– [Niyaz:] Sən də ki odunçusan, hər gün gəlib, burada bir şələ odun tapırsan, deyirsən, bəxtim gəlib.
Bir gün eşq sevdasından məst olmuş Nadir dalında bir şələ odun gətirdi.
[Gülcahan:] Get, meşənin ətrafından quru odun budaqlarından bir şələ topla gətir.
◊ Şələni qoy, gəl dalaşaq (döyüşək) – heç bir səbəb olmadan dalaşmağa can atan adam haqqında.
[Kişi:] Gördüm ki, bu oldu şələni qoy yerə, gəl döyüşək. “ ”.
Şələsini sudan çıxarmaq (çıxara bilmək) – bax çulunu sudan çıxarmaq (“çul”da). [Xanpəri:] Bu gündən sübut edəcəyəm ki, mənim heç kimə minnətim yoxdur.
Özüm öz şələmi sudan çıxara bilərəm.
Şələsini tutmaq – bax yükünü tutmaq (“yük”də).