Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suxoy Loq
Suxoy Loq — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Suxoy adası
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 29 metrdir. Naydyonış adasından 1,8 km cənub-şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,8 km təşkil edir. Sahilləri düzdür. Burada göl və çay yoxdur.
Şuhey Kamimura
Şuhey Kamimura (上村 周平, Kamimura Shuhei, 15 oktyabr 1995-ci ildə Masikidə anadan olub) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. == Klub statistikası == 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Şuhey Terada
Şuhey Terada (d. 23 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Şuhey Uetsuka
Şuhey Uetsuka (上塚周平, Uetsuka Şuhey, 12 iyul 1876, Kumamoto – 6 iyul 1935) – Braziliyada yapon icmasının lideri. O, "yaponların Braziliyaya immiqrasiyasının atası" hesab olunur. == Həyatı == Şuhey Uetsuka 1876-cı ildə Yaponiyanın Kumamoto prefekturasında doğulmuş, Tokio Universitetində hüquq təhsili almışdır. 1908-ci ildə Braziliyaya immiqrasiya edən ilk yaponlara sponsorluq edən "Kokku" kolonizasiya şirkətinin agenti olmuşdur. O, Braziliyaya immiqrasiyanın ilk illərində yapon icmasına böyük dəstək göstərmiş, müstəqil fermerliyi müdafiə etmiş və bir çox yapon kənd təsərrüfatı məskəni qurmuşdur. 1918-ci ildə San-Paulu ştatında Promisan koloniyasının əsasını qoymuşdur.Braziliyada yapon icmasına başçılıq etməklə yanaşı boş vaxtlarında hayku poeziyası ilə məşğul olmuşdur. 1935-ci ildə ölmüş və Promisan bələdiyyə qəbiristanlığında dəfn olunmuşdur. == Xatirəsi == 1978-ci ildə Braziliyaya gəlişinin 60 illiyi münasibətilə San-Paulu ştatında onun heykəli qoyulmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z).
Suxoy Elançik çayı
Suxoy Elançik çayı (əvvəlki adı Srednı Elançik) — Ukrayna və Rusiya ərazisindən axan çay. Mokrıy Elançik çayının sağ qolunu təşkil edir. Azov dənizi hövzəsinə aid bir çaydır. Çayın uzunluğu 77 kilometr təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi 515 km² təşkil edir. Enişi 1 km 1 metr təşkil edir. Vadisi V şəkilli formaya malikdir. Vadisinin evi 3 kilometrə qədər genişlənir. Eni isə 200 km-dir. Çaydan həm əkinçilik həm də balıqçılıqda istifadə edirlər.
Suxoy Nos burnu
Suxoy Nos burnu — Şimal adasının cənub-qərbində yerləşir. Burunda bir çox quşlar yuva qurur. Sovet dönəmində burada nüvə sınaqları həyata keçirilmişdir. Bu paliqon Yeni Torpaq arxipelaqında yerləşən iki sınaq meydancasından biri olmuşdur. 1958 - 1961 illəri arasında sınaqlar davam etmişdir.
Suxoy Su-1
Suhoy Su-1 (rus. Сухой Су-1), Suxoy tərəfindən istehsal olunan SSRİ mənşəli bir qırıcı prototipidir. Təyyarə İkinci dünya müharibəsi ərəfəsində yaradılmışdı və inkişaf etdirilmiş versiyası Su-3 adı altında tanınırdı. Hər iki təyyarə test mərhələsindən keçsə də, kütləvi istehsalına başlanılmamışdır.
Suxoy Su-11
Suxoy Su-11 (Сухой Су-11; NATO kod adı: Fishpot-C), Suxoy şirkəti tərəfindən istehsal olunan SSRİ mənşəli reaktiv önləmə təyyarəsidir. Təyyarə 1960-cı illərdə istehsal edilmişdir və Suxoy Su-9 qırıcı təyyarələrinin təkmilləşdirilmiş versiyasıdır.
Suxoy Su-15
Suxoy Su-15 (Сухой Су-15; NATO kod adı: Flagon), Suxoy şirkəti tərəfindən istehsal edilmiş SSRİ mənşəli reaktiv önləmə təyyarəsidir. Təyyarə ilk uçuşunu 30 may 1962-ci ildə həyata keçirmişdir. 1965-ci ildə xidmətə qəbul edilmişdir. Suxoy Su-9 və Suxoy Su-11 təyyarələrinin yerini tutmuş və 1990-cı illərə qədər ön cəbhə təyyarələrindən biri hesab olunmuşdur. == Tekniki xüsusiyyətləri (Su-15TM) == Mənbə: Ekipaj: 1 Uzunluq: 19.56 m Qanad eni: 9.43 m Hündürlük: 4.84 m Qanad sahəsi: 36.6 m² Boş çəkisi: 10,760 kg Maksimum yükgötürmə qabiliyyəti: 17,900 kg Motor: 2 ədəd Tumansky R-13-300 turbojet Silahlar: 2 ədəd 23 mm GŞ-23L topu Müxtəlif raketlər, döyüş raketi və bombalar.
Suxoy Su-17
Sukhoi Su-17 (NATO kod adı: Fitter) Sovet hücum təyyarəsi Su-7 qırıcı-bombardman təyyarəsinə əsasən yaradılıb və onun modern versiyası olaraq istehsal edilib. Uzun müddət Sovet, daha sonra Rusiya ordusunda xidmətdə olub və xeyli sayda Şərq bloku və Yaxın Şərq ölkələrinə ixrac edilib.
Suxoy Su-2
Suxoy Su-2 (rus. Сухой Су-2), Suxoy tərəfindən istehsal olunan SSRİ mənşəli kəşfiyyat təyyarəsi və yüngül bombardmançı təyyarədir. Təyyarə 1930-cu illərin sonlarında Andrey Tupolev və Pavel Suxoy tərəfindən yaradılmışdır. Suxoy Su-2 təyyarəsi Pavel Suxoyun konstruktoru olduğu ilk təyyarədir. 1939-cu ilin dekabr ayından SSRİ Silahlı Qüvvələri arsenalına qəbul edilmişdir.
Suxoy Su-24
Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var. Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir. == Hazırlanması == 1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı. S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı.
Suxoy Su-25
Suxoy Su-25 (rus. Су-25) (NATO kod adı: Frogfoot) — SSRİ tərəfindən istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsi. Bu təyyarə Sovet Quru Qoşunlarını yaxın hava dəstəyi ilə təmin etmək məqsədilə konstruksiya olunmuşdur. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə həyata keçirilmişdir. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində seriyalı istehsalına başlanılmışdır. Bu döyüş təyyarəsinin ilkin variantlarına iki oturacaqlı təlim-döyüş təyyarəsi olan Su-25UB, Su-25BM, həmçinin xarici ölkələrə ixrac üçün nəzərdə tutulmuş Su-25K daxildir. 2012-ci ildə bəzi təyyarələr Su-25SM səviyyəsində modernizasiya olunmuşdur. Su-25T və Su-25TM (digər adı ilə Su-39) növbəti modernizasiya variantları hesab olunsa da, bu variantlar geniş istehsal olunmamışdır. Su-25 və Su-34 qırıcıları 2007-ci ildə istehsal olunan yeganə zirehli, sabit qanadlı döyüş təyyarələri idi. Su-25-lərin əksər hissəsi hazırda Rusiya və digər MDB dövlətləri tərəfindən istismar olunur.
Suxoy Su-26
Suxoy Su-26 (rusca: Сухой Су-26), Suxoy şirkəti tərəfindən istehsal olunan Rusiyaya məxsus olan akrobatika təyyarəsidir. Təyyarə, orta montajlı düz qanadlara və sabit bir eniş sisteminə sahibdir. Bu eniş sistemi ana dişli bir titanium ark üzərinə yerləşdirilmişdir. Daha çox üzərində təkmilləşdirilmə aparılmış bir modeli 1986-cı il Dünya Akrobatika Çempionatında həm kişilər, həm də qadınlar arasında komanda mükafatlarını əldə etmişdir.
Suxoy Su-27
Su-27 (rus. Су-27) (NATO kod adı: Flanker – Flanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır. Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir.Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15 və F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır. Sonuncu versiyası hesab olunan Suxoy Su-37 (sınaq modeli) məşhur “Diskaveri” (Discovery Channel) kanalı tərəfindən dünyanın bir nömrəli qırıcısı (F-22 Raptoru ötməklə) kimi təqdim edilmişdir.
Suxoy Su-29
Suxoy Su-29 (rus. Сухой Су-29), Suxoy şirkəti tərəfindən istehsal edilmiş Rusiya akrobatik təyyarəsdir. Təyyarə, Su-26 təyyarələrinin baza modelinin üzərində yaradılmış və iki nəfərlik olduğu üçün çəkisi 60 kq artmışdır. Su-29 təyyarələri pilotların akrobatik təlimləri, uçuş təlimləri, pilotların akrobatik yarışları və aviasiya şoularında iştirak etmək ilə yanaşı, həm də hərbi və mülki pilotların uçuş qabiliyyətlərinin təkmilləşdirilməsi işlərində də, istifadə edilirlər.
Suxoy Su-30
Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər. Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar. Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, Venesuela və Vyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir.
Suxoy Su-31
Suxoy Su-31 (Rusca: Сухой Су-31), Suxoy şirkəti tərəfindən istehsal olunan Rusiyaya məxsus olan bir akrobatik təyyarədir. Təyyarə Su-29 təyyarələrinin baza modeli əsasında təkmilləşdirilmiş versiyasıdır və Su-29 təyyarəsindən daha yüngül və daha güclü hesab olunur.
Suxoy Su-33
Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir. İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Suxoy Su-34
Suxoy Su-34 (NATO kod adı: Super Flanker) — döyüş təyyarələri taktiki bombardman üçün müasirləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyası. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Su -34 döyüş təyyarələri Sibir bölgəsində fəaliyyət göstərən Suxoy Holding-ə aid Novosibirsk şirkəti tərəfindən istehsal edilir. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb.Rusiyanın əlində 2015-ci il məlumatına görə 80-dan çox Su-34 var. Onlardan 15-i Suriyadadır. Su-34 havadan atılan “AA-12” raketləri təchiz edilib. 2014-cü ilin ilin mart ayında alınan 4++ nəsil təyyarələr köhnə Suxoy Su-24 Fencer-in yerini alacaq. == İnkişaf etdirilmə Prosesi == Yaşanan bəzi qeyri-müəyyənliklər layihəsinin başlamasını geciktirdi. İrəli-geri hərəkətli qanad quruluşuna sahib Su-24'lərin yerinə daha fərqli və kompleks vəzifələrdə istifadə edilmək üzrə 1980-ci illərin ortalarından etibarən inkişaf etdirilməsinə başlandı.
Suxoy Su-35
Suxoy Su-35 (rus. Сухой Су-35, NATO kod adı: Flanker-E) — Su-27 qırıcısının iki dəfə təkmilləşdirilmiş törəmə forması. Bir oturacağı və supermanevretmə qabiliyyəti var. Suxoy Dizayn Bürosu tərəfindən dizayn olunmuşdur. Komsomolsk-on-Amur Təyyarə Zavodunda istehsal olunmuşdur. İlk variant 1980-ci illərdə Su-27-də bir inkişaf kimi tərtib edilmiş və Su-27M kimi tanınmışdır. Bu törəmə, daha böyük ağırlığın öhdəsindən gəlmək üçün struktur gücləndirməsini və çox funksiyalı radarı əhatə edir. İlk prototip 1988-ci ilin iyun ayında ilk uçuşunu etdi. Sovet İttifaqının dağılması səbəbindən təyyarə kütləvi şəkildə istehsal olunmadığı üçün, Suxoy təyyarəsi ixrac sifarişlərini cəlb etmək üçün Su-35 olaraq yenidən təyin edildi. İstehsal edilən on dörd təyyarə sınaq və nümayiş üçün istifadə edildi.
Suxoy Su-37
Suxoy Su-37 (NATO kod adı: Flanker-F) Rusiyanın çoxməqsədli reaktiv mühərrikli qırıcı təyyarəsidir. Su-37 tək nəfərlik, bütün hava şəraitlərində hərəkət edə bilən qırıcı və yerdəki hədəflərə hücum üçün nəzərdə tutulmuş hücum təyyarəsidir. Su-27 Flanker təyyarələrinin inkişaf etdirilmiş olan versiyasıdır. Su-27 iyirmidən artıq ölkənin silahlı qüvvələrində istismar edilən 4-cü nəsil SSRİ təyyarəsidir. Su-37 təyyarələrinin test modelləri ilk uçuşlarını 1996-cı ilin aprel ayında Moskva yaxınlarında yerləşən Zhukovsky sınaq uçuş bazasında həyata keçirib. Su-37 təyyarələri SU-27 təyyarələrində olan bütün hava şəraitlərində çoxfunksiyalı sintetik şəkillərdə torpağın dəqiqliyinin pozulması, ərazinin xəritəsinin çəkilməsi və radarların təkmilləşdirilməsi kimi bir sıra xüsusiyyətləri özündə birləşdirmişdir. Təyyarənin “skeleti” yəni konstruksiyası tamamilə metaldan yaradılmış Su-27 təyyarələrinin əksinə olaraq, böyük miqdarda kompozit materiallarından yaradılmışdır. Əlavə olaraq, şaquli itələmə (yəni təyyarənin yuxarıya qalxması) ilə təchiz edilmiş AL-37FU motorları təyyarədə mövcuddur. Su-37 təyyarələrinin nəfəslikləri sadəcə olaraq maili formada qurula bilər və +15 -15 dərəcə ilə səfər edilə bilər, fəqət dönmə momentini artırmaq üçün fərqli dərəcələrdə də yaratmaq mümkündür. Su-37 ayrıca olaraq Rusiyanın ilk HOTAS (Hands On Throttle and Stick) sisteminə sahib təyyarəsi hesab olunur.
Suxoy Su-39
SU -39 Döyüş təyyarəsi (INDEKS T-8TM). Su-39, SU-25-in dərin modernizasiyasıdır. Təyyarənin üzərində işlər 1986-ci ilin yanvar ayından başlanmışdır. Həmin dövrdə SSRİ müdafiə nazirliyi tərəfindən belə qərara gəlinmişdi ki, sutkanın istənilən vaxtı döyüş apara bilən yeni versiyanın Su-25T-nin üzərində işə başlanılsın. Yeni təyyarədə yeni radioelektron aparatların və geniş silah nomenklaturasının istifadəsi planlaşdırılmışdı. Yeni təyyarə üçün tələblər bunlar idi: 1. Silahların hədəflərə qarşı daha effektiv tətbiqi; 2. Düşmənin hava hücumundan müdafiəsinin effektiv keçilməsi; 3. Relyefin dəyişikliklərinə uyğun olaraq aşağı hündürlüklərdə uça bilmək. T-8TM-3 öz birinci uçuşunu 1995-ci ildə 15 avqustda etdi.
Suxoy Su-47
Suxoy Su-47 Berkut (rus: Су-47 "Беркут" — Qızıl qartal) — Sukhoi Aviasiya Şirkəti tərəfindən hazırlanmış eksperimental döyüş təyyarəsidir. İnkişaf prosesinin əvvəlində S-32 və S-37 də adlandırılmışdır. NATO kod adı "Firkin"dir. Təyyarənin fərqli xüsusiyyəti, Grumman X-29-a bənzər irəli ox formalı qanadıdır. Berkut, 2002-ci ildən bəri Su-47 olaraq təyin edilmiş və bir döyüş təyyarəsi olaraq istehsalata hazırdır, lakin kütləvi istehsalına başlamazdan əvvəl, PAK FA (Prospective Air Complex for Tactical Air Forces — Taktik Hava Qüvvələri üçün perspektivli hava kompleksi) layihəsi çərçivəsində ciddi şəkildə yenidən dizayn edilməsi mümkündür. Su-47 konstruksiyasının PAK FA dizaynından sonra istifadə edilib-edilməyəcəyi aydın deyildir. == İnkişaf prosesi == Əvvəlcə S-37 olaraq bilinən təyyarə, 2002-ci ildə Sukhoinin inkişaf etdirilmiş sınaq təyyarəsi olaraq adı Su-47 olaraq dəyişdirilmişdir. Dəyişiklik şirkətin sınaq təyyarəsi deyil, istehsala hazır qırıcı ideyasını bazara çıxardı. Ayrıca ümumi olaraq Berkuta (Qızıl Qartal) baxanda aşağıdakılar nəzərdə tutulurdu: S-37 əvvəlcə Rusiyanın kompozit materialı və elektron idarəetməli uçuş (fly-by-wire) sistemi üçün prioritet bir test infrastrukturunu təmin etmişdir. Təyyarə, çox üstün bir manevr və 45° və daha yüksək dərəcələrə qədər hücum bucağını təmin edən irəli ox formalı qanad şəklində hazırlanmışdır.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. == Tarixi == Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. == Tarixi == Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. == Coğrafiyası və iqlimi == Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Suvon
Suvon - Cənubi Koreyanın şəhəri. Müxtəlif tarixi abidələri ilə seçilən şəhərlərdən biri. Koreya müharibəsi zamanı bu şəhərə xeyli zərər dəymişdir. Samsung Electronics şirkətinin baş ofisi bu şəhərdə yerləşir. Kyung Hee Universitetinin bir kampusu bu şəhərdə yerləşir. Azərbaycan Respublikasının prezidenti, İlham Əliyev bu universitetin fəxri doktorudur.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir == Coğrafiyası == Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. == Tarixi == Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.