Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.
Termos
Termos, Balaca termos, Kiçik termos və ya Flask — İçindəki mayeni ətrafından daha isti və ya daha sərin saxlayan izolyasiya qabı. İlk termos 1892-ci ildə Oksford universitetinin alimi Ceyms Dyuar tərəfindən icad olunmuşdur. 1904-cü ildə Dyuarın tələbəsi Reynald Berger və digər bir alman ixtiraçısı bu işin kommersiya əhəmiyyətini başa düşərək, termosun istehsalı ilə məşğul olan bir şirkət təsis etdilər. Həmin şirkətə ən yaxşı ad vermək məqsədilə keçirilən müsabiqədə Almaniyanın Münhen şəhərinin sakinləri qalib gəldilər. Şirkətə "Thermos" (yunanca "therme" "isti" mənasını verir) adı verildi. İstilik saxlayan cihaz da belə adlandırıldı. Eyni zamanda termosa Dyuar butulkası da deyilir. İxtiralar və kəşflər. Altun Kitab, Bakı, 2007.
Yermo
Yermo (lat. Yermo) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Berzo San Fermo
Berzo San Fermo (it. Berzo San Fermo) İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo vilayətində yerləşir. Əhalisi 1227 nəfərdir (2008), əhalinin sıxlığı 212 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Kommunanın himayədarı müqəddəs San Fermo e San Rustico di Veronadır.
Abano-Terme
Abano-Terme — İtaliyada Venesiya əyalətinin Padua bölgəsində balneoloji bir kurort şəhərciyi. Paduadan 8 km cənub-qərbdə yerləşir. Əhalisi — 19,2 min nəfər. (2007). Sahəsi 21 km². 10 avqustda yad olunan Müqəddəs Lavrentiy kommunanın himayədarı sayılır. Abano termlərindən Klavdiy Klavdianın əsərində bəhs olunur. Romalılar burada Aponium (Aqua-Patavinorum) yaşayış məskənini qurdular . Ostqotlar kralı Theodorixin bir məktubunda termlərin təsviri yer alır. Termlər VI əsrdə lombardlar tərəfindən məhv edilmişdir və 12-ci əsrdə Abano Bagni muxtar bir kommunaya çevrildiyi zaman bərpa edildi.
Lametsiya Terme
Lametsiya Terme (it. Lamezia Terme) — İtaliyanın Kalabriya regionunda şəhər.
Teramo BK
"Teramo" və ya "Teramo Basket" (ingilis dilində:Teramo Basket) Teramo şəhərini təmsil etmiş keçmiş italyan basketbol klubu. Komanda 2002-ci ildən 2012-ci ilədək İtaliya çempionatında iştirak etmiş, sonralar maliyyə çətinlikləri ilə üzləşən komanda buraxılmışdır. Klubun ev meydançası PalaSkapiano" arenası hesab olunurdu. Teramo basketbol klubu 1973-cü ildə İtaliyanın Teramo şəhərində Karlo Antonetti tərəfindən AİCS adı altında (İtalyan Mədəniyyət və İdman Cəmiyyəti, İngilis dilində:Association of Italian Culture and Sports) yaradılmışdır. Pegional turnirlərdə bir neçə qələbədən və gənclərdən ibarət komandanın hazırlığından sonra 1992–1993-cü il mövsümündə "Teramo Basket" adı altında İtaliyanın C1 liqasında İtaliya milli çempionatında iştirak etmək imkanı qazanmışdır. 2009-cu il mövsümündə klub üçüncü yeri tutmuş və 2010-cu ildə Avropa kubokunda iştirak etmək hüququ qazanmışdır. Getdikcə artan maliyyə problemləri nəticəsində 2012-ci ilin iyul ayında klub iflasa uğradığını elan etmiş və İtaliyanın basketbol liqasından kənarlaşdırılmışdır.
Teramo Kastelli
Teramo Kristoforo Kastelli (it. Teramo Cristoforo Castelli; 1597, Genuya və ya Palermo – 3 oktyabr 1659, Palermo) — İtaliya missioneri. Teramo Kristoforo Kastelli 1597-ci ildə anadan olmuşdur. Zadəgan ailəsindən olan Kastelli 1632–1654-cü illərdə Gürcüstanda yaşamışdır. O, əsasən Gürcüstan xalqı və təbiəti haqqında olan yeddi cildlik səyahət qeydləri yazmış, eskizlər və digər illüstrasiyalar çəkmişdir. Bu əlyazma 1878-ci ildə keşiş Coakkino di Marso tərəfindən kəşf edilmişdir. Bu, Palermo bələdiyyə kitabxanasına çatdırılmış və 1910-cu ildə Mişel Tamarati tərəfindən Gürcüstan alimlərinin diqqətinə çatdırılmışdır. Vikianbarda Teramo Kristoforo Kastelli ilə əlaqəli mediafayllar var.
Teruo Abe
Teruo Abe — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Teruo Nimura
Teruo Nimura (d. 2 may 1943) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Teruo İvamoto
Teruo İvamoto (d. 2 may 1972) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Terao Tsunefumi
Terao Tsunefumi (寺尾 常史, doğum adı Yoşifumi Fukuzono 福薗 好文; 2 fevral 1963, Sumida, Tokio – 17 dekabr 2023, Tokio) – Yaponiya sumoçusu və heya ustadı. Sekivake dərəcəsinə qədər yüksələ bilmiş və Şikoroyama adını daşımışdır. Sumo karyerasına 1979-cu ildə İzutsu heyasında başlamışdır. 1985-ci ilin bahar böyük turnirinin makuuçi top diviziyasının səhnəsində debüt etmişdir. Terao cəmi 110 kiloqramlıq çəkiyə malik olan yüngülçəkili sumoçu olsa da, sürətli itələmə texnikası sayəsində yüksək sumo dərəcələrinə çata bilmişdir. Terao 1989-cu ilin bahar turnirində sekivake dərəcəsini əldə etmişdir. Qardaşı Sakahoko ilə eyni vaxtda bu uğuru əldə etdiyi üçün Yaponiyanın idman dünyasında məşhurlaşmışdır. Belə ki, onlar eyni vaxtda sekivake dərəcəsi əldə etmiş ilk qardaşlar olmuşdurlar. İştirak etdiyi 13 turnirdə sanyaku kimi çıxış edən Terao həm xarici görünüşü, həm də sumo texnikalarına görə populyar sumoçulardan biri olmuşdur. 2002-ci ildəki payız böyük turnirindən sonra karyerasını bitirmiş və sumo məşqçisi olmuşdur.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Kastrokaro-Terme-e-Terra-del-Sol
Kastrokaro-Terme-e-Terra-del-Sol (it. Castrocaro Terme e Terra del Sole) — İtaliyanın Forli-Çesena əyalətində yerləşən kommuna.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni. Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi.
Ermon
Ermon (fr. Ermont) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Ermon. Əhalisi — 27 474 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimal-qərbində, Serji bələdiyyəsinin 16 km şərqində yerləşir.
Ferma
Ferma — insanların bitki və heyvanları yetişdirib, yararlandıqları müəssisə. Günümüzdə bir çox növ ferma var; balıq, inək, qoyun, donuz, göbələk, toyuq, arı və dəvəquşu fermaları kimi. Azərbaycan dilində işlənilər ferma XX-ci əsrdə rusca ферма sözündən keçib, rusca isə fransızca ferme sözündən, sözün kökü latınca firmus ("bərk, dözümlü"). Lakin, XX-ci əsrdə Azərbaycanda sovet hökuməti olduğuna görə Azərbaycanda fermalar əvəzinə kolxoz (колхоз - коллективное хозяйство), yəni, kollektiv təsərrüfatı işlənirdi, ferma isə kapitalist ölkələrdə işlənilən təsərrüfat sayılırdı. XX-ci əsrə kimi Azərbaycan dilində ciftlik/çiftlik (farsca cüft/çift - "cüt, qoşa, ikili" və "lik" şəkilçisi, Osmanlı dilindən gəlməsi ehtimal olunur) və məzrə/məzrəə (ərəb. مزرعة‎) sözlərinə rast gəlmək olardı.
Germi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Herma
Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu. Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu. Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir. Herma — başı və ya büstü bəzədilmiş dördüzlü sütundan ibarət xüsusi heykəl növüdür.
Kerma
Kerma — qədim Nubiyanın ən böyük arxeoloji yerlərindən biri. E.ə 2500-1450 -ci illərdə mövcud olmuşdur.Kerma indiki Sudanda Nil çayının Üçüncü Kataraktının üstündəki Dongola Reachında yerləşən qədim Kerma Krallığının keçmiş paytaxtıdır. Kerma Krallığı, böyük ehtimalla Yuxarı Nubiyanın cənub hissəsində, eramızdan əvvəl üçüncü minilliyin ortalarında meydana gələn yerli Nilotik bir mədəniyyət idi. Ən yüksək nöqtəsində, krallıq, Misir qonşularının ərazisi qədər geniş ərazini əhatə edən Nilin bir neçə kataraktını idarə edirdi. Misirin 18-ci sülaləsindən Firon I Tutmosun dövründə Misirlilər eramızdan əvvəl 1504-cü ildə Nubia'yı ilhaq etdilər və Kerma şəhərini dağıtdılar. Misirlilər keçmiş Kerma ərazilərində asayişi qorumaq üçün Kuşun bir canişini və ya 'Kuşun oğlu' qoyaraq bu gün Dokki Gel ("qırmızı kurqan" mənasını verir) olaraq bilinən Kermanın şimalında yeni bir yaşayış yeri qurdular. Qərbi Deffufası olan Kerma şəhəri, Nilin Üçüncü Kataraktanın 30 mil cənubunda, Yuxarı Nubiyada. Misir xaricindəki Afrikadakı ilk şəhərləşmiş kommunitlərdən biri olan Kerma, Yeni Krallıq Misirlilər tərəfindən istila edildikdə və məhv edildiyi zaman 2500 - 1450-ci illər arasında davamlı olaraq işğal edildi. 1920-ci illərdə Kerma ilk dəfə qazıldıqda, arxeoloqlar bunun əslində bir Misir valisinin qalası olduğunu ortaya çıxartdılar. Bununla birlikdə, arxeoloqlar indi Kermanın böyük ehtimalla Misirlə əlaqəli bir neçə karvan yolundakı strateji mövqeyi səbəbiylə ön plana çıxan ilk Afrika krallıqlarından (Orta Krallığın Kuş adı ilə Misir mətnlərində təsbit edilmiş) biri olduğuna inanırlar, Qırmızı dəniz, Afrika Buynuzu və Sahra altı Afrika.
Leryo
Leryö (fr. Leyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38210. Kommunanın 1999-cu il üçün əhalisi 643 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 32 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Mərmi
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə. Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir.
Perlo
Perlo (Averon)
Peryo
Peryö (fr. Peyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Reryo
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.