Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. == Fəlsəfədə == Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Reomon
Reomon (fr. Réaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38331. Kommunanın 2012-ci il üçün əhalisi 1000 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Xromon
Xromon piran həlqəsində əvəzolunmu ketoqrup ilə benzopiranın törəməsidir. Bu maddə kumarin izomeridir. Xromonun törəmələri “xromon” kimi məlumdurlar. Bütün xromonlar olmasa da, çoxları fenilpropanoidlərdir. == Ümumi == Xromonlar təbii birləşmələrdir. Onlar benzol və g-piron həlgələrin kondensləşməsi nəticəsində əmələ gəlirlər. Öz təbiətinə görə onlar flavonoid və kumarınə çox yaxındır. Kumarinlər kimi xromonlar da oksi-, metoksi-, alkoksi-, alkil və başqa törəmələr əmələ gətirir. Xromonlar furan həlqəsi ilə kondensləşəyək furanxromonlar əmələ gətirirlər. Bunlardan tibbdə geniş istifadə olunur.
Ermon
Ermon (fr. Ermont) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Ermon. Əhalisi — 27 474 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimal-qərbində, Serji bələdiyyəsinin 16 km şərqində yerləşir.
Fersman adası
Fersman adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Heys adasının şimal-şərq quaracağından 800 m şimalda yerləşir. Ermak boğazı akvatoriyasına daxildir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 1.7 km, eni isə 800 metrdir. Yayda buzdan azad olur. Adada yerləşən maksimal hündürlük 46 metrdir. Digər əraziləri daşlı sahələrlə örtülüdür. Ada SSRİ geokimyaçısı Aleksadr Fresmanın şərəfinə adlandırılmışdır..
Fəriman şəhristanı
Fəriman şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəriman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 86,428 nəfər və 20,925 ailədən ibarət idi.
Sosial fenomen
Sosial fenomen — sosial nüfuz, o cümlədən müasir və tarixi ictimai nüfuzlar nəticəsində baş verən hər hansı davranış, hərəkət və ya hadisələr. Onlar çox vaxt insanların fərdi qovşaqları vasitəsilə fəaliyyət göstərdikcə tədricən artan ölçülər əlavə edən çoxşaxəli proseslərin nəticəsidir. Buna görə də sosial fenomen mahiyyət etibarilə dinamikdir və müəyyən bir zaman və tarixi kontekstdə fəaliyyət göstərir. Sosial fenomenlər müşahidə edilə bilən, ölçülə bilən məlumatlardır. Psixoloji anlayışlar onları idarə edə bilir, lakin bu anlayışlar birbaşa müşahidə olunmur.
Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Fermín IV
Fermín IV (d. dekabr 1974, Monterrey, Meksika) — Meksika reperi.
Fərman Abdullayev
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Fərman Bağırov
Fərman Bağırov (tam adı:Bağırov Fərman Camal oğlu; 1936 – 15 iyun 2020, Bakı) — Fotoqraf, jurnalist == Həyatı == 1936-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakı Dövlət Universitetində müəllim işləyib. "Kommunist" qəzetində işləyib. Daha sonra isə Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillüstrasiya şöbəsinin müdiri olub. 15 iyun 2020-ci ildə koronavirusdan Bakı şəhərində vəfat etmişdir. == Təltif və mükafatları == Azərbaycan Ali Sovetin Fəxri fərmanı (1969) Əməkdar incəsənət xadimi Tərəqqi medalına layiq görülüb.
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Fərman Eyvazov
Fərman İsgəndər oğlu Eyvazov – şərqşünas alim, filosof == Həyatı == Fərman İsgəndər oğlu Eyvazov 19 yanvar 1936-cı ildə Astarada anadan olmuşdur. 1943-1954 illərdə Astara rayonunda orta məktəbdə təhsil almışdır. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1960-cı ildə oranı bitirmişdir. Universiteti bitirdikdən sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) kiçik elmi işçi işləmişdir. 1963-1967 illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildən Fərman Eyvazov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. 1971-1973 illərdə İranda referent-tərcüməçi işləyən Fərman Eyvazov İranda çalışan sovet mütəxəssislərinin işini asanlaşdırmaq məqsədilə rusca-farsca texniki lüğət hazırlamış 1972-ci ildə orada çap etdirmişdir. İrandan qayıtdıqdan sonra yenə də müəllimlik fəaliyyətilə məşğul olmuş, 1977-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent kimi fəaliyyət göstərmişdir. Fərman Eyvazov Respublika Təhsil Nazirliyi tərəfindən Əfqanıstana göndərilir. O, 1982-1988-ci illərdə bu ölkədə Nəqliyyat Nazirliyində referent-tərcüməçi, sonra keçmiş SSRİ səfirliyində müşavir işləməklə, Əfqanıstan İctimai Elmlər Akademiyasında mühazirələr oxumuşdur.
Fərman Gülməmmədov
Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi. == Həyatı == Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. == Təhsili == 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. == Peşə fəaliyyəti == 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Fərman Hüseynov
Fərman Hüseynov (16 yanvar 1962, Həsənabad, Neftçala rayonu) — azərbaycanlı siyasi-ictimai xadim. == Həyatı == Fərman Hüseynov 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino" fakültəsini bitirib 1983–1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsində işləyib. 1983–1985-ci illərdə keçmiş SSRİ-nin Sverdlovsk vilayətində hərbi xidmətdə olub. 1985–1992-ci illərdə Neftçala rayon Mədəniyyət şöbəsində rayon Mədəniyyət Evinin müdiri, metodisti, Tarix Diyarşünaslıq muzeyində baş elmi işçi, Qızlar Kollecində müəllim işləyib. 1992-ci ildə Azərbaycan Politoloqiya İnstitutunun "Dövlətçilik" fakültəsinə daxil olub, milli hakimiyyət devriləndən sonra fakültənin ləğv edilməsi səbəbindən təhsili yarımçıq qalıb. 1990-cı ilin 25 yanvarında Bakıda yanvar qırğınını törədən sovet hərbi birləşmələrinin Neftçalada həyata keçirdikləri cinayət nəticəsində ağır güllə yarası aldığı üçün III qrup əlildir. == Siyasi fəaliyəti == Fərman Hüseynov 1990-cı illərin əvvəlində Neftçalada milli hərəkatın lideri olmuş, Azərbaycan Xalq Cəbhəsinin Neftçala Rayon Şöbəsinin ilk sədri seçilmişdir. 1990-cı ilin ortalarında rayonda ilk müstəqil mətbuat orqanı olan "Əqidə" qəzetini təsis edib.
Fərman Kərimzadə
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi. == Həyatı == Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir. F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
Fərman Mahmudov
Fərman Mahmudov (23 fevral 1940, Böyük Əmili, Qutqaşen rayonu – 14 sentyabr 1996, Bakı) — Azərbaycanlı arxeoloq. == Haqqında == Fərman Rəsul oğlu Mahmudov 1940-cı ilin fevralın 23-də Qutqaşen rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. İbtidai təhsilini öz kəndlərində, orta təhsilini qonşu Hacıalılı kənd orta məktəbində başa vurmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna işə qəbul edilmişdir. Burada baş laborant və kiçik elmi işçi vəzifəsində işləmişdir. Elə həmin ildən ömrünün sonuna qədər taleyini arxeologiya elminə bağlamış, bir sıra arxeoloji ekspedisiyalarda (Qəbələ, Qax və s.) iştirak etmiş, qısa bir müddətdə çöl-tədqiqat işlərinin sirlərini mənimsəmiş, 1963–1966-cı illərdə Tarix institutunun aspirantı olmuş, qafqazşünas Y. İ. Krupnovun elmi rəhbərliyi ilə işləmişdir. Təcrübəli arxeoloq İ. H. Nərimanovla birgə işləməsi F. R. Mahmudovun həyatında mühüm rol oynamışdır. Onun tövsiyəsi ilə F. R. Mahmudova "Cənubi-Şərqi Azərbaycanın tunc və dəmir dövrünün əvvəllərində mədəniyyəti" mövzusu müəyyən edilir. F. R. Mahmudovun həmin zonada apardığı ilk qazıntılar bu mövzunun perspektivli olduğunu göstərir.
Fərman Muradov
Fərman Muradov (1906, Araz Yağlıvənd, Qaryagin qəzası – 1987) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir. == Həyatı == Fərman Musa oğlu Muradov 1906-cı ildə Qaryagin qəzasının Yağlıvənd obasında doğulmuşdu. İbtidai təhsil almışdı. Əmirmuradlılar repiressiyaya uğradıqları dönəmdə sürgün olunmuşdular. Qazaxıstanın Cambul vilayətinin Çu rayonun "Yeni yol" kəndində məskunlaşmışdılar. Doğma yurd-yuvasından min kilometrlərlə uzaqda, "Yeni yol"da yeni həyata başlayan Fərmana çətinliklərlə olsa da ağ gün nəsib olur. Çuğundur briqadasına başçılıq edərkən bir neçə il dalbadal, hətta bütün ölkə üçün rekord sayılan nəticə göstərə göstərə bilir. Qısa müddətdə ölkənin müxtəlif yerlərindən onun yanına, qabaqcıl iş təcrübəsini öyrənmək üçün sıravi kolxozçular, adlı-sanlı çuğundurçular, mütəxəssislər və nümayəndələr gəlir. Nəhayət çox yüksək əmək nailiyyətlərinə görə, 1947-ci ildə SSRI Ali Soveti Rəyasət heyətinin fərmanı ilə Fərmana Lenin ordeni təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fərman 1987-ci ildə vəfat edib.
Fərman Məmmədov
Fərman Nəbiyev
Fərman Bəhram oğlu Nəbiyev (28 fevral 1960, Mingəçevir) — Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2010), "Qızıl qələm", "H.B.Zərdabi" mükafatları laureatı, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru, "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri. == Həyatı == Fərman Nəbiyev 28 fevral 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Təhsili == 1977-ci ildə Mingəçevirdəki 3 saylı orta məktəbi, 1986-cı ildə ADU-nun (hazırda BDU) jurnalistika fakültəsini bitirmişdir. == Karyerası == 1980-ci ildən mətbuatda çalışır. Bir müddət korrektor işlədikdən sonra, yerli qəzetlərdə müxbir və şöbə müdiri ("Mingəçevir işıqları" və "Səda"), respublika qəzetlərinin bölgə müxbiri ("Ülfət", "Həyat") olmuşdur. 1992-1993-cü illərdə Mingəşevir İcra hakimiyyəti başçısı yanında mətbuat xidmətinin rəisi olmuşdur. 1999-cu ildə "Mingəçevir işıqları" adı ilə şəxsi qəzetini təsis edib və həmin vaxtdan qəzetin baş redaktorudur. 2009-cu ilin noyabrında ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Mingəçevir Media Mərkəzini açıb. 2004-cü ilin dekabrından "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin prezidentidir. 2010-cu ilin iyulunda İREX-lə partnyor kimi Mingəçevirdə İcma Məlumat Mərkəzini, avqust ayından isə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə yardımı ilə İnsan alveri qurbanları üçün reabilitasita və reinteqrasiya mərkəzini yaradıb.
Fərman Qasımov
Fərman Hüseyn oğlu Qasımov — iqtisad elmləri doktoru, professor, Ukrayna Tex­no­lo­ji Elmlər Akademiya­sı­nın akade­miki == Həyatı == Fərman Qasımov 20 oktyabr 1938 ildə Bakıda anadan olmuşdur. O, 1946-1956 illərdə 7 saylı dəmir yol məktəbində oxumuş, 1957-1962 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində ali təhsil almışdır. Fərman Qasımov Sumqayıt şəhərində "Neftkimyaavtomatlaşdırma" Elmi-Tədqiqat İnstitutunda mühəndis, böyük mühəndis (1962-1966), Dövlət Plan Komitəsi yanında Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda şöbə müdiri(1966-1973), elmi işlər üzrə direktor müavini (1973-1994) vəzifələrində işləmişdir. Fərman Qasımov 1994 ildə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinə (DQM) direktor təyin olunmuşdur. 2003 ildə DQM Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014 ilə kimi Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışmış, 2014-2015 illərdə baş direktorun məsləhətçisi işləmişdir. Fərman Qasımov 1971 ildə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1984-cü ildə Tallin şəhərində Estoniya SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Regional İxtisaslaşmış Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edərək, iqtisad elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Ona 1994 ildə AAK-nın qərarı ilə professor rütbəsi verilmişdir. Fərman Qasımov 27 mart 2016 ildə Bakı şəhərində vəfat etmişdir.
Fərman Qulamov
Fərman Qulamov (4 fevral 1945, Astara – 23 dekabr 2016) - Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam (2016). == Həyatı == 1945-ci ildə Astara şəhərində anadan olub. 1967-ci ildə Ə. Əimzadə adına rəssamlıq məktəbini bitirib.1976-cı ildə isə Tiflis şəhərində təhsil alıb. 1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür. 1993–1994-cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdi. 1994-cü ildə "Humay" mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran, Əlcəzairdə nümayiş etdirilib, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın "Bu gün" (orqalit) və "Günaydın" (orqalit) əsərləri nümayiş etdirilir. 1945-ci ildə Azərbaycanda, Astara şəhərində anadan olmuşdur. 1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
Fərman Quliyev
Fərman Ağadədə oğlu Quliyev (19 may 1937, Sütəmurdov, Lənkəran rayonu – 7 noyabr 2023, Sütəmurdov, Lənkəran rayonu) — kənd təsərrüfatı elmləri doktoru, professor; Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru. Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İB-nin prezidenti və Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi İB-nin Lənkəran Cənub Regional departamentinin sədridir. == Həyatı == Fərman Ağadədə oğlu Quliyev 19 may 1937-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olmuşdur. 1943-cü ildə Lənkəran rayonunun Sütəmurdov kəndinin yeddillik məktəbinə daxil olmuş və 1950-ci ildə həmin məktəbi bitirmişdir. 1950–1954-cü illərdə Lənkəran şəhərinin Subtropik Bitkilər Texnikumunda təhsil almış, 1954-cü ildə oranı əla qiymətlərlə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş və 1959-cu ildə yuxarıda adı çəkilən İnstitutu bitirmişdir. O, 7 noyabr 2023-cü ildə vəfat edib. Noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində yerləşən "Sütəmurdov Kənd Qəbirstanlığı"-da dəfn olunmuşdur. == Elmi fəalliyəti == 1959–1961-ci illər ərzində Azərbaycan Elmi-tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran Filialında kiçik elmi işçi vəsifəsində işləmişdir. 1961–1962-ci illərdə sabiq Ümumittifaq Çay və Subtropik Bitkilər Elmi-tədqiqat İnstitututunda (ÜİÇ və SBETI) kiçik elmi işçi vəzifəsində işləmişdir.