Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leopoldo Rodes
Leopoldo Rodes (d. 7 fevral 1939) — İspaniyalı keçmiş üzgüçü. Leopoldo Rodes İspaniyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leopoldo Rodes birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.7 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Brokes
Brokes (fr. Broquiès, oks. Broquièrs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12037. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 40 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 644 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 376 nəfər (15-64 yaş) arasında 309 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 82,2%, 1999-cu ildə 77.3%) idi.
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. == Fizika və riyaziyyatda == Termodinamik proses Təsadüfi proses == Geologiyada == Relyefəmələgəlmə prosesi == İnformatikada == İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс == Hüquqda == Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Rodel
Rodel (fr. Rodelle, oks. Rodesla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Rodez
Rodez (fr. Rodez, oks. Rodés) — Fransa cənubunda yerləşən şəhər, Averon departamentin paytaxtı. 26 min əhalisi, şəhərətrafı əhalisi - 50 minə qədər. == Tarix == Şəhər Averon çayına baxan bir təpədə yerləşir. Böyük Fransız inqilabından əvvəl Rodez Rueq əyalətinin paytaxtı idi. == Görməli yerlər == Əsas görməli yeri Notre Dame kafedralıdır. == İqtisadiyyat == Rodez ənənəvi kənd təsərrüfatı məhsullarının ticarət mərkəzidir. == Qalereya == == Xarici keçidlər == "La mairie de Rodez". 2007-06-16 tarixində orijinalından arxivləşdirilib.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Abrazion proses
Abraziya (geomorfologiya)
Adiabat proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabatik proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Andhra Pradeş
Andhra Pradeş (urdu: آندھرا پردیش; teluqu: ఆంధ్ర ప్రదేశ్; hind: आन्ध्र प्रदेश; ingilis: Andhra Pradesh) — Hindistanın cənub-şərq hissəsində ştatdır. Cənubda Tamilnad, qərbdə Karnataka, şimalında Maxaraştra, Madya Pradeş və Orissa ştatları ilə qonşudur. Şərq sərhəddini Benqal Körfəzi təşkil edir. Adını, qədim zamanlardan bəri bu ərazilərdə yaşayan və özlərinə aid Teluqu dilində danışan Andhra xalqından götürmüşdür. Ərazisi: 275.068 km², əhalisi: 75,727,000. Paytaxtı və ən böyük şəhəri Heydərabaddır. == Tarixi == Bu ərazilərdə e.ə. 3 əsrdən etibarən bir çox knyazlıqlar hakimiyyətdə oldu. Buddizim burada yarandı. 12 və 13 cü əsrlərdə hökümdarlar, Andhranın ərazisini genişlətdilər.
Arunaçal-Pradeş
Arunaçal-Pradeş (hind. अरुणाचल प्रदेश) — Hindistanın şimal-şərqində ştat. Əhalisi 1.382.611 nəfərdir (dövlətlər arasında 27-ci yer; 2011-ci ilə əsasən). Bölgə Hindistan və Çin arasında ərazi mübahisəsi mövzusudur. Əcnəbilərin bu bölgəyə girişi ciddi şəkildə tənzimlənir.
Benni Urkides
Benni Urkides (ing. Benny Urquidez; 20 iyun 1952, Tarzana[d], Los-Anceles dairəsi) – ABŞ aktyoru, kikboksçusu və horeoqrafdır. Yarışmalarda aktivliyinə görə "Reaktiv" (ing. The Jet) ləqəbini qazanmışdır. == Həyatı == Benni Urkides 20 iyun 1952-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində dünyaya gəlmişdir. Benni Urkidesin anası peşəkar güləşçi, atası isə boksçudur. Valideynləri ispan və hindu əsillidirlər. Bacısı Lilli Rodriges kikboks üzrə məşqçidir. 1958-ci ildə ilk məşqlərinə başlayır. 1973–1993-cü illər kikboksinq yarışması üzrə bir çox döyüş keçirmişdir.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. == Denudasion proses == Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Elsi Uindes
Elsi Uindes (17 iyun 1985, Portlend) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Elsi Uindes, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Elsi Uindes, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Fernan Brodel
Fernan Brodel ( fr. Fernand Braudel ; 24 avqust 1902 — 27 noyabr 1985 ) — fransız tarixçi. O, tarixi prosesin təhlilində iqtisadi və coğrafi amillərin nəzərə alınması təklifi ilə tarix elmində inqilab etmişdir. Sosial elmlərdə tarixi hadisələrin hərtərəfli tədqiqi ilə məşğul olan "Annallar" fransız tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Kapitalist sisteminin mənşəyini araşdıraraq dünya sistemi nəzəriyyəsinin banilərindən biri olmuşdur. == Həyatı == Lotaringiyada Almaniya sərhədi yaxınlığındakı kiçik Lumevil-an-Ornua kəndində riyaziyyat müəllimi ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşmasında kəndli uşaqlığının rolu olmuşdur . 1909-cu ildə Parisin ətrafındakı Meriel qəsəbəsindəki ibtidai məktəbə daxil oldu, burada gələcək aktyor Jan Qabinlə , sonra Parisdəki Volter Liseyində oxudu. Ali təhsilini Sorbonnanın humanitar elmlər fakültəsində almışdır . “O dövrün bütün solçu tələbələri kimi” , onu da Fransız İnqilabı cəlb etdi və dissertasiyasının mövzusu kimi o, doğma diyarına ən yaxın olan Bar-le-Duc şəhərindəki inqilabi hadisələri seçdi.
Frideş Karinti
Frideş Karinti (mac. Karinthy Frigyes; 25 iyun 1887[…], Budapeşt – 29 avqust 1938[…], Şiofok[d], Şomod) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir. == Həyatı və fəaliyyəti == Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” (mac. Így írtok ti) adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir.
Gerhard Şröder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) — alman siyasətçisi, vəkil. 1998–2005-ci illərdə Almaniyanın federal kansleri.
Himaçal Pradeş
Himaçal Pradeş (sanskr. हिमाचल प्रदेश) - Hindistanın ştatlarından biri. Paytaxtı Simla şəhəridir. Hindistanın şimalında yerləşir. Sahəsi 55 673 km2 olan ştat təbii gözəlliklərə malikdir. Şimalında Cammu-Kəşmir, şərqində Çin (Tibet), cənub-şərqində Uttar Pradeş, cənubunda Haryana, qərbində Pəncab əyalətləri var. "Qarlı Dağ" mənasını verən Himaçhal adı Himalay dağlarından gəlir. Himçal Pradeşdəki fermerlər əsasən qoyun və keçi yetişdirirlər, hüsusilə qəbilə bölgələrində.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. == Xüsusiyyəti == Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Kroders Yanis
Kroders Yanis (latış dilində: Jānis Kroders; 2 fevral 1935 — 6 sentyabr 2016, Latviya) — Latviya və sovet basketbolçusu, basketbol hakimi. Latviya basketbol ittifaqının fəxri üzvü . 1950-ci illərin sonlarında Latviyanın "Dauqava" basketbol komandasında oynamış, sonralar hakimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1992-1996-cı illərdə Latviya qadın basketbol liqasının baş hakimi olmuşdur. O, 1967-ci ildə basketbol üzrə dünya çempionu olmuş Silviya Kroder ilə ailə həyatı qurmuşdur.
Lesya Orobes
Lesya Yuriyevna Orobes (3 may 1982-ci il, Kiyev) — Ukrayna siyasətçisi, Ukrayna xalq deputatı, Batkivşina partiyasının üzvü.
Lordes Mohedano
Lordes Mohedano (d. 17 iyun 1995) — İspaniyanı təmsil edən bədii gimnast. Lordes Mohedano, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lordes Mohedano 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Sandra Aguilar Navarro, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu. Lordes Mohedano, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Sandra Aguilar Navarro və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Madhya-Pradeş
Madhya-Pradeş (hind. मध्य प्रदेश) — mərkəzi Hindistanda ştat. Əhalisi 72 597 565 nəfər (ölkədə 6-cı yer). Paytaxtı Bhopaldır. Digər böyük şəhərlər Qvalior, İndore, Cəbəlpurdur. Əsas dil hindi dilidir.
Politrop proses
Politrop proses - xüsusi istilik miqdarı dəyişməz qalan termodinamik prosesə deyilir.