Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Halo
Halo (mahnı)
Halo (mahnı)
Halo — Amerikan müğənnisi Beyonce'nin üçüncü studio albomu I Am... Sasha Fierce albomuna daxil olan mahnısı.
Halo (atmosfer hadisəsi)
Cambo
Cambo (ing. Jumbo, d. təxm. 1860, Eritreya; ö. 15 sentyabr, Kanada, Sent-Tomas, Ontario) — Afrika savanna fili (lat. Loxodonta africana).(lat. Loxodonta africana); Cambo bütün dünyada böyük məşhurluq əldə etmiş, tarixdə birinci zoopark və sirk heyvanıdır. 1862-ci ildə Paris Bitki Bağının yaxınlığındakı heyvanxanaya gətirildi. 1865-ci ildən isə London zooparkında saxlanılırdı və 1882-ci ildən amerikalı antreprener və şoumen Fineas Teylor Barnumun sirkinə satıldı. Cambo dəmiryolunda bədbəxt qəza nəticəsində ölüb.
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək soyuması.
Damno
Halle
Halle (alm. Halle‎) — Almaniyada şəhər. Maqdeburq şəhərindən sonra Saksoniya-Anhalt əyalətində əhali sayına görə ikinci ən böyük şəhərdir: 2016-cı ilin məlumatına görə bu şəhərdə təxminən 240 min insan yaşayır.
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Hamiləliyin əlamətləri == Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır. Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər. == Hamiləliyin diaqnostikasi == Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur. Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir: Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.
Hamlet
"Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" (ing. The Tragical Historie of Hamlet, Prince of Denmarke), və ya sadəcə "Hamlet" - məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var. Əsərin məzmunu Danimarka şahzadəsi haqqında bəhs edən əfsanədən götürülüb və ilk növbədə onun intiqamını özündə əks etdirir. Əsər ilk dəfə 1603-cü ildə nəşr edilib. Şekspirin sağlığında "Hamlet" daha 2 dəfə, 1604-cü və 1622-ci illərdə çap olunub. Azərbaycan səhnəsində "Hamlet" ilk dəfə 1926-cı ildə oynanılıb. Baş rolu Azərbaycanın məşhur aktyoru Abbas Mirzə Şərifzadə ifa edib.
Hampa
Hampa (Tikantəpə)
Hampi
Hampi (канн. ಹಂಪೆ) - Hindistanın qədim karnataka ştatında yerləşir. Keçmiş Vicayanaqar imperiyasının paytaxtı Vicayanaqara ətrafında yerləşir. Hampidə çoxlu sayda abidələr var. Qədim Hampi Vicayanaqaranın mərkəzində yerləşir, ancaq hal-hazırda bura bərbad vəziyyətdədir. Bu ərazilər UNESCO-nun tarixi abidələr siyahısına daxildir. İndi bura induistlərin əsas mədəb yerlədir. == Etimologiyası == Hampi sözü "pampa" sözündən götürülüb, qədim vaxtlarda Tunqabxadra çayı belə adlanırdı. Bu çayın sahilində yerləşən Vicayanaqara şəhəri salınmışdır. Kannada dilində hampi "pampa" deməkdir.
Hamsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Hamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır. Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər.
Hazro
Hazro — Diyarbəkir in şimal-şərqində yerləşən kiçik bir dağ ilçesidir.
Qəmlo
Qəmlo (tam adı: Qəmbəralı İsmayıl oğlu Abbasov; 1886–1931) — Azərbaycan xalq qəhrəmanı. Qəmbəralı İsmayıl oğlu Abbasov 1886-cı ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-ci ildə orada vəfat edib. Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi"nin (1921-ci ildən "Qırmızı Tabor" adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır.
Habbo
Habbo, yaxud Habbo Hotel — kütləvi çoxoyunçulu onlayn oyun konsepsiyası ilə fəaliyyət göstərən sosial virtual icma. == Saytlar == Hal-hazırda 9 dünya dili üçün nəzərdə tutulmuş Habbo saytları ("hotelləri") fəaliyyət göstərir. Əvvəllər saytlar ölkələrə görə bölünsə də, sonralar eyni dili danışan ölkələr üçün nəzərdə tutulan hotellər birləşdirilmiş və sayt bölgüsü dillərə görə aparılmışdır. Bu günə qədər bir neçə hotel, əsasən, aşağı göstəricilərindən ötürü bağlanmışdır.
Fallo tetradası
Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir. == Tarix == == Patafiziologiyası == Əsas çatmamazlıq ağciyər arteriyasının daralması nəticəsində ağciyərlərə gələn qanın miqdarının azalması və sağ-sol şuntun hesabına meydana çıxır. Venoz qan sağ mədəcikdən ağciyər arteriyasından yan keçməklə bir başa mədəciklərarası çəpərin qüsurundan və ya mədəciklərarası dəlikdən sol mədəciyə daxil olaraq oradan aorta sisteminə – böyük qan dövranına daxil olması hipoksemiyaya (oksigen azlığı)na, mərkəzi sianoza sabəb olur. Ağciyərlərin qan təchizatı bir sıra faktorlardan asılıdır: sağ mədəcik çıxacağının obstruksiya dərəcəsindən, sağ mədəcik daxili təzyiqdən , periferik qan damarlarının müqavimətindən. Sağ mədəciyin işi artmış olduğundan onun əzələ qatı qalınlaşır – hipertrofiyalaşır: sağ mədəcik çıxacağının obstruksiyası – daralması və sağ-sol şuntu getdikcə artır. Nəticə etibarilə ağciyərlərə gələn qanın azalması bronxial və aortapulmonal kollateral damarların inkişafına səbəb olur. == Diaqnostikası == Sianoz – göyərmə fallo tetradasının əsas əlamətidir. Lakin bu əlamət gizlin qalaraq özünü göstərməyə də bilər. Belə ki, ağciyər arteriyasının daralma və aortanın yerdəyişmə dərəcəsindən asılı olaraq fallo tetradası sianozsuz – "ağ tip" və sanozlu – "göy tip" klinik formalarına bölünür. Digər əlamətlər əsasən 1 yaşınadək get-gedə artan sianoz əlamətləri, çəki artımının olmaması və yüngül iş gərginliyinə dözümsüzlükdən ibarətdir.
Gümbəzli hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. == Tarix == XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Harli adası
Harli adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Cekson — Harmsvord eskpedisiyası tərəfindən kəşf edilir. Federik Cekson tərəfindən britaniyalı həkim Corc Harlinin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Ada Ziçi adaları qrupuna daxildir. Cekson adasından 15 km şərqdə yerləşir. Cənubunda Levanev, şimal-şərqində isə Ommani adası yerləşir. == Təsviri == Ada ərazisi əsasən hamardır. Mərkəzində 82 m hündürlüyə malik zirvə vardır. Şimalı ilə cənubu arasında məsafə 10 km-dir.
Harli Örl
Harli C.Örl (22 noyabr 1893[…], Hollivud, Kaliforniya – 10 aprel 1969[…]) — amerikalı avtomobil dizayneri və iş icraçısı idi.General Motors’un ilkin təyin edilmiş dizayn rəhbəri idi daha sonradan vitse-prezident və Amerika tarixində ən böyük korporasiyanın dizaynında təyin edilmiş ilk baş icraçı olmuşdur.Sənaye dizaynı və müasir nəqliyyat dizaynının öncülü idi. == Həyatı == Harley Earl Hollivud, Kaliforniyada anadan olub. Atası 1908-ci ildə Earl Automobile şirkətini quraraq, atlı nəqliyyat vasitələrindən xüsusi vasitələrə və avtomobillər üçün xüsusi hissələri və aksesuarlarına dəyişdirdi Earl Stanford Universitetində təhsil almağa başladı, ancaq atası ilə birlikdə çalışmaq və Earl Automotive Works'də təcrübə yığmaq üçün vaxtından əvvəl ayrıldı.
Hello, World!
Salam dünya – proqramı kompüter ekranında "Hello, World!" yazısını çap edən proqramdır. Proqramlaşdırma dilləri öyrədilərkən ilkin nümunə kimi bu proqramdan istifadə olunur. Müxtəlif proqramlaşdırma dillərində Hello World proqramı nümunələri. ADA: ASP: Basic: C: C++: C# Java:JavaScript: Pascal: PHP: Python 2. XPython 3.
Hello Neighbor
Hello Neighbor — Dynamic Pixels tərəfindən inkişaf etdirilmiş və 8 dekabr 2017 tarixində təqdim edilmiş videooyun.
Köhnə hamam
Köhnə hamam — memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Hamam 1900-ci ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var. == Qalereya == == Həmçinin bax == Qalaqayın məscidi Şamaxı məscidi Baba Samid məqbərəsi == İstinadlar == == Xarici keçid == mes.mctgov.az.