Ülvi Şirin oğlu Hacıyev (13 noyabr 1994; Suraxanı rayonu, Azərbaycan — 19 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ülvi Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Suraxanı rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2019 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2021 2021 2021 |
Ülvi Hacıyev 1994-cü il noyabrın 13-də Suraxanı rayonunda anadan olub.[1] 2001-2012-ci illərdə Suraxanı rayonunda R. Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "iqtisadiyyat" üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırdı. Subay idi.
Ülvi Hacıyev 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Hacıyev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 05.12.2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.
2021-ci il yanvarın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyinin inzibati binasında Ülvi Hacıyevin büstünün açılış mərasimi baş tutub.