Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri. Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9.
Üləma sultan Təkəli
Ulamə sultan Təkəli (?-?) — qızılbaş əmiri, 1531-ci ildə Osmanlı tərəfinə keçmişdi. O, əvvəllər Osmanlı ordusunda sipahi olmuş, 1511-ci ildə Şahqulu üsyanında iştirak edərək, Azərbaycana gəlmiş, Səfəvilərin xidmətinə keçmiş, dövlət vəzifələrinə irəli çəkilmiş və I Şah Təhmasib zamanında Azərbaycan əmirülümərası təyin olunmuşdu. Tarixçi Əbdi bəy Şirazi yazır: "Pələng ilində (1530-cu ildə) Xorasana yürüş ortalığa çıxdıqda o (Cuhə Sultan), Azərbaycanın əmirül-ümərası idi. 300 nəfəri Xorasana cəza dəstəsi kimi göndərdi. Aləmi tutan ordu (Şah Təhmasibin ordusu) qışlamaq üçün İsfahanda olarkən, Sam mirzə və Hüseyn xan Şirazda ikən Ülamə Təbrizə gələrək, Təbrizin darğalığını ələ keçirmək istədi. Şahın Təbrizdə olan xüsusi atlarını ələ keçirdi. Bundan əlavə zərlə işləmək sənəti üçün alınıb, (M-233b) Təbriz zərlə işləyənlərinə tapşırılan şahın bəzi kənizlərini öz mülazimlərinə verdi. Təbriz fərraşxanasında olan şaha məxsus rəsmlər çəkilmiş çadırı çıxarıb öz başının [üstünə] vurdu. Şah Təhmasibin yaxın adamlarının Təbrizdə və o ətrafda qalmış sunukə mallarına yiyələndi. Bununla bərabər Özkəmər bəy Zülqədər ilə müxalifət barədə söhbət edib Təbrizdən çıxdı.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Kalema
Salima
Salima — Malavinin üç bölgəsindən biri olan Mərkəz bölgəsi mərkəzi şəhəri.
Salmea
Salmea (lat. Salmea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Salmea caleoides Griseb. Salmea eupatoria DC. Salmea glaberrima Griseb. Salmea hirsuta (Sw.) DC. Salmea insipida (Jacq.) Bolick & R.K.Jansen Salmea oligocephala Hemsl. Salmea orthocephala Standl. & Steyerm. Salmea palmeri S.Watson Salmea pauciceps Griseb. Salmea petrochioides Griseb. Salmea scandens (L.) DC. Salmea umbratilis B.L.Rob.
Selena
Selena — ay ilahəsi. Yunan mifologiyasındakı analoqu Artemidadır.
Sklera
Sklera və ya gözün ağı, köhnə ədəbiyyatda tunica albuginea oculi – əsasən kollagen və bəzi mühüm elastik lifləri ehtiva edən insan gözünün qeyri-şəffaf, lifli, qoruyucu, xarici təbəqəsidir. İnsanlarda və bəzi digər onurğalılarda, bütün sklera rəngli irislə ziddiyyət təşkil edən ağ rəngdədir, lakin əksər məməlilərdə skleranın görünən hissəsi irisin rənginə uyğundur, buna görə də digər onurğalılarda ağ hissə normal olaraq görünmür. hər ikisi üçün fərqli rənglər.Embrionun inkişafında sklera sinir qişasından əmələ gəlir. Uşaqlarda daha incədir və bir az mavi görünən əsas piqmentin bir hissəsini göstərir.Yaşlılarda sklera üzərindəki yağ yataqları onu bir qədər sarı göstərə bilər.Tünd dəri olan insanlar melanin piqmentasiyası nəticəsində təbii olaraq qaralmış skleralara sahib ola bilərlər. İnsan gözü solğun skleraya (irisə nisbətən) sahib olmaq üçün nisbətən nadirdir.Bu, bir fərd üçün başqa bir şəxsin hara baxdığını müəyyən etməyi asanlaşdırır və kooperativ göz fərziyyəsi bunun şifahi olmayan ünsiyyət üsulu kimi inkişaf etdiyini göstərir.
Sülemiş
Sülemiş ya da tam adıyla Məlikül-Adil Sultan Bədrəddin Sülemiş (d. 1272 - ö. 1291, Konstantinopolis) Misir və Suriyada 1279-cu ildə 7 yaşında ikən 100 gün hökm sürmüş altıncı Türk əsilli Bəhri xanədanından Məmluk sultanıdır. Bir Qıpçaq Türkü olan Məmlük sultanı I Baybarsın oğullarından biridir. Böyük qardaşı olan Bərkə xanın taxtdan endirilmesinden sonra 7 yaşında Kalavunun təklifinə görə sultan elan edildi. 27 noyabr 1279-cu ildə Kalavun 100 Məmlüklu əmirin qatıldığı bir toplantıya başçılıq etdi. Burada Sultanlıq vəzifəsini ancaq bir yetişkin, həddi-buluğa çatmış bir kişinin rdə biləcəyini iddia etdi. Bu toplantı sonucunda Sülemişin taxtdan imtina etməsi və yərinə Kalavunun Məmlük sultanı olması qəbul edildi. Beləcə 100 gün sürən sultanlığından sonra Sülemiş taxtdan endirildi. Sülemiş öncə qardaşı Berkə xanin sürgündə olduğu qədim Xaçlı qalası "Kərək"ə göndərildi.
Süleyman
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Sinema
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Salem
Salem — Brannon Braqa və Adam Saymon tərəfindən 17-ci əsrdə baş vermiş real Salem əcinnələri haqqında yaradılmış Amerikan fövqəltəbii qorxu teleserialıdır. Baş qəhrəman Meri Sibli (Canet Montqomeri) Salemdəki cadugarları eləcədə şəhəri idarə edən güclü cadugardır. Problemlər uzun illər əvvəl yoxa çıxmış sevgilisi Con Aldenin (Şeyn Vest) şəhərə geri qayıtması ilə başlayır. Bu qayıdış Merinin Salem ilə bağlı planlarında da çətinliklər yaradır. Serial həmçinin qotik romatizmi də nümayiş etdirir. Serial 20 aprel 2014-cü ildə WGN America kanalında yayımlanmağa başladı. Nümayişə başladığı vaxtda reytinq toplaya bilən serial həmçinin kanalın ilk orijinal lahiyəsidir. Bu serial kanalın ilk və uğurlu işi olduğu üçün kanal serialı 15 may 2014-cü ildə ikinci mövsüm üçün yeniləndi. Üçüncü mövsümün sifarişi 11 iyul 2015-ci ildə edildi və premyerası 2 noyabr 2016-cı ildə baş tutdu. 13 dekabr 2016-cı ildə WGN-in serialı ləğv etdiyi bildirildi və final seria 25 yanvar 2017-ci ildə yayımlandı.
Suçma
Suçma — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd. Suçma kənd Bələdiyyəsi də Suçma və Dərəcənnət kəndlərini özündə birləşdirir. Suçma kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri sayılan Dəhnə kəndindən (Dəhnə çayından) iki km məsafədə yerləşir. Kənd ərazisinə yaxın yerlərdə qədim, əsasən daş dövrünə aid insan izlərini özündə əks etdirən arxeoloji dəlillər aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Suçma kəndi Acınohur-Həftəran vadisindəki digər iki kəndlə (Böyük Dəhnə və Kiçik Dəhnə ilə) təqribən eyni tarixi dövrdə yaşayış məskəninə çevrilmişdir. Suçma toponomi müxtəlif tarixi dovrlərdə dəyişikliyə uğrayaraq indiki şəklə düşmüşdür. Məsələn, Çar Rusiyasının Zaqafqaziya Hərbi Dairəsinin 1909-cu ildə tərtib etdiyi Zaqafqaziyanın Hərbi-topoqrafik xəritəsində Suçma yaşayış məskəninin adı Suçmi-Dəhnə kimi qeyd edilmişdir. Yenə Çar Rusiyası zamanında, 1858-ci ildə tərtib edilmiş "Qafqaz Diyarının Xəritəsi"ində Suçma kəndinin adı "selo Suçmidaqenskaya" olaraq göstərilmişdir.Qeyd edilməlidir ki, bu xəritədə qonşu iki kəndin, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin adları yer tapmamışdır.Bununla belə ehtimal etmək olar ki,1858-ci il üçün bu üç kəndin (Suçma,Böyük Dəhnə və Kiçik Dəhnə) yerində yalnız bir yaşayış massivi movcud olmuşdur. Yaxud bu kəndlər 1858-ci il xəritəsində yalnız bir yaşayış məntəqəsi kimi göstərilmişdir. Suçma kəndində bir mədəniyyət evi, bir kitabxana, bir tam orta məktəb (2015-ci ildə məktəb Dövlət tərəfindən əsaslı təmir edilmişdir.) fəaliyyət göstərməkdədir.Kənddə Azərbaycan xalqı üçün əlamətdar günlər və bayramlar o cümlədən mədəni tədbirlər, xüsusən gənclərin iştirakı ilə yüksək səviyyədə keçirilir.
Ulama
Şuəra
26-cı surə
Solea
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Bəzmi-Süleyman
Bəzmi-Süleyman, ərəbcə: "Süleymanın məclisi" — Dinə görə, Süleyman peyğəmbər bütün heyvanların və quşların dilini bilirmiş, guya o istədiyi zaman onlar Süleyman peyğəmbərin məclisində hazır olarlarmış.
Camal Sürəya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — atası Kürd ve anası Zazaəsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Cemal Süreya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — atası Kürd ve anası Zazaəsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Dmitri Kuleba
Dmitri İvanoviç Kuleba (ukr. Дмитро Іванович Кулеба; 19 aprel 1981, Sumi) — ukraynalı diplomat. 4 mart 2020-ci ildən Ukraynanın Xarici İşlər Naziri. 13 mart 2020-ci il tarixindən Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür. Ukraynanın Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Baş Nazirinin müavini (29 avqust 2019-cu il — 4 mart 2020-ci il). Ukrayna tarixində ən gənc xarici işlər naziridir. 19 aprel 1981-ci ildə Sumidə anadan olmuşdur. Atası İvan Kuleba (1953) 1993-cü ildən karyera diplomatı olmuş, 1997-ci ildən Ukraynanın Misirdə, Çexiyada, Qazaxıstanda səfiri, Ukrayna Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. 2019-cu ilin dekabrından isə Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2003-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
II Süleyman
II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687).
I Süleyman
Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon – 6 sentyabr 1566, Siqetvar), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır. I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Məscid Süleyman
Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.