TUTMİŞ
TUTUCU
OBASTAN VİKİ
Desmond Tutu
Desmond Mpilo Tutu (ing. Desmond Mpilo Tutu; doğ. 7 oktyabr 1931(19311007), Klerksdorp, Transvaal əyaləti - 26 dekabr 2021) — Keyptaun anqlikan arxiyepiskopu (CAR - da ilk qaradərili episkop), aparteidlə mübarizənin aktiv üzvü. 1984 - cü il üzrə Nobel Sülh mükafatı laureatı. == Həyatı == Klerksdorpda qızıl mədənləri rayonunda anadan olan Desmond ailənin üç övladından ikincisi idi və yganə oğlan uşağı idi. 12 yaşında olarkən ailəsi Yohannesburqa köçür. Atası müəllim, anası isə məktəbdə aşpaz və xadimə idi. Baxmayaraq ki, o həkim olmaq istəyirdi lakin ailəsinin onun təhsilinə imkanı çatmırdı. Atası kimi o da müəllim oldu, kollecdə və məktəbdə dərs deməyə başladı. Aparteid siyasətinin güclənməsi və ağlarla qaraların qeyri - bərabərliyinin qanunla dəstəklənməsilə bağlı istefa verdi.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Alatoran. Saqa: Tutulma (film, 2010)
Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.
Alatoran:Tutulma (film musiqisi)
“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir. == Kompozisiyaların siyahısı == Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
Alatoran: Tutulma (film musiqisi)

Ay tutulması
Yer də Ay kimi Günəşdən əks tərəfə doğru kölgə salır. Ay bədirlənmiş Ay fazasında (dolun ay) olduqda bu kölgəyə daxil olur. Ay tutulması baş verir. Ay tutulması o zaman baş verir ki, Ayın dolun Ay fazası onun orbitinin düyünlərindən birinə və ya yaxınlığına təsadüf etsin. Yerin saldığı kölgə konusunun uzunluğu Yerin Günəşə nəzərən məsafəsindən asılıdır. Yer Günəşdən orta məsafədə olduqda konusun uzunluğu 1.380000 km olur, perihelidə olduqda 1.359000 km, afelidə olduqda 1.400000 km olur. Yerin kölgəsinin eni 9733 km-dir. Ay tutulması onun qərb tərəfinin kölgəyə daxil olması ilə başlayır və həmin kənarın kölgədən çıxması ilə bitir. 3h 8 davam edir. Tam tutulma max.
Ağ ciyərin hava tutumu
Ağ ciyərin hava tutumu — dərin nəfəs aldıqdan sonra buraxılan havanın miqdarı. Normal tənəffüs zamanı alınan və buraxılan, maksimum nəfəsvermə zamanı əlavə buraxılan və maksimum nəfəsalma zamanı əlavə alınan havadan ibarətdir. Kişilərdə, adətən, 3,5–4,5 l, qadınlarda bundan təqribən 25% az, fiziki iş və idmanla məşğul olan adamlarda 6 l və daha çox olur. Sağlam insanda Ağ ciyərin hava tutumu fəaliyyət göstərən ağ ciyər toxumasının azalması — pnevmofibroz, pnevmoskleroz, atelektaz, pnevmoniyalar, abses, kista, şiş, ağ ciyər toxumasının zədələnməsi, kiçik qan dövranında durğunluq, ağ ciyərin tam açılmaması — kifoz, skolioz, döş qəfəsinin deformasiyası, plevra bitişmələri, ekssudativ plevrit, hidrotoraks, diafraqma və qarnın ön divarının hərəkətinin məhdudlaşması, ümumi əzələ zəifliyi nəticəsində baş verə bilər. == Təqdimat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 146.
Bağdadın tutulması (1624)
Bağdadın tutulması — 14 yanvar 1624-cü ildə I Şah Abbasın Sultan Murada qarşı davam edən müharibənin bir hissəsi. == Həmçinin bax == İstanbul sülh müqaviləsi (1612) Sərab sülh müqaviləsi == İstinadlar == Blow, David. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I. B. Tauris. 2009. səh. 133. ISBN 978-1845119898. (...) managed to break into the city on the evening of 12 January 1624, and two days later Baghdad was in Safavid hands. Ghafouri Ali History of the Iran's battles, from the Medes up to today 2009 ISBN 9789644237386.
Dalğalı tutuquşu
Dalğalı tutuquşu (lat. Melopsittacus undulatus) — tutuquşukimilər dəstəsindən quş. == Haqqında == Qəfəsdə saxlanılmasına və çoxaldılmasına görə ən çox dekorativ quşlardan (XIX əsrin ortalarından) biridir. == Xüsusiyyətləri == Bədəninin uz. 18 sm-ədək, kütləsi 25 q-a qədərdir. Vəhşi dalğalı tutuquşunda yaşıl rəng üstünlük təşkil edir; başın ön tərəfi və boğazı sarı, quyruğu göydür. Başında, mantiya da və qanadlarında nazik qara və sarı zolaqlar var. Erkəklərində gicgah tünd-göy, dişilərində açıq-göy, yuvalama dövründə boz rəngdə olur. == Yayılması == Avstraliyada geniş yayılmışdır. Savannalarda və suvatı olan quru seyrək meşələrdə məskunlaşır.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Elektrik tutumu
Elektrik tutumu — naqilin elektrik yükü toplamaq xassəsi. Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir. Düstur: C=q/U Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var.
Günəş tutulması
Günəş tutulması — Günəş və Ay tutulmaları ən maraqlı təbiət hadisələrindəndir. Bu hadisələr qədim zamanlardan indiyə qədər bütün dövrlərdə insanları həmişə düşündürmüşdür. Hələ 3000 il bundan əvvəl Çin astronomları Günəş və Ay tutulmalarının baş vermə vaxtını əvvəlcədən təyin edə bilirdilər. Müasir astronomiya isə Günəş və Ay tutulmalarının Yer səthinin hansı hissəsində və nə vaxt baş verəcəyini çox böyük dəqiqliklə təyin etməyə imkan verir. Ayın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər. Günəş tutulması Ay Yerlə Günəş arasında olanda, yəni təzə Ay fazasında baş verir. Təzə Ay fazasında Ay Günəş şüalarının qarşısını kəsir və Yerə tərəf konus şəkilli kölgə buraxır. Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarımkölgədəki müşahidəçi üçün isə qismən Günəş tutulması baş verir. Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə 05o09'-lik bucaq əmələ gətirdiyindən hər təzə Ay fazası Günəş tutulması ilə nəticələnmir.
Günəş tutulması (2015, 20 mart)
Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür. Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır. Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır.
Günəş tutulması (20 mart 2015)

Karolin tutuquşusu
Karolin tutuquşusu (lat. Conuropsis carolinensis) — karolin tutuquşusu cinsinə aid quş növü.
Rodosun tutulması (1522)
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Sultan tutuquşu
Nymphicus hollandicus (lat. Nymphicus hollandicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin korellalar cinsinə aid heyvan növü. Sultan tutuquşusu yanaqlarındakı narıncı (qulaq bölgəsindəki) tüklərdən ayırd edilir. Bu tüklər tünd rəngdədirsə quşun erkək, açıq rəngdədirsə dişi olduğunu göstərir. Ümumiyyətlə, erkəklərin göz ətrafındakı tükləri ağdır, amma dişilərdə sarı və digər rənglərdə ola bilər. Ortalama həyat müddəti: Təxminən 10-15 ildir. Başdan quyruğunun ucuna qədər uzunluqları 25-35 sm-dir. Qanadları açıq vəziyyətdə uzunluqları 25-30 sm-dir. Günəbaxan, quru əncir içi, armud, albalı v. b qidalarla qidalanırlar.
Sultan tutuquşusu

Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Tutucuquyruq possumlar
Tutucuquyruq opossumlar (lat. Pseudocheiridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Tutulma
Tutulma (astronomiya)
Tutuquşu ilə qadın (Kurbe)
“Tutuquşu ilə qadın” (fr. La Femme au perroquet, ing. Woman with a Parrot) — 1866 cı ildə fransız rəssamı Qüstav Kurbenin yağlı boya texnikası ilə nü üslubunda çəkmiş olduğu rəsm əsəri. Metropoliten muzeyində sərgilənən bu tablonun ölçüləri 129,5 × 195,6 sm-dir.. == Tarixi == 1863 cü ildə Paris Salonunda sərgilənən Aleksandr Kabanelin “Veneranın doğulması” əsərindən ilhamlanan Qüstav Kurbe onu təkrarlamaq qərarına gəlir.. 1864 cü ildə bu məqsədlə təqdim etdiyi “Venera və Psixeya” tablosu jüri tərəfindən qəbul edilmir. Yalnız iki il sonra “Tutuquşu ilə qadın” əsərini təqdir və münsiflər heyətinin ciddi seçimindən sonra 1866 cı ildə Paris Salonunda sərgilənənmək üçün vəsiqə alır. == Süjeti == Tabloda çarpayıda arxası üstə uzanmış, kürən saçları yatağa səpələnmiş çılpaq qadın təsvir edilmişdir. Onun yuxarı qaldırmış olduğu sol əli üzərində hər iki qanadları açıq şəkildə bəzəkli tutuquşu oturmuşdur. Sağ tərəfdə küncdə tutuquşuya məxsus dirək təsvir edilmişdir.
Tutuquşukimilər
Tutuquşukimilər (lat. Psittaciformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Tutuquşular
Tutuquşular (lat. Psittacidae) — tutuquşukimilər dəstəsinə aid quş fəsiləsi. Tropik ölkələrdə yayılmış, növlərlə zəngin, tutuquşu dəstəsi qapalı bir qrupdur. Onların bədən quruluşu və digər quşlardan kəskin fərqi bu qrupun qədim mənşəyini göstərir. == Xarici quruluşu == Tutuquşuların xarici görünüşü çox xarakterikdir. Onlar sıx bədən quruluşuna sahibdirlər, qısa boyun və böyük baş, güclü gaga ilə təchiz olunmuşdur. Üst və alt çənələrin kənarları adətən dalğalı əyilmiş, bəzən üst çənədə daha çox və ya daha az aydın diş var. Üst çənə kəllə sümüyünə hərəkətli şəkildə bağlıdır. Öz növbəsində, alt çənə bir qədər geri və irəli hərəkət edə bilir. == Tutuquşunun qidası == Tutuquşu da başqa quşlar kimi quş yemi və toxum yeyir.
Tuturqan (Xudabəndə)
Tuturqan (fars. توتورقان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 445 nəfər yaşayır (84 ailə).

Значение слова в других словарях