Xan, arvadının sözlərinin haqlı olduğunu anladı.
Mühəndis etirafında haqlı idi.
// Doğru, düz, düzgün, yerində, həqiqətə əsaslanan. Haqlı təklif. Haqlı tələb. Haqlı etiraz.
– [Nadir] …özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı (z.) görərək onun evləndiyini ağıllı iş hesab edirdi.
Getmədi, getmədi qulaqlarından; Oğlunun dediyi o haqlı sözlər.
◊ Haqlı çıxarmaq – bəraət qazandırmaq, doğrultmaq. Əmir bu sözləri dedikdən sonra qismən sakit olmuşdu.
O, qadınını haqlı çıxarmağa və öz vicdanını qane etməyə tələsirdi.
Haqlı çıxmaq – bir mübahisədə, tələbdə, fikirdə və s. doğru olduğu aşkar olmaq.