Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
Slint
Slint - Brian McMahan (gitara və vokal) David Pajo (gitara) Britt Walford (baraban və vokal) Todd Brashear (Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitsko-Dalmatinskaya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. == Tarixi == Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Horton Smit
Horton Smit (ing. Horton Smith; 22 may 1908, Sprinqfild[d], Missuri – 15 oktyabr 1963, Detroyt, Miçiqan) — Peşəkar Amerikalı qolfçu, qolf ustası. Masters turnirində qazandığı bürünc və qızıl medalla yadda qalıb. == Karyerası == Qolfçu Missuridə anadan olub. Peşəkar qolf karyerasına 1926-cı ildə başlayıb. 1928-ci ildə Oklama Açıq birinciliyində iştirak etmiş, qalib olmuşdur. Bu qolfçunun iştirak etdiyi ilk turnir idi. 1929-cu ildə qolf üzrə 8-ci titulu qazanıb. 1934-cü ildə təşkil edilən Masters turnirində iştirak edib. Turnirin ilk iştirakçısı və qalibi Horton Smitdir.
Kertvud Smit
Kertvud Smit (ing. Kurtwood Larson Smith; d. 3 iyul 1943) — ABŞ aktyoru.
Ledi Slim
Meggi Smit
Dama Marqaret Natali (Meggi) Smit (ing. Margaret Natalie «Maggie» Smith, 28 dekabr 1934[…], İlford[d] – 27 sentyabr 2024) — britaniyalı aktrisa. Komediya və dram filmlərində öz xasiyyətli rolları ilə tanınır. O, 70 il ərzində səhnələrdə və ekranlarda çalışıb və Britaniyanın ən tanınan və məhsuldar aktrisalarından biri olub. Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall və Daunton Abbatlığı teleserialında Vayolet Krouli rollarına görə dünyada daha çox tanınır. 27 sentyabr 2024-cü ildə vəfat edib. == Həyatı == Marqaret Natali Smit 28 dekabr 1934-cü ildə Esseksin İlford şəhərində anadan olub. Atası Nataniel Smit (1902-1991) Oksford Universitetinin professoru idi, anası Marqaret Hatton (1896-1977) Qlazqoda katibə işləyib.
Mett Smit
Mettyu Robert «Mett» Smit (ing. Matthew Robert "Matt" Smith; 28 oktyabr 1982, Norsempton) — İngilis aktyor və rejissor. Ən çox 2010 və 2013-cü illər arasında «Doktor Kim» serialında on birinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Morti Smit
Mortaymer "Morti" Smit (ing. Mortimer "Morty" Smith) — Rik və Morti serialının iki baş qəhrəmanlarından biri. Morti Rik Sançezin nəvəsidir və Rik tez-tez onu öz macəralarına qoşulmağa məcbur edir. Morti bacısı Sammer ilə birlikdə Herri Herpson Orta Məktəbində təhsil alır. == Bioqrafiya == Məlumatın asanlıqla tapıla bilməsinə baxmayaraq, Mortinin keçmiş həyatı haqqında çox şey deyilməmişdir. Mortinin hal-hazırda 14 yaşı var. Rik Sançez cəmi 14 il əsrarəngiz bir şəkildə itkin düşmüşdü. Rikin itkin düşməsinin Morti ilə əlaqəsi olması məlum deyil, ancaq Rik Mortinin uşaqlıq vaxtlarını xatırladığı bir neçə dəfə demişdir. Serialın "Rik növündən yaxın Rik-kontaktlar" adlı seriyasında, Rikin xoşbəxt xatirələrindən biri hələ uşaq olan Mortini qucağına götürməsi idi. Serialın "Şvifti olmaq" adlı seriyasında, Quşadamın (ing.
Patti Smit
Patti Smith - (30 dekabr 1946, Çikaqo, İllinoys) ABŞ-lı musiqiçi və şair. 1975-ci ildə çıxardığı ilk albomu "Horses" ilə punk rokun yaranmasında ən təsirli adlardan biri oldu. Smith Punkun vəftiz anası olaraq çağırıldı. Beat şeiri performans tərzini garage rok ilə birləşdirdi. Qadınsayağı uzaq diliylə disko dövrünə meydan oxuyarkən, Amerika gənclərini XIX əsr Fransız şeiri ilə də tanış etdi. Smith çox geniş kütlələr tərəfindən Bruce Springsteen ilə birlikdə yazdığı və siyahılarda 13 nömrəyə qədər yüksələn "Because the Night" adlı mahnısıyla tanınır. 2005-ci ildə, sənətçiyə, Fransa Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyata və mədəniyyətə etdiyi töhfələrə görə "Ordre des Arts et des Lettres" ordeni verildi. Bundan başqa 2007-ci ildə "Rock and Roll Hall of Fame" ə qəbul edildi. 17 Noyabr 2010-cu ildə isə xatirələrini yazdığı "Just Kids" (Uşaq Uşaq) adlı kitabıyla National Book Awardın qazandı. 2011-ci Polar Music Prize'ı edən sənətçilərdən biri oldu.
Sait Faik
Səid Faiq Abasıyanıq (türk. Sait Faik Abasıyanık) (18 noyabr 1906 ya da 22 noyabr 1906 və ya 23 noyabr 1906 Adabazarı, Sakarya ili — 11 may 1954, İstanbul) — Türk şair, tərcüman (fransız dili) və yazıçı.
Samanta Smit
Samanta Rid Smit (ing. Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov. İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-nin Men ştatından olan məktəbli qız. 1983-cü il 7–22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi. Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur. == Tarixi səbəblər == Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Sidney Smit
Sidney Smit (ing. Sydney Smith; d. 1875, Liverpul, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Sidney Smit 1875-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. == Karyerası == 1903-cü ildə "Liverpul" komandasında 2 oyunda meydana çıxmışdır.
Smit Uilloubi
Smit Uilloubi(Smith Willoughby) — 6 aprel 1828-17 iyul 1891 ingilis mühəndis-elektriki == Həyatı == Smit Uilloubi (Smith Willoughby) 6 aprel 1828-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == İngilis mühəndis-elektrik Smit Uilloubi (Smith Willoughby) Uilloubi televiziyanın ilk tədqiqatçılarından hesab edilir, belə ki, o, 1873-cü ildə ilk televiziya sistemlərində istifadə olunan selenin fotoötürmə effektini kəşf etmişdir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Smit adası
Smit adası (ing. Smith Island) — Cənubi Şetland adaları arxipelaqının qərbində yerləşən ada. Lou adasından 25 km şimal-qərbdə, Snou adasından 35 km şimal-qərbdə, Desepşendən isə 72 km qərbdə yerləşir. Antarktida ilə arada məsafə 140 km-dir. Adanın uzunluğu 32 km, eni 8 km təşkil edir. Sahəsi 148,0 km²-dir. Adanın daxili hissəsini İmeon silsiləsi yerləşir. Silsilənin ən hündür zirvəsi Foster dağıdlr (2105 m). Zirvə həm də arxipelaqın ən hündür zirvəsidir. Adada heç bir qütb stansiyası yoxfur.
Smit boğazı
Smit boğazı ing. Smith Sound -Qrenlandiya adasını Elsmir adasından ayırır. Nersa boğazının davamında yerləşir. Baffin dənizini Keyra körfəzi ilə birləşdirir. Boğaz Viliyam Baffin tərəfindən 1616-cı ildə ingilis diplomatı Tomas Smitin şərəfinə adlandırılmışdır. Hətta o öz zamanında bu coğrafi abyekti körfəz olaraq bilmiş ing. Sir Thomas Smith's Bay adlandırmışdır. Uzunluğu 50 km,ən dar yeridə 50 km təşkil edir.
Sopi Smit
Cefferson Randolf Sopi Smit (ing. Soapy Smith; 2 noyabr 1860, Koveta[d], Corciya – 8 iyul 1898, Skakvey) — Amerika Birləşmiş Ştatlarının Kolorado və Alyaska ştatlarından fəaliyyət göstərmiş qanqster.
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
Staf Smit
Staf Smit (14 avqust 1909 – 25 sentyabr 1967, Münxen) — Cazmen. == Həyatı == Staf Smit – caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik "pulsasiya" yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır. == Mənbə == Barnett, Anthony. Almost Like Being In Bop: a Not-So-Brief Account of the Hidden History of the Swing to Recorded Bebop and Progressive Violin in America and Europe. Lewes, East Sussex: AB Fable, 2005.
Stiv Smit
Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü. Stiv Smit (akademik) — akademik. Stiv Smit (jurnalist) — jurnalist. Stiv Smit (professor) — professor.
Uilbur Smit
Uilbur Eddison Smit (ing. Wilbur Addison Smith 9 yanvar 1933[…] – 13 noyabr 2021[…], Keyptaun) — Şimali Rhodesia (indiki Zambiya) doğumlu yazıçı.
Uill Smit
Villard Kristofer Smit kiçik (25 sentyabr 1968[…], Filadelfiya, Pensilvaniya) — tanınmış Amerika aktyoru. Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir. == Həyatı == Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq.
Uilyam Smit
Vilyam Smit (ing. William Smith; 23 mart 1769 — 28 avqust 1839) — 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq. == Tərcümeyi-halı == Vilyam Smit Oksfordşir qraflığında Con və Anna Smitlərin ailəsində anadan olmuşdur. Ailədə ondan balaca olan iki qardaşı - Daniel və Con və bacısı Elizabet var idi. Elizabetin oğlu Con Fillips Oksford universitetinin geologiya üzrə professoru olmuşdur. Atası Kuznets sətəlcəmdən vəfat edəndə Vilyam Smitin 8 yaşı vardı. Onun tərbiyəsi ilə dayısı Vilyam məşğul olmuşdur. == Təhsili == Vilyam Smit ibtidai təhsilini kənd məktəbində almışdı. sonrakı təhsilini o, müstəqil şəkildə almışdır. Hələ uşaqlıq illərində Vilyam yaşayış yerinə yaxın ətraf ərazilərdə dəniz molyuskaları və dəniz kirpiləri ilə maraqlanmış və onların daşlaşmış qalıqlarını toplamağa başlamışdır..