Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamuran Tanhan
Kamuran Tanhan (1979, Mardin ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Kamuran Tanhan 1979-cu ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. Mardində hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin Mardin şöbəsinin İdarə Heyətinin üzvü, İnsan Hüquqları Dərnəyi İdarə Heyətinin əvəzedici üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Batuhan Karacakaya
Batuhan Karacakaya (5 fevral 1997, İstanbul) — Türkiyə TV serial aktyoru. İlk layihəsinə Beşinci Ölçü serialı ilə başladı və bu serialda qonaq aktyor kimi göründü. O, sosial şəbəkədə Bülent Ziyagil kimi tanınır. 2008–2010-cu illər arasında Aşk-ı Memnu serialında "Bülənt Ziyagil" rolunu oynayıb. Daha sonra Çarəsiz Evdarlar serialında "Mert" obrazını canlandırıb. Diriliş Ərtoğrul serialında "Dündar bəy" obrazını canlandırıb. 2021-ci ildə Acun Ilıcalı Survivor Məşhurlar-Könüllülər yarışmasına qatıldı və məşhurlar komandasında iştirak etdi və yarışmada 7-ci oldu. 2022-ci ildə yenidən Survivor 2022: All Star yarışmasına qatıldı və yarışmağa davam edir. 29 iyun 2022 tarixində Yarım Finalda 3-cü olmuşdur. 2023-cü ildə hərbi xidmətdə olmuşdur.
Saruhan Hünel
Saruhan Hünәl (türk. Saruhan Hünel; doğum 7 yanvar 1970, İstanbul, Türkiyə) — türk aktyoru. Saruhan Hünәl 7 yanvar 1970-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Arnavut, anası isə Bağdadan gəlmiş ərəbdir. Bir bacısı var. Sergin Akyazla evlidir.
Saruhan Hünәl
Saruhan Hünәl (türk. Saruhan Hünel; doğum 7 yanvar 1970, İstanbul, Türkiyə) — türk aktyoru. Saruhan Hünәl 7 yanvar 1970-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Arnavut, anası isə Bağdadan gəlmiş ərəbdir. Bir bacısı var. Sergin Akyazla evlidir.
Hsiao Tabuyan
Hsiao Tabuyan (çin. 蕭塔不煙; pinyin: Xiāo Tǎbùyān, ö. 1150-ci ildən sonra) ― 1143-1150-ci illərdə Qarakitayların qəyyumu və faktiki hakimi. Daha öncə dayısıoğlu Yelü Daşi (İmperator Deçonq) ilə evlənərək imperatriça olmuşdu və Qantian adı ilə tanınırdı. O, müsəlman mənbələrində Kuyanq və ya Orqina kimi tanınırdı. == Hakimiyyəti == Yelü Daşinin 1143-cü ildə ölümündən sonra o, kiçik oğlu Yelü Yilinin yerinə qəyyum kimi taxt-taca oturdu. O, həmçinin era adını dəyişdirdi və effektiv şəkildə idarə etməyə başladı. Növbəti il, 1144-cü ilin martında Oğuz tayfaları Buxaranı yenidən işğal etdilər və ehtimal ki, onu 1148-ci ilə qədər saxladılar. Həmin ilin sonunda Cin imperatoru Xiçonq özünün Çjanqe Hannu (粘割韓奴) adlı bir səfirini Tabuyana göndərdi və ondan imperatora tabe olmasını tələb etdi. Qəzəblənən Tabuyan isə onu əvvəlcə diz çökməyə məcbur edib, sonra edam etdi.
Mequmu Tamura
Mequmu Tamura (d. 10 yanvar 1927) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Sonal Çauhan
Sonal Çauhan (ing. Sonal Chauhan) — Hindistan aktrisası.
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Hakkı Saruhan Oluç
Hakkı Saruhan Oluç (14 yanvar 1958, İstanbul) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Hakkı Saruhan Oluç 14 yanvar 1958-ci ildə İstanbulda anadan olub. Almaniyanın RWTH Aaxen Universitetindən məzun olub. Uzun illər qəzetlərdə, jurnallarda və nəşrlərdə çalışıb. Azadlıq və Dayanışma Partiyasının qurucularından olub və sədr müavini vəzifəsində təmsil olunub. Xalqların Konqresinin (HDK), YSP və HDP-nin da qurucularından olub. Bir müddət HDP həmsədrinin müavini vəzifəsində də çalışıb. Siyasi fəaliyyəti ərzində ÖDP, EDP, HDP və DEM üzvü olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə TBMM Plan və Büdcə Komissiyasının üzvü və DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.
Hakkı Saruhan Oruç
Hakkı Saruhan Oluç (14 yanvar 1958, İstanbul) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Hakkı Saruhan Oluç 14 yanvar 1958-ci ildə İstanbulda anadan olub. Almaniyanın RWTH Aaxen Universitetindən məzun olub. Uzun illər qəzetlərdə, jurnallarda və nəşrlərdə çalışıb. Azadlıq və Dayanışma Partiyasının qurucularından olub və sədr müavini vəzifəsində təmsil olunub. Xalqların Konqresinin (HDK), YSP və HDP-nin da qurucularından olub. Bir müddət HDP həmsədrinin müavini vəzifəsində də çalışıb. Siyasi fəaliyyəti ərzində ÖDP, EDP, HDP və DEM üzvü olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə TBMM Plan və Büdcə Komissiyasının üzvü və DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.
Kamuran Əli Bədirxan
Kamuran Əli Bədirxan (kürd. Kamiran Alî Bedirxan ,کامران عالی بەدرخان ) (21 avqust 1895, Konstantinopol – 6 dekabr 1978, Paris) — kürd siyasətçi, hüquqşünas və yazıçı. == Siyasi karyerası == 1918-ci ildə ailəsindən başqaları kimi Kürdüstan Yüksəlişi Cəmiyyətinə üzv olmuşdur. 1919-cu ildə Kamuran və qardaşı Cəladət Bədirxan İraqa səfərində Britaniya zabiti Kovbertin Noel müşayiət edirdi. Noel Kürdüstanın rəsmi bir millətinin yaradılması ehtimalını qiymətləndirirdi. Bədirxan Atatürkün istiqlal hərəkatının əleyhdarı idi və İstanbulda Britaniya hökuməti tərəfindən 1919-cu ildə ona Sivasda planlaşdırılan konqresə getmək, Mustafa Kamal Atatürkü həbs etmək əmri verilmişdir. O, qardaşı, Harput qubernatoru və Britaniya zabiti Edvard Noel də daxil olmaqla bir neçə adamla yola düşmüş, lakin layihə uğursuz olmuşdur. Kamuran kamalizmin əleyhdarı idi və 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olunanda artıq ölkəni tərk edərək Almaniyaya getmişdi. O, Münhendə qohumları ilə yaşamış, burada Lüdviq Maksimilian Universitetində hüquq təhsili almış və sonra təhsilini Leypsiq Universitetində davam etdirmiş və onu da bitirmişdir. 1927-ci ildə Suriyaya yerləşmiş və Beyrutda vəkil işləmişdir.
Taman xan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman xaqan
Arslan Taman xaqan və ya Heşana xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Xaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı. 619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.
Taman yarımadası
Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman yarımadası şimaldan Taman körfəzi (Azov dənizi), qərbdən Kerç boğazı, cənubdan Qara dəniz suları ilə yuyulur. Relyefi əsasən düzənlikdir, sahilləri körfəzlərlə parçalanmışdır. Üstəlik burada həm də çoxlu sayda palçıq vulkanlarına rast gəlmək olar. Antik dövrdə yarımada bir-birindən boğazlarla ayrılan adalar şəbəkəsindən ibarət olmuşdur. Yarımadanın relyefi, flora və faunasına Kuban deltası böyük təsir göstərir. Yarımada ərazisində ilk insan izləri Alt paleolit dövrünə təsadüf edilir (2,1—1,8 mln il öncə). Qədim dövrlərlə ərazi Skiflər tərəfindən məskunlaşılmışdır. Antik dövrdə bölgə Bosfor çarlığının ərazinə daxil idi. Burara yunanlar, sarmatlar və yahudilər yaşayırdı.
Taman (liman)
Taman — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində, Jelezny Rog burnu yaxınlığındakı dəniz limanıdır. Taman dəniz limanı ixrac üçün müxtəlif yüklərin daşınması ilə məşğuldur. Limanda neft və neft məhsulları, mayeləşdirilmiş karbohidrogen qazları, ammonyak, taxıl, kömür, gübrələr, dəmir filizi, kükürd, polad məmulatları, konteynerlərdə yüklərin daşınması üçün terminallar tikilmiş və tikilməkdədir. 2015-ci ildə limanın yük dövriyyəsi 12,3 milyon ton (artım 20,8%) təşkil edib ki, bu da onu Rusiya Federasiyasının limanları arasında 15-ci yerə yüksəldib. Liman terminallarının tikintisi başa çatdıqdan sonra yük dövriyyəsi 70 milyon tona çatmalıdır ki, bu da limanı Rusiyada ikinci və ya üçüncü yerə çevirəcək. "Taman" həm Taman yarımadası, həm də Krım vasitəsilə yüklərin daşınmasına imkan verən Krım körpüsü ilə eyni olan nəqliyyat yanaşmalarından istifadə edir. Limana yaxınlaşmalarda dərinliklər 20–25 metrdir. Limana dedveyti 220 min tona qədər, uzunluğu 300 m-ə qədər, eni 50 m-ə qədər, yanalmalarda 14 m-ə qədər, TLU-da isə 21 m-ə qədər olan gəmilər daxil ola bilər. Liman Azov-Qara dəniz hövzəsinin nəqliyyat və logistika imkanlarının inkişafı və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üçün nəzərdə tutulub. Taman limanı hələ də tikilir, lakin artıq beynəlxalq nəqliyyat üçün açıqdır.
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Yeni Tamyan (Şaran)
Yeni Tamyan (başq. Яңы Тамъян), rus. Новый Тамьян) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 19 km, kənd sovetliyindən (Bazqıya): 2 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 18 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (56%), başqırdlar (36%) üstünlük təşkil edir.
İçke Tamyan (Şaran)
İçke Tamyan (başq. Иҫке Тамъян), rus. Старый Тамьян) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, kənd sovetliyindən (Bazqıya): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 25 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (85%) üstünlük təşkil edir.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır. Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur.
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.