Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kem-ur
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
UR-100N
UR-100N (rus: УР-100Н; NATO kod adı: SS-19 Stiletto), SSRİ istehsalı olan qitələrarası ballistik raketdir. Döyüş raketi 1970-ci illərdə yaradılıb və raket buraxıcı qurğuların əsasını formalaşdırmışdır. 6 müharibə başlığına sahib olan bu döyüş raketinin lülə uzunluğu 2.5 m, partlama mexanizmi 400 kt (Mod 3), 5 Mt (Mod 2), hərəkət mənzili 10.000 km, idarəetmə sistemi isə Ətalət Naviqasiya Sisteminə əsaslanmışdır. .
Ur (Meşkinşəhr)
Ur (fars. عور‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 506 nəfər yaşayır (103 ailə).
Ur (qitə)
Ur — Eramızdan 3 milyard əvvəl Yer kürəsində mövcud olmuş ilk hipotik qitələrdən biridir. Eramızdan 1 milyard il əvvəl Ur qitəsi Nuna (və ya Kolumbiya qitəsi) və Atlantika qitələri ilə birləşərək Rodiniya superqitəsini yaratmışdır. Ur qitəsi Pangeyanın Lavraziya və Qondvana qitələrinə parçalanmasına qədər yeganə qitə kimi formalaşmışdı. Fərziyyələrə görə Ur qitəsinin tərkibinə indiki Afrika, Avstraliya və Hindistan kimi ərazilər daxil idi.
Ur zikkuratı
Urda yerləşən böyük zikkurat (Etemenniquru zikkuratı) - Qədim Mesopotamiyanın daha yaxşı vəziyyətdə qalmış məbəd kompleksidir. E.ə. XXI əsrdə (təx. e.ə. 2047-ci ildə) ucaldılmışdır. Ur şəhərində yerli çarlar Ur-Nammu və Şulqi tərəfindən Ekişnuqal məbədi kimi Nanna ay allahının şərəfinə inşa edilmişdir. Bir neçə dəfə əhəmiyyətli dərəcədə yenidənbərpa işləri aparılmış, Yeni Babil çarı Nabonidom tərəfindən genişləndirilmişdir. Zikkuratın tikintisini üçüncü Ur sülaləsi aparırdı. Akkadların və qutievlərin basqınlarından sonra dövlət quruluşu bərpa olunmuşdur. Zikkurat yalnız məbəd kimi deyil, həmçinin ictimai müəssisə, arxiv və çar sarayı kimi də fəaliyyət göstərirdi.
Ur ştandartları
Ur ştandartları, Müharibə və sülh ştandartları - L. Vulli tərəfindən ekspedisiya zamanı şumer şəhəri Urda aparılan qazıntılar zamanı tapılmış dekorativ-illustrativ lövhələr. Hər bir lıvhə üzərində üç cərgədə sədəflə işlənilmiş şumerlərin həyat tərzini əks etdirir. Lövhələr e.ə. III minilliyə aid edilir. Ölçüləri eni 21.59 sm, uzunu 49,53 sm-dir. Bu lövhələr Britaniya muzeyinin inciləri sayılırlar. Müharibə tablosunda döyüşdə iştirak edən şumer qoşunları, Cəng arabaların təkərləri altında məhv edilmiş düşmən və çar hüzuruna gətirilmiş alçaldılmış əsirlər təsvir edilmişdir. Sülh lövhəsində gündəlik təsərrüfat həyatı və arfa sədaları altında bayram edən şumerlər təsvir edilmişdir. Kleiner, Fred S. Gardner's Art Through the Ages: The Western Perspective - Volume 1 (12th Edition). Belmont, California, USA: Thomson Wadsworth.
Ar-sür-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Üçüncü Ur sülaləsi
Üçüncü Ur sülaləsi, Mesopotamiyanı təqribən 100 il idarə edən xanədandır. Qısa bir dönəm boyunca (təqribən 100 il, e.ə.2100-e.ə.2000) bölgədə bir siyasi güc olmuşdur. Xanədan qısaca III Ur kimi də adlandırılır. Akkadların zəifləməsi ilə III Ur sülaləsinin yüksəliş dövrü başlamışdır. Utu-khegal: 2119-2113 Ur-Nammu: 2212-2095 dolayları Şulgi: 2094-2047 Amar-Sin: 2046-2037 Şu-Sin: 2037-2027 Ibbi-Sin: 2026-2004?
Ur Kral Oyunu
Ur Kral Oyunu, minilliyin əvvəlində qədim Mezopotamiya ilk dəfə oynanmış iki oyunçu taktiki yarış stolüstü oyunudur. Bu oyun, Yaxın Şərqdə bütün sosial təbəqələrdə məşhur idi və onu oynamaq üçün lövhələr Mezopotamiya, Krit və Şri Lanka kimi uzaq yerlərdə tapılmışdır. Britaniya Muzeyində saxlanılan lövhələrdən biri təqribən MÖ 2600 - MÖ 2400 illərinə məxsusdur, bu da onu dünyanın ən qədim oyun lövhələrindən biri halına gətirir. Ur Kral Oyunu bəzən çox oxşar olan başqa bir qədim oyuna, İyirmi Kvadrat Oyununa bərabər tutulur. Ur oyunu mənəvi əhəmiyyət kəsb etdiyi dövrdə populyarlığının zirvəsində idi və inanılırdı ki, oyundakı hadisələr oyunçunun gələcəyini əks etdirir və tanrılardan və ya digər fövqəltəbii varlıqlardan mesajlar ötürürdü. Son antik dövrlərə qədər Ur oyunu populyarlığını qoruyub, daha sonra oynanmağı dayandı, beləliklə, stolüstü oyun formasına çevrildi və ya onun tərəfindən dəyişdirildi. 1950-ci illərə qədər, İsrail əhalisinin mühacirəti başlayana qədər, Ur oyununun "Asha" adlı versiyasını oynamaq davam edən yəhudi cəmiyyəti xarici istisna olmaqla, hər yerdə unudulmuşdu. Ur Oyunu adını ilk dəfə ingilis arxeoloqu ser Leonard Vulli tərəfindən 1922-1934-cü illərdə Urdakı Kral Qəbiristanlığında apardığı qazıntılar zamanı yenidən kəşf edildiyi üçün almışdır. O vaxtdan bəri oyunun nüsxələri Yaxın Şərqdəki digər arxeoloqlar tərəfindən tapılıb. Eramızdan əvvəl II əsrdə oynanan Ur Oyununun qaydalarının mixi yazı ilə qismən təsviri Babil gil lövhəsində qorunub saxlanılmışdır, bu təsvir katib İtti-Marduk-balatu tərəfindən yazılmışdır.
Kür-Nur FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. == İdarə Heyəti == İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov == Tarixi == Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq bir az daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
.ar
.ar — Argentinanın internet kodu.
.br
.br — Braziliyanın internet kodu.
EUR
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Er
Er – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 68-ci element. Er (departament) — Fransanın şimalında yerləşən, Normandiya regionun departamentlərindən biri. .er — Eritreyanın internet kodu.
FR
Avtomobil tərtibatında, ön/arxa, FR və ya qabaqda mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı, avtomobilin mühərrikinin maşının qabaq hissəsində, hərəkət təkərlərinin isə arxa hissəsində olduğu konfiqurasiya növüdür. Bu tərtibat növü, XX əsrin əksər hissəsində ənənəvi avtomobillər tərəfindən istifadə edilən bir konfiqurasiya idi. Müasir dizaynlarda əsasən tez-tez qabaqda mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatından istifadə olunur. Hündür mərtəbəli avtobuslarda və məktəb avtobuslarında da istifadə olunur.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Jur
Jur (polşa dilində zur, zurek; bolqarca кісяліца) - sulu yeməkdir. Polyakların və bolqarların milli yeməkləridir. Slavyan xalqlarının mətbəxinə bu yemək Vladimir Monomaxanın dövründə daxil olmuşdur. Əsas tərkibini yulaf unu təşkil edir. == Hazırlanma qaydası == thumb|Цежа в процессе брожения Bu yeməyi hazırlamaq üçün əsas ceja (suda həll olunmuş un) adlı məhlulu hazırlamaq lazımdır. Bunu hazırlamaq yarım və bir neçə sutka vaxt tələb olunur. Cejanı hazırlamaq üçün əsas yulaf unundan istifadə olunmalıdır. Bu unun üzərinə su əlavə edilir (150-250 qr una 1 litr) və isti yerdə saxlanılır. Ceja hazır olduqdan sonra supun digər elementlərinin hazırlanmasına başlanılır. Yeməyin əsas prinsipi su ilə unu qatışdırıb alınan məhluldur.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Lur
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
PR
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
SR
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
ИХР-388 aşqarı