Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Utu
Utu — Şumer-Akkad mifologiyasında günəş tanrısı. Şumerlərin Utu adlandırdıqları günəş tanrısı Babil zamanı Şamaş adlanırdı. Həmin tanrı "yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən" hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Hammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotamiyanın qədim sakinlərinin dini həyatında tanrılar mühüm rol oynayırdılar.
Mata-Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).
Mata Utu
Mata-Utu — Uollis və Futuna adasının inzibati mərkəzi. Uollis adaları qrupunun Uvea adasında yerləşir. Regionun ən böyük portu, aeroport da var. Əhalisi (2008, siyahıyaalma).
3TU
3TU (tam adı: azərb. "3 Texnologiya Universiteti"‎ / nid. 3TU Federatie) — Niderland Krallığının üç texniki ali məktəbinin - Delft, Eyndhoven və Tvente universitetlərinin birləşdiyi federasiya. == Tarixi == 2007-ci ildə yaradılmışdır. == Fəaliyyəti == Federasiya çərçivəsində tədqiqat və texnologiya hazırlamaları üzrə əməkdaşlıq həyata keçirilir.
ATU
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
UTC
Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated; fr. Universel Temps Coordonné; abbr. UTC) — Qrinviç meridianının orta Günəş vaxtı. Gecəyarıdan hesablanır, Bakı vaxtından 4 saat geridir. Zulu vaxtı (ing. Zulu time; rus. зулусское время) — aviasiya slenqində zamanın Qrinviç meridianına görə dəyərini bildirən ifadə. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
UTP
UTP <yu-ti-pi>( ekranlaşmamış sarınmış cütlük) – ekranlaşdırıcı metal hörgüsü olmayan plastik örtüyə salınmış bir neçə sarınmış cüt naqildən ibarət nazik elastik kabel növü. 10Base-T tipli lokal şəbəkələrin kabel sistemlərində istifadə olunur. Cat 1: Hal-hazırda TIA(Telecommunications Industry Association)/EIA(Electronic Industries Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS(Plain old telephone service), ISDN və qapı zəngi kabellənməsi üçün istifadə edilirdi. Cat 2: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. Əvvəllər 4 Mbit/s Token Ring şəbəkələrində istifadə olunurdu. Cat 3: Hal-hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur, 16 MHz sürətindəki şəbəkələrdə istifadə olunur. 10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır. Cat 4: Hal-hazırda TIA/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16 Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur.
Uti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Utuq
Utuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Utuq oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimi “suvanlan biçənək, otlaq, tarla” mənalannda işlənən utuk, “dağ çökəkliyi, dağ ətəyində düzən” və ya “küləkdən qorunan təbii daldalanacaq yer”, “heyvanlann qışlaması üçün əlverişli yer” mənalı ottok sözü ilə əlaqələndirirlər. Kəndin əhalisi etnik tatlardır. Şirvanı Şimali Qafqazla birləşdirən ticarət yolu üzərində yerləşən Utuq kəndinin toqr. IX-X əsrlərdə meydana gəlməsi ehtimal edilir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 337 nəfər əhali yaşayır.
Uşu
Uşu (Çincə:武術; Pinyin: wǔshù) — çin döyüş sənətidir. Kunq Fu və Uşu eyni mənanı ifa edir. Sadəcə olaraq "Kunq Fu" termini Honq Konq döyüş filmlərindən amerikan dialektinə çevrilərək işlənməsi genişlənmişdir. "Uşu" sözü Çin dilindən tərcümədə "Döyüş Sənəti" deməkdir. Müasir dövrdə "Müasir Uşu" (ing. Modern Wushu) adlı termin işlədilir. Bu termin Uşu üzrə keçirilən müsabiqələrə aiddir. Uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs İp Man olmuşdur.
YTÜ
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
Adrian Mutu
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub və həmin ilin dekabr ayında uğursuz nəticələrə görə vəzifəsindən azad edilib. Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı. Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi.
Düyü unu
Düyü unu — Çin səddinin tikintisi zamanı istifadə olunmuş vasitə Çin səddinin tikintisi zamanı düyü unu və yandırılmış kirəcin tozundan istifadə olunub. Çinin Zhejiand Universitetinin kimyaçı professoru Zhang Binjianın bununla bağlı məqaləsi Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Yapışqan xüsusiyyətə malik düyü unu daş parçalarını son dərəcədə möhkəm şəkildə saxlayır və düyü ununun tərkibindəki amilopektin maddəsi divarın çox yerində hələ də çöl bitkilərinin böyüməsinin belə qarşısını alır. Bu səbəbdən də bu günə qədər uçmamış divarlar əzəmətlə durmaqda davam edir. O da məlum olub ki, Çində Ming sülaləsinin hökmdarlığı dönəmində, 1368–1644-cü illərdə inşa edilən türbə və qüllələrin tikintisində də düyü unundan istifadə olunub. Bunun sayəsində həmin tikintilər zəlzələyə davamlılıqları ilə seçilib. Zhang Binjian seysmik zonalardakı tiklilərdə gələcəkdə düyü unundan istifadənin tətbiqini də təklif edib. == Mənbə == Dünyanın 7 möcüzəsindən birinin sirri açıldı!
Euseius hutu
Euseius hutu (lat. Euseius hutu) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. == Əlamətlər == Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. == Müalicə == Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Kəklik otu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Labiatae fəsiləsinə aid hündürlüyü 20 sm-dən 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir. Yarpaqları xırda, uzunsov və ya ellipsvari, qısa saplaqlı və ya oturaqdır.
MTU Friedrichshafen
MTU Friedrichshafen GmbH — 1909-cu ildə Vilhelm Maybax və onun oğlu Karl Maybax tərəfindən əsası qoyulmuş daxili yanma mühərrikləri istehsal edən Alman kommersiya şirkəti. Vilhelm Maybax 1907-ci ildə ayrılana qədər Alman çoxşaxəli avtomobil şirkəti Daimler AG-nin sələfi Daimler-Motoren-Gesellschaft (DMG) şirkətinin texniki direktoru idi. 23 mart 1909-cu ildə o, direktoru olaraq oğlu Karl Maybaxla birlikdə Luftfahrzeug-Motorenbau GmbH (Aircraft Engine Manufacturing Corp.) adlı yeni bir şirkət qurdu. Bir neçə il sonra şirkət Maybach-Motorenbau GmbH (Maybach Engine Manufacturing Corp) adlandırıldı və əvvəlcə zeplinlər və daha sonra vaqonlar üçün dizel və benzin mühərrikləri hazırladı və istehsal etdi. Maybach Mb. IVa mühərriki Birinci Dünya Müharibəsində təyyarə və dirijabllarda istifadə edilmişdir. Şirkət ilk olaraq 1919-cu ildə eksperimental avtomobil istehsal etdi və ilk istehsal modeli iki il sonra Berlin avtosalonunda təqdim edildi. Şirkət 1921–1940-cı illər arasında müxtəlif klassik avtomobillər istehsal etdi, həmçinin dəniz və dəmir yolu məqsədləri üçün ağır yük dizel mühərrikləri istehsalına davam etdi. İkinci Dünya Müharibəsi zamanı Maybach Almaniyanın orta və ağır tankları üçün mühərriklər istehsal edirdi. Şirkət 1960-cı illərdə MTU Friedrichshafen adlandırıldı və Leopard 2 əsas döyüş tankı üçün mühərriklər təchiz etməyə davam etdi.
Qara qutu
Qara qutu (kibernetika) - kibernetikada araşdırılan prosesin, obyektin abstraklaşdırılmış modeli. Qara qutu (nəqliyyat) — təyyarə qəzalarında təyyarənin qəza anını qeyd edən qutu. Qara qutu (siqaret) — tütün məhsulları ilə mübarizə yollarından biri.
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Sudan otu
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Tusi cütü
Tusi cütü – riyaziyyat terminidir. Kiçik çevrə radiusu kiçik çevrənin diametrinə bərabər olan böyük çevrənin içində fırlanır. Tusi cütü ilk dəfə 13-cü əsrdə Nəsrəddin Tusi tərəfindən təklif edilmişdir.
Göy üzü
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Uta İbrahimi
Uta İbrahimi (alb. Flutura Ibrahimi; 27 noyabr 1983) — Kosovalı alpinist. O, dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən ilk alban oldu. O, dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən ilk alban oldu. İbrahimi bunu 22 may 2017-ci ildə etdi, bundan sonra o, Manaslu (8163 m), Ço Oyu (8201 m), Lhotse (8516 m) və Qaşerbrum (8080 m) zirvələrini fəth etdi və rəsmi olaraq Balkanlardan ilk qadın oldu. 8000 metrdən yuxarı beş zirvəyə qalxın. Uta İbrahimi Kosovonun Gnjilane şəhərində anadan olub. O, Priştina Universitetinin İqtisadiyyat fakültəsini bitirib, burada marketinq üzrə təhsil alıb. O, karyerasına İliriya Universitetində marketinq üzrə köməkçi kimi başlayıb və daha sonra müxtəlif özəl şirkətlərdə eyni peşədə çalışıb. Beləliklə, Uta Ogilvy Karrota marketinq agentliyinin direktoru vəzifəsini tutdu.
Ute Bok
Ute Bok (alm. Ute Bock‎; 27 iyun 1942, Lins – 18 yanvar 2018, Vyana) — Qaçqınlara yardım layihələri ilə tanınan avstriyalı pedaqoq. Vyanada "Bock auf Bier" kampaniyası qurulmuş, bu kampaniya zamanı qaçqınların mənzillə təmin olunmasını təşkil etmək üçün pivənin dəyərinin kiçik bir hissəsi (qiymət artırılması hesabına) toplamışdır. Layihənin adı "Bock for beer" kimi tərcümə olunur, lakin o, həm də pivə içmək istəyi üçün jarqondur və Bock for beer xüsusilə güclü çeşiddir. Layihə həmçinin geyim, təhsil kursları, tibbi və hüquqi müdafiə ilə bağlı yardım göstərir. Məzun olduqdan sonra, Bok pedaqoq olmaq qərarına gəlməzdən əvvəl bir il özəl sektorda çalışır. 1969-cu ildə Vyananın onuncu rayonu olan Favoritendəki Zomannqasse yataqxanasında baxıcı vəzifəsini tutur və 1976-cı ildə onun direktoru təyin edilir. 1990-cı illərdə Gənclərin Rifah İdarəsi Bok yataqxanasına getdikcə artan sayda əcnəbi gəncləri göndərir. Bu dövrdə o, qaçqınlara yardım təşkil etməyə başlayır. 1999-cu ildə 30-a yaxın afrikalı gənc sığınacaqda narkotik payladığına görə həbs edilir və Uta Bok qanqsterizm və narkotik alverində ittiham olunur və bununla əlaqədar işdən uzaqlaşdırılır.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Ulu Ata