Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zubovka
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Aleksandra Trusova
Aleksandra Vyaçeslavovna Trusova (rus. Александра Вячеславовна Трусова; 23 iyun 2004, Ryazan, Rusiya) ― Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə baş tutan Avropa Çempionatının və ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. Trusova həm də, Kanada Qran-Prisinin (2019) və Rusiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2018-ci ildə gümüş, 2019-cu ildə isə bürünc medala sahib olan Trusova, gənclər arasında Avstraliya (2017), Belarus (2017), Litva (2018) və Ermənistan (2018) Qran-Prilərinin də qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medala sahib olub. 2018 və 2019-cu illərdə gənclər arasında Dünya Çempionatının qalibi olmağıda bacaran Trusova, Yelena Radionovadan sonra 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran idmançısıdır. O, həm də 2018 və 2019-cu illərdə gənclər arasında Rusiya Çempionatının qalibi olub. == Karyerası == === 2016–2017-ci illər: Gənclərin Rusiya Çempionatında dördüncü pillə === Aleksandra Trusova 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, qısa proqramda 64.95 balla altıncı, sərbəst proqramda isə 130.65 balla dördüncü pillənin sahibi oldu.
Trudovka (Avurğazı)
Trudovka (başq. Трудовка, rus. Трудовка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Kəbəç kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Tolbazı): 13 km, kənd sovetliyindən (Kəbəç): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 24 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (64 %), ruslar (36 %)üstünlük təşkil edir.
Olqa Turova
Olqa Turova (13 mart 1983, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. Olqa Turova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Olqa Turova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
İlqarə Tosova
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Dalğaqanad sovka
Göybaftalı sovka
Müxtəlifrəngli sovka
Çəhrayı sovka
Şüalı sovka
Gümüşü başlıqlı sovka
Qəşəng yaşıl sovka
Tünd rəngli sovka