Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tumblr
Tumblr ― ABŞ mərkəzli bir sosial şəbəkə və bloq veb saytıdır. 2007-ci ilin fevral ayında David Karp və Marko Arment tərəfindən qurulmuşdur. Yarandığı gündən iki həftə ərzində 75 000 istifadəçiyə çatan saytın təkcə ABŞ-də 13,4 milyon istifadəçisi var. Tumblr-ın digər oxşar saytlardan fərqi, populyar sosial şəbəkə saytları ilə tam harmoniyada işləməsidir. Beş il müddətində reklamsız Tumblr-un əsas gəlir mənbəyi, xüsusi mövzular satışından əldə olunan paylar və yazılarını vurğulamaq istəyən istifadəçilər tərəfindən ödənilən bir dollar haqqı idi. Sayt ilk böyük reklam kampaniyasına imza atdığı Adidas idman geyim şirkəti ilə başladı. Tumblr 20 May 2013-cü il tarixində Yahoo! Şirkət tərəfindən təxminən 1,1 milyard dollara satın alındı. Xidmət istifadəçilərə multimediya və digər məzmunu qısa formalı bloqda yerləşdirməyə imkan verir. İstifadəçilər digər istifadəçilərin bloglarını izləyə bilərlər.
Rambler
"Rambler" (rus. Рамблер) — məşhur internet axtarış sistemlərindən biri; veb portal. Yaradıcısı Dmitri Kryukovdur. Dmitri Kryukov arzusunda olduğu axtarış sistemini hazırlayarkən ilk növbədə layihəyə ad fikirləşir. Bunun üçün o, ingilis-rus lüğətini açır, onun diqqətini "Rambler" sözü cəlb edir. Sözün mənası – "sərsəri, səyyah, avara" Dmitrinin xoşuna gəlir. Həqiqətən də axtarış maşınının robotları gecə-gündüz informasiyanı yığaraq, dinclik bilmədən saytlar üzrə hərəkət edirlər. Artıq 1996-cı ilin payızında axtarış sisteminin son variantı hazır idi. 1996-cı il, sentyabrın 26-da rambler.ru domeni qeydiyyata alındı, oktyabrın 8-də yaradıcının ad günündə "Rambler" rəsmən təqdim olundu. Başlanğıc mərhələdə 100 min sənəd indeks edilmişdi.
Türklər
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Tüklər
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tüllər
Tüllər (gür.: g.ə. თულარი, l.ə. tulari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 3.147 nəfər (1.498 nəfəri kişilər, 1.649 nəfəri qadınlar) əhali yaşayır.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Coğrafi qütblər
Gənc türklər
Gənc türklər (türk. Jön Türkler) — Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır. == Etimologiyası == İlk dəfə, 1828-ci ildə Carlz MakFarleym tərəfindən dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir. Daha sonra 1855-ci ildə, Ubiceni II Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri qavram olaraq ilk istifadə edən Hippolyte Kastille olmuşdur. Gənc türklər qavramı yeni bir qavram deyildir. Bu qavramlardan daha çox Avropada yaranan, hökumətə müxalif şəxslərin yaratdıqları partiyaların bir bənzəri kimi görünmək olduğu üçün istifadə olunmuşdur. Almaniyada Gənc almanlar cərəyanı (bundan əlavə bu cərəyan həm də ədəbi cərəyandır), İtaliyada Gənc italyanlar cərəyanı, Polşada Gənc polyaklar cərəyanı da bunun analoqlarıdır. Bu cərəyanlar siyasi müxalifət cərəyanları olduğu qədər, həm də ədəbi cərəyanlardırlar. Daha sonra Jön türklər cərəyanın da adı keçənlərdən bəhs edərkən ətraflı formada ədəbiyyat mənsubları barədə danışılacaqdır.
Jön türklər

Kamal Türklər
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Kök türklər
Türklər (Beyləqan)
Türklər — Azərbaycan Respublikasının Beyləqan rayonunun Türklər qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Beyləqan rayonunun Türklər qəsəbəsi Şərq qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Türklər qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.
Türklər (Laçın)
Türklər — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Türklər kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Yaşayış məntəqəsini Zəngilan rayonunun Babaylı kəndindən köçüb gəlmiş ailələr salmışlar. XIX əsrdə kənd Babaylı kimi qeydə alınmışdır. Kəndin ərazisində Türklər qəbiristanlığı yaxınlığında Babaylı kəndinə məxsus qışlaq yeri olmuşdur. Kənd sonralar qədim qəbristanın adı ilə Türklər adlandırılmışdır. Adından da göründüyü kimi Türklər adı türk kökənli bir addır. Kəndin qəbristanlığında qədim at və sandıq daş heykəlləri var.
Türklər (kənd)

Türklər bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Liana Zimbler
Liana Zimbler (alm. Liane Zimbler‎; 31 may 1892[…] – 11 noyabr 1987[…], Los-Anceles, Kaliforniya) — Avropada memarlıq diplomu alan ilk qadın avstriyalı memar. 1938-ci ildə ABŞ-yə mühacirət edənə qədər Vyanada bizneslə məşğul olan Liana orada interyer dizayneri olub. == Həyatı == Vyana İncəsənət Məktəbində oxuyan Liana, burada əvvəlcə qrafika, sonra isə memarlıq üzrə təhsil alıb. Hələ təhsil alarkən Emili Flögenin salonunda illüstrator və dizayner kimi işləməyə başlayıb. 1916-cı ildə vəkil Otto Zimbler ilə evlənən Liananın bu evlilikdən Eva adlı bir qızı dünyaya gəlib. Elə həmin il Liana Vyanada Bamberger mebel fabrikində çalışmağa başlayıb. Birinci Dünya müharibəsi bitməzdən əvvəl Rosenberq dizayn studiyasında memar olan Zimbler 1920-ci illərin əvvəllərində emal, yenidənqurma və daxili bəzək işlərində ixtisaslaşan öz firmasını qurub. 1928-ci ilə qədər, biznesi nəticəsində Zimbler Praqada ortağı Anni Herrnheyser tərəfindən idarə olunan ikinci studiyasını aça bilib. Həmçinin Vyanada mühazirələr deyən Liana işləyən qadınlara dəstək üçün müxtəlif təşkilatlara da üzv olub.
Türklər (dəqiqləşdirmə)
Əsas mənada Azərbaycan türkləri — əsasən Azərbaycan Respublikası, Cənubi Azərbaycan, Borçalı, Dərbənd, Qars (və vaxtilə Qərbi Azərbaycan) yaşayan xalq, Azərbaycan əhalisinin əksəriyyətini təşkil edən etnik qrup. Anadolu türkləri — Türkiyəli türklər; əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən ad, Türkiyə əhalisinin əksəriyyətini təşkil edən etnik qrup. Türk xalqları — Avrasiya ərazisində yaşayan, türk soylu, türk mədəniyyətli, türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Yaşayış məntəqələri Türklər — Laçın rayonunda kənd. Türklər — Beyləqan rayonundda qəsəbə.
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Gənc türklər inqilabı
Gənc türklər inqilabı — 1908-ci ildə Osmanlı imperiyasında baş vermiş inqilab. İnqlabın məqsədi Sultan II Əbdülhəmidin devrilməsi və konstitusiyanın bərpası idi. İnqilaba “İttihad və Tərəqqi” Gənc türklər təşkilatı rəhbərlik edirdi. Gənc türklər inqilabı Osmanlı imperiyasının sonuna qədər imperiyanın tarixində İkinci Məşrutiyyət dövrü adlanır. Otuz il əvvəl, 1876-cı ildə, II Əbdülhəmidin dövründə Birinci konstitusiya dövrü kimi tanınan dövrdə konstitusiya monarxiyası qurulmuşdu və bu, II Əbdülhəmidin onu dayandırmasından və özünə avtokratik səlahiyyətləri bərpa etməsindən əvvəl cəmi iki il davam etdi. İnqilab İttihad və Tərəqqi partiyası üzvü Əhməd Niyazi bəyin Albaniya yüksəkliklərinə qaçması ilə başladı. Tezliklə İsmayıl Ənvər və Eyyub Səbri də ona qoşuldu. Yerli albanlarla əlaqə qurdular və böyük bir üsyanı başlatmaq üçün Selanikdə yerləşən 3-cü Ordu daxilindəki əlaqələrindən istifadə etdilər. 3-cü Ordu inqılabı dəstəkləmiş və bu hərəkatın hərbi qüvvələrinin özəyini təşkil etdi. II Əbdülhəmidin təslim olmasına Fədailərin müxtəlif koordinasiyalı sui-qəsdləri və qətlləri də kömək etdi.
Gənc türklər üçlüyü
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Həzrə türbələr kompleksi
Həzrə türbələr kompleksi – Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV–XVI əsrlərdə inşa edilmiş tarix-memarlıq abidələri kompleksidir. Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır. Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir. Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər. == Tarixi == Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır. Dövrümüzə çatmış dörd türbədən ikisi qəzalı vəziyyətdədir. == Ümumi təsvir == Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Türbələr hamısı Şirvan-Abşeron memarlıq məktəbi ənənələrinə uyğun şəkildə inşa edilmişdir.
Qədim türklər (kitab)
Yeddigümbəz türbələr kompleksi
Yeddigünbəz türbələr kompleksi — Şamaxı şəhərindəki üç tarixi qəbirsanlıqdan birində yerləşən və Şamaxı xanlığının süqutu dövrünə (XIX əsrin əvvəlləri) aid olan türbələr kompeksidir. Türbələrdə Şirvan xanları və onların ailə üzvləri dəfn edilmişlər. Kompleksə daxil olan türbələrdən dördü dövrümüzə çatmışdır. Altı türbə ərazisindən ümumilikdə 22 məzar aşkarlanmışdır ki, onlardan da 18-i sarkofaq formalı sinədaşı və üzərində kitabələr həkk edilmiş stella formalı başdaşlarından ibarətdir. Stellalardakı kitabələrdə XIX əsr hökmdarlarının və digər dövlət xadimlərinin, o cümlədən, onların ailə üzvlərinin adları qeyd edilmişdir. Bərpa sənədləri hazırlanarkən türbələr yerləşməsinə görə sıralanıb. Birinci türbə Şirvan xanı Ağası xanın qardaşı Məhəmmədhüseyn bəyin oğlu Şıxəli bəyin xatirəsinə 1816-cı ildə, ikinci türbə Ağası xanın adı kitabədə pozulmuş oğlanlarından birinin xatirəsinə 1806-cı ildə, üçüncü türbə Bibixanım bəyimin (Ağası xanın xanımı, Mustafa xanın anası, Səfərəli sultanın qızı) xatirəsinə 1807-ci ildə, dördüncü türbə Mustafa xanın xanımı, Şəki xanı Səlim xanın qızı Asiya bəyimin xatirəsinə 1810-cu ildə, altıncı türbə Mustafa xanın xanımı, Qazıqumuq xanı Surxay xanın qızı Xan Bikənin xatirəsinə 1847-ci ildə, yeddinci türbə Mustafa xanın oğlu Azad xanın xatirəsinə 1865-ci ildə inşa edilib. Beşinci türbə tamamilə dağıldığı üçün kitabə və başdaşılar oxunmamışdır. Bütün türbələr Şirvan xanlığının Sərkər sülaləsinin üzvlərinə aid xatirə abidələridir. Kompleksə daxil olan və salamat şəkildə dövrümüzə çatmış türbələrdən ən qədimi hicri 1225-ci ildə (miladi 1810) inşa edilmişdir.
Yeddigünbəz türbələr kompleksi