QUTLU
QUTUCUQ
OBASTAN VİKİ
Qara qutu
Qara qutu (kibernetika) - kibernetikada araşdırılan prosesin, obyektin abstraklaşdırılmış modeli. Qara qutu (nəqliyyat) — təyyarə qəzalarında təyyarənin qəza anını qeyd edən qutu. Qara qutu (siqaret) — tütün məhsulları ilə mübarizə yollarından biri.
Qara qutu (dəqiqləşdirmə)
Qara qutu (kibernetika) - kibernetikada araşdırılan prosesin, obyektin abstraklaşdırılmış modeli. Qara qutu (nəqliyyat) — təyyarə qəzalarında təyyarənin qəza anını qeyd edən qutu. Qara qutu (siqaret) — tütün məhsulları ilə mübarizə yollarından biri.
Qara qutu (kibernetika)
Qara qutu — dəqiq elmlərdə (kibernetika, sistem texnikası) işləmə mexanizmi çox mürəkkəb olan texniki sistemin halını təsvir etmək üçün tətbiq olunan abstrakt modeldir. Sistemin daxili strukturu bu halda nəzərdən atılır, yalnız onun xarici durumu araşdırılır. Qara qutu müəyyən funksiyaları icra edir, giriş (İnput) və çıxış parametrləri (Output) ilə təsvir olunur. Sistem nəzəriyyəsində qara qutu araşdırılarkən yalnız onun giriş (həyacanlandırma) və çıxış (reaksiya) parametrləri arasındakı əlaqə öyrənilir. Bu parametrlər arasında mövcud olan əlqə xarici təsirlər də nəzərə alınmaqla riyazi üsulların tətbiqi ilə modelləşdirilə bilirlər. Yəni girişinə verilən siqnallara onun reaksiya verməsi bu modellər əsasında qabaqcadan deyilə bilir. Bu üsul maşınqayırmada çoxlu sayda faktorların təsiri altında işləyən texnoloji proseslərin araşdırılmasında geniş tətbiq olunur. Məsələn, torna ilə emalda kəsmə parametrləri ilə (İnput: pəstahın dövrlər sayı, veriş, kəsmə dərinliyi və s.) pəstahda alınan səthin təmizliyi (Output: kələkötürlük, dəqiqlik, forma, sağlamlıq və s.) arasındakı asılılığı kəsmə prosesində səthin əmələgəlmə mexanizmini araşdırmadan riyazi üsullarla modelləşdirmək olur. Burada eksperimentlərin statistik planlanmasından geniş istifadə olunur. Росс Эшби У. Глава 6.
Qara qutu (nəqliyyat)
Qara qutu (ing. Black box) — təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12–13 santimetrdir. Qutuların kənar qalınlıqları 6–7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir. Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilmişdir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə yerləşdirilirdi. Bu bölgə təyyarənin ən ağır qismi olduğuna görə düşmə anında ağır hissələr qutuların üstünə düşərək zərər verə bilirdi.
Qara qutu (siqaret)
Qara qutu — tütün məhsulları ilə mübarizə yollarından biri. İlk dəfə Avstraliyada tətbiq olunması qərara alınmışdır. Avstraliya parlamentində 2011-ci il avqustun 24-də qəbul olunan qərarın icrasına 1 iyul 2012-ci ildən başlanacaq. Avstraliyadan sonra isə bunu tətbiq etməyə hazırlaşan ikinci ölkə Türkiyədir. "Qara qutu"nun tətbiqində əsas məqsəd tütün məhsullarının cazibəsini azaltmaqla insanlara xəbərdarlıqların sayının artırmaqdır. Nəticə siqaret çəkmə faizinin düşməsinə, tütün istifadəsini azalmasına xidmət edir. Həmçinin siqaret markaları artıq tarixdə qalacaq. Belə ki, artıq siqaret markaları olmayacaq. Onları nömrələr əvəz edəcək. Məsələn, "4" nömrəli siqaret.
"Kazbek" qutusu (film, 1958)
== Məzmun == Mənzil-istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir. O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır. Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır. Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır. Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır. Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Məhərrəm Əlizadə Rejissor: Rəşid Atamalıbəyov Operator: Mirzə Mustafayev Rəssam: Nadir Zeynalov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Sabir İsgəndərov Rejissor assistenti: Əsgər İsmayılov Operator assistenti: Tofiq Sultanov (T. Sultanov kimi) Montaj üzrə assistent: A. Filimonova Filmin redaktoru: N. Sadıxov Filmin direktoru: A. Şuşkin Çalır: Estrada Orkestri Dirijor: Q. Krupkin === Rollarda === Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov Münəvvər Kələntərli-Məmişovun arvadı Əzizə Məmmədova-Qarı M. Babayeva-Süpürgəçi Müxlis Cənizadə-"Kirpi" əməkdaşı Tələt Rəhmanov-Tələbə Əliyev S. Piriverdiyeva-Katibə Əhməd Əhmədov (Əhməd Ruminski kimi)-Rəngsaz Nazim Yüzbaşov-Şikayətçi Lütfəli Abdullayev-At yarışındakı adam Fərhad İsmayılov-Məmişovun oğlu === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov-Tələbə Əliyev (Tələt Rəhmanov) Məmməd Sadıqov-Rəngsaz (Əhməd Əhmədov) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Dialoq qutucuğu
kompüterlərdə qrafik istifadəçi interfeysinin bir elementi olan dialoq qutucuğu elə pəncərə növüdür ki, istifadəçi və kompüter arasında ünsiyyəti asanlaşdırmağa xidmət edir. O istifadəçiyə məlumat ötürə, istifadəçidən məlumat istəyə və ya eyni zamanda hər ikisini edə bilər. Adətən dialoq qutucuqları istifadəçilərə bir neçə seçimdən birini və ya bir neçəsini seçmək üçün və ya suala cavabları daxil etmək üçün verilir. Bunlar bəzən sağda şəkildə göstərilən formada bildiriş kimi peyda olurlar.
Ecvort qutusu
Ecvort qutusu — İqtisadiyyatda Edgeworth qutusu və ya Edgeworth-Bowley 2 fərd arasında 2 əmtəənin mübadiləsinin mümkün hallarını təsvir etmək üçün Francis Edgeworth tərəfindən təklif olunmuş, Vilfredo Pareto və Arthur Bowley tərəfindən təkmilləşdirilmiş ağıllı qrafikdir. O, xüsusilə mübadilə iqtisadiyyatında ümumi tarazlığı və ya Rifah İqtisadiyyatının Birinci Teoremi`ni ifadə etmək üçün istifadə olunur.
Kazbek qutusu (film, 1958)
== Məzmun == Mənzil-istismar idarəsinin rəisi Məmişov (Əliağa Ağayev) zahirən özünü işgüzar və diqqətli göstərir. O, yanına şikayət və ya xahişə gələnləri hörmətlə qarşılayır, onlara diqqətlə qulaq asır. Şikayətlər və xahişlər yadından çıxmasın deyə "Kazbek" qutusunun içində qeydlər aparır. Papirosları çəkib qurtarandan sonra həmin "Kazbek" qutusunu zibil yeşiyinə tullayır. Belə laqeyd hərəkətləri onun işdən çıxarılmasına gətirib çıxarır. Qısametrajlı bədii filmdə bürokrat, insan talelərinə laqeyd olan mənzil-istismar idarəsi rəisi tənqid olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Məhərrəm Əlizadə Rejissor: Rəşid Atamalıbəyov Operator: Mirzə Mustafayev Rəssam: Nadir Zeynalov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Sabir İsgəndərov Rejissor assistenti: Əsgər İsmayılov Operator assistenti: Tofiq Sultanov (T. Sultanov kimi) Montaj üzrə assistent: A. Filimonova Filmin redaktoru: N. Sadıxov Filmin direktoru: A. Şuşkin Çalır: Estrada Orkestri Dirijor: Q. Krupkin === Rollarda === Əliağa Ağayev-Mənzillər idarəsi rəisi Məmişov Münəvvər Kələntərli-Məmişovun arvadı Əzizə Məmmədova-Qarı M. Babayeva-Süpürgəçi Müxlis Cənizadə-"Kirpi" əməkdaşı Tələt Rəhmanov-Tələbə Əliyev S. Piriverdiyeva-Katibə Əhməd Əhmədov (Əhməd Ruminski kimi)-Rəngsaz Nazim Yüzbaşov-Şikayətçi Lütfəli Abdullayev-At yarışındakı adam Fərhad İsmayılov-Məmişovun oğlu === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov-Tələbə Əliyev (Tələt Rəhmanov) Məmməd Sadıqov-Rəngsaz (Əhməd Əhmədov) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Keçid qutusu
== Keçid qutusu == Keçid qutusu-iki qurğunun arasına (kompüterlə modem və ya kompüterlərlə printer arasına) siqnalları yoxlamaq və lazım gələrsə, kabelin ayrı-ayrı naqilləri ilə verilən siqnalları dəyişdirmək məqsədilə qoşulan kiçik cihazdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, Bakı nəşriyyatı, 996 s.
Kənan Qutubzadə
Kənan Qutubzadə (rus. Кенан Абдуреимович Кутуб-заде; 13 avqust 1906, Konstantinopol – 22 fevral 1981, Rostov-na-Donu) — Krım tatarı olan kamera operatoru və müharibə müxbiri. İkinci Dünya müharibəsi zamanı Qırmızı Orduda xidmət etmişdir. "Auşvitz həbs düşərgəsi" filminin əsas kamera operatoru olmuşdur. Bu film nasist qoşunlarının düşərgədə qovulmasından sonra düşərgəyə daxil olmuş ilk sovet fotojurnalistdir. Holokost dəhşətlərindən bəhs edən videosu Nürnberq məhkəmələrində göstərilmişdir. == Həyatı == İstanbulda anadan olmasından az sonra ailəsi ilə birlikdə Bağçasaraya köçmüşdür və burada böyümüşdür. 1920-ci ildə o, Bağçasaray İncəsənət və Sənaye Kollecinə daxil olmuşdur. 1925-ci ildə çap texnikaçısı kimi oranı bitirmişdir. Bundan sonra Yalta Ərazi Komsomol Komitəsində işləmiş və 1927-ci ildə kamera operatorunun köməkçisi olmuşdur.
Lanç qutusu (film, 2004)
Lunch Box (yap. 熟女・発情 タマしゃぶり) – 2004-cü ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. == Məzmun == Film 35 yaşlı cavan və lal Aikonun sevgi macəralarından danışılır.
Poçt Qutusu (1967)
Burada ağasının tapşırığını yerinə yetirərkən avamlığı ucbatından kəndli Novruzəlinin (İsmayıl Osmanlı) başına gələn əhvalatlardan danışılır. Novruzəli (İsmayıl Osmanlı) həmişəki kimi kənddən xana (Ağasadıq Gəraybəyli) sovqat gətirir. Xan İrəvanda yaşayan dostuna məktub yazaraq ora arvadı ilə gələcəyini, qalacaqları evi səliqəyə salmağı, isitməyi təvəqqe edən məktub yazır. O, Novruzəlini məktubu poçt qutusuna salmaq üçün poçtxanaya yollayır. Və onu kimsəyə verməməyi tapşırır. Poçtun nə olduğunu bilməyən Novruzəli həyatında ilk dəfə qutuya məktub atır. Qaydaları bilmədiyindən qutunun yanında gözləyir. Poçt xidmətçisi (Viktor Kolpakov) qutudan məktubları götürəndə Novruzəli onun oğru olduğunu güman edərək onunla əlbəyaxa olur. Nəticədə polisə düşür. Xan Novruzəlini zaminə götürür.
Poçt qutusu (film, 1967)

Qutucuq
Kompüter texnologiyalarında qutucuq (ingiliscə - checkbox, tickbox və ya tick box) istifadəçi interfeysinin elə bir elementidir ki, istifadəçilərə müxtəlif seçimlər içərisindən bir neçəsini seçməyə imkan verir. Adətən onlar ekranda balaca kvadrat qutu şəklində görünür, ağ boşluq formasında (işarələnməmiş halda) və ya X (işarələnmiş halda) ilə fərqləndirilir. Bir çox hallarda X işarəsinin yerinə kiçik quş işarəsi də qoyulur.
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qutunun xaricində düşünmə

Quturğan
Quturğan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Quturğan oyk., düz. Qusar r-nunun Sudur i.ə.v.-də kənd. Şahdağın ətəyindədir. Oykonim türk dillərindəki kııdur (dalğavari sıra dağlar) sözündən və -qan şəkilçisindən ibarət olub, “sıra dağlar qoynundakı kənd” mənasını bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 283 nəfər əhali yaşayır. Qusar rayonu Cənnətə bir addım qalmış...
Qutuy Xatun
Qutuy Xatun — Elxanilər dövlətinin qurucusu Hülakü xanın arvadı və 1284-cü ildən 1284-cü ilə qədər Elxanilər dövlətini idarə etmiş Əhməd Təkudar xanın anası. O, oğlunun hakimiyyəti illərində dövlət məsələlərində mühüm sözə sahib olmuşdur. Qarabağlar türbə kompleksinin bir hissəsi onun xatirəsinə ucaldılmışdır. O, ata tərəfdən Konqratlar tayfasına, ana tərəfdən isə Çingiz xanın soyuna mənsubdur. Onun anası Çingiz xanın nəvəsi olmuşdur. O, dini etiqad etibarilə Nestorian xristian idi. Hülakü xan onunla Güyük Xatunun ölümündən sonra evlənmişdi. O, Hülakü xanın Monqolustanda qalan qohumlarının Elxanilər dövlətinə gəlişlərinin ikinci dalğasında onun yanına gəlmişdir. O, 1265-ci ildə əri ilə görüşməyə gedərkən Hülakü xan vəfat etmişdir. Ona bu məlumat Bədəxşanda (müasir Tacikistan) olarkən, Hülakü xanın varisi Abaqa xan tərəfindən çaldırılmışdı.
Seyfəddin Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.
Siyahı qutusu
Siyahı qutusu — istifadəçinin statik, çox sətirli mətn qutusunda olan siyahıdan bir və ya daha çox element seçməsinə imkan verən qrafik nəzarət elementidir.
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir. Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur. Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var. Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər.
Sürətlər qutusu
Sürətlər qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının dişli çarxlardan ibarət avadanlığı. Nəqliyyatda tətbiq olunan sürətlər qutusu mühərrikdən gələn dövrlər sayının və momentin böyük diapazonda dəyişdirilməsi üçün tətbiq olunur. Bunlar çox da çevik olmayan daxili yanma mühərrikidirlər. Buxar və elektrik ilə işləyən mühərriklər adətən sürətlər qutusuz hazırlanırlar. Ona görə ki, bu mühərriklər müxtəlif dövrlər sayını alınan enerjinin köməyi ilə böyük həddə tənzim edə bilirlər. Bundan əlavə sürətlər qutusu nəqliyyatın arxaya hərəkətini mümkün edir. Metalkəsən və başqa dəzgahlarda sürətlər qutusu optimal kəsmə rejimlərini təmin etmək üçün tətbiq olunurlar. Alətin və ya hissənin fırlanması (məsələn, torna və ya burğulama dəzgahında) tənzim olunur. Sürətlər qutusu bir neçə əlamətinə görə təsnifatlaşırlar. Güc ötürmə üsuluna görə: Mexaniki qutular, burada adətən dişli ötürmələrdən istifadə olunur.
Otaru Musiqi Qutusu Muzeyi
Otaru Musiqi Qutusu Muzeyi (小樽オルゴール堂, Otaru Oruqoru-do) – Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən musiqi muzeyi. Muzey musiqi qutularına həsr olunmuşdur. Oruqoru XIX əsrdə Yaponiyada populyar olmuş musiqi qutusu növü olmuşdur. Xüsusilə, Otaru şəhərinə hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" adlandırılmışdır. Hazırda isə bu musiqi qutuları Yaponiyaya gələn turistlərə suvenir kimi satılır. Muzey 1967-ci ildə Yaponiyanın ən böyük musiqi qutusu istehsalçılarından biri olan "Orgel-Doh" şirkəti tərəfindən yaradılmışdır və Otaru şəhərində yerləşir. Muzey binası 1912-ci ildə tikilmişdir və varlı bir düyü taciri tərəfindən anbar kimi istifadə olunmuş üçmərtəbəli kərpic tikilidir. Bina 1989-cu ildə tarixi bina statusu almışdır. Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Muzeydə sərgilənən musiqi qutuları müxtəlif formalardadır: qar kürəsi, şahzadə qız, ayı kuklası, zodiak heyvanları, çarx, suşi və s.
Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. == Həyatı == Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.

Значение слова в других словарях