Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770–1777. Flora Anglicana… — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774. The Gardener's Pocket Calendar, 1774.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
Rocer Fenton
Rocer Fenton ( 28 mart 1819 – 8 avqust 1869[…], London) — bilinən ilk rəsmi müharibə fotoqrafı.
Tom Felton
Tom Andrew Felton (22 sentyabr 1987) — İngilis aktyor. Harri Potter adlı film seriyasında canlandırdığı Drako Malfoy obrazı ilə dünyaca tanınır.Harri Potter (romanlar seriyası) adlı kitab seriyası əsasında hazırlanan filmin bütün seriyalarında oynamışdır. Felton, 22 sentyabr 1987-ci ildə Londonda 4 qardaşın ən gənci olaraq dünyaya gəldi. Üç böyük qardaşı var: (Jonathan) Conathan, (Ashley) Aşli və (Chris) Kris. Aktyorluq karyerasına ailənin yaxın aktrisa dostunun Feltonun aktyorluq bacarıqlarını kəşf etməsi ilə başladı. Bunun üzərinə bir agentliyə qeydiyyatdan keçən Felton, 2 həftə sonra bir müsahibədən sonra təxminən 400 namizəd arasından (ABŞ-də) beynəlxalq bir reklam filmi üçün seçildi. 7 yaşında kilsə xorunda oxumağa başlayan Feltonun müvəffəqiyyətli bir müğənni olduğu deyilir. Məktəbin dörd fərqli xorunda iştirak edən Felton, Guilford Katedral Xoruna dəvət edilmişdir. Felton, Ticarət Birliyi və Barclaycard kimi şirkətlərin reklamlarında fəaliyyət göstərməyə başladı. İlk bədii film rolunu Peter Hevitt-in "Borrowers" (1997) filmindəki Peagreen Clock rolu ilə başladı.Felton, 1999-cu ildə "Second Sight"-da Clive Oven ilə birlikdə şahid Thomas Ingham rolunu oynadı.Feltonun Jodie Fosterunda oynadığı Malayziyada çəkilən Anna və Kral (1999) filmində "Louis T. Leonowens" canlandırdı.2000-ci ildə Felton "Hide and Seek" bölümündə Second Sight 2-də qonaq oldu.
Ueston (Vayominq)
Ueston qraflığı (ing. Weston County) — ABŞ-nin Vayominq ştatında yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-cu ildə bu rayonun əhalisi 7,208 nəfər olmuşdur. Rayonun paytaxtı Nyukasl şəhəridir. Onun şərq sərhədi Cənubi Dakota ştatının qərb xəttinə bitişikdir. Ueston qraflığı Vayominq ərazisinin qanunverici məclisi tərəfindən 12 mart 1890-cı ildə Kruk qraflığından ayrılan torpaqlar əsasında qurulmuşdur. Qraflıq geoloq və geodezist Con Uestonun şərəfinə adlandırılmışdır. 1887-ci ildə Cefferson Ueston və Frenk Mondell, Nyukaslın şimalında zəngin kömür yataqlarını tapmağa nail oldular və nəticədə əraziyə dəmir yolu çəkildi. 1911-ci ildə Ueston və Kruk qraflığların ərazisindən alınaraq Kampbel qraflığı yaradıldı. O vaxtdan bəri, Ueston qraflığının sərhədləri sabit olaraq qaldı.
Volter Veston
Volter Veston (ing. Walter Weston; 25 dekabr 1860, Derbi, Derbişir[d] – 27 mart 1940, Kensinqton) – İngiltərə missioneri və alpinisti. "Yaponiya alpinizminin atası" hesab olunur. Volter Veston 25 dekabr 1860-cı ildə İngiltərənin Derbi şəhərində yerləşən Parker küçəsində doğulmuşdur. O, rezin məhsulların istehsalı ilə məşğul olan Con Vestonun və onun həyat yoldaşı Emma Batlendin altıncı oğlu idi. Veston 1876–80-ci illərdə Derbi məktəbində təhsil almış, burada bir neçə il müddətində 1 mil üzrə qaçış rekordunu (4 dəqiqə, 47 saniyə) öz əlində saxlamışdır. Daha sonra Kembricdə yerləşən Kler kollecinə daxil olmuş, 1883-cü ildə bakalavr, 1997-ci ildə isə magistr dərəcəsi ilə məzun olmuşdur. Veston Ridli-Holl kollecində təhsil aldıqdan sonra 1885-ci ildə diakon, 1886-cı ildə isə rahib olmuşdur. 1885-ci ildə Ridinq şəhərində Sent-Cons kollecində dini vəzifəyə təyin olunmuşdur. Veston bu illərdə alpinizmə maraq göstərməyə başlamış, 1886 və 1887-ci illərdə Alp dağlarına dırmaşmışdır.
Çarlton Heston
Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[…] – 5 aprel 2008[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru. Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir. Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, özünə tamam səciyyəvi bir tipaj seçmişdi.
Eston dili
Eston dili (orijinal dildə eesti keel ) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır. Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir. Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir. Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq). == Adı == Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar.
Ketrin Eşton
Ketrin Eşton, baronessa Eşton of Apholland (ing. Catherine Margaret Ashton, Baroness Ashton of Upholland, 20 mart 1956-cı il, Apholland, LankaşirBöyük Britaniya) — Böyük Britaniya və ümumavropa siyasi və ictimai xadimi, Avropa Birliyinin birinci xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi. Bu vəzifəyə 19 noyabr 2009-cu il tarixində Avropa Zirvəsinin sammitində 27 ölkə liderinin ümumi qərarı ilə təyin edilib. Bu postla yanaşı o Avropa komissiyasının birinci vitse-prezidenti olur.
Treysi Eşton
Treysi Eşton (ing. Tracy Ashton) — ABŞ aktrisasıdır.
Eşton Kutçer
Eşton Kutçer ( (ing. Christopher Ashton Kutcher [ˈkʊtʃər]; 7 fevral 1978[…], Sidar-Rapids[d], Ayova) — ABŞ aktyoru, sərmayəçisi, modeli və prodüseri. Mediada aktyorun soyadının səhv (tələffüzlə uyğun gəlməyən) versiyası var — Katçer. == Bioqrafiyası == Eşton məmləkətində Vaşinqton Liseyində oxudu, sonra ailəsi Homstedə köçdü, Kutçer burada təhsilini Clear Creek Amana High-da davam etdirdi. Eyni zamanda, gələcək aktyor məktəb istehsallarında iştirak etdi. Eştonun sözlərinə görə, kardiomiopatiyadan əziyyət çəkən qardaşının vəziyyəti onu çox depressiyaya salıb: Qardaşımın pisləşdiyini hər an bildiyim evə qayıtmaq istəmirdim… Qardaşım haqqında düşünməyə vaxtımın olmaması üçün özümü hər şeylə məşğul etməyə çalışırdım. Daha sonra aktyor o vaxt intihara cəhd etdiyini etiraf etdi: 13 yaşında o, az qala şəhər xəstəxanasının eyvanından atladı — sonra atası onun qarşısını aldı. Oğlanın 16 yaşı olanda valideynləri boşandı. O, son kursda oxuyarkən Eşton gecə saatlarında məktəbi qarət etmək niyyəti ilə içəri girib, lakin o, yerindəcə həbs edilib. O, 180 saat islah işləri və 3 il şərti azadlıqdan məhrum edilib.
P.H.Weston
Piter Henri Ueston (ing. Peter Henry Weston; 22 oktyabr 1956) — Avstraliya botaniki. Piter Henri Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. 100-ə yaxın bitki cins və növünü təsnif etmişdir. Weston P. H. Systematics and biogeography of the Persooniinae (Proteaceae). — 1983. — 357 p. "Weston, Peter Henry (1956-)". JSTOR. ITHAKA. İstifadə tarixi: 2017-11-06.
Piter Henri Ueston
Piter Henri Ueston (ing. Peter Henry Weston; 22 oktyabr 1956) — Avstraliya botaniki. Piter Henri Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. 100-ə yaxın bitki cins və növünü təsnif etmişdir. Weston P. H. Systematics and biogeography of the Persooniinae (Proteaceae). — 1983. — 357 p. "Weston, Peter Henry (1956-)". JSTOR. ITHAKA. İstifadə tarixi: 2017-11-06.
Eston Sovet Ensiklopediyası
Eston Sovet Ensiklopediyası (est. Eesti nõukogude entsüklopeedia) — Sovet dövründə Estoniyada eston dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1968–1976-cı illərdə nəşr edilmişdir.
Klark Eşton Smit
Klark Eşton Smit (ing. Clark Ashton Smith; 13 yanvar 1893[…] – 14 avqust 1961[…]) — ABŞ şairi, yazıçısı, rəssamı və heykəltəraşı. Klark Eşton Smit elmi fantastika, fantastika və qorxu janrlarında hekayələr yazmışdır. Spreq Layon De Kamp onun haqqında demişdir ki, "Podan bəri heç kim yaxşı çürümüş cəsəddən heyran olmamışdı".
Aseton
Aseton (dimetilketon, propanon-2, YUPAK: propan-2-on) [4] – üzvi maddədir, formulu CH3—C(O)—CH3, doymuş ketonların ən sadə nümayəndəsidir. Aseton adını latınca, asetum — sirkə, adından almışdır. Bu onunla əlaqədardır ki, əvvəllər asetonu asetatlardan alırdılar, asetondan isə sintetik buzlu sirtkə turşusunu alırdılar. 1848-ci ildə Alman tibb və kimya professoru Leopold Gmelin, Latın asetumundan da kök götürən köhnə Alman "Aketon" sözündən (keton, aseton) istifadə edərək, termini rəsmi istifadəyə verdi [5] [6]. == Kəşfi == Andreas Libavius – ilk dəfə asetonu kəşf etmişdir. Ketonların ən sadə və eyni zamanda ən vacib nümayəndəsi olan aseton ilk dəfə 1595-ci ildə alman kimyaçısı Andreas Libavius tərəfindən qurğuşun asetatın quru distillə edilməsi zamanı aşkar edilmişdir. Ancaq yalnız 1832-ci ildə Jean-Baptiste Dumas və Justus von Liebig onun təbiətini və kimyəvi tərkibini dəqiq təyin edə bildilər. 1914-cü ilə qədər aseton, demək olar ki, yalnız ağacın kokslaşmasından əldə edilirdi, lakin Birinci Dünya Müharibəsi illərində ona artan tələbat çox tez bir zaamanda yeni istehsal üsullarının yaradılmasına təkan verdi. == Fiziki xassələri == Aseton xarakterik kəskin qoxusu olan rəngsiz, yanıcı, axıcı, uçucu bir mayedir (n.ş.). Bütün nisbətlərdə su, dietil efiri, benzol, metanol, etanol, bir çox mürəkkəb efirlər və s.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Dəstor
Dəstor — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Dəstor Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçıların ehtimalına görə, oykonim kəndin ilk sakinlərinin Zərdüşt dininə mənsubiyyəti ilə əlaqədardır və fars dilindəki dəstor (calma, əmmamə) sözündəndir. Əslində, toponim Dəstor coğrafi adının yerli tələffüz formasıdır. == Etimologiyası == Coğrafi ad talış dilində Dasthore sözündən olub "əl daşı dəyirmanı" mənasındadır.
Fayton
Fayton — minik məqsədilə hazırlanmış cütatlı qədim nəqliyyat vasitəsidir. XIX əsrdə fayton müasir minik avtomobillərini əvəz edirdi. Rahat nəqliyyat növü olduğu üçün Azərbaycanda ondan son zamanlara qədər istifadə olunmuşdur. Şəhər nəqliyyatı hesab olunan fayton bir çox rütbəli adamlar tərəfindən kənd yerlərində işədilmişdir. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeyd alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmir yolunun vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Bu dövrdə faytonlarda gediş haqqını göstərən xüsusi qiymət cədəvəli də olurdu. Dəmir lövhə üzərinə yazılmış cədvəl faytonun açıq görünən tərəfində bərkidilirdi. Hər bir fatonda faytonçudan başqa 3-4 adam otura bilirdi. Faytonun xarici görkəmini gözə çarpdırmaq üçün fayton sahibləri çalıdşırdılar ki, qoşqu üçün xüsusi seçilmişdi.
Geskon
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim Talış dilində kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (Talışca "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Lepton
Lepton (yun. λεπτός — yüngül) — güclü təsiretmə qabiliyyəti olmayan elementar hissəcikdir. Bu hissəciyin adı 1948-ci ildə K. Möllerin göstərişi ilə L. Rozenfeld tərəfindən daxil edilmişdir. Çünki həmin dövrdə məlum olan bütün lepton hissəcikləri digər elementar hissəciklərdən yüngül idi.
Nestor
Nestor (?-?)— Konstantinopol şəhərinin arxiyepiskopu. 431-ci ildəki Birinci Efes Məclisində İsanın insan və tanrı təbiətlərini ayrı tutmuş, İsaya 30 yaşındaykən Kəlamın endiyi, Məryəmin daha önce sadəcə saf və günahsız bir insan olan İsanın anası olduğu, dolayısıyla da Məryəmin tanrı anası olaraq qəbul edilmesi gərək olduğunu qəbul etməmişdir. Daha sonra aparılan İkinci Efes Məclisində Nestorun aforoz edilmesi də, günümüzə qədər gəlib çatan Nəsturi (Asuri), Kəldani kimi diofizit kilisələrin qurulmasına yol açmışdır.
Preston
Preston (ing. Preston) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Qeskon
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Terston
Terston (ing. Thurston Island) — ada bütünlüklə Buzlaqla örtülüdür. Onun şimal-qərbində Elsuorta Torpağı yerləşir. Adanın uzunluğu 215 km, eni 90 km təşkil edir və xüsusiyyətlə o Antarktidanın üçüncü ən böyük adasıdır. Ada materikə Abbot şelf buzlağı vastəsi ilə birləşir. Ada 27 fevral 1940-cı ildə kontr-admiral Riçard Berd tərəfindən səmadan kəşf edilir. Onu Nyu-Yorkdan olan parça iatehsalçısı, «Byrd Cloth» paltar ishesalı müəssəsinin dizayneri və ekspedisiyanı maliyyələşdirən V.Qarris Terston şərəfinə adlandırılıb. Ada ilk dəfə yarımada kimi xəritəyə salınır. 1960-cı ildə adanı materikdən ayıran boğaz aşkarlanıb.
Rəstən
Ər-Rəstən və ya Rəstən (ərəb. الرستن‎) — Suriyanın Homs mühafəzəsində üçüncü ən böyük şəhər. Suriyada ərəb baharı zamanı Ər-Rəstən dəfələrlə dünya mediasının diqqət obyektinə çevrimişdir.