Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Feke
Feke — Adana ilinin ilçəsi. Adanadan 122 km uzaqlıqdadır. Dəniz səviyyəsindən 620 metr yüksəkdir.
Ləki
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati-ərazi vahidində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Çəki
Çəki — cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsi. Ədədi qiymətcə cismin ağırlıq qüvvəsinə bərabərdir: P=mg (m — cismin kütləsi, g — sərbəstdüşmə təcilidir). Cismin çəkisi qütblərdə ən böyük, ekvatorda isə ən kiçikdir, qütblərdən ekvatora getdikcə və Yer səthindən uzaqlaşdıqca cismin çəkisi azalır. Cəki dayağa və ya asqıya təsir edən qüvvə olduğündan onu yaylı tərəzi (dinamometr) vasitəsilə ölçmək olar. Çəki N, kQ və s. qüvvə vahidləri ilə ölçülür. Cisim şaquli yuxarı yönəlmiş a təcili ilə hərəkət edərsə onun çəkisi artar və P=m(g+a) olar. Əlavə yüklənmə – cismin çəkisinin onun ağırlıq qüvvəsinə olan nisbətinə deyilir, n=P\mg=m(g+a)\mg=1+a\g. Məsələn, kosmik uçuşa start götürdükdə kosmanavtlar əlavə yüklənməyə məruz qalırlar. Cisim aşağı yönəlmiş a təcili ilə hərəkət etdikdə isə çəki P=m(g-a) düsturu ilə hesablanar və azalar.
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Deki deki (mahnı)
ARB Şəki
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Abbas (Şəki)
Abbas (əvvəlki adı: Abbaskənd) — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Göynük kənd inzibati-ərazi vahidi tərkibindəki Abbaskənd kəndi Abbas kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim Abbas (Şəxs adı) və kənd topokomponentlərindən düzəlib, "Abbas adlı şəxsə məxsus yaşayış məntəqəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir ki, onun da 286 nəfəri kişi, 289 nəfəri isə qadındır.
Adi çəki
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Albaniya leki
Albaniya leki və ya Lek (alb. Leku Shqiptar; cəm lekë) — Albaniyanın rəsmi pul vahidi.
Aran (Şəki)
Aran — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 501 nəfər təşkil edir ki, onun da 242 nəfəri kişi, 259 nəfəri isə qadındır.
Aşağı Ləki
Aşağı Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ləki kəndi Orta Ləki kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Ləki kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim "Aşağıda yerləşən Ləki kəndi" deməkdir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 17 km cənubda, Ləki dəmiryolu stansiyasından 8 km, Türyançayın sağ sahilindən 4 km aralı, Şirvan düzündə yerləşir.
Baqqal (Şəki)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Boş çəki
Boş çəki - standart avadanlıqlarla real olan bir nəqliyyat vasitəsinin ümumi çəkisidir; mühərrik yağı, ötürücü yağı, soyuducu, kondisioner qazı və bəzən dolu bir yanacaq çəni kimi işləməsi üçün lazımlı olanlar daxil, sərnişin və ya yük daxil edilməmək şərti ilə hesablanır.
Ceki Qlison
Ceki Qlison (ing.
Ceki Çan
Ceki Çan (əsl adı "Chan Kong Sang 陳港生" və ya "Jackie Chan Sing Lung", 7 aprel 1954[…], Viktoriya zirvəsi[d], Britaniya Honkonqu[d]) – Çin və Hollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu. == Həyatı == Ceki Çan kasıb honqkonqlu ailəsində dünyaya göz açmışdır. Hətta onlar o, qədər kasıb idilər ki, öz övladlarının doğumunu yerinə yetirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Ancaq sonradan ailə Avstraliyada yerləşən Amerikanın səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu geriyə Honkonqa göndərdilər. Həmin illərdə Ceki Çinə gedərək Pekin Opera Akademiyasında təhsil almağa başladı. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Düzdür bunların hamısını tam bilməsə də, əsas odur ki, hər sahədən bir az da olsa məlumat yığmağı bacarmışdı. Bu təhsil ocağında Ceki digər oğlan uşaqları ilə birlikdə oxuyurdu. Həmçinin bu təhsil mərkəzində Ceki dissiplin, durmadan idman qaydalarını öyrənmək kimi müxtəlif yönlərini də inkişaf etdirdi.
Ceki Şrof
Ceki Şrof (ing. Jackie Shroff; 1 fevral 1957, Bombey) — tanınmış hind aktyorudur. Ceki Şrof karyerası ərzində 180-nə yaxın filmə çəkilmişdir. Filmlər hind, tamil, teluqu, malayalam, benqal, kannada və marathi dillərində çəkilmişdir. == Şəxsi həyatı == Ceki Şrof 1 fevral 1957-ci ildə qucarat dilində danışan Şrof ailəsində anadan olmuşdur. Onun qardaşının adı Hemantdır və onlar Mumbayın qərbində yerləşən Bandra vilayətində yaşayırlar. O uzunmüddət dostluq etdiyi prodüser Ayeşa Datla evlənir. Onların 2 övladı- Tayqr (Tiger) adlı oğlu və Krişna adlı qızı var. == Karyera == Ceki Şrof 1973-cü ildə həmin dövrün tanınmış ulduzu olan Dev Anand'nın iştirak etdiyi Heera Panna filmində mənfi obrazda yer almışdır. Onun Dev Anand'la birlikdə iştirak etdiyi növbəti filmi Svami Ata olmuşdur.
Cəfərabad (Şəki)
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib. Antropotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır.
Cəyirli (Şəki)
Cəyirli — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Şəki yaylasındadır. Etnotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2046 nəfər təşkil edir ki, onun da 1039 nəfəri kişi, 1007 nəfəri isə qadındır. .
Daşbulaq (Şəki)
Daşbulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. == Təbiəti == Yayda sərin, Qışda mülayim iqlimə malikdir == Ərazisi == Yevlax-Zaqatala yolunun üzərində yerləşir. Daşüz kəndindən 6km məsafədədir. Sağ hissədən Kiçik Dəhnə Sol hissədən Qax rayonunun kəndləri ilə həm sərhəddir == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Qarabağdan çıxmış ailələrin Daşbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kəndin əhalisi 469 nəfər təşkil edir ki, onun da 246 nəfəri kişi, 223 nəfəri isə qadındır. Kənddə bir modul tipli 9 illik məktəb var.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Feri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Göybulaq (Şəki)
Göybulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göybulaq Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Sərcəli dağının ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağdan gəlmiş ailələrin Göybulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Göybulaq adlı bulaqlar Tovuz və Balakən rayonlarında da qeydə alınmışdır. == Əhalisi == Kəndin əhalisi 730 nəfər təşkil edir ki, onun da 349 nəfəri kişi, 381 nəfəri isə qadındır.
Hironao Seki
Hironao Seki (関博直, Seki Hironao, 17 noyabr 1852, Toyama – 22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu. == Həyatı == Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur. Seki yerli hökumət işçisi kimi işləmişdir. ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur. O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır. Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir. Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir. Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır. == Ailəsi == Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur. O, 2002-ci ildə ölmüşdür.
Həki (Urmiya)
Həki (fars. ‎‎‎‎حكي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 622 nəfər yaşayır (104 ailə).
Bakı Dövlət Universitetinin Şəki filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === BDU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov filial yarandığı gündən onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. === AMİ Şəki filialı === Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır. Filialda 4 kafedra — "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərmişdir. AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanmışdır: "Azərbaycan dili və ədəbiyyat"; "Tarix və coğrafiya"; "Xarici dil" (İngilis dili); "Riyaziyyat və fizika"; "İbtidai təhsilin pedaqogikası və metodikası"; "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxil idi. Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006-cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir. === ADPU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı hesab olunmuşdur.