Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Straud
Straud (ing. Stroud) — Böyük Britaniyanın Cənub-qərbi İngiltərə regionunun Qlosterşir qraflığında şəhər və inzibati mərkəz. 2001-ci il siyahıya alınmasına görə əhalisi 47.348 nəfərdir.
Rixard Ştraus
Rixard Georq Ştraus (11 iyun 1864[…], Münxen, Bavariya Krallığı, Almaniya ittifaqı – 8 sentyabr 1949[…], Qarmiş-Partenkirhen, Qərbi Almaniya) son romantik və erkən modern erasının aparıcı alman bəstəkarı. Qızılgül kavalyeri, Elektra, Kölgəsiz qadın və Salomeyanın da daxil olduğu operaları ilə, alman poeziyasını klassik musiqiyə uyğunlaşdırması ilə — xüsusilə, Sonuncu Dörd Nəğməsi; Don Juan, Ölüm və Transformasiya, Till Ulenşpigelin şən zarafatları, Zərdüşt belə deyirdi, Bir qəhrəmanın həyatı, Ev simfoniyası, Alp simfoniyasının da daxil olduğu simfonik şeirləri ilə və digər instrumental əsərləri ilə məşhurdur. Ştraus həmçinin Qərbi Avropa və Amerikada görkəmli dirijor kimi tanınır.
İohann Ştraus
İohann Ştraus (alm. Johann Strauss‎; 25 oktyabr 1825[…] – 3 iyun 1899[…], Vyana[…]) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriya bəstəkarı. İohann Ştraus vals musiqisinə gətirdiyi yeniliklərlə tanınır. XIX əsrdə Avropada vals kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri "Mavi Dunay" valsıdır. Mavi Dunay əsəri əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus Mavi Dunay əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir.Hətta ona "Valslar kralı" ləqəbi də verilib. İohann Ştraus 1825-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Ştrausun özü ilə eyni adı və soyadı daşıyan atası İohann Ştraus dövrünə görə tanınan musiqiçi idi.
İsidor Ştraus
İsidor Ştraus (ing. Isidor Straus; 6 fevral 1845 – 15 aprel 1912) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Straud funtu
Straud funtu — İngiltərənin Straud şəhərində istifadə edilən regional valyuta . Totnis funtu və Lyuis funtundan sonra buraxılan üçüncü yerli valyutadır. 12 sentyabr 2009-cu ildən dövriyyədədir. 12 sentyabr 2009-cu ildə, yerli keçid qrupunun təşəbbüsü ilə buraxılıb, . Totnis və Lyuis funtlarından fərqli olaraq o bir qədər fərqli sxemlə buraxılıb. 2010-cu ilin aprelinə olan məlumata görə Qlosterşir qraflığının 30 müəssisəsi bu valyuta ilə işləyir. Buraxılış günü dövriyyəyə 1 000 Straud funtu buraxıldı və hər alıcı azı 1 yerli funt almalı idi. 2011-ci ilə artıq 4 000 yerli funt alınır. Ancaq bununla belə bəzi yerli müəssisələr şikayət edirdilər ki, müştərilər onları dəstəkləsələr də , yenə də funt sterinqə üstünlük veririlər. Straud funtu dörd nominalda: £ 1, £ 2, £ 5 və 10 funtluq olur.
Zoi Ştraub
Zoi Ştraub (alm. Zoë Straub‎; 1 dekabr 1996, Vyana, Avstriya) və ya sadəcə Zoi (alm. Zoë‎) — Avstriya müğənnisi, söz yazarı və aktrisası. O, Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Zoi Ştraub 1 dekabr 1996-cı ildə Avstriyanın paytaxtı Vyanada musiqiçi ailəsində anadan olmuşdur. Zoinin valideynləri Kristof və Rumina Ştraub Papermoon musiqi qrupunun üzvləridir. Zoi altı yaşında ikən valideynlərinin birlikdə yaratdığı Papermoon qrupunun mahnılarından birini ("Doop Doop (Baby Remix)") ifa etmişdir. 2007-ci ildə o, Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. Zoi Vyanada yerləşən Lycée Français de Vienne məktəbində təhsil almışdır. Zoi 2015-ci ildə Avstriyanın Vorstadtweiber teleserialında rol almışdır.
Zoë Straub

İohann Ştrauss
İohann Ştraus (alm. Johann Strauss‎; 25 oktyabr 1825[…] – 3 iyun 1899[…], Vyana[…]) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriya bəstəkarı. İohann Ştraus vals musiqisinə gətirdiyi yeniliklərlə tanınır. XIX əsrdə Avropada vals kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri "Mavi Dunay" valsıdır. Mavi Dunay əsəri əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus Mavi Dunay əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir.Hətta ona "Valslar kralı" ləqəbi də verilib. İohann Ştraus 1825-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Ştrausun özü ilə eyni adı və soyadı daşıyan atası İohann Ştraus dövrünə görə tanınan musiqiçi idi.
Ştraux kərtənkələciyi
Ştraux kərtənkələciyi (lat. Eremias strauchi) — Kərtənkələcik cinsinə aid növ. Rus zooloqu Aleksandr Aleksondroviç Ştaruxun şərəfinə adlandılıb. Kiçik ölçülü kərtənkələdir. Bədəninin uzunluğu 8 sm, çəkisi 7 q olur. Yuxarı nahiyəsi sarı-, zeytunu- və ya cöşqun boz rəngdə olur. Əsasən yarımsəhra zonasında ön dağlıq ərazilərdə yayılır. 1800 m yüksəkliklərə qədər yayıla bilirlər. Əsasən gün olarkən aktiv olurlar. Mart-aprel aylarından aktivləşirlər.
Levi Strauss
Levi Strauss (ing. /ˈliːvaɪ ˈstraʊs/; anadan olarkən Löb Strauß (Löb Ştraus), alm. /løːp ˈʃtʁaʊs/; 26 fevral 1829[…], Buttenhaym[d], Bavariya Krallığı – 26 sentyabr 1902[…], San-Fransisko, Kaliforniya) — alman əsilli, milliyətcə yəhudi olan amerikalı iş adamı, sənayeçi, ixtiraçı, məşhur "Levi Strauss" və ya "Levi's" brendinin yaradıcısı. İşgüzar şəriki Ceykob Devis ilə birlikdə cins parça materialını icad etmişdir. İlk dəfə cins istehsal edən "Blue jeans" (mavi cins) fabrikinin qurucusudur. Onun yaratdığı Levi Strauss & Co. şirkəti 1853-cü ildə San-Fransiskoda (Kaliforniya) fəaliyyətə başlamışdır. == Həyatı == == Karyerası == 20 may 1873-cü ildə L. Strauss və Rusiya İmperiyasindan olan emiqrant Ceykob Devis mis pərçimli şalvar üçün patent alırlar. Elə birinci il Strauss 21000 cüt mis pərçimli şalvar və gödəkçə satır. == Vəfatı, vərəsə və irsi == Levi Strauss 26 sentyabr 1902-ci ildə vəfat etmişdir.
Claude Lévi-Strauss
Claude Lévi-Strauss (28 noyabr 1908[…], Brüssel – 30 oktyabr 2009[…], Parisin 16-cı dairəsi[d]) — Beçikada yaşayan fransız ailəsində anadan olmuş etnoloq və antropoloqdur. Levi-Strauss strukturalizm və struktural antropologiya nəzəriyyələrini inkişaf etdirən əsas alimlərdən sayılır. == Həyatı == Claude Lévi-Strauss 28 noyabr 1908-ci ildə Belçikanın Brüssel şəhərində, yəhudi əsilli fransız ailəsində anadan olub. Atası Raymond Lévi-Strauss portret sənəti ilə məşğul olan rəssam idi. Claude-un uşaqlığı Parisin elit təbəqəsi arasında keçmişdir. Sorbonna Universitetində hüquq təhsili alsa da, 1931-ci ildə ixtisasını dəyişərək fəlsəfə üzrə təhsil almaq qərarı verir. 1935-ci ildə Levi-Strauss Fransa mədəniyyət missiyasının tərkibində Braziliyaya yollanır və San-Paulu Universitetində çalışır. O, burada sonrada həyat yoldaşı olan Dina ilə tanış olur və 1939-cu ilə cütlük Braziliyada yaşayır. Bu illər ərzində o, Amazondaı qəbilələri araşdırır. Sonradan o, kannibalizm haqqında araşdırmalarının vegeterian həyat tərzini seçməsinə səbəb olduğunu yazırdı.
Siraius
Doris (lat. Doris) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin nudibranchia dəstəsinin dorididae fəsiləsinə aid heyvan cinsi. Doris alboranica Bouchet, 1977 Doris atypica (Eliot, 1906) Doris bertheloti (d'Orbigny, 1839) Doris bicolor (Bergh, 1884) Doris bovena Er. Marcus, 1955 Doris caeca (Valdés, 2001) Doris cameroni (Allan, 1947) Doris chrysoderma Angas, 1864 Doris claurina (Er. Marcus, 1959) Doris falklandica (Eliot, 1907) Doris flabellifera Cheeseman, 1881 Doris fontainii d'Orbigny, 1837 Doris fretterae T. E. Thompson, 1980 Doris granulosa (Pease, 1860) Doris ilo (Er. Marcus, 1955) Doris immonda Risbec, 1928 Doris kerguelenensis (Bergh, 1884) Doris kyolis (Ev. Marcus & Er.
Sirius
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Sitrus
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Sorbus
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Status
Status (lat.- vəziyyət) Hansısa ierarxiyada, vəziyyətdə, sistemdə tutulan pillə. Şəxsin, dövlət strukturunun, beynəlxalq təşkilatın, dövlətin beynəlxalq təşkilatda tutduğu vəziyyət, onların hüququ vəziyyəti. Cəmiyyətdə şəxsin statusu : cəmiyyətdə ictimai təşkilatın yeri ; insanın sosial rolu: lider, təşkilatçı, icraçı ; insanın cəmiyyətdə statusu: aşağı, yüksək.
Stiraks
Stiraks (lat. Styrax) — stirakskimilər fəsiləsinə aid bitki cinsi. Stiraks:The Plant List saytında takson barədə məlumat.
Stress
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Sturnus
Sığırçın (lat. Sturnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinə aid heyvan cinsi.
Sərpuş
Sərpuş — Qədim Azərbaycan məişətində işlədilən mis qapaq. Sərpuşla plov qazanı bağlanırdı. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.
Şerans
Şerans (fr. Chérence) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 143 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbində, Serji bələdiyyəsinin 29 km qərbində yerləşir.
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Epileptik status
Epileptik status - uzunsürən epileptik tutma və ya aralarındakı fasilə zamanı şüurun tam bərpa olunmadığı çoxsaylı təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz vəziyyətdir. == XBT-10 üzrə təsnifatı == G41.0 Epileptik status - grand mal (tonik-klonik tutmalar) G41.1 Epileptik status -petit mal (absanslar statusu) == Etiologiyası == Rejimin pozulması, somatik və infeksion xəstəliklər, epilepsiya əleyhinə preparatların tətbiqində fasilə, yaxud onların qəbulunun dayandırılması və ya dozasının azaldılması. == Dövrləri == Predstatus (tutmanın başlanmasından 0-9 dəq), başlanğıc ES (10-30 dəq), inkişaf etmiş ES (31-60 dəq), refrakter ES (60 dəq-dən artıq). == Klinika == ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda qeyd olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik dartılması ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. Absanslar ES-si zamanı şüurun dəyişməsi qeyd olunur, bu zaman reaksiyalar hissəvi olaraq saxlana bilər, dezorientasiya, afaziya, amneziya, oral və bilək avtomatizmləri müşahidə edilir. Absanslar ES-si diaqnozu EEQ-də epileptik aktivlik aşkar olunduqda təsdiq edilə bilər. == Diferensial diaqnoz == Metabolik ensefalopatiyalar (qara ciyərin, böyrəklərin zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla aparılır. == Müalicə == Əgər tutmalar 10 dəq-dən artıq davam edirsə, stasionara nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq tamam olmamış tutmaların qarşısını almaqdır (30 dəq ərzində ESdən sonra baş beyin neyronlarında patoloji dəyişikliklər baş verir). Xəstəxanaya qədər olan mərhələdə tənəffüs yollarının keçiriciliyi təmin olunur, oksigen verilir, benzodiazepinlərin (relanium) bütün üsullarla yeridilməsi effektivdir – v/d, ə/d, rektal.
Nensi Storas
Anna Selina Storas (ing. Nancy Storace ; it. Anna Selina Storace; 27.10.1765, Böyük Britaniya, London) — italyan əsilli İngiltərə opera müğənnisi, soprano ifaçı. Nensi Storas Londonda işləyən italyan musiqiçisinin ailəsində dünyaya gəlmişdir. Gənc yaşlarından oxumağı öyrənən Nensi Storas hələ 8 yaşında ikən konsert vermişdir. 1778- ci ildə İtaliyada, 1780- ci ildən isə Florensiya, Milan Venesiya opera səhnələrində çıxışlar etmişdir. 1783- cü ildə irland tenor Maykl Kelli və italyan bariton Fraçesko Benuççi ilə birlikdə Vena operasına dəvət alaraq 4 il avstriya opera səhnəsini bölüşür. Fiqaronun toyu operasında Süzan rolunun ilk ifaçısı olmuşdur. 1785- ci ildə hamiləliklə əlaqədar bir müddə səsini itirmiş olur. 1787 ci ildə Nensi Soras qardaşı Stivenlə birlikdə Londona dönür.
Neoseiulus striatus
Neoseiulus striatus (lat. Neoseiulus striatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.