Eş sözü mövcud ədəbiyyatda “burmaq” kəlməsinin sinonimi kimi açıqlanıb. Eş feilindən çapala, səpələ sözlərinin qəlibi üzrə əmələ gəlmiş eşələ kəlməsi qazmaq, qurdalamaq, axtarmaq (xoruz zibilliyi eşələyirdi...) mənasını verir. Burmaq mənasını verən eş sözü ilə qazmaq mənasını verən eş sözü arasında heç bir qohumluq yoxdur, ikinci kəlmə deşmək feilinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)