UDUZMAZ, UDUZMAYAN
UFULDAMAQ
OBASTAN VİKİ
Kalinin rayonu (Ufa)
Kalinin rayonu (rus. Кали́нинский райо́н, başq. Калинин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kalinin rayonu Ufa şəhərinin şimal-şərqində yerləşir. == Coğrafiya == Rayonun ərazisi 201 kvadrat kilometrdir. == Tarixi == XVI əsrin axırlarında hal-hazırda rayonun yerləşdiyi ərazidə, Çernikovo (rus. Черниково) adlı bir kənd yaranmışdır. Bu kəndin adı, əmlak sahibi olan, Nijni Novqorodlu vitze-qubernator Mixail Naqoyun oğlu, İvan Çernikov-Onuçinin adından götürülmüşdür. 23 dekabr 1931 tarixində, Başqırd MSSR-in əmri ilə Çernikov kəndi rəsmiləşdirilmişdir. 1936-cı ildə kənd, Ufa şəhər dairəsinə Stalin rayonu (rus.
Kirov rayonu (Ufa)
Kirov rayonu (rus. Кировский район, başq. Киров районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kirov rayonu Ufa şəhərinin cənubunda yerləşir. Rayondakı yaşayış məntəqələrinin birləşdirilməsini nəzərə alaraq rayon, yığcam olmayan üç ayrı hissədən ibarətdir. Rayonda həmçinin, tarixi və yeni əldə edilən hissələr arasında, şəhər-daxili bölgədə iştirak etməyən yaayış məntəqələri də var. Rayondan keçən Ufa çayının üzərində, Yuxarı Dudkinski adası yerləşir. == Coğrafiya == Rayon Ufa şəhər dairəsinin cənubunda yerləşir. Rayonun qərbində Dyoma rayonu, şimalında Lenin rayonu, şərqində Kalinin və Oktyabr rayonları, cənubunda isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun ərazisi 131 km²-dir.
Lenin rayonu (Ufa)
Lenin rayonu (rus. Ле́нинский райо́н, başq. Ленин районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Lenin rayonu Ufa şəhərinin qərb hissəsində yerləşir. == Coğrafiya == Rayon, öz yaşayış məntəqələrinin Ağidel çayının hər iki sahilində yerləşdiyi faktı ilə fərqlənir. Əsas sahə Ağidel çayının sağ sahilində Nijeqorodka, Ağidel çayının sol sahilində isə Zaton yerləşir. Rayonun cənubunda Dyoma rayonu, şərqində Oktyabr və Sovet rayonları, qərbində isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun sahəsi 70,9 km²-dir. == Tarixi == 1936-cı ildə Ufa şəhərinin bir hissəsi kimi, Arxiyereyku, Zaton, Nijeqorodka, Jeleznodorojnıy, Pristanski və digər tarixi inzibati vahidləri ehtiva edən Lenin rayonu yaranmışdır. Lenin rayonu Ufa şəhərərinin ən qədim inzibati rayonlarından biridir.
Neftyanik stadionu (Ufa)
Neftyanik stadionu (başq. «Нефтсе» стадионы) və ya BetBoom Arena — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki əsas idman qurğusu. Şəhərin Komarova yerləşir. Stadionun tutumu 15132 nəfərlikdir. Ufa şəhərinin eyniadlı "Ufa" futbol klubu özünün ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Stadionun əsası 1967-ci ildə qoyulmuşdur. 2012−2015-ci illərdə stadion əsaslı təmir edilmişdir. Yenidənqurmadan sonra buradakı ilk matç 2015-ci il avqustun 9-da keçirilmiş Rusiya Futbol Çempionatının oyunu idi. Həmin oyunda meydan sahibi "Ufa" qonaq komanda olan Sankt-Peterburq şəhərinin "Zenit" futbol klubuna 0:1 hesabı ilə məğlub olmuşdur. == İnfrastruktur == Stadionun tribunalarının yarısı üstüaçıq, digər yarısı isə üstübağlı formadadır.
Oktyabr rayonu (Ufa)
Lenin rayonu (rus. Октя́брьский райо́н, başq. Октябрь районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Oktyabr rayonu Ufa şəhərinin həm mərkəz, həm də cənub-şərq hissəsində yerləşir. == Coğrafiya == Mövcud olduğu illərində rayon iki dəfə sərhədlərini dəyişmişdir. Birincisi 1986-cı ildə (Sipaylovo yaşayış məntəqəsinin çox intensiv tikintisi rayon əhalisini kəskin şəkildə artırdı, bu səbəbdən Oktyabr rayonunun bir hissəsini Sovet və Ordjonikidzeyə köçürülməli oldu), ikincisi isə 1992-ci ildə (Başqırdıstan Respublikasının Ufa rayonundakı Naqayevski kənd şurası dörd yaşayış məntəqəsini təqdim etmişdir. Bunlar Naqayevo, Jilino, Zinino və Naqayevski kordon idi). Müasir Oktyabr rayonunun ərazisi 13,613 hektardır. == Tarixi == 23 mart 1976 tarixində RSFSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı əsasında Ufa şəhəri Sovet, Kalinin və Ordjonikidze rayonları yaradılmışdır. Yeni rayonların yaradılması paytaxtın kapitalının inkişafı və əhalinin artması ilə əlaqədar idi.
Orconikidze rayonu (Ufa)
Orconikidze rayonu (rus. Орджоники́дзевский райо́н, başq. Орджоникидзе районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Orcoonikidze rayonu Ufa şəhərinin şimal-şərq hissəsində yerləşir. == Coğrafiya == Orconikidze rayonu Ufa şəhər dairəsinin şimal-qərb hissəsində yerləşir. Rayonun cənubunda və qərbində Kalinin rayonu, cənub-qərbində isə, Oktyabr rayonu yerləşir. Orconikidze rayonunun ərazisi 14,600 hektardır. == Tarixi == Hal-hazırkı rayon ərazisində, Çernikov, Aniçkov, Boniye və başqa kəndlər yerləşirdi. Daha sonra ərazi, Boqorodskaya adı altında, Ufa rayonunun bir hissəsi halına gəlmişdi. Mühərrik və qazanxana-turbin zavodlarının Ufa yaxınlığında tikintisi ilə əlaqədar Başqırd MSSR Kiçik Rəyasət Heyəti, 23 dekabr 1931 tarixində Çernikov kənd şurası təşkil etmişdir.
Ordjonikidze rayonu (Ufa)
Orconikidze rayonu (rus. Орджоники́дзевский райо́н, başq. Орджоникидзе районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Orcoonikidze rayonu Ufa şəhərinin şimal-şərq hissəsində yerləşir. == Coğrafiya == Orconikidze rayonu Ufa şəhər dairəsinin şimal-qərb hissəsində yerləşir. Rayonun cənubunda və qərbində Kalinin rayonu, cənub-qərbində isə, Oktyabr rayonu yerləşir. Orconikidze rayonunun ərazisi 14,600 hektardır. == Tarixi == Hal-hazırkı rayon ərazisində, Çernikov, Aniçkov, Boniye və başqa kəndlər yerləşirdi. Daha sonra ərazi, Boqorodskaya adı altında, Ufa rayonunun bir hissəsi halına gəlmişdi. Mühərrik və qazanxana-turbin zavodlarının Ufa yaxınlığında tikintisi ilə əlaqədar Başqırd MSSR Kiçik Rəyasət Heyəti, 23 dekabr 1931 tarixində Çernikov kənd şurası təşkil etmişdir.
Pirs-Ufimsev müdafiəsi (şahmat)
Pirs-Ufimsev müdafiəsi — Şahmat termini. Yuqoslaviya qrossmeyestri və sovet ustasının şərəfinə adlandırılmışdır.
Pitevoe gölü (Ufa)
Pitevoe gölü — Ufa şəhərinə daxil olan Kirov rayonu ərazisində yerləşən şirinsulu göl. Uzunluğu 70 m, maksimal eni 20 m təşkil edir. Göl boyunca elektrik xətti keçir. Gölün sahilləri çəmən və kolluqlar basmışdır.
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi
Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzi (rus. Уфимский федеральный исследовательский центр Российской Академии Наук, başq. Рәсәй Фәндәр академияһы Өфө федераль тикшеренеүҙәр үҙәге) — Rusiya Elmlər Akademiyasının Ufa şəhərində yerləşən Regional Elmi Mərkəzi. 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Başqırd filialı kimi qurulmuşdur. 2017-ci ildən müasir adını daşıyır. == Tarixi == 1951-ci il. SSRİ Elmlər Akademiyasının Başqırd filialının (SSRİ EA BF) yaradılması. Tərkibinə Biologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Mədən və Geologiya İnstitutu, iqtisadi tədqiqatlar və kimya sektorunun daxil idi. 1961—1963-cü illər. SSRİ Elmlər Akademiyasının yenidən qurulması zamanı SSRİ EA BF-nın əksər qurumları SSRİ Dövlət Elm və Texnologiya Komitəsinə verildi.
Rusiya İslam Universiteti (Ufa)
Rusiya İslam Universiteti (Başqırdca: Рәсәй ислам университеты / Resey İslam Universitetı) — Rusiya Federasiyasında Başqırdıstan Respublikasının Ufa şəhərində fəaliyyət göstərən universitet. == Tarixi == İlk fəaliyyətinə Rizaitdin Fəxrəddin Mədrəsəsi olaraq 1989-cu ildə universitet olaraq yox, mədrəsə kimi başladı. 1999-cu ildən Rizaitdin Fəxrəddin adına İslam İnsitutu adıyla fəaliyyət göstərməyə başlandı. Həmin il universitetin daxilində "Lalə Tülpan" adlı məscidin inşasına başlanıldı. Məscidin inşası 2005-ci ildə sona çatdı.. 2001-ci ildə Başqırdıstan hökuməti və Ufa bələdiyyəsinin əmri ilə Müsləmanların Mənəvi Mərkəzi Məclisinin, yəni "Galiya"nın tabeliyinə keçdi. 2003-cü ildən Rusiya Müsəlmanları Məclisinin əmri ilə Rusiya İslam Universiteti adını aldı. == İdarəetmə == Qasım-hazrat Salimov; Ravil Utabay-Karimi; Rinat Rayev. Artur Süleymanov == İstinadlar == == Xarici keçidlər == Aleksey Starostin.
Salavat Yulayev heykəli (Ufa)
Salavat Yulayev heykəli — Başqırdıstanın milli qəhrəmanı Salavat Yulayevin şərəfində Ufa şəhərində qoyulmuş abidə. Heykəl sovet heykəltaraşı Soslanbek Tavasiyev tərəfindən hazırlanmışdır. == Tarixi == Şimali Osetiya və Başqırdıstanın milli heykəltaraşı və rəssamı Soslanbek Tavaşiyev tərəfindən hazırlanan abidə, 17 noyabr 1967-ci ildə Ufa şəhərində, Ağidel çayının hündür bir sahilində qoyulmuşdur. Salavat Yulayev abidəsi Ufanın vizit kartına çevrilmişdir. Abidə hətta Başqırdıstan gerbində də əks olunmuşdur. Abidənin unikallığı ondadır ki, 40 ton ağırlığa sahib olmasına baxmayaraq cəmi üç təmas nöqtəsi üzərində yerləşir. Abidənin hündürlüyü 9,8 metrdir. Postamentlə birlikdə hündürlük 14 metrdir. Heykəlin təbii ölçüsündə gipsdən hazırlanan abidə modeli 1963-cü ildə tamamlanır. Abidə Moskvadakı mütəxəssislər tərəfindən müzakirə edilmiş və SSRİ Mədəniyyət Nazirliyinin idarə heyəti tərəfindən rəsmən qəbul edilmişdir.
Sovet rayonu (Ufa)
Sovetrayonu (rus. Сове́тский райо́н, başq. Совет районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Sovet rayonu Ufa şəhərinin mərkəz hissəsində yerləşir. == Coğrafiya == Sovet rayonu Ufa şəhər dairəsinin mərkəz hissəsində yerləşir. Rayonun cənub-qərbində Dyoma rayonu, cənub-şərqində Kirov rayonu, şimal-şərqində Lenin rayonu, şimalında isə, Oktyabr rayonu yerləşir. Ordjonikidze rayonunun ərazisi 1,620 hektardır. == Tarixi == Sovet rayonunun prototipinin yaranma tarixi , kiçildilməyə ilə əlaqədar yaradılan iki yeni rayon, yəni aprel 1938-ci il idi. Rayonun sərhədləri bir çox dəfə dəyişmişdir. Sovet rayonunun ərazisindəki ilk tikililər XVII əsrin əvvəllərində yaranmışdı.
Ufa
Ufa (rus. Уфа; başq. Өфө) — Rusiya Federasiyasında yerləşən şəhər.Başqırdıstan Respublikasının paytaxtı.
Ufa-Arena
«Ufa-Аrеnа» universal idman kompleksi (başq. Өфө-Арена) — Ufa şəhərində yerləşən çox funksiyalı idman-konsert komplekski. İdman kompleksi Rusiyanın «Salavat Yolayev» hokkey klubunun (19 dekabr 2007) ev arenasıdır. Arenada ilk oyun 27 avqust 2007-ci ildə Rusiyanın gənclərdən ibarət hokkey yığması ilə Kanadanın gənclərdən ibarət hokkey yığması arasında baş vermişdir. == Tikinti == Rusiya yeni hokkey arenalarından fərqli olaraq («Tatneft-Arena», «Arena Omsk», «Arena Mıtişi» və s.) «Ufa-Arena» yerli tikinti şirkətlərin əməyi ilə inşa edilmişdir. Binanın layihəsi İldar Fanisoviç İbrahimov və Vladimir Nikolay Savenkoya tərəfindən hazırlanmışdır. «Ufa-Arena» Başqırdıstanın Rusiyaya birləşməsinin 450 illiyi münasibətilə inşa edilmişdir. === İkinci mərhələ === Ufa-Arenanın ehtiyat meydançası 640 yerlik tamaşaçı tutumuna malikdir. İkinci mərhələsinin açılışı 20 noyabr 2011-cu ildə baş tutmuşdur. Arenanın açılışında Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov, Başneftin rəhbərliyi, Ufa meri Pavel Kaçkaev iştirak etmişdir.
Ufa (Xaybulla)
Ufa kəndi (başq. Өфө) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ufa kəndinin milli tərkibi: başqırdlar 77 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 47 km., ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 90 km. Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Ufa (dəqiqləşdirmə)
Ufa — Başqırdıstanın paytaxtı
Ufa (stansiya)
Ufa stansiyası (başq. Өфө) — Kuybişev dəmir yollarına aid olan, Transsibir magistralı üzərində yerləşən, Başqırdıstanın Ufa şəhərində mövcud ola dəmir yol stansiyası. == Tarixi == Müasir vağzalın yerndə ilk voğzalın təməli hələ 1885-ci ildə atılmışdır. 1888-1967-ci illər ərzimndə istismar edilən binanın layihəsi F. F. Essenə məxsus idi. 3 il sonra sökülmüş vağzalın yerində K. Qotlibin layihəsi əsasında daşdan yeni bina inşa edilir. Bna 2005—2011-ci illərdə təmir edilmişdir. == Stansiya haqqında == Stansiyada dəmiryolu vağzalı yerləşir. Voğzalda yenilənmələr 12974-cü ildən aparılır. 2005-ci ildən isə mütəmadi hall almışdır. Stansiya 4 sərnişin platformasına sahibdir.
Ufa (çay)
Qaraidel (başq. Ҡариҙел; rus. Караиде́ль), Ufa (başq. Өфө; rus. Уфа́) və ya Ufimka (rus. Уфи́мка) — Ural və Uralyanıda çay. Ağidelin sağ axını. O, Çelyabinsk, Sverdlovsk vilayətləri və Başqırdıstan Respublikası əraziləri ilə axır. == Etimologiya == Rus dilində işlənilən Ufa adı Qaraidel adından gec, Ufa şəhərin əsası qoyulduğdan sonra meydana çıxmışdı. Bundan əvvəl rus dilində də baqırdcada kimi çayın adı Караидель (başq.
Ufa Beynəlxalq Hava Limanı
Ufa beynəlxalq hava limanı (başq. Халыҡ-ара Өфө аэропорты) — Başqırdıstanın Ufa şəhərində yerləşən federal əhəmiyyətli beynəlxalq hava limanı. 2012 — 2015-ci illərin nəticələrinə görə regionun ən iri sərnişin daşıyan hava limanıdır. Hava limanı keyfiyyət menecmentinin nəticələrinə əsasən ISO 9001:2008 standartı sertifikatına layiq görülmüşdür. Bu Rusiya ərazisində öz istehsal ISAGO (IATA Safety Audit for Ground Operations) qoruya bilmişdir == Ümumi məlumat == Hava limanının xidmətlərindən 40-dan çox Rusiya və xarici ölkələrin aviaşirkətləri istifadə edir. Hava limanı iki eniş-uçuş zolağına sahibdir. Ən əsası olaraq terminla daha yaxın olanı, uzunluğu 2,5 km olan zolaqdan istifadə edilir. İkinci zolaq isə 3,7 km uzunluğa malik olaraq beton örtüyünə sahibdir. Bu zolan 1980-ci illərdə inşa edilmişdir. Ehtiyat zolaq «Buran» kosmik aparatın və hazırda isə An-124 təyyarələrinim qəbulunu həyata keçirə bilir.
Ufa Dövlət Aviasiya Texniki Universiteti
Ufa Dövlət Aviasiya Texniki Universiteti (UDATU) (başq. Өфө дәүләт авиация техник университеты, ӨДАТУ) — Ufa şəhərində yerləşən texniki ali təhsil mərkəzi. == Tarixi == Ufa Dövlət Aviasiya Texniki Universitetinin kökləri hələ XIX əsrə gedir. Universitetin təməli Varşava Politexnik Universiteti əsasında qoyulmuşdur. 1907-ci ildə isə Novoçerkasska köçürülmüşdür Ali təhsil mərkəzinin tarixi 1932-cui ildən başlayır. Rıbinski Dövlət Aviasiya İnstutu təşkil edilir. Bu müəssinə Novoçerkassk Aviasiya İnstutunun əsasında təşkil edilir. 1941-ci ildə Rıbinski Dövlət Aviasiya İnstutu Ufaya köçürülür. 1942-ci ildən isə Orconikidze adına Ufa Aviasiya İnstutu olaraq adlandırılır. 1982-ci ildə ixtisaslı mütəxəssislərin hazırlanmasında və elmi tədqiqatların inkişafına görə UAİ Lenin ordeni ilə təltif edilmişdir.
Ufa Dövlət Neft Texniki Universiteti
Ufa Dövlət Neft Texniki Universiteti (rus. Уфимский государственный нефтяной технический университет – УГНТУ; başq. Өфө дәүләт нефть техник университеты – ӨДНТУ) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru professor Ramil Baxtizindir. == Tarixi == 1948-ci ilə M. Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun filialı kimi yaradılmışdır. == Fəaliyyəti == Burada təhsilin bakalavr, magistratura, doktorantura pillələri üzrə mütəxəssis hazırlığı aparılır. Universitetdə 200-ə yaxın elmlər doktoru və professor fəaliyyət göstərir. Bu ali məktəbdə 17 minə yaxın tələbənin, o cümlədən 36 ölkənin vətəndaşları ali təhsil alır.
Ufa FK
Ufa FK (rus. ФК «Уфа», başq. Өфө, Öfö) — hazırda Rusiya Premyer Liqasında oynayan Ufa mərkəzli bir Rusiya futbol klubu. == Tarixi == Başqırdıstan Respublikasının ikinci prezident Rüstəm Xamitov 2010-ci ilin yay fəslində Ufa şəhərini və Başqırdıstan Respublikanı Rusiya Premyer Liqasında təmsil etmə niyyəti ilə bir futbol klubu qurmağı fikirləşdi. Ufa FK, 2010-cu ilin Dekabr ayının 23-də daha sonra Rusiya Futbol Liqa sisteminin üçüncü səviyyəsi olan Rusiyanın PFL ikinci divizionundakı ticarətlərini təşkil Başinformsviyaz-Dinamo UFA FK-un təməlində quruldu. Komandanın baş məşqçi mövqeyinə ilk dəfə, iki dəfə İngiltərə Premyer Liqa çempionu Andrey Kançelskis təyin edildi.
Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu
Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu (rus. ГБУ «Уфимский научно-исследовательский институт глазных болезней Академии наук Республики Башкортостан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində göz xəstəlikləri üzrə ixtisaslaşmış əsas elmi-tədqiqat müəssisəsidir. 2006-cı ildən baş direktoru Muxarram Bikbovdur. == Tarixi == İnstitutun əsası 1926-cı ildə qoyulmuşdur. Belə ki, 22 iyun 1926-cı ildə Başqırd MSSR Sağlamlıq Xalq Komissarı İdarə Heyətinin iclasında 1926-1927-ci illər üçün istehsal planı təsdiqlənərkən Ufada Traxoma İnstitutunun açılması qərara alınmışdır. Sonrakı arxiv sənədlərində qeyd olunur ki, SSRİ Xalq Komissarları Sovetinin 15noyabr 1926-cı il tarixli qərarına əsasən həmin qurum Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna çevrilmişdir. == Rəhbərləri == İnstituta istedadlı tədqiqatçıların cəlb edilməsində və institutun əmək qabiliyyətli komandasının yaradılmasında müxtəlif vaxtlarda bu quruma rəhbərlik etmiş şəxslərin böyük rolu olmuşdur: 1926—1933 — Viktor Odintsov 1934—1944 — Vladimir Spasskiy 1945—1954 — Qabdulla Kudoyarov 1955—1958 — Maqrifa Tanatarova 1959—1965 — Saida Xalitova 1965—1980 — Maqsuda Kalmetyeva 1980—2005 — Marat Aznabayev 2006-cı ildən — Muxarram Bikbov == İnstitutun strukturu == İnstitutun strukturu tədqiqat və elmi-istehsalat şöbələrindən ibarətdir. Tədqiqat şöbəsində 4 elmi şöbə vardır: kornea və lens əməliyyatı; uşaqlarda rekonstruktiv göz əməliyyatı; vitreoretinal və lazer cərrahiyyəsi; gözlərin yoluxucu xəstəlikləri. == Kollektivi == == Uğurları == İnstitut Rusiya Federasiyasının 75 müəllif şəhadətnaməsi və patentini almışdır.
Ufa Mühərriktikinti İstehsalat Birliyi
Ufa Mühərriktikinti İstehsalat Birliyi — aviasiya mühərrikləri istehsal istehsal edən Rusiya şirkəti. Şirkət 1925-ci ildə qurulmuşdur. Birlikdə ümumilikdə 24 mindən çox insan çalışır. Birləşmiş Mühərriktikiti Korporasiyasının bir hissəsidir. Müəssisənin əsas fəaliyyət istiqamətləri turboreaktiv təyyarələrinin mühərriklərinin və qaz nasos qurğularının istehsalı, xidməti və təmiri, helikopter komponentlərinin istehsalı və təmiri daxildir. Su-27 (AL-31F mühərriki), Su-30 (AL-31F və AL-31FP mühərriki), Su-35S (AL-41F-1C), Su-25 (R-95Sh və) təyyarələri üçün ardıcıl olaraq turboreaktiv mühərrikləri istehsal edir. "Ka" və "Mi" vertolyotları üçün komponentlər və birləşmələr hazırlayır. == Tarixi == Müəssisənin tarixi 17 iyul 1925-ci il hesab olunur. Həmin gün Əmək və Müdafiə Şurası Rıbinskdə keçmiş Rusiya Renosu ASC-nin kiçik avtomobil təmiri sexləri bazasında təyyarə mühərrikləri zavodu tikmək qərarına gəlir. 14 yanvar 1928-ci ildə zavod 26 nömrəli fəaliyyət göstərən aviasiya sənayesi müəssisələri tərəfindən istismara verilir.

Значение слова в других словарях