Estoniya Sovet Sosialist Respublikası bayrağı
Estoniya Sovet Sosialist Respublikası bayrağı — bu bayraq Estoniya SSR tərəfindən 6 fevral 1953-cü ildə istifadə edilmişdir.
== Tarixi ==
1940-cı ildən qırmızı bayraqda sarı oraq, çəkic və qırmızı ulduz simvollarından istifadə edilmişdir. Üzərində Sans-serif şriftində latın hərfləri ilə "ENSV" (Eesti Nõukogude Sotsialistlik Vabariik) yazılmışdı. Böyük Vətən Müharibəsi zamanı Estoniya faşist Almaniyası tərəfindən işğal edildikdən sonra, bayraq 1944-cü ildə bərpa edildi.
6 fevral 1953-cü ildə Estoniya SSR bayrağının son variantı qəbul edildi. Sovet Sosialist Respublikaları İttifaqının bayrağına bənzər bu bayrağın üzərində altı uclu mavi dalğa zolaqları və ağ zolaqlar var. Bununla belə, Estoniya SSR Konstitusiyasında və ya Estoniya SSR dövlət bayrağı nizamnaməsində bayraqdakı mavi dalğalı xətlər haqqında heç bir söz olmayıb. Odessadan olan sovet veksiloloqu V. N. Streltsov bunu "elektrik mavisi" kimi təsvir etdi.
Bu dövrdə, sürgün hökuməti də daxil olmaqla bir çox Estoniya diasporu, illər ərzində 1918-ci ildə hazırlanmış ağ-qara Estoniya bayrağından istifadə etməyə davam etdi. Estoniya SSR daxilində bu bayrağın istifadəsi qadağan idi.