Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Surra
Yaşayış məntəqələri AzərbaycandaSurra (Sabirabad) — Sabirabad rayonunda kənd. Surra (Şabran) — Şabran rayonunda kənd.Oxşar toponimlərAşağı Surra — Neftçala rayonunda kənd. Bala Surra — Neftçala rayonunda kənd.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Şurab
Şurab-i Hacı (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Şurab-i Hizarə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Şüar
Şüar və ya motto — bir şəxsiyyət, qrup, təşkilat və ya təşkilatın məqsəd və vasitələrini ümumiyyətlə təyin edən bir deyiş və ya söz siyahısına verilən addır. == Sözün mənşəyi == Motto sözü italyan sözü olub və mənşəyi Latınca muttire yəni "zümzümə etmək, deyilmək" mənasındadır. Motto, təyin edici bir deyişin yanında bir düsturun özü də ola bilər.
Ağbulaq Suqar
Ağbulaq Suqar (fars. اغبلاغ سقار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (5 ailə).
Aşağı Surra
Aşağı Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Surra kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kənd çox qədim tarixə malikdir. Burda tapılan maddi sübutlar kəndin tarixinin orta əsrlərə qədər gedib çıxdığını göstərir. Kənd əhali tərəfindən şərti olaraq dörd hissəyə ayrılır. == Coğrafiyası və iqlimi == Kənd Salyan-Neftçala avtomobil yolunun üzərində yerləşir. Kəndin kənarından keçən Kür çayı kəndə füsunkar gözəllik verir. Kür çayının kənd ərazisindən keçən hissəsində "ada" yerləşir. Adanın təxmini sahəsi 8 hektardır və sıx meşə zolağı əmələ gətirib. == Əhalisi == Kənddə 4338 nəfər əhali yaşayır.
Bala Surra
Bala Surra — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim "kiçik Sura kəndi" deməkdir. Yaşayış məntəqəsini XIX əsrin 80-ci illərində Kurun sağ sahilindəki Ərəb Bəbirxanlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Kurun sahilində, Şirvan düzündə yerləşir.
Məhəlli sular
Məhəlli sular - hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. == Hüquqi dayaq == 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. == Hüquq pozuntuları == 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Sugar*Soldier
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz"‎) verilişi çərçivəsində yayımlanmışdır. == Məzmun == 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır. == Personajlar == Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto)Səsləndirən: İnori MinaseŞun İriya (入谷 瞬, Iriya Shun)Səsləndirən: Ryota OsakaUki Morinaqa (森永 雨季, Morinaga Uki) Nanami Shirayuki (白雪 ななみ, Shirayuki Nanami) Rika Kisaraqi (如月 莉華, Kisaragi Rika) İssey Yusa (遊佐 一誓, Yusa Issei) Vatase (渡瀬, Watase) Tsukkomi Usaqi (ツッコミうさぎ, Usagi Tsukkomi) == Media == === Manqa === === Anime === Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
Sugar Soldier
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz"‎) verilişi çərçivəsində yayımlanmışdır. == Məzmun == 15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır. == Personajlar == Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto)Səsləndirən: İnori MinaseŞun İriya (入谷 瞬, Iriya Shun)Səsləndirən: Ryota OsakaUki Morinaqa (森永 雨季, Morinaga Uki) Nanami Shirayuki (白雪 ななみ, Shirayuki Nanami) Rika Kisaraqi (如月 莉華, Kisaragi Rika) İssey Yusa (遊佐 一誓, Yusa Issei) Vatase (渡瀬, Watase) Tsukkomi Usaqi (ツッコミうさぎ, Usagi Tsukkomi) == Media == === Manqa === === Anime === Manqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
Sular Novruzu
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Surac Sadıqov
Surac Ədalət oğlu Sadıqov (d. 15 iyul 2001; Ağalıkənd, Biləsuvar rayonu — ö. 10 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Surac Sadıqov 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Surac Sadıqov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və 10 oktyabr 2020-ci il tarixində tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Surac Sadıqov 11 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağalıkənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Suran (Komican)
Suran (fars. سوران‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 111 ailədə 209 nəfəri kişilər və 207 nəfəri qadınlar olmaqla cəmi 416 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Suran (dəqiqləşdirmə)
Suran
Suraş (Askın)
Suraş (başq. Сураш, rus. Чура́шево) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Sultanbəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 50 km, kənd sovetliyindən (Sultanbəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 188 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Surra (Sabirabad)
Surra — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir. == Mədəniyyəti == Kəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur. Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir.
Surra (Şabran)
Surra — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hazırda kənd statusuna malik deyil. Şabran şəhərinin Surra küçəsi kimi qeyd edilir. == Coğrafiyası və iqlimi == Kənd Şabran rayon mərkəzi yaxınlığında yerləşir. Dəvəçiçay Surranın mərkəzindən keçir. Bu çay əhalinin içməli su və kənd təsərrüfatında işlədilən suya olan tələbatını ödəyir. == Əhalisi == Kəndin əhalisi 500 nəfərə yaxındır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən bağçılıq, bostançılıq və ticarətlə məşğul olur.
Surra bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Suran (Ərdəbil)
Suran (fars. سوران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (11 ailə).
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.