Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fakir
Fakir - (Fakir Hausgeräte GmbH) Almaniyanın kiçik ev əşyaları istehsal edən şirkətidir. H.Vilhelm Kişerer (H.Wilhelm Kicherer) hələ 1933-cü ildə Almaniyanın Ştuttqart şəhərində ilk zavodunu açmış, tozsoran və qızdırıcıların istehsalına başlamışdır. Fakir – Alman dilindən ailə kimi tərcümə edilən Familie və şirkətin qurucusunun soyadı Kicherer kimi 2 sözün birləşməsidir.
Allan Fakir
Allan Fakir (1932– 4 iyul, 2000) (Sind dilində: علڻ فقيرُ, Urdu dilində: علن فقیر), Pakistanın xalq mahnılarının ifaçısı. Pakistanda Sufi musiqisinin ən qabaqcıl təmsilçilərindən biri. Xüsusilə ekstatik ifa tərzi, həddindən artıq özünəxas ritorikası və sufi rəqsi ilə seçilirdi. == Həyatı == Allan Fakir 1932-ci ildə Sind vilayətinin Camşoro məntəqəsinin Aamari adlı qədim kəndində anadan olmuşdur. Allannın anası ona həyat bəşx etdikdən sonra vəfat etmişdir. O uşaqlığını Sind vilayətinin Sehuan və Heydərabad şəhərləri arasında yerləşən Manhandda keçirmişdir. O Mangrasi tayfasından idi. Onun atası toylarda ənənəvi musiqilər ifa edir və baraban çalırdı. Fakirin qardaşları da indiyə qədər həmin işi görürlər. Fakir ərəb sözüdür, təsəvvüf və mistik anlam verir.
Fakir Hausgeräte
Fakir - (Fakir Hausgeräte GmbH) Almaniyanın kiçik ev əşyaları istehsal edən şirkətidir. H.Vilhelm Kişerer (H.Wilhelm Kicherer) hələ 1933-cü ildə Almaniyanın Ştuttqart şəhərində ilk zavodunu açmış, tozsoran və qızdırıcıların istehsalına başlamışdır. Fakir – Alman dilindən ailə kimi tərcümə edilən Familie və şirkətin qurucusunun soyadı Kicherer kimi 2 sözün birləşməsidir.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur. Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur. Faker League of Legends Dünya Çempionatını 5 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023, 2024). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır.
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. == Geomorofloji termin == Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. == Takır relyefi == Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Bakir
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. == Mədəniyyət == === Anlayış === Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
Şakir
Şakir — kişi adı. Aşıq Şakir — məşhur el aşığı Şakir Ulubəyli — yazıçı, politoloq. Şakir Salahov — Azərbaycanın Milli Qəhrəmanı. Şakir Abışov — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). Şakir Cəmilli — Azərbaycan Silahlı Qüvvələrinin giziri Şakir Hüseynov — Qarabağ müharibəsi şəhidi.
Adel Əl-Fakir
Kral Şakir
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Mixayıl Çakır
Pərvin Şakir
Pərvin Şakir (ing. Parveen Shakir; 24 noyabr 1952, Kəraçi, Sind[d] – 26 dekabr 1994, İslamabad) — şairə, pedaqoq. == Həyatı == 24 noyabr 1952-ci ildə Pakistanın Karaçi şəhərində doğulan Pərvin Şakir, orta sinif və son dərəcə tutucu bir ailənin ikinci uşağı olaraq dünyaya gəlir. Məktəb illərində öncələri nəsrdə, sonraları da şeirdə var olan istedadını sübut edərcəsinə, məktəb dərgilərində yazmağa başlar. Şakir, yenə məktəb dərgisi üçün yazdığı "Barsat" (Musson yağmurları) adlı ilk şeirini oxuyan atasının, şeir yazması barəsindəki bütün qarşı çıxışlarına baxmayaraq, bir qohumunun da dəstəyi ilə şeir yaradıcılığına başlayır. Müəlliminin israrı üzərinə, Pakistanın Qurtuluş günü səbəbiylə yazdığı "Subuh-i vətən" adlı şeiri, bu yaradıcılığın ilk ciddi və uğurlu meyvəsi olur. Ali təhsil üçün burs qazanan Şakir, meylini İngilis ədəbiyatına salır və 1969-cu ildə Karaçi universitetindəki özəl təhsil proqramına qatılır. Bu sıralarda, musiqiyə duyduğu ilgi nədəniylə musiqi dərsləri də almağa başlamışdır. Ali təhsilindən sonra, şeir və yazıları müxtəlif qəzet və dərgilərdə nəşr olunmağa davam etmiş və bu durum onun gedərək daha çox şöhrət qazanmasına səbəb olmuşdur. Ünlü bir şair olaraq, özəl yaşamı gedərək skandallara dönüşən Şakir, ailəsinin zoruyla 1976-cı ildə xalasının oğlu ilə evləndirilir.
Suhrab Faqir
Suhrab Faqir (Sind dilində: سُهراب فقير صوفي‎) ( d.1934 – ö. 23 oktyabr, 2009) — Pakistanın Sind əyalətindən olan sufi musiqiçi. == Haqqında == Suhrab Faqirin tam adı Sohrab Fakir Manganhar idi. Suhrab Faqir 1936-cı ildə Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində dünyaya göz açmışdırb. Suhrab Faqirin atası Hammal Faqir tabla və sarangi üzrə böyük istedada sahib musiqiçi idi. Suhrab Faqir Sinddə sufi musiqisinin kralı hesab edilirdi və Pakistanın ən böyük mistik musiqiçilərindən biri idi. Suhrab Faqir musiqiçi ailəsində dünyaya gəlib. Bu da onun yetişməsində müstəsna rol oynayıb. Suhrab Faqirin ailəsi Birtaniya Hindistanında Racastanın Caisalmer ştatından köçüb gəlmişdi. 23 oktyabr 2009-cu il tarixində Suhrab Faqir doğulduğu Xayrpur dairəsinin Kot Diji şəhərinin Talpur Vada kəndində də vəfat edib.
Süleyman Çakır
Süleyman Çakır — Qurdlar Vadisi serialında Oqtay Qaynarca tərəfindən canlandırılmış obraz. == Uşaqlığı == Kiçik yaşda məscid həyətində gözü qarşısında atasının öldürüldüyünü görüb və bundan sonra dünyaya həmişə nifrətlə baxmışdır. Atası öldükdən sonra anasının evdə bişirdiyi plov və noxudu sataraq həm bacısı Dəryaya həm də anası Əminəyə baxmışdır. Bir gün polis gəlib qadağan olunmuş yerdə satış etdiyi üçün həm onu, həm də onun bacısını çox pis döymüşdür. Bu zaman gözü dönmüş və polisi bir-birinin ardınca bıçaqlayıb öldürmüşdür. Sonra cinayət işlədiyinə görə məhkum olunub, türməyə düşmüşdür. Türməyə düşəndə anası və bacısı çöldə qalmışdır. Bunun üçün ona Duran Əmmini bıçaqlamağı təklif etmişdilər və o da anası və bacısı pis vəziyyətdə olduğu üçün razı olmuşdur. Duran Əmmi dəstəmaz alarkən əlində bıçaqla onu öldürməyə getmiş ancaq atasının da dəstəmaz alarkən öldüyü gözünə gələndə etməmişdir. Duran Əmmi sayəsində mafiyaya girmiş və əhəmiyyətli bir mafiya başçısı olmuşdur.
Uğurcan Çakır
Uğurcan Çakır (5 aprel 1996, Antalya) — Türk futbolçu. "Trabzonspor" klubunun qapıçısıdır. == Klub karyerası == === Trabzonspor === Futbolçu 16 yaşında Trabzonspor ilə peşəkar müqavilə imzalayıb. 2015-16 sezonunun əvvəlində "Rabotniçki"yə qarşı ilk peşəkar oyununa çıxan qapıçı, 2017-18 sezonunun 6-cı həftəsində Super Liqada debüt edib. Onur Kıvrağın heyətdən kənarlaşdırılmasından sonra Trabzonsporun 1 nömrəli qapıçısı olmuşdur. === 1461 Trabzon === 16 yanvar 2016 tarixində "1461 Trabzon" klubuna icarəyə verilib. Orada 9 oyuna çıxıb.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — Azərbaycanda innovasiya və startap ekosisteminin əsas oyunçularından biri. O, 2013-cü ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini təşkil etmişdir. UNESCO-nun 2021-ci il üzrə dünya üzrə yayımlamış olduğu hesabatının Azərbaycan bölməsində Yeni Fikir müsabiqəsinə toxunulmuş və Yeni Fikirə məxsus "Smart Bridge" innovativ sahibkarlığa dəstək layihəsi yüksək qiymətləndirilmişdir. Mərkəz eyni zamanda inkubasiya və akselerasiya mərkəzi kimi fəaliyyət göstərir. === Startap müsabiqəsi === Yeni Fikir 2013-cüi ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini keçirmişdir. Bu müddət ərzində 6 dəfə keçirilən müsabiqəyə ümumilikdə 1000-ə yaxın startap layihəsi cəlb edilmişdir. === Regionlarda === Yeni Fikir, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında "Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı" çərçivəsində 100-dən çox təşəbbüskara startap yanaşması və layihə inkişafı üzrə təlimlər keçirmişdir. İştirakçılara fərdi mentorluq xidmətləri təqdim edilmiş, nəticədə 32 startap layihəsi formalaşdırılmışdır. Bu layihələrin inkişafı isə Quba və İsmayıllıda təşkil olunan bootcamp-lar vasitəsilə dəstəklənmişdir.
Zakir (Miyanə)
Zakir (fars. ذاكر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (10 ailə).
Zakir Abdullayev
Abdullayev Zakir Bunyat oğlu (1937, Qaracəmirli, Şamxor rayonu) — geologiya-mineralogiya üzrə elmlər doktoru. == Həyatı == Abdullayev Zakir Bunyat oğlu 1937-ci ildə Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1959-1962-ci illərdə Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Geologiya İdarəsində işləmişdir. 1962-ci ildə Azərbaycan SSR EA Kimya İnstitutunun aspiranturasına daxil olur və "Geokimya" İnstitutuna (Moskva ş.) göndərilir. 1968-ci ildə "Kiçik Qafqazın ultraəsasi süxurlarında dəmir fəsiləsi elementlərinin geokimyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən 2003-cü ilə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Nadir elementlərin geokimyası" sektoruna rəhbərlik etmişdir. 1992-ci ildə "Kiçik Qafqazın ofiolit assosiasiyasının, bazit-hiperbazit kompleksi" (petrokimya, geokimya və filizliliyin geokimyəvi kriteriləri) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == O, petrologiya və maqmatik proseslərin geokimyası sahəsində görkəmli mütəxəssisdir. Onun elmi fəaliyyəti ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin və onlardan törənən məhsulların petroloji-geokimyəvi xüsusiyyətlərinin və filizliliyinin tədqiqi ilə bağlıdır.
Zakir Ağayev
Zakir İsmayıl oğlu Ağayev — baletmeyster, Azərbaycanın əməkdar artisti (2017). == Həyatı == Z.Ağayev 1973-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında rəqqas kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Moskvadakı Rusiya Dövlət Teatr Sənəti Akademiyası xoreoqrafiya sənəti kafedrasının baletmeyster fakültəsini bitirib. 1990-2000-ci illərdə Bakı Xoreoqrafiya məktəbində dünya xalq rəqsləri və Azərbaycan rəqsləri fənlərindən dərs deyib. 1995-1999-cu illərdə xoreoqrafiya məzunlarının buraxılış konsertlərini yüksək səviyyədə hazırlayıb. O, 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya tələbə və Gənclər festivalının diplomantıdır. Zakir Ağayev işgüzar, təşəbbüskar müəllim istedadlı rəqqas kimi fəaliyyətini get-gedə genişləndirib, milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. Quruluşçu-baletmeyster işlədiyi vaxtlarda 20-dən çox rəqsə quruluş verib, bu rəqslərin çoxu xarici ölkələrdə, o cümlədən İtaliyada, Hollandiyada, Yaponiyada, Hindistanda, İspaniyada, Avstriyada, İordaniyada, ümumiyyətlə 50-dən çox ölkədə tamaşaçıların böyük rəğbətini qazanmışdır. Z.Ağayevin «Bakı-Tiflis-Ceyhan» neft kəmərinin təbliğ qrupununun konsert proqramında çıxışları xüsusilə əlamətdar olub. Z.Ağayev həm də xoreoqrafiya əsaslarının nəzəri və praktiki elmi-tədqiqat işlərinin müəllifidir.
Zakir Aşurov
Zakir Məcid oğlu Aşurov (1958, Qazax – 9 may 2008, Moskva) — Azərbaycanlı alim, tibb elmləri doktoru, Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunun professoru. == Həyatı və elmi fəaliyyəti == Zakir Aşurov 1958-ci ildə Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almışdır. 1981-ci ildə institutu bitirib 3 il Çeçenistanın Qroznı şəhərində mərkəzləşdirilmiş LOR şöbəsində internadan keçmişdir. 1985-ci ildə Moskva Dövlət Tibb İnstitutunun Klinik Ordinaturasına qəbul olmuşdur. Ordinaturanı bitirdikdən sonra 1 saylı Moskva Klinik Xəstəxanasında həkim işləmişdir. 1988-ci ildən ömrünün axırına qədər Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunda baş elmi işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Zakir Aşurova professor elmi rütbəsi verilmişdir. Onun rəhbərliyi ilə bir neçə tibb elmləri namizədi yetişmişdir.
Zakir Bağırov
Zakir Bağırov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960)
Zakir Bəhmənov
Zakir Cabbarov
Zakir Cabbar oğlu Cabbarov — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (9 dekabr 1992 - 6 aprel 1994). == Həyatı == Cabbarov Zakir Cabbar oğlu 22 dekabr 1937-ci ildə Laçın rayonunun Xırmanlar kəndində ziyalı ailəsində anadan olmuşdur. 7 illik kənd məktəbini, sonra isə Laçın şəhərində tam orta məktəbin 10-cu sinfi bitirib. 1964-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1969-cu ildə Universiteti bitirərək Azərbaycan dili və Ədəbiyyatı müəllimi ixtisası almışdır. 1969-cu ildə Laçın rayon Xırmanlar kənd orta məktəbində müəllim işləmiş, bir müddət sonra isə direktoru təyin edilmişdir. 1975-ci ildə Laçın rayon Təhsil Şöbəsinə hərbi metodist təyin edilmişdir. Eyni zamanda Laçın rayonu üzrə Təbiəti Mühafizə idarəsinin sədri vəzifəsində işləmişdir. 1990-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə yaxından iştirak etmişdir. 9 dekabr 1992-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş və 6 aprel 1994-cü ilə qədər bu vəzifədə çalışmışdir.
Zakir Cahangirli
Zakir Ağasoltan oğlu Cahangirli (10 noyabr 1960, Bakı) — AMEA Fizika İnstitutunun alimi.[mənbə göstərin] == Həyatı == Zakir Cahangirli 10 noyabr 1960-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1978 –ci ildə 5 № -li kimya-biologiya təmayüllü internat məktəbi qızıl medalla bitirmişdir.1985 –ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1985 –ci ildən 1997 –ci ilə qədər Kosmik Tədqiqatlar İnstitutunda elmi işçi kimi fəailiyyət göstərmişdir. 1987 –ci ildən 1989 –cu ilədək Rusiya Elmlər Akademiyasının Fizika İnstitunun “Nəzəri fizika” şöbəsində elmi tədqiqatlar aparmışdır. Hazırda AMEA Fizika İnstitutunun “Spektroskopik ellipsometriya” laboratoriyasının müdiri vəzifəsini icra edir. Eyni zamanda 0.5 ştatla Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının professorudur. AMEA Fizika İnstitutunun Elmi şurasının üzvüdür. Bakı Dövlət Universitetinin nəzdindəki D.02.012 doktorluq dissertasiya şurasının üzvüdür.Əsas elmi fəaliyyəti ən müasir metodlardan istifadə etməklə kondensə olunmuş maddələrin enerji spektrlərinin, optik xassələrinin, elektrik və maqnit xassələrinin tədqiqinə yönəlmişdir. Chibo Texnoloji İnstitutu (Yaponiya) və Institute for Advanced Simulation (Almaniya) ilə birgə elmi tədqiqatlar aparır. 110 elmi əsərin müəllifidir.