Türklər (Laçın)

TürklərAzərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Türklər kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]

Türklər
39°31′00″ şm. e. 46°36′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Türklər xəritədə
Türklər
Türklər

Yaşayış məntəqəsini Zəngilan rayonunun Babaylı kəndindən köçüb gəlmiş ailələr salmışlar. XIX əsrdə kənd Babaylı kimi qeydə alınmışdır. Kəndin ərazisində Türklər qəbiristanlığı yaxınlığında Babaylı kəndinə məxsus qışlaq yeri olmuşdur. Kənd sonralar qədim qəbristanın adı ilə Türklər adlandırılmışdır.[3] Adından da göründüyü kimi Türklər adı türk kökənli bir addır. Kəndin qəbristanlığında qədim at və sandıq daş heykəlləri var. Bundan əlavə baş daşları ösmanlı türkcəsində, ərəb və fars dillərində yazılmış bir çox qəbirlər var.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Türklər kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən təxminən 25 km cənubda yerləşir. Kənd dəniz səviyyəsindən təxminən 1200 m yüksəklikdədir. Kəndin yaxın ətrafında Səfiyan, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Xanalılar və Güləbird kəndləri yerləşir. Kəndin yaxın ətrafında Köhnə oba, Maxsudlu, Ballıqaya, Quşçuların yalı, Bəyoğlan təpəsi, İman ölənin yalı, Keçiqalan, Keçəllərin yalı, Budaq yal, Qaranlıq dərə, Dəkkənin yalı, Balon dərəsi, Qaraqaya, Qənşər təpə, İsgəndərlinin yalı, Ağcaqışlaq, Meyinbağı, Yazıdüzü, Suqovuşan, Mərövcəlilərin dərəsi, Atlar su içən, Dərəbağı, Xəlifəzur, Pul itən, Qoruqçuxuru, Papaqlı daş, Təkqoz adlanan ərazilər yerləşir. Kənddə və yaxın ətrafında bir çox bulaqlar var. Bunlardan Soyuqbulaq, Yusif bulağı, Əli bulağı, Ağcaqışlağın bulağı, Daş bulaq və s.

Meşədə cır meyvə və giləmeyvələrdən dağdağan, daşarmudu, mərmərik, çağala, qızlar boxçası, həmərsün (itburnu), zoğal, fındıq, qoz, əzgil, qora, quşüzümü, çiyələk, dovşan alması və s. bitir.

2024-cü ilin statistikasına görə kənd əhalisinin sayı 203 nəfərdir (55 ailə).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və qismən arıçılıq olub.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. "Prezident: Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib". report.az (az.). 9 noyabr 2020. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  3. Türklər (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.