Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dron
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. == Etimologiya == İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Udon
Udon (饂飩, adətən うどん kimi yazılır) — Yaponiya mətbəxində qalın buğda-un əriştəsi. Udon adətən kake udon kimi sadə formada əriştə şorbası kimi isti yeyilir. Daşi, soya sousu (şoyu) və mirin ilə hazırlanmış bulyon kakeciru adlanır. Ümumiyyətlə incə doğranmış yaşıl soğanlar ilə birlikdə servis edilir. == Qalereya == == Mənbə == Tsuji, Shizuo. (1980). Japanese cooking: A simple Art. Kodansha International/USA, New York.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Üren
Üren Xan - türk və altay mifologiyasında hasat ilahı. Məhsulların bərəkətli olmasını təmin edir. Hasat mövsümündə əkinlərin harman edilməsində mülkiyyətçilərə asanlıq və güc verir. Harman alətlərinin İyelerini (qoruyucu ruhlarını) o göndərir. == Etimologiya == (Ür) kökündən törəmişdir. "Üremek" (törəmək) felindən qaynaqlanır. Ürün (məhsul) sözüylə eyni kökdən gəlir.
Aron Feller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?
Aron Nimtsoviç
Aron Isayeviç Nimtsoviç (alm. A(a)ron Nimzowitsch‎A (a) ron Nimzowitsch, latış. Ārons Ņimcovičs‎; 7 noyabr 1886[…], Riqa – 16 mart 1935[…], Kopenhagen) — öz dövrünün ən böyük şahmatçı və şahmat nəzəriyyəçisi, şahmat tacına 1920–1930-cu illərdə namizəd, şahmat əsərlərinin müəllifi, hipermodernizm cərəyanın nümayəndəsi. == Həyatı == Şahmatı 8 yaşında atası (Riqanın güclü şahmatçısı) tərəfindən öyrənib. Uşaqlıqdan riyaziyyatla, xəttaqlıqla və dini mətnlərin öyrənməsi ilə maraqlanıb. 1896-cı ildə "Deutsches Wochenschach" jurnalı Baltikyanı ölkələrdə doqquz yaşlı bir uşağın yaxşı oynamağı haqqında yazırdı. Eyni jurnal 1904-cü ildə ilk dəfə Aronun oyununu haqqında yazılmışdı. Şahmata ciddi maraq ona artıq Berlin Universiteti təhsil alan zaman gəlir. İlk uğurunu 1906-cı ikdə Münhendə turnirdə birinci yer tutub(10 xaldan 8.5). Bu nəticəyə əsasən qrosmeyster statusunu alır.
Aron Ralston
Aron Lee Ralston (27 Oktyabr, 1975), amerikalı alpinist, mühəndis. Ralston, 2003-cü ildə cənubqərbi Utahda kanyon səyahəti zamanı başına gələn qəzadan qurtulması ilə tanınmışdır. Sağ qolu qaya parçası arasında sıxışdığına görə beş gün yeddi saat ərzində kanyonda qalan amerikalı, qurtulmaq üçün yanındakı kiçik bıçaqla qolunu kəsmək məcburiyyətində qaldı. Sıxışdığı yerdən qurtulduğdan sonra, güvənli bölgəyə keçmək üçün təxminən 20 mert yüksəklikdəki dik qayalıqdan aşağı enməli oldu. == Həyatı == 27 oktyabr 1975-ci ildə anadan olmuş Ralston, hələ 11 yaşındaykən ailəsi ilə birlikdə Denverə yerləşdi. Koloradonun Greenwood Village bölgəsindəki Cherry Creek Orta məktəbindən məzun oldu. Daha sonra Pittsburqdakı Karnegi Mellon Universiteti maşın mühəndisliyi və fransızca bölmələrindən məzun oldu. 2002-ci ildə həyatını dağçılığla keçirmək üzrə İnteldəki işindən ayrıldı. Hədəfi Koloradonun bütün fourteenerlərinə (14.000 fitten yüksək zirvələr. Sayları təxminən 53–54 dənədir.) qışda, ən yüksək zirvələrinə dırmaşmaqdır.
Aron Tamaşi
Aron Tamaşi (tam adı: Aron Tamaşi, mac. Áron Tamási; 20 sentyabr 1897, Lupeni[d], Hargita judeçi[d] – 26 may 1966[…], Budapeşt) — Macarıstan yazıçısı. Vətəni Transilvaniyada və Macarıstanda əsl Sekel tərzində yazdığı hekayələrinə görə məşhurdur. == Həyatı == Udvarhey medyesində (indiki Lupeni, Hargita medyesi) Farkaşlakada sekel ailəsində anadan olmuş Tamaşi Babeş-Boyyai Universitetində hüquq və kommersiya ixtisası üzrə təhsil almışdır. 1923-cü ildə ABŞ-yə köçdükdən az müddət sonra Transilvaniya Rumıniyanın tərkib hissəsinə çevrilmişdir. Macar dilində ilk romanlarını da həmin dövrdə yazmışdır. Tezliklə bu əsərlər Kluj-Napokada dərc olunmuş və böyük rəğbət qazanmışdır. Tamaşi 1926-cı ildə evinə qayıtmış və 1944-cü ilədək Transilvaniyada yaşamışdır. Tamaşinin həmin dövrə aid ən məşhur əsərlərindən biri Harqita dağlarında tək yaşayan sekel oğlan, gənc meşəbəyi Abelin macəraları barədə roman trilogiyasıdır. Tamaşi 1944-cü ildə Budapeştə köçmüş və 1966-cı ildə ölənədək orada məskunlaşmışdır.
Aron Zarbailov
Aron Zarbailov Raşbiloviç həmçinin Arif Zərbailov adı ilədə tanınır (21 aprel 1961, Şabran, Azərbaycan SSR) — Yəhudi əsilli azərbaycanlı futbolçu. Hücumçu mövqeyində oynayıb. Hal hazırda ABŞ-də məşqçilik fəaliyyəti ilə məşğuldur. == Həyatı == Aron 1961-ci ildə Şabran rayonunda anadan olub. Əslən Dağ Yəhudisi olan atası Raşbil (sənədlərdə Rəşid) Zarbailov fizika-riyaziyyat müəllimi, Bakıda doğulan anası Roza Zarbailova isə evdar qadın olub. Ailədə 3 qardaş olublar – Azik (Azər), Arif və Yaşar. 1964-cü ildə Zarbailovlar ailəsi Bakıya köçüblər. Arifgil şəhərin mərkəzində, Neftçinin keçmiş futbolçusu Nağı Babayevin qonşuluğunda yaşayırlar. Nağı Babayev bir vaxtlar Raşbil İşayeviçin şagirdi olmuşdu və Zarbailovlarla yaxşı tanış idi. Həm də həmin vaxt "Neftçi"nin hazırlıq qrupunda məşqçi işləyirdi.
Aron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
Dron hücumu
Dron hücumu və ya pilotsuz uçuş aparatı hücumu bir və ya bir neçə pilotsuz hava döyüş maşınlarının və ya silahlandırılmış pilotsuz uçuş aparatlarının (PUA) hücumudur. Bu formada edilən hücumlar adətən hədəfə raket və ya bomba atmaqla həyata keçirilir. Pilotsuz təyyarələr idarə olunan bombalar, kaset bombaları, yandırıcı bombalar, hava-yer raketləri, hava-hava raketləri, tank əleyhinə idarə olunan raketlər, digər növ dəqiq idarə olunan sursatlar, avtomatik toplar və pulemyotlar kimi digər silahlarla təchiz oluna bilərlər. 11 sentyabrdan sonrakı dövrdən etibarən ABŞ Əfqanıstan, Pakistan, Suriya, İraq, Somali və Yəmən kimi ölkələrdə hava-yer tipli raketlərdən istifadə edərək dron hücumları həyata keçirmişdir. Həmçinin Türkiyədə terrorla mübarizə aparmaq üçün Hərbi Pilotsuz Uçuş Aparatları ilə hücumlar həyata keçirir. 2022-ci ildəki Ukrayna-Rusiya müharibəsində də Ukrayna ordusu Türkiyədən alınmış Bayraktar TB2-lərdən, buna cavab olaraq isə Rusiya ordusu İrandan aldığı Geran 2 adı altında istifadə etdiyi Şahid 136 kamidkadze PUA-larından istifadə edir. Dron hücumları bir neçə ölkə tərəfindən məqsədyönlü qətllər üçün istifadə olunur. Dron hücumları adətən terrorçuları öldürmək üçün həyata keçirilir. Dronlar həmçinin qumbara və ya digər döyüş sursatlarını da ata bilərlər. Yüklərinin tərkibində partlayıcı maddələr, qəlpələr, kimyəvi, radioloji və ya bioloji elementlər ola bilər.
Huron gölü
Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biri. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak boğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər.
Iron Maiden
Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər. Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur.
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
Neoseiulus huron
Neoseiulus huron (lat. Neoseiulus huron) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Oron gölü
Oron gölü (evenk Ооран) — Rusiya Federasiyası İrkutsk vilayətinin Bodaybin rayonunda, Vitim qoruğu ərazisində yerləşən bir göl. == Adın mənşəyi == Oron gölünün adının Evenk dilində işlənən oron sözündən törədiyinə inanılır. Bu isə "maral" deməkdir. Toponimin təhrif olunmuş bir variantıda xrondur. Bununda "ocaq yeri", "düşərgə yeri" olduğu fərziyyəsi də mövcuddur. Lakin çox güman ki, gölün adı evenk dilindəki ooron sözündən əmələ gəlmişdir. Mənası isə astana deməkdir. == Coğrafi xüsusiyyətləri == Gölün uzunluğu 24 km, maksimum eni 6 km, minimum eni 4 km, sahəsi 51.3 km², maksimum dərinliyi 184 metrə (gölün cənub hissəsində) çatır. Göl güzgüsünün hündürlüyü dəniz səviyyəsindən 354 m-dir. Sututarının şimal hissəsinin dərinliyi nisbətən azdır.
Qron çayı
Qron çayı (slovak. Hron) —Slovakiyanın ən uzun ikinci çayı olub, Dunay çayının sol qoludur. == Əsas xüsusiyyətləri == Ümumi səthinin sahəsi Slovakiyanın ərazisinin 11%-ni təşkil edir. Çayın uzunluğu-298 km, hövzəsinin sahəsi isə-5454,56 km²-dir. == Tarixi == İlk əvvəllər çay Hron adı altında "Özünə" adlı topluda 170-ci ildə söylınilir. 1075-ci ilin orta əsrlər yazılarında isə çayın adı Gron kimi qeyd edilir. XVII əsrdən 1930-cu ilə qədər daşıma üçün bu çaydan istifadə olunurdu.
Quron gölü
Huron (ing. Lake Huron) — Şimali Amerikanın ABŞ və Kanadaya aid ərazilərində yerləşən Böyük göllər sisteminə daxil olan göllərdən biri. Miçiqan gölündən şərqdə yerləşib onunla Makinak boğazı ilə birləşib. Miçiqan və Huron göllərinin coğrafi olaraq ayrıca göllər qəbul edilməsinə baxmayaraq, hidroqraflar bu göllərin Makinak boğazı ilə birləşərək vahid sistem əmələ gətirdiyi qənaətindədirlər.
Raymon Aron
Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[…], VI arondisman (Paris), Fransa – 17 oktyabr 1983[…], ‎IV arondisman (Paris), Fransa) — Fransa mütəfəkkiri, tarixçi, sosioloq və siyasi şərhçi. == Həyatı == Raymon Aron 1930-cu ildə tarixin fəlsəfəsindən doktorluq dissertasiyası müdafiə etmiş və Tuluza Universitetində sosial fəlsəfə professoru işləmişdir. İkinci dünya müharibəsi başlayanda Aron Fransa hava qüvvələrinə qoşulmuş, Fransanın məğlubiyyətindən sonra General Şarl de Qollun Azad Fransa təşkilatına qatılaraq Londona mühacirət etmiş və Londonda təşkilatın La France Libre qəzetinin baş redaktoru kimi çalışmışdır. Fransanın faşist işğalından azad edilməsindən sonra Parisə qayıdan Aron bir müddət Milli İdarəçilik Məktəbində professor işləmiş, 1955–1968-ci illərdə Sorbonna Universitetində sosiologiya professoru olmuş, 1970-ci ildən isə Collège de France’da dərs demişdir. Həm də aktiv jurnalist olan Aron nüfuzlu "Figaro" və "Ekspress" qəzetlərində köşə yazıları yazmışdır. Aronun rasional humanizmi Fransa isteblişmentində Jan Pol Sartrın marksist ekzistensializminə qarşı qoyulmuş, Aron özü isə Fransada konservator və sağların ideoloqu olmuşdur. O, öz əsərlərində dəfələrlə marksizmi və fransız solçularını tənqid etmişdir. Eyni zamanda Aron müharibə və sülh məsələləri ilə məşğul olmuş, prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin fikirləri üzərində araşdırmalar aparmışdır. Aronun xatirələri 1983-cü ildə işıq üzü görüb.
Seylor Uran
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Tokutaro Ukon
Tokutaro Ukon (23 sentyabr 1913 - 1944) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Uran-9
Suriya ərazisində real döyüş vəziyyətində distans idarə olunan “Uran-9” tırtıllı robotun testləri uğurla nəticələnib. “Uralvaqonzavod” Elmi-İstehsalat Şirkətinin hazırladığı “Uran-9” robotunun ağırlığı 10 tondur. Ölçülərinə gəldikdə: lülə daxil olmaqla uzunluğu – 5.12 metr, eni – 2.5 metr, hündürlüyü isə – 2.3 metrdir. Maksimal sürəti 35 km/saatdır. İdarəetmə məsafəsi isə 3 km təşkil edir. “Uran-9” 30 mm-lik “2A72” avtomatik top qurğusu, 7.62 mm-lik “PKTM” pulemyotu, 9M120 “Ataka” tank əleyhinə idrəolunan raketi, 9K33 “İqla” zenit raket kompleksi, “Shmel” və ya “RPG” qumbaraatanları ilə təchiz olunub. “Uran-9” sutkanın istənilən vaxtı və istənilən hava şəraitində döyüş tapşırıqlarının icra edə bilər. Hədəflərini gündüz 6 km-dən, gecə isə 3 km-dən aşkar edə bilir. Düşmənin üzərinə nişanlanmış lazer şüalarını aşkar etdikdə avtomatik olaraq sis pərdəsi yaradaraq qorunur. “Uran-9”-un əsas vəzifəsi distans kəşfiyyat aparmaq və döyüş zamanı hərbi bölmələrə dəstəkdir.
Uran (Reper)
Uran (tam adı: İbrahim İbrahimov; 20 dekabr 1983, Xaçmaz) — Azərbaycan repçisi. Uran müxtəlif dövrdə Cəza, Detsl, Diana Hacıyeva, Paster, ProMete, Xpert, Payam Turk, F'Rhyme və digər sənətçilər ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Uran 1983-cü il dekabr ayının 20-də Xaçmazda dünyaya gəlmişdir. === Yaradıcılığı === 1996-cı ilin martın 9-da ilk rep mahnısını yazıb. Replə ilk tanışlığı Rusiya repçilərindən başlayıb. Sonrakı illərdə 2Pac və Eminemdən təsirlənib. Hip-hopda ilk təxəllüsü "Mr Ib" olub. 2001-ci ilin mart ayından M. T. Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. O, ilk olaraq söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. Həmin ilin aprelində qrup "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən yeraltı (ing.