Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Toska
Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur. == Yaranma tarixi == Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Dalğaqanad sovka
Elena Koşka
Elena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Göybaftalı sovka
Klyoçevskaya Sopka
Klyoçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-ci ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944—1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988-1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004—2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il === 1932 il === Adətən il ərzində 5-6 püskürmə baş verir.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Müxtəlifrəngli sovka
Sosko Ambalov
Sosko Ambalov (18 (30) oktyabr 1870, Ardon, Şimali Osetiya – 1937) — Osetiya ictimai xadimi, etnoqraf, tərcüməçi, dilçi və Osetiya folklorunun toplayıcısı. == Bioqrafiyası == 18 oktyabr 1870 -ci ildə Ardon kəndində (bu gün - şəhərdir) gizir ailəsində anadan olmuşdur. Doğulduğu kənddə kilsə məktəbini bitirdikdən sonra Ardon İlahiyyat Seminariyasına daxil olur. XIX əsrin 90-cı illərində kitab nəşriyyat cəmiyyətinin qurulmasının təşəbbüskarlarından biri olur. Osetiyalı müəlliflərin əsərlərini nəşr etdirməklə məşğul olur, xüsusən də ilk dəfə şair Kosta Xetaqurovun "Osetiya lirası" şeirlər toplusunu nəşr etdirir. İlk nömrəsi 23 iyul 1906-cı ildə nəşr olunan "İron qazet" qəzetinin nəşrini təşkil edir və 1907-ci ildən "Noq sard" (Yeni həyat) qəzetini nəşr etdirir. Dostları Babu Zanqiyev və Mixa Basiyev ilə birlikdə Laba kəndindən Vladiqafqaza gedən mərhum Kosta Xetaqurovun cənazəsini müşayiət edir. 1918-ci ildə Osetiya Tarix və Fəlsəfə Cəmiyyətinin üzvü olur. Cəmiyyətin göstərişi ilə 1920-ci illərdən etibarən osetin şifahi xalq yaradıcılığının əsərlərini toplamağa başlayır. Ekspedisiyaları əsasında osetin xalq əfsanələrinin toplusunu nəşr etdirir.
Toska Mask
Toska Mask (ing. Tosca Musk; 20 iyul 1974, Cənubi Afrika) — cənubi afrikalı və kanadlı film prodüseri. Toska sahibkar İlon və Kimbal Maskın bacısı, Mey Maskın isə qızıdır. == Şəxsi həyatı == Maskın ekiz uşaqları var.
Toska adası
Toska' (norv. Toska) — Norveçin Radyoy kommunasına daxil olan ada. Adanın sahəsi 5 km² təşkil edir. Radyoy adasından qərbdə yerləşir. Adada 40 nəfər yaşayır ki, onların da hamısı kənd əhalisidir. Adada yaşayan əhali əsasən qonşu kəndlərdə, hətta Berqendə işləyir. Radyoyda yerləşən Manqer kəndini Toska adası ilə birləşdirən yol 1989-cu ildə inşa edoilmişdir.
Çəhrayı sovka
Şimali Sosva
Şimali Sosva çayı — Xantı-Mansi muxtar dairəsi ərazisindən axan çay. Çay Şimali Uraldan başlayaraq Qərbi Sibir düzənliyinə istiqamətlənir. Çayın uzunluğu 754 km, hövzəsinin sahəsi 98 300 km² təşkil edir. Böyük Sosva və Kiçik Sosvanın birləşməsindən əmələ gəlir. Kiçik Obun mənsəbinə 287 km qalmış ona tökülür. == Adının mənası == XX əsrin əvvəllərinə qədər çayın adı rus dilində sadəcə Сосва yazılırdı. Sonradan ada ь işarəsi əlavə edilərək Сосьва şəklinə düşür. Daha sonra isə çayın adı Şimali Sosva olaraq qoyulur. Onun cənub qolu Cənub Sosva adlandırılır. Lakin buda uzun sürmür.
Şüalı sovka
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Renier Sosa
Renier Sosa (30 aprel 1972) — Kubanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Renier Sosa Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Samuel Sosa
Samuel Alexandro Sosa Kordero (17 dekabr 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Sosa Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. Vanuatu millisi ilə görüşdə Sosa yeddinci qolun müəllifi olmuş və komandası 7-0 hesabı ilə qalib gəlmişdir.
Soka Qakkai
Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır. == İnancları == Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir.Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür". == Tarixi == 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub. O zaman, qurumun ilk məclisində onun adı Soka Kyoiku Qakkai (創価教育学会, "Dəyər yaranma təhsil cəmiyyəti") idi.
Xose Sosa
Xoze Ernesto Sosa (d. 19 iyun 1985, Argentina) - Türkiyə Super Liqası təmsilçilərindən olan Fənərbaxça PFK klubunda çıxış edən Argentina’lı peşəkar futbolçudur. == Karyerası == Sosa əsasən hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. 35 yaşlı futbolçu peşəkar karyerasına Argentinanın "Estudiantes" klubunda başlayıb, daha sonra Almaniyanın "Bavariya", İtaliyanın "Napoli" və Ukraynanın "Metallist Xarkov", İspaniyanın "Atletiko Madrid" kimi klublarında çıxış edib. 2014-cü ilin qışında isə futbolçu "Beşiktaş" klubuna transfer olunub. Argentina milli komandasıyla 19 oyuna çıxan Sosa 1 qolla yadda qalıb. 2016-ci ilin yay transfer pəncərəsi zamanı İtaliya klublarından Milan’a transfer olunan futbolçu 2017-ci ildən Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edir. Bu klubdakı debütünü 4. turda Gənclərbirliyi qarşısında edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Loren Soka
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Gümüşü başlıqlı sovka
Kedrovaya Koşka burnu
Kedrovaya Koşka burnu — Çukot Muxtar Rayonunun cənubunda yerləşən burun. Sahillərini Berinq dənizinə daxil olan Onemen körfəzi yuyur. Elədə böyük olmayan yarımadanın cənub-şərq qutqracağını təşkil edir. Burunun qutaracağında qum və gildən təşkil olunmuş dil vardır. Tundra bitkiləri və kollarla örtülüdür. Burun ətrafında sahilin dərinliyi 1 metrdir. Su altı bankələrə rast gəlinir. Burunda Rusiya Federasiyasına məsxus olan naviqasiya işarəsi vardır.
Qəşəng yaşıl sovka
Aosta
Aosta — İtaliyanın Aosta Valley muxtar vilayətinin paytaxtı.
Avoska
Avoska — tor zənbil XIX əsrdə Çexiyada Vavrjin Krçil tərəfindən icad olunmuşdu. O saç üçün tor istehsalına başlayır. Lakin bunlara tələbat olmadığını gördükdə ona qulp əlavə edərək zənbil kimi satışa çıxarır. Tor zənbilin üstünlüyü onda idi ki, həm möhkəm olur, həm də cibdə rahat şəkildə yerləşirdi. 1935-ci ildən SSRİ-də geniş şəkildə istifadə olunmağa başlamışdır.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx.Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi. Thapar, Romila.