Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şimala gedən yol (film, 2012)
Şimala gedən yol (fin. Tie pohjoiseen, ing. Road North) — 2012-ci ildə Finlandiyada çəkilən film. Komediya elementləri ilə dramı birləşdirən və Miki Kaurismaki tərəfindən idarə olunan kinodur. Film Sankt-Peterburq kinofestivalının tamaşaçılarının rəğbətini və Yusi Fin Milli kinopremiyasında üç mükafat nominasiyası almışdır. Timo Porola (Edelman) — 38 yaşlı uğurlu musiqiçidir. 30 il bundan əvvəl ailəni tərk edən atası olduğunu iddia edən yaşlı kişi gəlir. İki kişi Finlandiyanın şimalına səyahətə yola düşür. Səfər zamanı onlar müxtəlif insanlarla görüşür, öz keçmişləri haqqında danışır və gələcək planlarını bölüşürlər. Samuli Edlmen — Timo Porola Vesta Matti Loiri — Leo Porola Piter Françen — Pertti Paakku Mari Perankoski — Minna Paakku Krista Kosonen — Elina İrina Byorklund — Tiya Elina Knikstilya — Maarit Ada Kukkonen — Cenet 2012-ci il-Sankt-Peterburq Beynəlxalq Kinofestivalının "Tamaşaçı Rəğbəti" mükafatı 2013-cü il — Finlandiya Milli Kino Mükafatına üç nominasiya: ikisi "Ən yaxşı aktyor" (Edelman, Loyri) kateqoriyasında, daha biri isə "Epizodik rolda ən yaxşı aktyor" (Fransen) kateqoriyasında.
Qızqala
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin) Dağlar Qızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
Simalia
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Sisqala
Sisqala (gür.: g.ə. სისკალა, l.ə. siskala; 1991-ci ildən: gür.: g.ə. ბალახაური, l.ə. balaxauri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Sayalıoğlu" adlandırırlar. Arıxlı, Qoçulu, Daşdıqullar, Hasanxocalı və Əsmələr kəndləri ilə birlikdə Arıxlı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ნახიდურის თემის საკრებულო, l.ə. naxiduris temis sakrebulo) təşkil edir. Kənd şimali-qərbdə Samşvilde (Ağbulaq bələdiyyəsi) və Dağet-Xaçın (Ağbulaq bələdiyyəsi) kəndləri ilə, şimali-şərqdə Ağbulaq şəhəri, şərqdə Muxuti kəndi (Ağbulaq bələdiyyəsi), cənub-şərqdə Raçisubani kəndi, cənubda Bolnisi şəhəri, cənub-qərbdə isə Ratevani kəndləri ilə əhatələnib.
Sımada
Sımada — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Saatlı rayonunun Sımada kəndi Azadkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sımada kənd Soveti yaradılmışdır. Miqrant toponimdir. İkinci Dünya müharibəsi illərində Gürcüstanın Adığün rayonunda möv­cud olmuş Böyük Smada və Kiçik Smada adlı kəndlərin türk əhalisi qanunsuz olaraq Özbəkistana sürgün edilmişdir. Həmin ailə­lərin bir qrupu 1965-ci ildə Azərbaycana gələrək Saatlı rayonu ərazisində məskunlaşmış və yeni salmış olduqlan yaşayış məntəqəsini öz ilk yurdlarının adı ilə adlandırmışdılar. Kənd Muğan düzündə yerləşir. Əhalisinin sayı 1752 nəfərdir.
İzmara
İzmara — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun İzmara kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Oykonim ərəb dilindəki izmi (sümüklər) və fars dilindəki ara (sakinləşmək) sözlərindən düzəlib, "sümüklülər sakin olduğu yer" mənasındadır. Sümüklülər və ya üstüxanlılar Azərbaycan ərazisində yayılmış tayfalardan birinin adıdır. Kənd dağətəyi ərazidə yerləşir.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Şimla
Şimla (hind. शिमला, ing. Shimla) — Hindistanın Himaçhal Pradeş vilayətinin paytaxtıdır. Şəhərin əhalisi 2011 il hesablanmasına əsasən 814,010 dur. Şəhər Birləşmiş Krallıq dövründə yay paytaxtıydı. Məhəmməd Ziyaülhaqq - Keçmiş Pakistan prezitendi. Hamid Kərzai - Əfqanıstan prezitendi.
Qızqala (Dağ)
Qızqala — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində dağ adı. Qarabağ sıra dağları silsiləsində zirvələrdən birinin adı (2480 m). Azərbaycanda və Ermənistanda bir neçə “Qızqala“ və “Qızqalası“ adlı qalalar vardı. XIX əsrə aid məlumatlarında Cənubi Qafqazda 6 Qızqala, 7 Qızqalası toponimi vardı. Bu qalalar keçmişdə hökmdarların və hakimlərin xarici təhlükə baş verdikdə arvad, ana, bacı və qız- gəlinlərin düşmən əlinə keçməməsi üçün sığınacaq yerləri idi. Qadınların düşmən əlinə keçməsi hökmdar üçün böyük rüsvayçılıq sayılırdı. “Qızqala“ və “Qızqalası“nın mənaca "alınmazlıq", "fəth olunmazlıq", "Bakirəlik" deməkdir. Bəzi tədqiqatçıların “Qızqalalarının“ “Avesta“ da Anahid su ilahəsinin şərəfinə tikilməsi fikri həqiqətə uyğundur. “Avesta“dakı Anahid ilahə adının (farslarda VI əsrdə Anahid Dan Ulduzu, yəni Venera idi) özü qədim türk dillərində ana (ənə) və hıt (sıt) müqəddəs (günəş işığı) sözlərindən ibarətdir. Azərbaycanda olan bütün qalalar dəniz və çay kənarlarında tikilmişdir.
Qızqala (Loru)
Qızqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 8 km cənubda, Saratovka kəndindən 1,5–2 km məsafədə yerləşir. Erməni mənbələrində Qızqala kimi qeyd edilir. Toponim ərəb dilində oğuz etnonimini əks etdirən qız (ğuz>qız), etnonimi ilə qala sözünün birləşməsindən əmələ gəlib, «oğuz qalası yanında olan kənd» mənasını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Getavan (Çayqəsəbəsi) qoyulmuşdur.
Qızqala (Qırxbulaq)
Qızılqala — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalında, kənd. Kənd 1728 ci ildə Əli Əbdürrəhman oğlunua məxsus olduğu yazılır. Digər adı Ampert. Yaxınlığında, Ambert dağında "Qız qala" qalasının adındandır. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir.
Sinhala dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Şirbala Hüseynov
Şıxbala Əliyev
Şixbala Əbülfəz oğlu Əliyev (28 mart 1910, Bakı – 9 iyul 1960, Bakı) — Azərbaycan-sovet alimi. Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk kimya elmləri doktoru, professor. 1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspirantı olmuş, 1934-cü ildə həmin institutun Elmi Şurasında elmlər namizədi elmi dərəcəsi alaraq, 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alim olmuşdur. 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında Ş. Əliyev "Krekinqin buxar fazasında toluolun və stirolun yaranma mexanizmi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 32 yaşında kimya elmləri doktoru olmuşdur. 1946-cı ildə respublikada "üzvi kimya" sahəsində ilk olaraq professor adını almışdır. Əliyev Şixbala Əbulfəz oğlu 1910-cu ildə mart ayinin 28-də Bakinin Binəqədi kəndində anadan olmuşdur. O, 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1934-cü ildə isə Leninqrad Dövlət Universitetinin Elmi Şurasinda kimya elmləri üzrə elmlər namizədi adını almaq ücün dissertasiyanı uğurla müdafiə edib, Azərbaycan elmi tarixində kimya elmləri üzrə ilk elmlər namizədi alimlik dərəcəsini qazandı Şıxbala Əbülfəz oğlu Əliyevin elmi fəaliyyəti nəzəri, təcrübi, tədbiqi xarakter daşıdığı kimi, həm də onun elmi fəaliyyəti tarixi baxımdan böyük mənası vardır. Onun kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft senayesində inqilabi irəliləyişlərə səbəb olmuşdur. 1941-ci ildə Ş.Əliyev Kimya İnstitutuna direktor vəzifəsinə təyin edilir. Ona bir sıra müdafiə əhəmiyyətli elmi işlərin yerinə yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə uyğunlaşdırılması kimi mühüm və məhsuliyyətli vəzifə tapşırılır.
Qızqala (dəqiqləşdirmə)
Qızqala (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Qızqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qızqala — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Əştərək rayonunda qala. Böyük Qızqala (Qəzvin) Dağlar Qızqala (dağ) — Xocalı rayonunda dağ. Qızqala — Xocalı və Laçin rayonlarının sərhədində dağ. Hündürlüyü 2843 m.; Qızqala — İsmayıllı rayonu ərazisində dağ. Qızqala — Şamaxı rayonu ərazisində dağ.
İzmara (Ərdəbil)
İzmara — Ərdəbil ostanının Germi (Muğan) şəhristanında yerləşən kənd. İzmara kəndi Germi şəhərinin doğusunda, 5 kilometr fasilə ilə yerləşir.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şimali Alföld
Şimali Alföld (mac. Észak-Alföld) — statistik (NUTS 2) Macarıstan regionu, Xaydu-Bixar, Yas-Nadkun-Solnok, Sabolç-Satmar-Bereq medyeler daxildir. Şimal-qərbdə Ukrayna , cənub və cənub-qərbdə Rumıniya ilə sərhəddir . Regionun sahəsi — 17729 km² (Şimali Alfölddən sonra ikinci ən böyük sahəsi). Əhalisi — 1,481,922 nəfərdir (2011-ci ilin məlumatları). Şimali Alföld Macarıstanın ən iqtisadi zəif bölgəsi sayılır. Xüsusi vergi və sənaye zonalarının yaradılmasına baxmayaraq, infrastrukturun olmaması səbəbindən bölgədə investisiyaların həcmi artmır. 2001-ci ildə işsizlik səviyyəsi 7,5% olmuşdur. Şimali Alföldin əsas hissəsi əkinçilikdə istifadə olunur, regionda inkişaf etmiş bir dərman sənayesi var. Şimali Alfölddə ən diqqət çəkən yerlərdən biri Xortobad Milli Parkıdır.
Şimali Amerika
Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 (adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü böyük materikdir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Mak-Kinli dağı Alyaska yarımadasının şimalında yerləşir. Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m).
Şimali Andaman
Şimali Andaman adası (ing. Nouth Andaman Island) — Böyük Andaman adaları qrupuna daxil olan ən böyük adalardan biri. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Sahəsi 1376 km². Adada 42 163 nəfər yaşayır. Adanın ən böyük yaşayış məntəqəsi Diqlipurdur. Adanın ən hündür nöqtəsi Seddl-Pik dağıdır (738 m). Şimali Andaman zəlzələlər baxımından zəngin ərazidə yerləşir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. Ada iqtisadiyyatının əsasını çəltik və portağal satışından gələn gəlir təşkil edir.
Şimali Asiya
Şimali Asiya — bu region Asiya qitəsinin çox böyük bir hissəsini tutmuşdur . İnzibati cəhətdən Rusiya Federasiyasının Ural dağların dan şərqdə yerləşən geniş bir ərazisini əhatə edir . Şimal Buzlu okeanından Mərkəzi Asiyaya - Monqolustan və Çin sərhədlərinə , Ural dağlarından Sakit okean sahillərinə qədər uzanır . Mürəkkəb relyefə , çox təzadlı təbii şəraitə , zəngin təbii ehtiyatlara malik olması regionun əhəmiyyətini çox artırır . Geniş düzənliklər və hündür dağ sistemləri regionun relyefinin ümumi mənzərisini müəyyən edir. Orta Sibir yaylası , Verxoyansk , Çersk , Baykalətrafı dağlar Sixote - Alin , Sta Şimalda çayların ətrafında ovalıqlar geniş sahə tutur ( Mərkəzi novoy , Cuqcur , Koryak dağları regionun əsas relyef formalarıdır . Yakutiya ovalığı və s . ) . Ərazinin çox hissəsi platforma sahəsinə aid Burada fəaliyyətdə olan vulkanlar ( məsələn , Klyuçevskaya Sopka ) , qeyzerlar diqqəti cəlb edir , güclü zəlzələlər tez - tez təkrarlanır . Coğrafi mövqeyi regionun təbii şəraitində də həlledici rol oynayır .
Şimali Avropa
Şimali Avropa — Avropanın şimalında tarixi-geosiyasi bölgə. Bu bölgəyə 5 ölkə — İsveç, Norveç, Finlandiya (Svandinaviya ölkələri), Danimarka və İslandiya daxildir.
Şimali Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Şimali Rodeziya
Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotzilandiya–Şimali-Qərbi Rodeziya və Şimal-Şərqi Rodeziyanın birləşməsiylə qurulmuşdur. O, ilkin olaraq, əvvəlki iki protektorat kimi, Britaniya Hökuməti adından nizamnamə şirkəti olan Britaniya Cənubi Afrika Şirkəti (BSAC) tərəfindən idarə olunurdu. 1924-cü ildən o, Britaniya hökuməti tərəfindən protektorat kimi, Britaniyanın idarə etdiyi digər protektoratlar ilə oxşar şərtlərdə və idarə olunduğu zaman tələb olunan xüsusi müddəalarla idarə olunur. BSAC nizamnaməsinə əsasən nizamnamə koloniyası xüsusiyyətlərinə malik olsa da, BSAC-ın yerli rəhbərlərlə müqavilələri və Britaniya qanunvericiliyi ona protektorat statusu verdi. Bölgə nisbətən az sayda avropalı köçkünləri cəlb etdi, ancaq onlar ilk dəfə siyasi təmsilçilik əldə etdikləri vaxtdan etibarən onlar ya ayrı bir qurum kimi, ya da Cənubi Rodeziya və ehtimal ki, Nyasalendlə əlaqəli olaraq ağ azlıqların hökmranlığı üçün təşviqat aparırdılar.
Şimali Vəziristan
Şimali Vəziristan (urdu شمالی وزیرستان), (ing. North Waziristan) — paytaxtı Miranşah şəhəri olan Pakistan İslam Respublikasının Hayber-Paxtunxva əyalətinin dairəsi. Sahəsi 11,585 km². Əhalisi 543,254 (2017). 31 may 2018-ci il tarixinə qədər o, Federal İdarə olunan Qəbilə Əraziləri daxilində bir agentlik idi. Şimali Vəziristan şimalda Kurram çayı (Toçi çayı) və cənubda Qomal çayı arasındakı Hayber-Paxtunxvanın qərb və cənub-qərbindəki ərazini əhatə edir. Miranşah Şimali Vəziristan bölgəsinin paytaxtıdır. Bannu şəhəri vilayətin şərqində, ən böyük şəhəri olan Xost isə sərhədin Əfqanıstan tərəfində yerləşir.
Şimali Sporadlar
Şimali Sporadlar (yun. Βόρειοι Σποράδες) — Egey dənizində, Yunanıstanın şərq sahillərində, Evbeyanın şimalında yerləşən arxipelaq. 14 ən böyük adadan yalnız 4-də məskunlaşmışdır. Onlar: Alonisos, Skiatos, Skiros, Skopelos.