Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Klokot
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril. Клокот, alb.
Sialkot
Sialkot (urdu سيالكوٹ) — Pakistanın Pəncab əyalətinin şimal-şərqində şəhər.Pakistanın ən böyük 13-cü şəhəridir.Qızıl ayparanın Pakistandakı ən böyük ixracatçılarından biridir. Sialkotun keçmiş adı olaraq söylənilən "Saqala" şəhərinin əsasını Makedoniyalı İskəndər e.ə.326-cı ildə qoymuşdur və daha sonra şəhər Yunan-Hindi dövlətinin paytaxtı olmuşdur.Şəhər hal-hazırda Pakistanda ən çox buddistlərin yaşadığı şəhər olarar qeydə alınıb.Şəhər bəzən "İqbal şəhəri" olaraq adlanır.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Nikolay Saakov
Nikolay Vartanoviç Saakov (erm. Նիկոլայ Վարդանովիչ Սահակով; 10 iyun 1908, Qroznı, Terek vilayəti – 19 oktyabr 1973, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi (1965–1973), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1957), Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı. Nikolay Vartanoviç Saakov 1908-ci ildə Qroznı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildə ikinci dərəcəli məktəbi bitirmiş, 1933-cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-arxitektor ixtisasını almış və Türkmənistan ağır sənaye ittifaqının istehsalat şöbəsinin mühəndisi vəzifəsinə göndərilmişdir. Fəhlə-Kəndli Qızıl Ordusu sıralarında bir il xidmət etdikdən sonra o, Qroznıdakı "Krasnı molot" zavodunda quraşdırma sexinin rəisi vəzifəsində işləmişdir. 1935-ci ilin fevral ayında Nikolay Saakov Bakıya gələrək müxtəlif tikinti təşkilatlarında çalışmışdır. 1939-cu ilin əvvəllərində Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin arxitektura-planlaşdırma şöbəsinin rəisi təyin edilmişdir. 1941-ci ilin iyul ayından Azərbaycan SSR xalq daxili işlər komissarının müavini, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı İdarəsinin rəisi olmuşdur. 1946-cı ildən neft sənayesi sistemində bir sıra tikinti təşkilatlarına başçılıq etmişdir. 1949-cu ildən 1951-ci ilədək Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, sonra üç il "Baş qərb neft tikintisi" tikinti-quraşdırma trestinin rəisi vəzifələrində işləmişdir.
Slavko Kaleziç
Slavko Kaleziç (mont. Slavko Kalezić; d. 24 mart 1989, Podqoritsa, Monteneqro) — Monteneqro müğənnisi və aktyoru. O, "Space" mahnısı ilə Monteneqronu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Slavko Kaleziç 4 oktyabr 1985-ci ildə Monteneqronun paytaxtı Podqoritsa şəhərində anadan olmuşdur. O Monteneqronun Çetinye şəhərində yerləşən İncəsənət Akademiyasında təhsil almışdır. Daha sonra Slavko Monteneqro milli teatrında ansambla üzv seçilmişdir. Slavko müxtəlif teatr və filmlərdə bir çox obrazlar canlandırmışdır. O eyni zamanda Madrid, Tel-Əviv, Stokholm, London və s. şəhərlərdə keçirilən paradlarda çıxış etmişdir.
Slavko Kolar
Slavko Kolar (xorv. Slavko Kolar; d. 1 dekabr 1891 – ö.15 sentyabr 1963) — Xorvat yazıçı. Gələcək yazıçının atası müəllim idi. Uşaqlığı Çazma şəhərində valideynləri ilə keçirib. Pojeqa və Zaqreb gimnaziyalarında təhsil alıb. Krijevtsidə kənd təsərrüfatı üzrə təhsil alıb. Birinci Dünya Müharibəsindən sonra öz təhsilini Fransada davam etdirib. Vətənə qayıtdıqdan sonra Krijevtsi, Çazma, Qorni Xruşevets, Petrinya, Slavonski Brod, Pojeqa və Bojyakovinada aqronom işləyib. Slavko Kolar Xorvatiya ədəbiyyatında realizm cərəyanının təmsilçilərindən idi.
Slavoy Jijek
Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir. Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır. 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır. Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə, ikinci dəfə model olan Analia Huni, 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.
Vladimir Salkov
Vladimir Maksimoviç Salkov (rus. Владимир Максимович Сальков, ukr. Володимир Максимович Сальков; 1 aprel 1937, Donetsk – 9 iyul 2020, Moskva) — rus-ukraynalı peşəkar futbolçu və məşqçi.. Salkov 1 aprel 1937-ci ildə Ukraynanın Stalino şəhərində anadan olub. Uzunmüddətli müddətdə Defenderin futbol komandasında oynadı. Futboldan ayrıldıqdan sonra eyni komandanın məşqçisi oldu. Sovet İttifaqı milli futbol komandasının qısamüddətli icraçı köməkçisi vəzifəsini də icra etdi. Salkov 9 iyul 2020-ci ildə Rusiyanın paytaxtı Moskvada 83 yaşında vəfat etdi.
Şpakov rayonu
Şpakov rayonu (rus. Шпаковский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Mixaylovsk şəhəridir. Əhalisi 148 979 nəfərdir (2020). Rayon Stavropol diyarının qərb hissəsinin mərkəzində yerləşir. Ərazinin iqtisadi, inzibati, mədəniyyət mərkəzi Stavropol şəhərini əhatə edən, onunla sıx nəqliyyat, sənaye, mədəni və məişət əlaqələri olan Mixalyovsk şəhəridir. Stavropolun sənaye zonası praktik olaraq Şpakov rayonunun yaşayış məntəqələri ilə əhatə olunmuşdur. Rayon sərhədlərinin uzunluğu təqribən 390 km-dir. Stavropol dağlığının ən yüksək nöqtəsi olan Strijament dağı (831 m), rayon ərazisində yerləşir. Hidroqrafik şəbəkəyə Taşlu, Böyük Yeqorlık, Tatarka, Mamayka, Yankul çayları, həmçinin Senqilevskoe və Yeqorlıkskoe su anbarları daxildir.
Slavko Brezovski
Slavko Brezovski — Müasir memarlıq istiqamətində işləri ilə tanınan Yuqoslaviya və Makedoniya memarı. Yuqoslaviya krallığının Vardar banovinasının qərbində anadan olub. O, müəllimi Milan Zlokoviç olduğu Belqrad Ali Texniki Məktəbinin memarlıq fakültəsinə daxil olub. 1950-ci ildə diplomunu alıb Skopyeyə qayıtdıqdan sonra 10 ilə yaxın işlədiyi "Projectant" layihə təşkilatında işə düzəlir. Daha sonra “Pelagonia Project” və “Macedonia Project” təşkilatlarında çalışır. Elmi və Texniki Əməkdaşlıq İnstitutunun eksperti kimi onlar Tripoliyə gedirlər və orada Liviya Mənzil Təsərrüfatı Nazirliyinin tapşırıqlarını yerinə yetirirlər. Liviyadan qayıtdıqdan sonra 1960-1962-ci illərdə Skopye Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışıb. O, Braziliyaya ezamiyyətdə olarkən müəllimlik fəaliyyətini yarımçıq qoyub. 1969-cu ildən yenidən memarlıq fakültəsinin ictimai binaların layihələndirilməsi kafedrasında dərs demişdir. Buradaca professor elmi adını almışdır.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Mirzə Sakit
Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair. Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb. 2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir. 2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.
Sakat (Bakalı)
Sakat (başq. Саҡат, rus. Сакатово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Qamışlıtamak kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı):23 km, kənd sovetliyindən (Qamışlıtamak) 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 56 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (40%), başqırdlar (57) üstünlük təşkil edir.
Sakit Allahverdiyev
Sakit Hüseynov
Sakit Yəhya oğlu Hüseynov (25 may 1948, Ocaqlı, Astraxanbazar rayonu) — fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov 25 may 1948-ci ildə Cəlilabad rayonunun (keçmiş Astraxanbazar rayonu) Ocaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib Azərbaycan Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fəlsəfə və Hüquq İnstitutunun sosiologiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra ordu sıralarında qulluq etmiş və yenidən EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya şöbəsində elmi işçi kimi fəaliyyət göstərmişdir. Sakit Hüseynov 1978–1980-ci illərdə Rusiyanın Yekaterinburq (keçmiş Sverdlovsk) şəhərində tanınmış sosioloq, fəlsəfə elmləri doktoru, professor L. N. Koqanın yanında təkmilləşmədə olmuşdur. S. Hüseynov 1980-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1985–2005-ci illərdə Azərbaycan Texniki Universitetinin Fəlsəfə və Politologiya kafedrasında dosent vəzifəsində çalışmışdır. Sakit Hüseynov 2008-ci il 24 aprel tarixində İran İslam Respublikasının Rudehen şəhərində yerləşən Azad İslam Universitetində keçirilən "Universitetlər və yeni iş yeri yaradanlar" adlı Beynəlxalq konfransda "Yeni iş yerlərinin açılması: yoxsulluğun azaldılması və davamlı insan inkişafı" mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə çap edilmiş və qızıl medala layiq görülmüşdür. S. Hüseynov 2005-ci ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş, 2009–2018-ci illərdə institutun "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" şöbəsinin müdiri olmuşdur.
Sakit Məmmədov
Sakit Qulam oğlu Məmmədov (5 avqust 1958, Neftçala rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü. Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş S. Məmmədov 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir. Rus və Türk dillərini bilir. Ailəlidir 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar. Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir.
Sakit Okean
Sakit okean (ing. Pacific Ocean) — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Böyük okyanus" adlandırılmışdır. Berinq dənizi Oxot dənizi Yapon dənizi Şərq dənizi Sarı dəniz Şərqi Çin dənizi Cənubi Çin dənizi Yava dənizi Banda dənizi Filippin dənizi Ross dənizi Amundsen dənizi Bellinshauzen dənizi Mərcan dənizi Tasman dənizi Durvil dənizi Fici dənizi və.s. Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur.
Sakit Rəsulov
Sakit Rəsulov (Sakit Rauf oğlu Rəsulov; 17 yanvar 1956, Ağdaş rayonu) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor, əməkdar mühəndis. Sakit Rəsulov 1956-cı ildə Azərbaycan Respublikasının Ağdaş rayonunda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Kimya texnologiyası" fakültəsinin əyani şöbəsinə daxil olub. 1976-cı ildə həmin institutu "Neft və qaz emalının kimyəvi texnologiyası" ixtisası üzrə bitirib. 2008-ci ildən bugünədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. "1976–1993-cü illərdə "Neftkimyaavtomat" Elmi-tədqiqat və Layihə İnstitutunda böyük texnik, mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir. 1986-cı ildə Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi adına layiq görülmüşdür. 2011-ci ildə "Neft və qaz yataqlarının işlənməsi və istismarı" və "Neft-qaz borularının, bazalarının və anbarlarının tikilməsi və istismarı" ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2016-cı ildə professor elmi adina layiq görülmüşdür.
Sakit Yaqubov
Sakit Məmədi oğlu Yaqubov (1 iyul 1953) — Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru, "Riyaziyyat və Statistika" kafedrasının professoru. İqtisad elmləri doktoru. Sakit Məmədi oğlu Yaqubov 01 iyul 1953-cü ildə Saatlı rayonunun Məzrəli kəndində anadan olmuşdur. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə həmin İnstitutu "Statistika" ixtisası üzrə bitirmişdir. 1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975–1977-ci illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (İndiki Dövlət Statistika Komitəsi) "Kənd təsərrüfatı statistikası" şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifələrində çalışmışdır. 1977–1980-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Statistika" kafedrasının aspiranturasında əyani təhsil almış və 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda (Московский Экономико- Статистический Институт) "Statistika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1980–1990-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun və Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının "Statistika" kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışadır. 1990–1993-cü illərdə Moskva İqtisadi-Statistika İnstitutunun doktoranturasında əyani təhsil almış və 1993-cü ildə həmin institutda "Statistika" ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad İstitutunun "Statistika" kafedrasında professor vəzifəsində çalışmışdır.
Sakit Zahidov
Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair. Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb. 2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir. 2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.
Sakit eyrenis
Sakit eyrenis (lat. Eirenis modestus) — Suilanıkimilər fəsiləsinə, Eyrenis cinsinə aid ilan növü. Yetkin ilanların uzunluğu 60 sm təşkil edir. Quyruğu isə bədənindən 2–3 dəfə kiçikdir. Bədəni boz-qəhvəyi rəngdə olur. Quyruğu işiqlı rəngdə olur. Gözəl təlxə əsasən Egey dənizi, Aralıq dənizi sahillərində, Türkiyənin şərqi, Suriya, İran, İraq, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yayılmışdır. Rusiya ərazisində isə ancaq Dağıstanın dağlıq ərazilərində rast gəlinir. Gündüz saatları daşların və kolluqların arasında gizlənir. Gecə saatları aktivləşir.
Sakit İsmayılov