream Works Records ilə razılığa gəldi və iki albomunu bu şirkətdən çıxartdı. Smit “Miss Misery” adlı mahnısının Can dostum filminin musiqiləri arasında yer alması və 1997-ci ildə ən yaxşı mahnı kategoriyasında Oskara namizəd olması ilə geniş kütlələr tərəfindən tanınmağa başladı. Smit illərlə depressiya, alkoqolizm, narkomaniya ilə mübarizə etdi və bu mövzular tez-tez mahnılarındakı sözlərdə yer alırdı.34 yaşında Los-Ancelesdə sinəsinə aldığı iki bıçaq zərbəsi ilə öldü.
Emerson Smit
Emerson Smit (13 fevral 1997) — ABŞ-lı fristaylçı. Emerson Smit ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Emerson Smit birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Smit ümumilikdə 72.59 xal toplayaraq öz cığırında 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Geriyə split
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Kertvud Smit
Kertvud Smit (ing. Kurtwood Larson Smith; d. 3 iyul 1943) — ABŞ aktyoru.
Ledi Slim
Meggi Smit
Dama Marqaret Natali (Meggi) Smit (ing. Margaret Natalie «Maggie» Smith, 28 dekabr 1934[…], İlford[d]) — britaniyalı aktrisa. Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall rolununa görə dünyada daha çox tanınır.
Mett Smit
Mettyu Robert «Mett» Smit (ing. Matthew Robert "Matt" Smith; 28 oktyabr 1982, Norsempton) — İngilis aktyor və rejissor. Ən çox 2010 və 2013-cü illər arasında «Doktor Kim» serialında on birinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Morti Smit
Mortaymer "Morti" Smit (ing. Mortimer "Morty" Smith) — Rik və Morti serialının iki baş qəhrəmanlarından biri. Morti Rik Sançezin nəvəsidir və Rik tez-tez onu öz macəralarına qoşulmağa məcbur edir. Morti bacısı Sammer ilə birlikdə Herri Herpson Orta Məktəbində təhsil alır. Məlumatın asanlıqla tapıla bilməsinə baxmayaraq, Mortinin keçmiş həyatı haqqında çox şey deyilməmişdir. Mortinin hal-hazırda 14 yaşı var. Rik Sançez cəmi 14 il əsrarəngiz bir şəkildə itkin düşmüşdü. Rikin itkin düşməsinin Morti ilə əlaqəsi olması məlum deyil, ancaq Rik Mortinin uşaqlıq vaxtlarını xatırladığı bir neçə dəfə demişdir. Serialın "Rik növündən yaxın Rik-kontaktlar" adlı seriyasında, Rikin xoşbəxt xatirələrindən biri hələ uşaq olan Mortini qucağına götürməsi idi. Serialın "Şvifti olmaq" adlı seriyasında, Quşadamın (ing.
Patti Smit
Patti Smith - (30 dekabr 1946, Çikaqo, İllinoys) ABŞ-lı musiqiçi və şair. 1975-ci ildə çıxardığı ilk albomu "Horses" ilə punk rokun yaranmasında ən təsirli adlardan biri oldu. Smith Punkun vəftiz anası olaraq çağırıldı. Beat şeiri performans tərzini garage rok ilə birləşdirdi. Qadınsayağı uzaq diliylə disko dövrünə meydan oxuyarkən, Amerika gənclərini XIX əsr Fransız şeiri ilə də tanış etdi. Smith çox geniş kütlələr tərəfindən Bruce Springsteen ilə birlikdə yazdığı və siyahılarda 13 nömrəyə qədər yüksələn "Because the Night" adlı mahnısıyla tanınır. 2005-ci ildə, sənətçiyə, Fransa Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyata və mədəniyyətə etdiyi töhfələrə görə "Ordre des Arts et des Lettres" ordeni verildi. Bundan başqa 2007-ci ildə "Rock and Roll Hall of Fame" ə qəbul edildi. 17 Noyabr 2010-cu ildə isə xatirələrini yazdığı "Just Kids" (Uşaq Uşaq) adlı kitabıyla National Book Awardın qazandı. 2011-ci Polar Music Prize'ı edən sənətçilərdən biri oldu.
Sait Faik
Səid Faiq Abasıyanıq (türk. Sait Faik Abasıyanık) (18 noyabr 1906 ya da 22 noyabr 1906 və ya 23 noyabr 1906 Adabazarı, Sakarya ili — 11 may 1954, İstanbul) — Türk şair, tərcüman (fransız dili) və yazıçı.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Stiv Smit
Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü. Stiv Smit (akademik) — akademik. Stiv Smit (jurnalist) — jurnalist. Stiv Smit (professor) — professor.
Uilbur Smit
Uilbur Eddison Smit (ing. Wilbur Addison Smith 9 yanvar 1933[…] – 13 noyabr 2021[…], Keyptaun) — Şimali Rhodesia (indiki Zambiya) doğumlu yazıçı.
Uill Smit
Villard Kristofer Smit kiçik (25 sentyabr 1968[…], Filadelfiya, Pensilvaniya) — tanınmış Amerika aktyoru. Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir. Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq.
Uilyam Smit
Vilyam Smit (ing. William Smith; 23 mart 1769 — 28 avqust 1839) — 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq. Vilyam Smit Oksfordşir qraflığında Con və Anna Smitlərin ailəsində anadan olmuşdur. Ailədə ondan balaca olan iki qardaşı - Daniel və Con və bacısı Elizabet var idi. Elizabetin oğlu Con Fillips Oksford universitetinin geologiya üzrə professoru olmuşdur. Atası Kuznets sətəlcəmdən vəfat edəndə Vilyam Smitin 8 yaşı vardı. Onun tərbiyəsi ilə dayısı Vilyam məşğul olmuşdur. Vilyam Smit ibtidai təhsilini kənd məktəbində almışdı. sonrakı təhsilini o, müstəqil şəkildə almışdır. Hələ uşaqlıq illərində Vilyam yaşayış yerinə yaxın ətraf ərazilərdə dəniz molyuskaları və dəniz kirpiləri ilə maraqlanmış və onların daşlaşmış qalıqlarını toplamağa başlamışdır..
Vernon Smit
Vernon Smit (ing. Vernon Lomax Smith; d. 1 yanvar 1927) — amerikalı iqtisadçı. 2002-ci ildə Deniel Kanemanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Vernon Smit ABŞ-nin Kanzas ştatının Viçita şəhərində anadan olmuşdur. O, Şimali Viçita Yüksək məktəbini və Frends Universitetini bitirmişdir. Vernon Smit 1949-cu ildə Kaliforniya Texnologiya İnstitutunun elektrik mühəndisliyi ixtisasından məzun olmuşdur. O, 1952-ci ildə Kanzas Universitetində iqtisadiyyat üzrə magistr, 1955-ci ildə isə Harvard Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Harvard Universitetində təhsil alarkən paralel olaraq Massaçusets Texnologiya İnstitutunun dərslərində də iştirak etmişdi. Vernon Smit 1955-1967-ci illərdə Purdue Universitetində işləmiş və ilk tədqiqatı olan təcrübi iqtisadiyyatla burada məşğul olmuşdur.
Vill Smit
Villard Kristofer Smit kiçik (25 sentyabr 1968[…], Filadelfiya, Pensilvaniya) — tanınmış Amerika aktyoru. Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir. Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq.
Vilyam Smit
Vilyam Smit (ing. William Smith; 23 mart 1769 — 28 avqust 1839) — 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq. Vilyam Smit Oksfordşir qraflığında Con və Anna Smitlərin ailəsində anadan olmuşdur. Ailədə ondan balaca olan iki qardaşı - Daniel və Con və bacısı Elizabet var idi. Elizabetin oğlu Con Fillips Oksford universitetinin geologiya üzrə professoru olmuşdur. Atası Kuznets sətəlcəmdən vəfat edəndə Vilyam Smitin 8 yaşı vardı. Onun tərbiyəsi ilə dayısı Vilyam məşğul olmuşdur. Vilyam Smit ibtidai təhsilini kənd məktəbində almışdı. sonrakı təhsilini o, müstəqil şəkildə almışdır. Hələ uşaqlıq illərində Vilyam yaşayış yerinə yaxın ətraf ərazilərdə dəniz molyuskaları və dəniz kirpiləri ilə maraqlanmış və onların daşlaşmış qalıqlarını toplamağa başlamışdır..