Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3-dür. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
I Klovis
I Xlodviq (fr. Clovis I er; təq. 466[…], bilinmir – 27 noyabr 511, Paris, Frank dövləti) — Frank kralı. 509-511-ci illərdə hakimiyyətdə olmuşdur. I Xlodviq Fransanın və Merovinqlər sülaləsinin ilk kralı hesab olunur. Xlodviq Xristianlıq dinini rəsmi formada qəbul etmiş ilk frank hökmdar kimi də tanınır. == Həyatı == == Fəaliyyəti == Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi.486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə payladı. Frank əyanları iri torpaq sahiblərinə çevrildilər.
Klovis Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1954 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. == Həyatı == 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.
Vesna Vuloviç
Vesna Vuloviç (serb-xorv. Vesna Vulović/Весна Вуловић; 3 yanvar 1950, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya – 23 dekabr 2016, Belqrad) — stüardessa, Ginnesin Rekordlar Kitabına əsasən, yüksəklikdən paraşütsüz sərbəst düşmə zamanı sağ qalmış şəxslər arasında dünya rekordu sahibi. McDonnell Douglas DC-9–32 (JAT 367 reysi) təyyarəsi 10.160 metr (33.333 fut) hündürlükdə partlamışdır.. Vesna Vuloviç hadisə məqamını nəinki yaşamış, həmçinin qalıqların yerə düşməsi zamanı 28 sərnişin və ekipaj üzvləri arasında yeganə sağ qalmış şəxs olmuşdur. == Həyatı == Vesna Vuloviç 3 yanvar 1950-ci ildə Belqradda anadan olmuşdur. Onun atası biznesmen, anası fitnes üztə təlimatçı idi. O xatırlayırdı: Belqrada qayıdan Vuloviç dostlarından birinin bələdçi geyimindən təsirlənərək uçuş üzrə bələdçi olmaq qərarına gəlir. Vuloviç xatırlayırdı: Beləliklə, Vesna 1971-ci ildə Yuqoslaviyanın ən nəhəng daşıyıcısı olan JAT aviaşirkətinə işə qəbul edildi. == Aviaqəza == 26 yanvar 1972-ci ildə DC-9–32 Jugoslovenski Aerotransport təyyarəsi (JAT, beynəlxalq adı — Yugoslav Airlines) Kopenhagen — Zaqreb dairəsində Stokholm — Kopenhagen — Zaqreb — Belqrad marşrutu üzrə uçuş həyata keçirirdi. Təyyarənin içində 28 nəfər var idi ki, onların da 5-i stüardessa Vesna Vuloviç də daxil olmaqla, ekipaj üzvləri idi.
Klovis mədəniyyəti
Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir. == Ümumi məlumat == Klovis mədəniyyəti "Klovis ucları", fil sümüyü və fərqli sümük alətlərinin istehsalı ilə xarakterizə olunur. Klovis mədəniyyəti ilə əlaqəli alətlərin əlamətdar xüsusiyyəti onların iki üzlü və yivli olmasıdır. Klovis alətləri təxminən 300 illik bir müddət ərzində istehsal edilmişdir. Mədəniyyət 1932-1937-cı illərdə Nyu-Meksiko ştatının Klovis və Portales şəhərləri arasındakı 1 nömrəli Blackwater məhəlləsində tapılan artefaktlara görə belə adlandırılmışdır. Bu tapıntılar mamont növləri və nəsli kəsilmiş bizon antikusu ilə bilavasitə əlaqəsi olduğuna görə xüsusilə vacib sayılırdı. 1936 və 1937-ci illərə aid in situ tapıntılar arasında dörd daş Klovis ucları zərbə ilə zədələnmiş iki uzun sümük ucları, daş bıçaqlar, Klovis bıçağının nüvəsinin bir hissəsi və daş lopaları üzərində hazırlanmış bir neçə kəsici alət var idi. Mədəniyyətin yayıldığı ərazilərdən mamont, bizon və digər məməli heyvan qalıqlarının aşkarlanması Klovis icmasının əsas məşğuliyyətlərinin ovçuluq olması fikrini irəli sürür. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini bildirirlər. Klovis bölgələri ABŞ-ın çox hissəsində, eləcə də Meksikada, Mərkəzi Amerikanın bəzi hissələrində, Şimali Amerikanın cənubunda müəyyən edilmişdir.
Tovi Lovis
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.
Çarli Yovit
Çarli Yovit (ing. Charlie Jowitt; 1872, Liverpul) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Çarli Yovit 1872-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. == Karyerası == 1897-ci ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
Ülvin Məmmədov
Ülvin Camaləddin oğlu Məmmədov (d. 1 yanvar 1996; Laçın, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ülvin Məmmədov 1996-cı ilin 1 yanvar günündə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Ülvin Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 7-si isə Ülvin Məmmədov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ülvin Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Klovis Akosta Fernandes
Klovis Akosta Fernandes (port. Clovis Acosta Fernandes; 4 oktyabr 1954 – 16 sentyabr 2015, Portu-Aleqri) — 1990-cı ildən Braziliya futbol yığmasının ən sadiq azarkeşi. "Gaúcho da Copa" ləqəbi ilə tanınırdı. == Həyatı == 1954-cü ildə Braziliyada doğulub və kiçik yaşlarından Braziliya futbol yığmasının ən sadiq azarkeşi idi. 1990-cı ildən bəri Braziliyanın iştirak etdiyi turnirlərdə azarkeşlik etmişdir. 2014-cü ildə Braziliyada keçirilən mundialın yarımfinalında doğma komandasının Almaniyaya 1:7 hesablı məğlubiyyəti zamanı dünya kubokunun maketini qucaqlayaraq ağlayan bığlı və böyük şlyapalı qocanın videogörüntüləri "Youtube"da cəmi 3 gün ərzində 4 milyondan çox baxış toplamışdı. Akostanın 4 övladı var. O, lap uşaq vaxtından Braziliya millisinə azarkeşlik edirdi. Özünün dediyinə görə, uşaqlıqda milli komandasının 1958 və 62-ci illərdə dünya çempionatlarında qalibiyyəti zamanı atası fişənglər atar, bütün fernandeslər ailəsi sevinərmiş. Akosta ilk dəfə milli komandasının dünya çempionatındakı oyununu televizordan 1970-ci ildə izləyib.
Lovis Tovi Yeqoroviç
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Almaz Ülvi
Almaz Ülvi (Almaz Qasım qızı Binnətova; 8 avqust 1960, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycanlı ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2010). Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri. == Həyatı == Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978–1984). 1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir. Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (şöbə yaranan gündən). 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir. 2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır.
Ülvi Abışov
Ülvi Bayram oğlu Abışov (23 aprel 1997; Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Abışov 1997-ci il aprelin 23-də Şəki rayonunun Turan qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Abışov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Abışov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Alışov
Ülvi İlham oğlu Alışov (11 yanvar 2000, Həziabad, Cəlilabad rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.
Ülvi Axundlu
Ülvi Axundlu — Avropa Şurası Baş Katibinin Moldovada xüsusi nümayəndəsi. == Həyatı == == Fəaliyyəti == Ülvi Axundlu 2002–2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olub. 2007-ci ildə Strasburqda Avropa Şurası Mərkəzi Aparatına keçirilib və Kommunikasiyalar Departamentində KİV monitorinqi şöbəsinə rəhbərlik edib. 2010-cu ildən AŞ və Aİ-nin Moldovadakı birgə layihələrinə rəhbərlik edib. 2011-ci ildə Avropa Şurasının baş katibi Torborn Yaqland Azərbaycan vətəndaşı Ülvi Axundlunu özünün Moldovada xüsusi nümayəndəsi, qurumun Kişinyov ofisinin rəhbəri təyin edib. Ülvi Axundlu Avropa Şurası strukturlarında bu cür yüksək vəzifəyə təyin edilən ilk Azərbaycan vətəndaşı olub.
Ülvi Azayev
Ülvi Maqsud oğlu Azayev (4 dekabr 2001; Kürdəmir rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Azayev 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəb Qubalı kəndində anadan olub. == Hərbi xidməti == Ülvi Azayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Azayev oktyabrın 2-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ülvi Azayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Ağayev
Ülvi Valeh oğlu Ağayev (9 mart 1993, Göyçay rayonu – 8 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Ağayev 1993-cü il martın 9-da Göyçay rayonunun Şahsoltanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Ağayev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.
Ülvi Bacarani
Ülvi İlqar oğlu Bacarani (27 yanvar 1995, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2013). == Həyatı == Ülvi Bacarani 27 yanvar 1995-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Şahmatla beş yaşından məşğul olmağa başlayıb. Birinci dərəcəni 7 yaşında alıb, 9 yaşda olarkən Bakı çempionatında qalib olub, daha sonra 10 yaşında Avropa və Dünya çempionatlarındakı medallarına görə FİDE ustası olub, 14 yaşında Beynəlxalq usta adını və 16 yaşında ən yüksək şahmat titulunu – Beynəlxalq qrosmeyster titulunu qazanıb. İlk müəllimi atası - İlqar Bacarani (beynəlxalq usta, beynəlxalq hakim, əməkdar məşqçi) olub. == Uğurları == Respublika Şahmat Mərkəzində keçirilən U14 pempionatının qalibi, Bakı (Noyabr, 2004) 10 yaşa qədər oğlanlar arasında Bakı çempionu (2004, 2005) U12 kateqoriyasında 3 dəfə çempoin, Əbu-Dabi, BƏƏ (Avqust, 2005, 2006 və 2007) U10 kateqoriyasında beynəlxalq şahmat turnirinin qalibi, Tehran, İran (Fevral, 2005) U14 kateqoriyasında "Prezident kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Bakı (May, 2006) Açıq şahmat turnirinin mükafatçısı, Əbu-Dabi (BƏƏ, Avqust, 2006) U16 kateqoriyasında "Xəzər kuboku" beynəlxalq şahmat turnirinin qalibi, Rəşt, İran (Dekabr, 2007) Dubay-U12 kateqoriyasının qalibi (İyul, 2007) U20 kateqoriyasında beynəlxalq "Ramazan kuboku" şahmat turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (Sentyabr, 2008) U14 kateqoriyasında "Capella La Grande" açıq şahmat turnirinin qalibi, Fransa (Mart, 2009) U14 və U20 Azərbaycan Gənclər Çempionatının qalibi, Baku (Aprel, 2009) U14 kateqoriyasında "Dubay-Open" şahmat turnirinin qalibi, BƏƏ (İyul, 2009) U18 kateqoriyasında "Aeroflot-Open" beynəlxalq şahmat turnirinin qalibi, Moskva (Fevral, 2010) "PETROVSKAYA LADYA" turnirində ikinci yer, Peterhof, Rusiya (İyul, 2010) "Dünya gənc ulduzlar" turnirinin mükafatçısı, Kirişi, Rusiya (May, 2011) "İbn-Sina kuboku" turnirinin mükafatçısı, Həmədan, İran (İyun, 2011) U18 kateqoriyasında "Baku-Open" qalibi, Bakı, Azərbaycan (Avqust, 2011) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bağlı turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2011) Azərbaycanın birini liqasının qalibi Bakı, Azərbaycan (Noyabr-Dekabr, 2012) U18 kateqoriyasında Azərbaycan Gənclər Çempionatının qalibi, Bakı, Azərbaycan (Mart, 2013) Ramazan blitz turnirinin qalibi, Əbu-Dabi, BƏƏ (İyul, 2013) Alushta GM Payız turnirinin qalibi, Ukrayna (Sentyabr, 2013) Milli müstəqillik günü münasibətilə Açıq turnirinin qalibi, Bakı, Azərbaycan (Oktyabr, 2013) Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Blitz turnirinin qalibi, Bakı, Azərbaycan (Dekabr, 2013) Şahmat üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi (İyun, 2014) Fuad Cəfərov xatirə turnirinin qalibi (play off) Bakı, Azərbaycan (Noyabr, 2014) U20 kateqoriyas;nda Najdorf Open A 2014 xatirə turnirinin qalibi, Varşava, Polşa (İyul, 2015) Blitz turnirinin mükafatçısı Arad, Rumıniya ( Avqust, 2015) Brasschat Open turnirinin qalibi, Belçika (Avqust, 2015) Fuad Cəfərov xatirə turnirinin qalibi (blitz), Bakı (Dekabr, 2015) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə sürətli şahmat turnirinin qalibi, Bakı (İyun, 2016) Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə blitz turnirinin qalibi, Bakı (İyun, 2016) == İstinadlar == == Xarici keçidlər == Qrossmeyster Ülvi Bacarani: Şahmatda hələ çox inkişaf edəcəm – MÜSAHİBƏ (az.) Rəsmi saytı (az.) Ulvi Bajarani. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Ulvi Bajarani. 365chess.com (ing.) Ulvi Bajarani. fide.com (ing.) Ulvi Bajarani.
Ülvi Bünyadzadə
Ülvi Yusif oğlu Bünyadzadə (23 sentyabr 1969, Kəsəmən, Vardenis rayonu – 20 yanvar 1990, Bakı) — Azərbaycan şairi, publisist, "20 Yanvar şəhidi". == Həyatı və fəaliyyəti == Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.5 yaşından yazıb-oxumağı bacarmış Ülvi 6 yaşında ilk şeirini yazmışdır. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən kəndində almışdır. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən kəndinə köçmüşdür. 12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətləri ilə çala bilirdi. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur.
Ülvi Cəfərov
Ülvi Habil oğlu Cəfərov (16 yanvar 1998; Kəngərli rayonu, Azərbaycan — 31 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Cəfərov 1998-ci il yanvarın 16-da Kəngərli rayonunun Xok kəndində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Ülvi Cəfərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Cəfərov oktyabrın 31-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunun Xok kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Cəfərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Hacıyev
Ülvi Şirin oğlu Hacıyev (13 noyabr 1994; Suraxanı rayonu, Azərbaycan — 19 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Suraxanı rayonunda anadan olub. 2001-2012-ci illərdə Suraxanı rayonunda R. Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "iqtisadiyyat" üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırdı. Subay idi. == Hərbi xidməti == Ülvi Hacıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Hacıyev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ülvi Həsənov
Ülvi Natiq oğlu Həsənov (31 dekabr 2001; Mingəçevir, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Həsənov 2001-ci il dekabrın 31-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ülvi Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Həsənov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvi Kərimov
Ülvi Rövşən oğlu Kərimov (11 sentyabr 1988, Salahlı, Yevlax rayonu – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvi Kərimov 1988-ci il sentyabrın 11-də Yevlax rayonunun Salahlı kəndində anadan olub. 1994-2005-cü illərdə B. Alıyev adına Salahlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Ülvi Kərimov 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Ağstafa rayonu yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Bir müddət sonra cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib. 2016-cı ildən "N" saylı hərbi hissədə snayperçi idi. 2018-ci ildən isə Manqa Komandiri idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Kərimov oktyabrın 16-da Madagizin azad edilməsi zamaı şəhid olub.
Ülvi Mehdiyev
Ülvi Ramiz oğlu Mehdiyev (30 yanvar 1985, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri. == Həyatı == Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib. Həmçinin ABŞ-nin Duke Universitetinin Adaptiv strateji idarəetmə proqramı üzrə təhsil alıb. 2005–2006-cı illərdə hərbi xidmət keçib. 2006–2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, 3 uşağı var. == Fəaliyyəti == Ülvi Mehdiyev 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Ülvi Mahmudzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.