Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molot (qəzet)
Molot (az-əbcəd. مولوت‎, rus. Молот) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunmuş gündəlik leqal bolşevik qəzeti. 1919-cu ildə Bakıda rus dilində nəşr olunmuşdur. Birinci nömrəsi 1919-cu il iyulun 9-da, sonuncu nömrəsi isə avqustun 14-də (cəmi 31 nömrə) çıxmışdır. "Molot"da Rusiya Kommunist (bolşe-viklər) Partiyasının ideya-siyasi xətti təbliğ edilir, Azərbaycan xalqının milli hökumətinə qarşı yönəldilən yazılar dərc olunurdu. Pozucu fəaliyyətinə görə "Molotun nəşri Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qadağan edilmişdi, lakin qəzet 1919-cu il avqustun 19-dan 28-dək "Proletari" adı ilə nəşrini davam etdirmişdir (8 nömrə).
Molot (təşkilat)
Molot təşkilatı — 1903-cü ildə təsis edilmiş Rusiya şirkəti. Şirkətin qərargahı Sankt-Peterburqda, fabrikləri isə Qroznı və Bakıdadır. "Molot" Mexanika və İstehsalat Birliyinin tarixi 20-ci əsrin Rusiyanın ən məşhur neftçisi, tanınmış rus sənayeçisi, patronu, siyasətçisi Stefan Liazonovun adı ilə bağlıdır. 1903-cü il noyabrın 22-də təsdiq edilmiş şirkətin nizamnaməsinə əsasən, Bakı şəhərinin Sabunçu şəhərində mexaniki və dəmir döküm zavodu, bu müəssisələrin məhsulları, neft quyularının qazılması və ümumi neft avadanlıqlarının satışı ilə məşğul olmaq üçün neft və qaz alqı-satqısı mərkəzi tikilmişdir. Əvvəlcə "Molot"-un investisiyası 500 min rubl idi, beş yüz rublun min hissəyə bölündü. 1914-cü ildə Assosiasiya sərmayəsini 5 milyona çatdırır, Qroznıda bir quyu və mexaniki bina qazanır. 1917-ci ilə, Rusiya imperiyasının çökməsi ilə, şirkətin əsas hissəsi 10 milyon rubl qədər artır. Millətləşmə zamanı, 1918-ci il iyunun 28-də RSFSR Xalq Komissarları Şurasının fərmanı ilə, Molot Balaxanı, Zabrat, Bibiheybət, Binəqədi və Qroznı şəhərlərində dəmir filizləri olan beş mexaniki zavodun sahibi oldu. Bundan əlavə, Bibiheybət və Balaxanıdakı iki bina keçmiş "Biering"-in balansında, Balaxanıda başqa bir zavod - "Robura"-da idi.
Molot silah fabriki
Rusiyanın Kirov bölgəsində fəaliyyət göstərən “Molot” silah fabriki 1940-cı ildə sovet dövründə qurulub. Fabrik dünyada məşhur olan “Kalaşnikov” silahı başda olmaqla, digər silah və güllələr də istehsal edib. 2009-cu ilin yayında fabrik borc probleminə görə istehsalı dayandırıb. “Molot” silah fabrikinin bank və əməkdaşlarına 1 milyard rubl borcu var. Fabrikin istehsala başlaması üçün 300-400 milyon rus rubluna (10-14 milyon ABŞ dolları) ehtiyacı var. Fabrikin istədiyi kreditlər isə hələ verilməyib, üstəlik işçilərin də uzun müddətdir ki, gözlədiyi maaşlar ödənilməyib. 5000 nəfərin çalışdığı fabrikdə indi yalnız təhlükəsizlik işçiləri qalıb. Fabrikin 2700 işçisi müvəqqəti olaraq başqa işlə təmin edilib.
Exolot
Exolot — ultrasəs səs dalğalarının köməyi ilə dəniz dibinin dərinliyini ölçən və şaquli dəniz mühitində olan obyektlərin səthə olan məsafəsini təyin edən naviqasiya vasitəsi.
Samolit
Böyük Samolit dağı
Seolit
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Molox
Molox (mas: מֹלֶךְ; q.yun. Μόλοχ, lat. Moloch) — qədim Finikiyada və Karfagen dinində günəş tanrısı. Bibliyada ammonların tanrısı kimi xatırlanır. Finikiya dilində molek – hökmdar deməkdir. Moloxun şərəfinə hərbi əsirlər, bəzi hallarda azyaşlı əyan uşaqları qurban verilərək yandırırdılar. Cooper, Alan M. Phoenician Religion [first edition] // Jones, Lindsay (redaktor). Encyclopedia of Religion. 10 (2). Macmillan Reference.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Asmolov Teatrı
Asmolov Teatrı — Rostov-na-Donu şəhəri, Taqanroq prospektində (indiki Budyonnovski prospekti), 2000-ci illərə qədər mövcud olmuş "Novı bıt" bazarının yerində mövcud olmuş teatr. Teatr 1883-ci ildə təşkil edilmişdir. == Tarixi == 1882-ci ildə rostovlu tütün fabrikinin rəhbəri Bladimir İvanoviç Asmolov şəhər dumasından Taqanroq prisoektində, Bolşoy Sadovaya və Kuznesov (hazır ki, Puşkinski) küçələri arasında konsert zalının tikilməsi üçün icazə verilir. 19 oktyabr 1883-cü ildə Asmolov teatrında ilk dəfə pərdə açılmışdır. 38 il müddətində şəhər əhalisinə xidməti sayəsində Rostov-na-Donu şəhərini teatral bir mərkəzə çevirmişdir. O şəhərdə ən çox tutumu olan teatr idi. Belə ki, vaxtı ilə burada sonradan çoxlu sayda teatrlar inşa edilsə də yenə öz birinciliyini qoruyurdu. 1894-cü ildə teatra rejisor vəzifəsinə Nikolay Nikolayeviç Sinelnikov gətirilir. Burada , Nikolay İvanoviç Sobolşikov-Samarin, Konstantin Aleksandroviç Marcanaşvili, Nikolay Petroviç Roşin-İnsarov, Mariya Mixaylova Blyumental-Tamarina, S. Kuzensov, Vasili Oanteleymonoviç Dslmatov, Yakov Vasileviç Orlov-Çumbinin, Pavla Leonteva Vulf, M. Yoreva, N. Nasilev, P. Muromsev və başqaları işləmişdir. Asmolovun özü teatrı olduqca çox sevirdi.
Omolon çayı
Omolon çayı (saxa Омолоон) — Rusiyanın Uzaq Şərq regionunun şimalından axan çay. Kolıma çayının sağ və ən iri qoludur. Saxa, Çukotka muxtar dairəsi və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 1114 km təşkil edir. Çay hövzəsinin ümumi sahəsi 113 000 km²-dir. Çayın adı Yukagirlərin Omol ("yaxşı") qəbiləsinin adı və on ("çay") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni "Omol qəbiləsinin çayı" mənasını verir. Başlanğıcını Otaykaçan silsiləsinin yamaclarından götürür və Kolyma silsiləsi arasındakı vadidə axır. Çay qar və yağış ilə qidalanır. Orta su axını təxminən 680 m³/s.
Smolar şəlaləsi
Smolar şəlaləsi (mak. Смоларски Водопад) — Makedoniya Respublikasının şərqində Yunanıstan ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Belasisa dağının şimal ətəklərində yerləşir. Şəlalə Lomnisa çayının orta axarlarında, sıx meşəlik daxilində qərarlaşır. Bu təbiət abidəsi dəniz səviyyəsindən 600 metr hündürlükdədir. Şəlalədən şimalda ona ən yaxın yaşayış məntəqəsi olan Smolari kəndi yerləşir. İnzibati baxımından Makedoniya Respublikasının Cənub-Şərq regionu, Strumisa icmasına daxildir. Şəlalə Lomnica çayı istiqamətində olan tektonik olaraq qeyri-sabit strukturda yerləşir. Şəlalənin töküldüyü hissədə dərin bir hovuz vardır. Bu hovuzun uzunluğu 5 metr, eni 11 metr, dərinliyi isə yerindən asılı olaraq 0,5–0,7 metr arasında dəyişir.
Smolls mayakı
Smolls mayakı (ing. Smalls Lighthouse) — Birləşmiş Krallıq daxilindəki Uelsin Pembrukşir qraflığındakı Marlus yarımadasından 32 kilometr (20 mil) qərbdə, Qrassholm adasından 13 kilometr (8.1 mil) qərbdəki Smolls adasında yerləşən mayak. Mayakın yerləşdiyi Smolls adası dalğalar tərəfindən yuyulmuş bazalt və dolerit qayalar qrupunun ən böyüyüdür. İndiki mayak 1776-cı ildə ucaldılmış köhnə mayakı əvəzləmək üçün 1861-ci ildə mühəndis Ceyms Duqlas tərəfindən ucaldılmışdı. Bu, "Trinity House" təşkilatının əməliyyatda olan ən ucqar mayakıdır. İlkin Smolls mayakı Liverpul şəhərindən olan musiqi instrumenti istehsalçısı Henri Uaytsaydın planları əsasında 1775–1776-cı illərdə ucaldılmışdır. Mayak palıddan hazırlanmış doqquz sütun üzərində dayanırdı. Mayakın yırğalanmadan əziyyət çəkməsinə baxmayaraq, 80 il dayanmışdır. Bu 80 il ərzində mayaka əlavə sütunlar da yerləşdirilmişdir. Uaytsayd mayakı 1777-ci ildə ziyarət edən zaman o, fırtınaya görə adada düz bir ay ilişib qalmışdı.
Smolnı kafedralı
Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1) 1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir.
Smooth Criminal
Smooth Criminal (ing. Smooth Criminal – "Qüsursuz Cinayət", oxunuşu: Smuz Kriminal) – Maykl Cekson tərəfindən 1987-ci ildə ifa edilən mahnı. Bu mahnı Maykl Ceksonun Bad albomuna daxil olan 7-ci mahnıdır. "Smooth Criminal" mahnısına uyğun olaraq "Ay piyadası" filmi çəkilmişdir. Mahnının nəqarəti "Annie are you ok?" (azərb. Enni sən yaxşısan?‎) sözlərindən ibarətdir. Smooth Criminal mahnısı Bad mahnısı ilə birlikdə ön plana çıxmış və dövrünün məşhur bir mahnısı olmuşdur. Mahnının fərqli versiyaları vardır. Uzun videoda mahnıya oynağalar edilmişdir. Rəqsçilərin motivasiyası üçün Michaelin fikri olaraq klipin ortasında musiqi kəsilər və hər kəs qışqırıqlar etməyə başlayarlar.
Smooth Operator
Smooth Operator – Məşhur ingilis musiqi qrupu olan Sadenin debüt albomu olan Diamond Life albomundan çıxardığı dördüncü və sonuncu sinql. Billboard Hot 100 hit paradında 1985-ci ilin may ayında iki həftə beşinci yerdə qalan mahnı Sadenin ABŞ-da ilk onluğa yüksələn birinci mahnısı olmuşdur. Mahnı ulduz həyat tərzi sürən və səfərləri zamanı onu sevən bir çox kişinin könlünü sındıran qadın haqqındadır. Mahnı Sade qrupundan sonra bir çox məşhur müğənnilər tərəfindən ifa edilmişdir.
Riçard Smolli
Riçard Smolli (ing. Richard Errett Smalley; 6 iyun 1943[…], Akron[d], Ohayo – 28 oktyabr 2005[…], Hyuston, Texas[…]) — amerikalı fizik, 1996-cı ildə Robert Kerl və Harold Kroto ilə birlikdə Karbonun yeni formalarının — fullerenlərin kəşfinə görə Nobel mükafatı aldı. Rays Universitetində universitet professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1990 il). O, Miçiqan Universitetində oxuyub və 1965-ci ildə bakalavr dərəcəsini alıb. 1973-cü ildə Prinston Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. R. Smolli təhsilini və elmi dərslərini kimya sənayesindəki işiylə birləşdirdi, burada mühəndislik bacarıqları və idarəetmə təcrübəsi əldə etmişdir. Dissertasiyasını müdafiə etdikdən sonra Çikaqo Universitetinə daxil olan Smolli və həmkarları yeni bir istiqamət — səsdən sürətli axınlarda lazer spektroskopiyasını inkişaf etdirirlər. 1976-cı ildə ailəsi ilə birlikdə Texas ştatının Hyuston şəhərinə köçürlər və Rays Universitetində dosent kimi işləməyə başlayır. Spektroskopiya sahəsində işini davam etdirən Smolli, müxtəlif maddələrin lazerlə buxarlanması və sonradan səsdən sürətli axınlarda soyuması zamanı əmələ gələn atom klasterlərinin tərkibini təhlil edir. Bu texnikadan istifadə edərək, 1985-ci ildə Britaniyanın Sasseks Universitetindən universitet həmkarı Robert Kerl və Harold Kroto ilə əməkdaşlıq edərək, o, karbonun sferaya bənzər yeni formalarını — fullerenləri kəşf etdi.
Samolit aşırımı
Samolit aşırımı — Baş Qafqaz silsiləsində yerləşən dağ keçidi. Aşırımın hündürlüyü 3260 m (digər mənbələrə görə 3240,4 m) təşkil edir. Böyük Samolit dağıının cənub-qərbində, Azərbaycan Respublikası (Zaqatala rayonu) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşir. Aşırımın şimal yamacının qırışıqlarında Samolit gölləri qrupunun ən böyük olanı Samolit gölü yerləşir.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Solo
Solo (it. solo - "bir") - bir nəfərin səsli və ya musiqi aləti ilə bütöv bir musiqi əsərini və ya onun aparıcı tematik hissəsinin ifa etməsi. Belə bir solo partiyanın ifaçısı solist adlanır. “Solo” anlayışı rəqs sənətinə də aiddir: məsələn, “baletdə solo”. Rok musiqisində "solo" termini mahnının əsas motivini inkişaf etdirən gitara körpüsü deməkdir. Çox vaxt solo mahnının ortasına və ya sonuna doğru daxil edilir. Hevi-metalda sololar uzun olur və bir-iki dəqiqədən beş və hətta altı dəqiqəyə qədər davam edə bilər (Deep Purple -ın " Child in Time" mahnısında olduğu kimi). Alternativ rokda tez-tez qısa sololara, bəzən yalnız bir neçə bar uzunluğuna rast gəlmək olar.
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Robert Solou
Robert Solou (ing. Robert Solow) (23 avqust 1924, Bruklin, Nyu-York ştatı – 21 dekabr 2023, Leksinqton[d], Massaçusets) — xüsusilə iqtisadi inkişafla bağlı tədqiqatları ilə tanınan amerikalı iqtisadçı. 1961-ci ildə Con Beyts Klark medalı, 1987-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 1999-cu ildə Beynəlxalq Elm medalına layiq görülmüşdür. Robert Solou 23 avqust 1924-cü ildə Nyu York şəhərində yəhudi ailəsində anadan olub. Evlərinin yaxınlığında yerləşən dövlət məktəbində oxumuş, uğurlu bir şagirdlik keçirmişdi. Robert Solou 1940-cı ilin sentyabr ayında təqaüdlə Harvard Universitetində təhsilə başladı. Sosiologiya və antropologiya üzrə təhsil almaqla yanaşı eyni zamanda iqtisadiyyat təhsili də almağa başlamışdı. 1942-ci ilin sonlarına yaxın ABŞ Ordusuna qoşulmaq üçün universitetdən ayrılan Robert Solou Şimali Afrika və Siciliyada xidmət keçdi. Sonra isə ordudan tərxis olunana qədər İtaliyada xidmət keçmişdi. 1945-ci ildə yenidən Harvard Universitetinə qayıtdı.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Solut (Nəmin)
Solut (fars. سلوط‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (60 ailə).