Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. == Coğrafiyası == Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. == Tarixi == Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Tuba
Tuba − böyük ölçüsü və dərin səsləri ilə xarakterizə edilən bir nəfəsli musiqi alətidir. Şaquli kəmərli boru, üç və ya dörd klapan, geniş konusvari dəlik, fincanşəkilli ağızlıqdan ibarətdir. Tubanın müxtəlif seqmentləri standart texnika ilə işlənmiş misdən hazırlanmışdır. İlk tuba on doqquzuncu əsrin əvvəllərində bas səs gətirmək üçün icad edilmişdir. Tubalar mis külək alətləri kimi tanınan bir alət sinfinə aiddir. Tuba latın sözü olub “Tub” və “Boru” mənasını verir. Amerika Birləşmiş Ştatlarında da tuba çalan şəxs tubaçı ya da tubist kimi tanınır . Böyük Britaniyada adi orkestrdə tuba alətində çalan musiqiçi sadəcə bir tubaçalan kimi tanınır; nəfəsli alətlər orkestrində və ya hərbi orkestrdə tuba alətində çalan musiqiçilər isə basistlər kimi tanınır. == Tarixi == Tubanın tarixi Roma İmperiyasına kimi uzanır. Tubanın inkişafı 19-cu əsrin əvvəllərində başlamışdır.
Ahu Tuğba
Ahu Tuğba 13 avqust 1955 İstanbul) - Alban əsilli Türkiyə kino aktrisası . Əsl adı Tuğba Çetin'dir. Varlı bir ailənin yeganə övladı idi. Orta məktəbdə oxuyarkən kino aləminə gəldi. Məktəbi bitirdikdən sonra Kanadanın Konkordia Üniversitetinin İngilis Dili fakültəsinə qəbul oldu amma kino aktrisalığa olan marağı üzündən təhsilini yarımçıq buraxmalı oldu. Türk kinosunda 80-ci illərin seks simvollarından biri olmuşdur.Ümumilikdə 6 dəfə ailə qurub. İlk evliliyini 1981ci ildə Mustafa Ulusoy ilə qurub.1991 ci ildə Alban əsilli Amerikalı həkim Timmy Alejtanij ilə qurduğu evliliyindən Anjelin adında 1992 təvəllüdlü bir qızı vardır.
Sumba boğazı
Sumba boğazı (ind. Selat Sumba) — Kiçik Zond adaları arasında yerləşən boğaz. Boğaz Kiçik Zond adalarını Sumba adasından ayırır. Savu dənizini Hind okeanı ilə birləşdirir. Gəmiçilik üçün böyük əhəmiyyət kəsb edir. Ərazisi müxtəlif Milli Parkların ərazisinə daxildir. == Coğrafiyası == Boğaz şimaldan Sape, Lintax və Molo boğazları ilə birləşir. Boğazın eni 45 km təşkil edir. Sahil xətti ərazisində dərinlik 200 metr, maksimsl dərinliyi isə 900 metri keçmir. Suyunun orta illik temoeraturu 30 °C-dir ki, bu isə digər boğazlardan 1-3 °C yuxarıdır.
Tamba Salçak
Tamba Salçak (tuvaca: Тамба Өдекеевич Салчак, d. 25 oktyabr 1938 – ö. 16 mart 1983) – tuvalı şair, yazıçı və jurnalist. Tuva Yazıçılar Birliyinin və SSRİ Jurnalistlər Birliyinin üzvü olmuşdur. == Həyatı == Tamba Ödekeyoğlu 15 mart 1918-ci ildə Tandı-Tıvanın Salçak bölgəsinin Kaa-Hemin Oştan kəndində anadan olmuşdur. Yayla ibtidai məktəbinin ilk sinfini oxuduqdan sonra SSRİ Altay krayının Oyrto-Turada kənd təsərrüfatı məktəbində təhsilini davam etdirmişdir. Daha sonra Qızıl şəhərindəki partiya məktəbindən də məzun olmuşdur. Yeni Tuva yazısını öyrənmiş, partiya da katib kimi önəmli yazışmaları idarə etmişdir. 1951-ci ildən başlayıb, “Şın” qəzetində ədəbi əsərlərə nəzarət edilməsi işinə qəbul edilmiş və burada ümumilikdə 28 il çalışmışdır. İlk əsəri “Dongada kadık” 1955-ci ildə nəşr edilmişdir.
Tatenda Tsumba
Tatenda Tsumba (12 noyabr 1991) — Zimbabveli sprinter. Tatenda Tsumba Zimbabveni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, Pekində keçirilən 2015 Dünya Çempionatında 200 metr məsafəyə qaçışda iştirak etmiş və ilk mərhələdəcə məğlub olmuşdur.
Tumua Anae
Tumua Anae (d. 16 sentyabr 1988) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Tumua Anae, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Tuğba Düral
Tuğba Düral — türk idman jurnalisti; Türkiyədə media transfer bazarının ən bahalı aparıcılardan biridir. Tuğba Düral 9 iyun 1981-ci ildə Zonquldakda anadan olmuşdur. TED kollecini və İstanbul Universitetini bitirmişdir. 2004-cü ildən televiziyada fəaliyyət göstərir. Fəaliyyətə "CNN Türk"də başlamış, daha sonra "NTV Spor"a transfer olunmuşdur.
Tuğba Əkinçi
Tuğba Əkinçi — milliyyətcə azərbaycanlı olan Türkiyə kino aktrisası və müğənisi . . == Həyatı == Tuğba Əkinçi 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.
Tuba Büyüküstün
Xədicə Tuba Büyüküstün (5 iyul 1982, İstanbul) — türk aktrisa. == İlk illər == Tuba Büyüküstün 5 iyul 1982-ci ildə İstanbulda anadan olub. Ana tərəfindən Krım mühaciri, ata tərəfindən, o, Krit mühaciridir. İstanbul Özəl Doğuş Məktəblərinin və Memar Sinan Gözəl Sənətlər Universitetinin, Səhnə Dekorları və Kostyum Dizaynı bölümlərinin bitirib . Universitetdə oxuyarkən reklamlarda iştirak edirdi. Universiteti bitirdikdən sonra rejissor Tomris Giritlioğlu sayəsində fəaliyyətə başladı. == Özəl həyatı == 28 iyul 2011-ci ildə Parisdə, Fransada özü kimi aktrisa Onur Saylak ilə evləndi. 19 yanvar 2012-ci ildə əkiz qızlarını dünyaya gətirdi. Qızlarına Toprak, Maya adlarını verdilər. Evliliklər 5 iyun 2017-ci ildə başa çatdı.
Tuba Erdem
Tuba Erdem — Türkiyə kino və teatr aktrisası. == Həyatı == Tuba Erdem 24 fevral 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində anadan olmuşdur.
Tuba çayı
Тuba çayı — -Yenisey çayının sağ qolu. == Əsas xüsusiyyətləri == Rusiya Federasiyasının Krasnoyarsk əyalətinə aiddir. Kızır və Amıl çaylarının birləşməsindən yaranır. Uzunluğu-119 km, mənbəyindən Kızıra qədər-507 km-dir. Şərqi Sayan dağlarını axıb keçir. Su hövzəsinin sahəsi- 36,9 min. km²-dir. Qidalanmasında qar suları üstünlük təşkil edir. Oktyabrdan donmaya başlayan çay, may ayında buzlardan əriməyə başlayır. İllik su sərfi- 771 m³/san-dir.
Frederik Şumba Hapunda
Frederik Şumba Hapunda — Zambiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən)
Tuba Şahi məscidi
Tuba Şahi məscidi — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix və memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Məscid binası Şirvanşahlar dövrünə aid Dördkünc Mərdəkan qəsrinin yaxınlığında inşa edilmişdir. Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır. Məscid üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər də bəlli olur. 1720-1721-ci illərdə Bakı xanlarından Məhəmməd xanın sifarişi ilə məsciddə bərpa işləri aparılmışdır. Məscid, günbəzlə tamamlanmış paralellepiped formasında dəqiq ifadə olunmuş həcmə malikdir. İbadət zalının mərkəzi hissəsi yelkənlər üzərində dayanan günbəzlə örtülmüşdür. Kvadrat formalı mərkəzi ibadət zalına dörd tərəfdən düzbucaqlı formaya malik köməkçi otaqlar birləşir. == Tarix == Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır.
Şahin Tuma Cəfəroğlu
Şahin Tuma Cəfərqulu (23 yanvar 1997, Suonsi və ya Uels) — azərbaycanlı aktyor və müğənni. == Həyatı == Şahin Tuma Cəfəroğlu 1997-ci il yanvarın 27-də Böyük Britaniyada, Uels bölgəsinə aid Svansea şəhərində anadan olub. İran azərbaycanlısı olan atası ilə anası Şahin kiçik yaşlarında olarkən boşanıblar. Hazırda Şahin anası ilə birlikdə Uelsdə yaşayır. 12 yaşlı Şahin Svanseada ictimai məktəbin 7-ci sinfində oxuyur, eyni zamanda həftəsonları səhnə dərsləri alır. Bir sıra filmlərə və seriallara çəkilib. BBC-nin altı ay davam edən "Ulduz zərbəsi" sənədli film seriyasının qəhrəmanı olub. "Həyat" adlanan trillerdə isə Maykl Ceksonun cavanlığını oynayıb. Cekson heyranı olan Cəfəroğlu Britaniyada 2009-cu ilin mayında məşhurlaşıb. "Britaniyanın istedadları" adlanan televiziya yarışmasına qatılan Cəfəroğlu Maykl Ceksonun "Who’s Lovin’ You" ("Səni kim sevir") mahnısı ilə bütün zalı ayağa qaldırıb.
Kral Şir: Timon və Pumba
Kral Şir: Timon və Pumba - 1995-1998-ci illərdə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi serialıdır. Cizgi serialına baş qəhrəmanları Timon və Pumbadır. Bu cizgi serialı özündə "Kral Şir" cizgi filmindən "Kral Şir - 2" cizgi filminə qədər olan hadisələri ehtiva edir.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Damba
Damba (nid. dam) — qorunan, yaxud sədd çəkilən ərazinin və ya akvatoriyanın sərhədi boyunca yerləşdirilən hidrotexniki qurğu; quruluşuna görə torpaq bəndə oxşayır. Basqılı və basqısız Damba növlərinə ayrılır. Basqılı Damba çay və dəniz sahillərini (ovalıqları) daşqınlardan, küləyin və qabarmaların təsirindən qorumaq (bənd-Damba); şlüzlərə, kanallara və s. çıxan port akvatoriyalarını dalğalardan, buz axınlarından, dalğalarla gətirilən torpaqlardan mühafizə etmək (qoruyucu Damba); hidrotexniki istinad tikililərini sahillə əlaqələndirmək (birləşdirici Damba); hidrotexniki qurğu tikilən yeri hasarlamaq (sədd Dambası); süni hovuzlar (basqılı hovuzlar və SES-lərin sutkalıq tənzimlənmə hovuzları, İES-lərin soyuducu hovuzları və s.) və kanal məcraları (yolu) yaratmaq üçün qurulur. Basqısız Damba məcraları tənzimləmək və düzəltmək (tənzimləyici Damba); səth axınlarını azaltmaq və leysan axınları nəticəsində yuyulub aparılan çaylaq qruntunu saxlamaq (torpaqqoruyan Damba); gəmiçilik şəraitini, eləcə də suburaxan və sutoplayan hidrotexniki qurğuların işini yaxşılaşdırmaq (şırnaqyönəldən Damba); çaylaq və su anbarı körfəzlərindən yol salmaq (nəql. Dambası) məqsədilə tikilir. Damba adətən, yerli materiallardan (qrunt, daş qırıntıları), həmçinin beton bloklardan və dəmir-beton yortaclardan qurulur. Dambaların intensiv tikintisinə 1282 ildə Hollandiyadakı daşqınlardan sonra başlanmışdır. Ən iri Damba (uz.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Mumbay
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. == Mumyanın müalicəvi xüsusiyyətləri == İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. == Coğrafiyası == Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. == Nəqliyyat == Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Tamğa
Tamğa — Ticarət və istehsal edilən sənətkarlıq malları satılarkən onların üzərinə qoyulan vergi olub, əsasən, pul ilə yığılırdı. Tamğa haqqının ağırlığına görə şəhərlərdə təsərrüfat həyatı pisləşir və ticarət tənəzzül edirdi. Bəzən müəyyən bir yerin tamğası ləğv olunurdu ki, bu da, şəksiz, ticarət və mal istehsalını artırmaq məqsədilə edilirdi. Həsən bəy Rumlu və başqa tarixçilərin məlumatından aydın olur ki, 872 (1564/65)-ci ildə I Şah Təhmasib 30000 tümən məbləğində olan tamğanı, o cümlədən Naxçıvanın tamğasını da ləğv etmişdi. Təbiidir ki, o, belə hərəkət etməklə dövlət xəzinəsinin əsas gəlirlərindən biri olan vergidən məhrumolmaq istəməzdi. Görünür ki, onu belə hərəkətə rəiyyətin yoxsulluğu, xüsusilə sənət və ticarətin getdikcə zəifləməsi vadar etmişdi. Digər tərəfdən, hökmdar bu yolla xalq həyəcanlarının qarşısını almaq istəməşdir.Tamğanı toplayan şəxs tamğacı adlanmışdır.
Temza
Temza (ing. Thames, lat. Tamesis) — İngiltərənin cənubundan başlayan çay. Temza çayı London şəhərinin mərkəzindən keçərək, Şimal dənizinə tökülür. Uzunluğu 346 km və hövzəsinin sahəsi 13000 km²-dir. Londonun mərkəzində yerləşən Tauer körpüsü Temza çayının üzərində inşa olunmuşdur. == Etimologiya == Temza çayının adının etimologiyası haqqında müxtəlif fikirlər vardır. Əsas fikrə görə "Temza" sözü kelt dilində olan Tamesa sözünündən keçmişdir və tərcüməsi "qaranlıq" deməkdir.