Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Alan Şirer
Alan Şirer (ing. Alan Shearer; 13 avqust 1970[…], Nyukasl-apon-Tayn, Nortamberlend qraflığı[d]) — ingiltərəli futbol mütəxəssisi, hücumçu mövqeyində çıxış etmiş keçmiş futbolçu və məşqçi. Öz dövrün ən yaxşı hücumçularından biri və Premyer Liqa tarixinin ən sərrast oyunçularından sayılan Şirer Premyer Liqanın ən çox qol vurmuş oyunçusudur. 1994-cü ildə o, Futbol Yazıçıları Assosiasiyasına görə İlin futbolçusu adına layiq görüldü və 1995-ci ildə PFA-ya görə İlin futbolçusu seçildi. 1996-cı ildə o, həm Ballon d'Or, həm də FIFA ilin oyunçusu mükafatlarında üçüncü oldu. 2004-cü ildə o, Pelenin tərtib etdiyi "FİFA 100" adlı dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edildi. Şirer 2021-ci ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən ilk iki oyunçudan biri idi. Şirer karyerası boyu İngiltərə futbolunun ali liqasında çıxış etdi. Karyerasına 1988-ci ildə "Sauthempton"da başlayan Şirer 1992-ci ildə "Blekbörn Rovers" keçid etdi və burada özünü Avropanın ən məhsuldar oyunçularından biri kimi göstərmişdir. "Blekbörn Rovers"də keçirdiyi illər ərzində o, 1994-95 Premyer Liqanın çempionu olmuş və həmçinin iki ardıcıl Premyer Liqa Qızıl Butsunu qazanmışdır.
Riçard Şirer
Siret çayı
Siret çayı (rum. Siret, ukr. Серет, mac. Szeret, antik dövrdə — Hierasus)— Dunayın sol qoludur. == Coğrafi mövqeyi == Başlanğıcını Karpat dağlarından götürür, daha sonra isə Moldova yüksəkliyindən keçir. Onun uzunluğu-740 km-dir. Hövzəsinin sahəsi isə- 43 960 km²-dir. Çay dağlıq ərazilərdən Ukrayna ərazisindən 115 km məsafədə axır. Daha sonra Rumıniyanın ərazisinə daxil olur. == Əsas qolları və qidalanması == Sucava, Balaca Siret-Ukrayna ərazisindən axan qollarıdır.
Sirək (Kəleybər)
Sirək (fars. سيرك‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 246 nəfər yaşayır (42 ailə).
Sizəm (Xaybulla)
Sizəm kəndi (başq. Сиҙәм) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Sizəm kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sizəm kəndinin milli tərkibi: başqırdlar 70 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 54 km., ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 58 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Sırım Datov
Sırım Datulu(qaz. Сырым Датұлы; 1753, Sırım rayonu[d], Qərbi Qazaxıstan əyaləti – 1802, Xivə) — Baybaqtı tayfasının yüzbaşısı, Kiçik Jüzdə ruslara qarşı müqavimətin başçısı. == Həyatı == Qazax xanlığı dövründə ölkədə əmin-amanlıq vardı. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi. Qazax jüzlərinin xarici vəziyyətinin mürəkkəbliyi, həmçinin daxili çətinlik qonşuların onların torpaqlarını zəbt etməsini asanlaşdırdı. Ona görə də çar hökumətinə və feodal agalığınaa qarşı xalq kütlələrinin azadlıq hərəkati başlandı. XVIII əsrin 70-90-ci illərində qazax-rus münasibətləri kəskinləşmişdi. 1773-1775-ci illərdə Y.Puqaçovun başçılığı altinda olmuş kəndli müharibəsində Kiçik va Orta jüz qazaxları fəal iştirak etmişdilər , Bu hərəkatın iştirakçısı Sırım Datovun başçılığı altında 1783-1797-ci illərda Kiçik jüz qazaxlarının üsyanı olmuşdu. Üsyanın əsas səbəbi qazaxların torpaqlannm zəbt olunmasi, aqrar məsələlərn kəskinləşməsi, köçərilərin həmişə istifadə etdikləri otlaqlara qadaga qoyulmasi, inzibati orqanların, kazak qoşunlanmn soyğunçuluğu və yerli feodalların özbaşınalığı idi . Abılay xanın ölümündən sonra iqtidar zəifləməsi ilə Kiçik Jüzün qazaxları öz xanlığını qurmuş, başına Qayıp sultanın oglu Batır xanı gətirmişdilər.
Gülüstani-İrəm
Gülüstani-İrəm — Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. "Gülüstani-İrəm"ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla "Gülüstani-İrəm" əsərini yazmışdır. Abbasqulu Bakıxanov farsca yazdığı "Gülüstani-İrəm" əsərini rus dilinə də tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə "Qafqaz" qəzetində çap olunmuşdur. == Mənbələri == A. Bakıxanov "Gülüstani-İrəm" əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tasit Kornelli, Plutarx, Movses Xorenli, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xondəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır. A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur.
Təngi-İrəm
Təng Erəm— İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,928 nəfər və 637ailədən ibarət idi.
İrem Karamete
İrem Karamete (20 iyun 1993, İstanbul) — Türkiyə rapira qılıncoynatması idmançısı. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısı. 2016 Yay Olimpiya Oyunlarının iştirakçısı. == Həyatı == İrem idmançı ailəsində anadan olmuşdur, atası Mehmet Karamete, Almaniyanın qılıncoynatma komandası və 1976 və 1984 Olimpiadalarında çıxış edən həyat yoldaşı Niliyə məşqçilik etmişdir. İremin böyük bacısı Merve qılıncoynatma ilə məşğul olmuş və millinin heyətində çıxış etmişdir. İstanbulda yerləşən Özyeğin Universitetini bitirmişdir. İrem 10 yaşında qılıncoynatma ilə məşğul olmağa başladı. 2008-ci ildə beynəlxalq yarışlarda debüt etdi. 2013-cü ildən qılıncoynatma dünya çempionatlarında müntəzəm olaraq çıxış edir. 2014-cü ildə o, Türkiyə çempionu oldu.
İrəm Dərici
İrəm Dərici (d. 21 mart 1987, İstanbul, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır. == Həyatı və karyerası == İrəm Dərici 21 mart 1987-ci ildə İstanbulda anadan olmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyanın Piano bölməsini bitirmişdir. İstanbul Bilgi Universitetinin Sosiologiya bölməsini bitirdikdən sonra, O Ses Türkiye mahnı müsabiqəsinə qatılmışdır."Monopop" adlı qrupla bir müddət səhnə almışdır.2012-ci ildə "Bensiz Yapamazsın" ilk sinqlını, 2013-cü ildə isə "Düşler Ülkesinin Gelgit Akıllısı" sinqılını təqdim edir. 2013-cü ilin sentyabr ayında "2" adlı max-sinqılını təqdim edir. Max-sinqldan "Sevgi Olsun Taştan Olsun", "Zorun Ne Sevgilim" mahnılarına klip çəkdirir. Daha sonra türk müğənni Neşet Ertaşın "Neredesin Sen?" mahnısını yenidən ifa edərək təqdim edir. 2014-cü ildə "Kalbimin Tek Sahibine" sinqılını təqdim edir.Bu mahnı İrəm Dəricinin məşhurluğunu daha da artırır. 2014-cü ildə ikinci max-sinqılı "3"-ü təqdim edir.Max-sinqlda "Bir miyiz?", "Nabza Göre Şerbet" mahnılarına klip çəkdi.
İrəm şəhəri
İrəm (Ərəbcə:ارم) — Quranda Ahkəf adı ilə qeyd edilən, Yəmən ilə Umman arasında yerləşən çoxmərtəbəli evləri, möhtəşəm sarayları və məşhur İrəm bağlarıyla tanınan bir şəhərdir. Bu şəhərin adı Fəcr surəsinin 6 və 8. ayətlərində keçər və Əd qəbiləsininnin yaşadığı şəhər olarax tanımlanır. Köhnə mətinlərdə şəhər və topluluq haqqında, hökumdarlarının Cənnətə bənzətmək məqsədilə bir bağ inşa elətdirdiyi və bağa "İrəm Bağı" deyildiyi ifadə edilir. Quranda yazılanlara görə bu şəhər və Əd qəbiləsi ilahi cəzaya uğradılmış və yerlə bir olmuşdur. Quranda İrəm şəhərindən "diyarlar içərisində bənzəri yaradılmamış və yüksək binalarla dolu" şəklində bəhsedilir. Quran xaricindəki müqəddəs kitablarda bu şəhərdən və xalqından bəhsedilməz. Arxeoloq Nicholas Clapp tərəfindən 1990-cı illərin əvvəlində Yəməndə tapılan və Ubar adı verilən şəhərin İrəm olduğuna inanılır. == İbn Xəldunun rəyləri == İbn Xəldun "Müqəddimə" adlı əsərində İrəm haqqında belə deməktədir: "İrəm Şəhəri, İrəm oğlu Avs oğlu Adındı. Şədid və Şəddad deyə iki oğlu vardı.
İrəm Yaman
İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018). == Şəxsi həyat == İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb. Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır. == Karyera == === Kikboksinq === 2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. === Taekvondo === Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir.
Aşırım
Aşırım və ya gədik— dağ silsiləsi və ya massivin darağında eniş sahəsi. Aşırımlar bir dağ dərəsindən digərinə asanlıqla və rahat keçməsinə xidmət edir. Mühüm nəqliyyat yolu üzərində yerləşən dağ aşırımları əsasən xüsusi ada malik olur. Bu aşırımlar mühüm əhəmiyyət kəsb edir. Aşırımların hündürlüyü dağların hündürlüyündən asılıdır. Uralda aşırımların orta hündürlüyü 400 m, Alplarada - 3000 m-ə dək, Himalayda-5500 m-dək, Böyük Qafqazda isə 2500 m-dir. Aşırımdan şose və dəmir yolları, bəzilərindən isə yük heyvanlarının və piyadaların hərəkəti üçün dar cığırlar keçir. Azərbaycanada Ağsu və Biçənək aşırımları mühüm əhəmiyyətə malikdirlər. Aşırımlardan adəti üzrə avtomobil və dəmir yolu keçir. Bəzi aşırımların keçilməsi ancaq at, ulaq və insanların keçməsinə xidmət edir.
Birema
Birema (qədim yunanca Βιήρης, lat. Birēmis))- finikiyalılar tərəfindən kəşf edildiyi güman edilən qədim döyüş gəmisi. Finikiyalılar biremalardan e.ə. VIII əsrin əvvəli, yunanlar isə e.ə. VIII əsrin sonlarında istifadə etməyə başlamışlar. Hər bir hərbi gəminin sağ və sol tərəflərində iki sıra avar olduğundan, onları birema adlandırırdılar. Birema taranla da təchiz edilirdi. Böyük döyüş qalasına və düşmən gəmisinin gövdəsini dağıtmaq üçün böyük bloka malik ola bilərdi. Biremanın uzunluğu adətən 30–38 m, su tutumu 60–100 ton təşkil edirdi. == Tarixi == Biremalar pentekonterlərin inkişafı nəticəsində yaranmış və daha sonra, triyeralara çevrilmişdilər.
Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Kerem
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin — Yaşayış məntəqələri Qaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Digər Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Kirən
Kirən (tarixi adı: Quşçu Kirən) — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Quşçu Kirən olmuşdur. Keçmişdə burada Kirən adlı iki kənd var idi. Bir-birindən fərqləndirmək məqsədilə biri Xınnakirən, digəri Quşçu Kirən adlandırılmışdı. Quşçu Kirən kəndi quşçu tayfasına mənsub ailələrin Kirən adlı yerdə məskunlaşması ilə əlaqədar yaranmışdı. Sonralar Quşçu Kirən kəndinin adındakı "Quşçu" hissəsi kəndin adından yığışdırılmış və kəndin adı sadəcə "Kirən" şəklinə qısaldılmışdır. Fıstıq, vələs meşəliyi olan bu yerdə keçmişdə kəran (tir, pərdi) kəsildiyi üçün Kirən (yerli əhali arasında Kəran) adlandırılmışdır. Oykonimi qədim kiran/kürən tayfa adı ilə də əlaqələndirir, "yamaclar" kimi də izah edirlər. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Əsrikçay və Zəyəmçayın suayrıcında, orta dağlıq qurşaqda yerləşir.
Kırım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Kərəm
Kərəm — kişi adı. Kərəm Mirzəyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Əliyev — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Kərəm Kərimov (həkim) — tibb elmləri doktoru Kərəm Əsədov — biologiya elmləri doktoru Kərəm Tunçeri — Türk peşəkar basketbolçu. Kərəm Hacızadə — Aktyor Qaçaq Kərəm — tanınmış qaçaq. Kərəm Karabulut — Kərəm Əkbərov — === Kerem === Kerem Behnke — Kerem Bursin — Yaşayış məntəqələri Qaçaq Kərəm (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Digər Kərəm bulağı — Gədəbəy rayonunun Pərizamanlı kəndində yerləşən bulaq Yanıq Kərəm — Azərbaycanın milli rəqsi.
Mirək
Mirək — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Miray şəklində tələffüz olunur. Ehtimal etmək olar ki, oykonim türk dillərindəki marakhnanq sözündən olub, “müşahidə məntəqəsi, pusqu” mənasındadır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Pirey
Pirey (yun. Πειραιάς Pireás, q.yun. Πειραιεύς Peiraieus) Yunanıstanda Attika coğrafi regionuna bağlı bir liman kəndidir. Pirey Afina şəhərinin mərkəzindən 12 km məsafədə, dəniz sahilində yerləşir. 2001 əhali statistikalarına görə Pireyin əhalisi 175.697 nəfərdir. Pirey Yunanistanın üçüncü böyük və Afinadan sonra Attika ərazisinin ikinci böyük bələdiyyəsinə sahibdir.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Əkrəm
Əkrəm — ad. Əkrəm Əylisli — nasir, dramaturq, tərcüməçi Əkrəm Cəfər — dilçi. Əkrəm Zeynallı — azərbaycanlı diplomat. Əkrəm ibn Əbu əl-Əkrəm — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əkrəm Poladov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018) Əkrəm Əlican — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əkrəm Abdullayev — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.