Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kem-ur
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
UR-100N
UR-100N (rus: УР-100Н; NATO kod adı: SS-19 Stiletto), SSRİ istehsalı olan qitələrarası ballistik raketdir. Döyüş raketi 1970-ci illərdə yaradılıb və raket buraxıcı qurğuların əsasını formalaşdırmışdır. 6 müharibə başlığına sahib olan bu döyüş raketinin lülə uzunluğu 2.5 m, partlama mexanizmi 400 kt (Mod 3), 5 Mt (Mod 2), hərəkət mənzili 10.000 km, idarəetmə sistemi isə Ətalət Naviqasiya Sisteminə əsaslanmışdır. .
Ur (Meşkinşəhr)
Ur (fars. عور‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 506 nəfər yaşayır (103 ailə).
Ur (qitə)
Ur - Eramızdan 3 milyard əvvəl Yer kürəsində mövcud olmuş ilk hipotik qitələrdən biridir. Eramızdan 1 milyard il əvvəl Ur qitəsi Nuna (və ya Kolumbiya qitəsi) və Atlantika qitələri ilə birləşərək Rodiniya superqitəsini yaratmışdır. Ur qitəsi Pangeyanın Lavraziya və Qondvana qitələrinə parçalanmasına qədər yeganə qitə kimi formalaşmışdı. Fərziyyələrə görə Ur qitəsinin tərkibinə indiki Afrika, Avstraliya və Hindistan kimi ərazilər daxil idi.
Ur zikkuratı
Urda yerləşən böyük zikkurat (Etemenniquru zikkuratı) - Qədim Mesopotamiyanın daha yaxşı vəziyyətdə qalmış məbəd kompleksidir. E.ə. XXI əsrdə (təx. e.ə. 2047-ci ildə) ucaldılmışdır. Ur şəhərində yerli çarlar Ur-Nammu və Şulqi tərəfindən Ekişnuqal məbədi kimi Nanna ay allahının şərəfinə inşa edilmişdir. Bir neçə dəfə əhəmiyyətli dərəcədə yenidənbərpa işləri aparılmış, Yeni Babil çarı Nabonidom tərəfindən genişləndirilmişdir. == Tikilmə dövrü və istifadəsi == Zikkuratın tikintisini üçüncü Ur sülaləsi aparırdı. Akkadların və qutievlərin basqınlarından sonra dövlət quruluşu bərpa olunmuşdur. Zikkurat yalnız məbəd kimi deyil, həmçinin ictimai müəssisə, arxiv və çar sarayı kimi də fəaliyyət göstərirdi.
Ur ştandartları
Ur ştandartları, Müharibə və sülh ştandartları - L. Vulli tərəfindən ekspedisiya zamanı şumer şəhəri Urda aparılan qazıntılar zamanı tapılmış dekorativ-illustrativ lövhələr. Hər bir lıvhə üzərində üç cərgədə sədəflə işlənilmiş şumerlərin həyat tərzini əks etdirir. Lövhələr e.ə. III minilliyə aid edilir. Ölçüləri eni 21.59 sm, uzunu 49,53 sm-dir. Bu lövhələr Britaniya muzeyinin inciləri sayılırlar. Müharibə tablosunda döyüşdə iştirak edən şumer qoşunları, Cəng arabaların təkərləri altında məhv edilmiş düşmən və çar hüzuruna gətirilmiş alçaldılmış əsirlər təsvir edilmişdir. Sülh lövhəsində gündəlik təsərrüfat həyatı və arfa sədaları altında bayram edən şumerlər təsvir edilmişdir. == Mənbələr == Kleiner, Fred S. Gardner's Art Through the Ages: The Western Perspective - Volume 1 (12th Edition). Belmont, California, USA: Thomson Wadsworth.
Ar-sür-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Üçüncü Ur sülaləsi
Üçüncü Ur sülaləsi, Mesopotamiyanı təqribən 100 il idarə edən xanədandır. Qısa bir dönəm boyunca (təqribən 100 il, e.ə.2100-e.ə.2000) bölgədə bir siyasi güc olmuşdur. Xanədan qısaca III Ur kimi də adlandırılır. == Tarixi == Akkadların zəifləməsi ilə III Ur sülaləsinin yüksəliş dövrü başlamışdır.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
.ar
.ar — Argentinanın internet kodu.
.br
.br — Braziliyanın internet kodu.
.cr
.cr — Kosta-Rikanın internet kodu.
.er
.er — Eritreyanın internet kodu.
.fr
.fr — Fransanın internet kodu.
.gr
.gr — Yunanıstanın internet kodu == Xarici keçidlər == IANA .gr whois information .gr registry website Whois .gr domain name.
.hr
.hr — Xorvatiyanın internet kodu.
.ir
.ir — İranın internet kodu.
.kr
.kr — Koreya Respublikasının internet kodu.
.lr
.lr — Liberiyanın internet kodu.
.mr
.mr — Mavritaniyanın internet kodu.
.nr
.nr — Naurunun internet kodu.
.pr
.pr — Puerto-Rikonun internet kodu.
.ru
.ru — Rusiyanın internet kodu.
.sr
.sr — Surinamın internet kodu.
.tr
.tr — Türkiyənin internet kodu. Türkiyə və Şimali Kipr Türk Respublikasının internet ölkəsi olan yüksək səviyyəli domen adıdır. == Tarixi == İdarəni Yaxın Şərq Texniki Universiteti tərəfindən edilməkdə idi və 20 ildən artıqdır ki, fəaliyyət göstərdiyi qeydiyyatçı funksiyası 14 sentyabr 2022-ci ildə TRABİS fəaliyyətə başlayana qədər davam etdi. 2010-cu ildə İnformasiya Texnologiyaları və Rabitə Qurumu tərəfindən "İnternet Domen Adlarının Tənzimlənməsi" (TRABİS) nəşr edilmişdir. Bu qanun və tənzimləmə ilə 21 dekabr 2018-ci il tarixində “.tr” uzantılı domen adlarının təxsis səlahiyyəti (Qeydiyyat səlahiyyət funksiyası) Nic.TR-dən BTK-ya köçürülüb və müqaviləyə əsasən, 12 sentyabr 2022-ci ildə nic.tr bağlanmış və 14 sentyabr 2022-ci ildə .tr Şəbəkə İnformasiya Sistemi (TRABİS) fəaliyyətə başladı. Təsnifat etmək üçün .com.tr, .gov.tr ​​kimi ikinci səviyyəli domen adları satılır. KKTC-nin rəsmi qurumları üçün gov.ct.tr domen adı istifadə olunur. Sadə .tr domen adı olan yeganə sayt Türkiyə Silahlı Qüvvələrinə aid olan www.tsk.tr-dir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
ИХР-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdirdir. == Alınması == ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%. == Tətbiqi == ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.