Ülvi Rövşən oğlu Kərimov (11 sentyabr 1988, Salahlı, Yevlax rayonu – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Ülvi Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1988(1988-09-11) |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020(2020-10-16) (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Salahlı, Yevlax, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2005—2006 / 2016—2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Ülvi Kərimov 1988-ci il sentyabrın 11-də Yevlax rayonunun Salahlı kəndində anadan olub.[1] 1994-2005-cü illərdə B. Alıyev adına Salahlı kənd tam orta məktəbində təhsil alıb.
Ülvi Kərimov 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Ağstafa rayonu yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Bir müddət sonra cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib. 2016-cı ildən "N" saylı hərbi hissədə snayperçi idi. 2018-ci ildən isə Manqa Komandiri idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Kərimov oktyabrın 16-da Madagizin azad edilməsi zamaı şəhid olub. Yevlax rayonunun Salahlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Kərimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]