Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oliver Tri
Oliver Tri Nikell (29 iyun 1993, Santa-Kruz[d], Kaliforniya) — ABŞ müğənnisi. Tri "When I'm Down" mahnısının populyarlıq qazanmasından sonra, 2017-ci ildə Atlantic Records ilə müqavilə bağladı və 2020-ci ildə ilk studiya albomu "Ugly Is Beautiful"u buraxdı. Onun uğuru "Life Goes On" və "Miss You" mahnıları ilə daha da artdı. Onun ikinci studiya albomu "Cowboy Tears" 18 fevral 2022-ci ildə işıq üzü gördü. Oliver Tri Nikell 29 iyun 1993-cü ildə Kaliforniya ştatının Santa-Kruz şəhərində anadan olub. O deyir ki, "üç yaşında piano dərsləri alıb, növbəti il mahnı yazmağa başlayıb və altı yaşında albom yaradıb". Tri San-Fransisko Dövlət Universitetində iki il biznes ixtisası üzrə təhsil alıb.
Tri (havar)
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Tri Klyuça (Şaran)
Tri Klyuça (başq. Три Ключа, rus. Три Ключа) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 31 km, kənd sovetliyindən (Miçurinsk): 13 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 73 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (85%) üstünlük təşkil edir.
Ari
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda arilər tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hind xalqını təşkil etmişdirlər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.
TRT
Türkiyə Radio və Televiziya Qurumu (Trt) ― Türkiyənin milli ictimai televiziyası . TRT uzun illər Türkiyənin yeganə televiziya və radio provayderi olub. 1990-cı ildə kommersiya radiosu, ardınca isə 1992-ci ildə kommersiya televiziyası istifadəyə verilməzdən əvvəl o, bu sektorda monopoliyaya sahib idi. Bu gün TRT bütün dünyada, o cümlədən Avropa, Yaxın Şərq, Afrika, Asiya, ABŞ və Avstraliyada yayımlanır. TRT-nin sələfi olan "Türkiyə radioları" adlı qurum 1950-ci ildə Avropa Yayım İttifaqının 23 təsisçi yayım təşkilatından biri olmuşdur. Şirkət 1926-cı ildə radioda sınaq yayımlarına başlamış və şirkətin 1927-ci ildə İstanbulda, 1928-ci ildə isə Ankarada studiyası tikilmişdir.
Tir
Tir bu mənalara gələ bilər: Tir (şəhər) Tir (ay) Tir (atıcılıq) Tir (tanrı) Tir (idman) Tır — yük daşıyan nəqliyyat vasitəsi.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Trim
Trim və ya tənzimləmə flanşı (fletneri) — Hündürlük sükanı, qanadcıq və ya istiqamət rulu kimi daha böyük idarəetmə səthlərinə quraşdırılmış və pilot tərəfindən idarə olunan ikinci dərəcəli nəzarət səthləridir. Trim səthlər pilot tərəfindən bağlandığı səthlə bucaq ilə düzəldilir və təyyarənin istənilən vəziyyətdə çox güc sərf olunmadan uçmasına kömək edir. Azərbaycan aviasiyasında, trim, servo və balans tab kimi bütün ikinci idarəetmə səthlərinə fletner deyilir. Demək olar ki, bütün təyyarələrdə hündürlük sükanı trimi, çox mühərrikli təyyarələrdə istiqamət sükanı trimi, qabaqcıl təyyarələrdə də bundan əlavə qanadcıq trimi vardır. Hündürlük sükanı əvəzinə hamısı hərəkət edən monolitik üfüqi sabitləyici (stabilizator) olan təyyarələrdə hündürlük trim idarəsi bütün stabilizatoru hərəkət etdirir. Trimin iş prinsipi əlavə olunduğu əsas nəzarət səthinə çox bənzəyir. Trim tənzimlənməsi pilot tərəfindən dairə və ya düymə şəklindəki nəzarətedici dəqiq şəkildə istifadə edilərək həyata keçirdilir. Tənzimləyicilərin məqsədi uçuş zamanı uçuş idarəetmə orqanlarındakı yükü götürərək pilot tərəfindən təyyarənin idarə edilməsini asanlaşdırmaq və uçuş təhlükəsizliyini artırmaqdır. Trim hər hansı bir nəzarət səthinin ox (qarmaq) xəttindəki fırlanma anını sıfıra endirmək üçün istifadə olunur. Bu, pilotun istənilən uçuşa nəzarət sisteminə davamlı güc tətbiq etmək ehtiyacını aradan qaldırır.
Trir
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Tsri
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Türi
Türi (est. Türi, alm. Turgel‎) — Estoniyanın mərkəzində, Yarvamaa bölgəsində şəhər. Əhalisi 6 minə yaxındır. Türi 1991-ci ildən aktiv olaraq Douzelage adlı birliyə daxil oldu. Bu birliyə Avropa Birliyindən həmçinin 24 şəhərdə daxildir. Hər il bu şəhərlərdə müxtəlif festivallar və bayram şənlikləri keçirilir.
Tır
Tırlar – qoşqulu və ya çəkicili yük çəkən yük maşınlarıdırlar. Tırlar əsasən güc, davamlılıq və səmərəlilik məqsədilə böyük həcmli dizel mühərriklərinə, çoxlu oxlara və çoxpilləli ötürmə sistemlərinə malik olurlar.
URI
URI (ing. Uniform Resource Identifier) — unifikasiya edilmiş resurs identifikatoru. Əvvəllər Universal Resource Identifier (resursun universal identifikatoru) adlanırdı. URI — hər hansı bir resursu müəyyən etməyə imkan verən simvolik sətir: bu resusrlara misal olaraq sənəd, şəkil, fayl, elektron poçt xidməti və s. göstərmək olar. Əlbəttə, hər şeydən əvvəl şəbəkə resursları əsasdır. URI resurs eyniləşdirməsinin sadə və genişlənmiş üsulunu təqdim edir. URI genişlənmə qabiliyyəti, URI daxilində eyniləşdirilmiş bir neçə sxemin mövcud olduğunu və gələcəkdə bir neçə sxemin də yaradıla biləcəyini bildirir. URL, resursun eyniləşdirilməsindən başqa, bu resursun olduğu yer haqqında informasiya verir. Amma URN, yalnız müəyyən yerdə olan resursu aşkar edir, amma onun olduğu yeri göstərmir.
İri
Aşağı İri (Culfa)
Eri
Eri (Pensilvaniya) — şəhər. Eri-TV — telekanal Eri gölü — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göl Eri Kanalı — Eri gölü ilə Hudson çayını bir-birinə bağlayır.
Tri Brata (Oxot dənizi)
Tri Brata — Staris yarımadasında yerləşən Şərq burnu yaxınlığında, Oxot dənizi suları ilə əhatələnən üç qayalıqdan ibarət olan arxipelaq. Adalar materikdəndən 1 km aralıda yerləşir. Maksimal hündürlük 75 metrdir. İnzibati cəhətdən Maqadan şəhəri ərazisinə daxildir. Axipelaqa daxil olan qayalar: Kiçik Qardaş, Orta Qardaş və Böyük Qardaş. Çəkilməzamanı adalar bir-biri ilə birləşirlər. Adalarda çoxlu sayda quşlar yuxa qurur.
Tri Brata adaları (Kamçatka)
Tri Brata (Üç qardaş) — qrup şəkilindən dəniz üzərinə çıxmış üç qaya. Avaçi buxtasının girişində yerləşir. Adalar istər Petropavlovsk-Kamçatski şəhəri və Avaçi buxtasının simboludur. Əfsanəyə görə bu qayalar buxtanı sunamidən qoruyur. Tri Brata adaları (Saxalin) — Aleksandrovsk-Saxalinski şəhərinin rəsmi simvolu. Tri Brata (Oxot dənizi) Три брата.
Broussard və Cri-cri
Breton şattlı (fr. La Navette Bretonne) (başqa adıyla "Broussard və Cri-cri") Fransada fəaliyyət göstərən aerobatika komandasıdır. Komandanın debütü 1993-cü ilə təsadüf edir. Uçuşlar üçün Max Holste MH.1521 Broussard və ən kiçik 2 mühərrikli təyyarə olan Colomban Cri-cri istifadə olunur. Komandanın fərqliliyi onda ibarətdir ki, Cri-cri özü havalanmır. Aviaşou təyyarənin üstünə quraşdırılmış Cri-Cri ilə havaya qalxması ilə başlayır və ayrılmazdan əvvəl bir neçə fiqur həyata keçirilir. Daha sonra havada Cri-cri ayrılır və birlikdə uçuş həyata keçirirlər. Təyyarənin başqa təyyarə üstündə havaya qalxması daha əvvəl 1939-cu ildə "Short Mayo" və "Short Mercury" təyyarələri ilə həyata keçirilib.
Eri-TV
Eri-TV və ya EriTV, Eritreya Televiziyası (ing. Eritrean Television) kimi də tanınımış — Eritreya Dövlət Televiziya şəbəkəsi Eritreyanın paytaxtı — Əsməra şəhərində yerləşir. Eritreya Dövlət İnformasiya Nazirliyi tərəfindən idarə olunur. Televiziya 24 saat ərzində 3 əsas telekanalı özündə birləşdirir: Eri-TV (Eri-TV1), Eri-TV2 və Eri-TV3, eləcə də 7 tematik telekanalı :ERİ-Xəbərlər (ERI-News), ERİ-Mədəniyyət (ERI-Culture), ERİ-Təhsil (ERI-Education), ERİ-Diaspor (ERI-Diaspora), ERİ-İdman (ERI-Sport), ERİ-Film (ERI-Movie) və ERİ-Uşaqlar (ERI-Children) yayımlayır. Televiziya şəbəkəsi Eri-TV Eritreyada yeganə telekompaniyadır. Eritreya daxilində Eri-TV tamaşaçılarının sayı təxminən 6 milyon nəfərdir. Xaricində isə, əsasən, qonşu ölkələrdə, ABŞ-da və Kanadada, Avropa və Yaxın Şərq ölkələrində miqrantlar və imiqrantları nəzərə almaqla Eri-TV-nin tamaşaçılarının sayı bir neçə milyondan artıqdır. Kanal 1960-cı ilin yanvar ayından yayımlanmağa başlandı. Eritreya müstəqillik qazandıqdan dərhal sonra 1993-cü ildə mövcud forma və görünüşü əldə etdi. Əslində, Eri-TV1 kimi tanınan televiziya kanalı verilişləri, əsasən, 4 dildə: Tiqrin, tiqre, ərəb və ingilis dillərində, həmçinin, amxar, oromo, somali və italyan dillərində yayımlayır.
Eri (Pensilvaniya)
Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir. Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Eri Sato
Rola (ローラ, Rora) və ya əsl adı ilə Eri Sato (佐藤えり, Sato Eri, 30 mart 1990, Tokio[d]) – Yaponiya dəb modeli, televiziya şəxsiyyəti, actress aktrisası və müğənnisi. Atası banqladeşlidir, anası ilə rus-yapon qarışığıdır. Model kimi "Vivi" jurnalındakı işlərinə və modellik reklamlarına görə tanınır. 2011-ci ildən etibarən tez-tez Yaponiya televiziyasında çıxış edərək tarento kimi tanınmışdır. Sosial mediada ən çox təqib edilən Yaponiya məşhurlarından biridir. Yaponiyada Libera Production agentliyi ilə əməkdaşlıq edir. == Şəxsi həyatı == Rola 30 mart 1990-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Atası banqladeşlidir, anası isə yapon-rus qarışığıdır. 9 yaşına kimi əsasən Banqladeşdə böyümüşdür və orada Amerikan beynəlxalq məktəbində oxumuşdur. Valideynləri boşandıqdan sonra çinli olan ögey anası tərəfindən böyüdülmüşdür.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Barnaul-Т