Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Red Velvet
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir.
Xəlvət (Keşavərz)
Xəlvət (fars. خلوت‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (162 ailə).
The Velvet Underground
The Velvet Underground (The Velvets olaraq da tanınır) — 1965-ci ildə Amerikada qurulan rok qrupudur. Lu Rid qrupun ən məşhur üzvüdür. Uilli Aleksandr (klaviatura, vokal 1971–1972) Con Keyl (müxtəlif instrumentlər, vokal 1965–1968, 1992–1994) Anqus Maklays (zərb alətləri 1965) Sterlinq Morrison (gitara, bas gitara, bek vokal 1965–1971, 1992–1994) Volter Pauers (bas gitara, bek vokal 1970–1972) Lu Rid (vokal, gitara, piano 1965–1970, 1992–1994) Morin Taker (zərb alətləri, vokal 1965–1972, 1992–1994) Duq Yul (bas gitara, klaviatura, gitara, bateri, vokal 1968–1973) Qrupun adı «The Velvet Underground» Maykl Leyin sadomazoxizm haqqında yazdığı bir kitabın adıdır. Lu Rid 1965-ci ildə öyrənmək üçün üçün Nyu-Yorkda Con Keyl ilə tanış olur. Lu ilə Con dostlaşır və qrup yaratmağa qərar verirlər. Qrup üçün əvvəl müxtəlif adlara müraciət etsələr də (The Warlocks, The Falling Spikes), sonradan «The Velvet Underground» adlandırmağa qərar verirlər. Lunun dostu Sterlinq Morrison ve Keylin dostu Anqus Maklaysın qoşulması ilə qrup yavaş-yavaş özünü göstərməyə başlayır. Qrup səhnəyə çıxmaq üçün verilən pulu qəbul edəndə Maklays qrupdan ayrılır. Sənət üçün qrupa qoşulduğunu, pulu qəbul etməyəcəyini deyir. Daha sonra 21 yaşında olan qız Morin Taker 1965-ci ildə qrupa daxil olur.
Meşə xəlvət... (film, 1988)
Film meşələrin kəsilməsi haqqındadır.
The Velvet Underground & Nico
The Velvet Underground & Nico — ABŞ rok qrupu The Velvet Underground-un və Almaniya müğənnisi Nikonun(en) debüt studiya albomu. 1967-ci ilin martında Verve Records tərəfindən buraxılıb.
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Həvler
Ərbil və ya Həvler — İraqda, Kürdüstan Regional Hökumətinin tərkibində şəhər. Dünyada ən qədim şəhərlərdən biri olduğu iddia olunur. Şəhər şumerlər tərəfindən salınmışdır. Erbil tarixinin qədim daimi yaşayış şəhərlərindən biridir təklif edilmişdir. Ur olan Neo-Qədim hökmdarı Amar-Sin ikinci il Urbilum işdən. (1975 BC ətrafında) Ərbil 2000 ətrafında M. Ö. 608 BC qədər bir Asur şəhəri idi və fars, yunan, Parfiya, Roma və Sasani hakimiyyəti altında bir Assyria vilayətinin bir hissəsi qalmışdır. Bu fars idarə Assyria paytaxtı idi. Minilliyin dən sonra, orta imperiyası altında Cyaxares yəqin Nineveh ilə ələ. Fars imperatoru Cyrus da onların yardım üçün bir mükafat olaraq, Arbela və Kərkük ildə Sagarthians qədim İran qəbilənin insanları bir sıra həll ola bilər 547 BC böyük işğal Assyria və paytaxtı kimi Arbela Yaşlı fars Aθurā Assyria adlı bir Achaemenid satrapy yaradılmışdır. Makedoniyalı İsgəndər M. Ö. 331 İranlı Darius III məğlub olan Gaugamela Savaşı, yer təxminən 100 kilometr (62 mil) Ərbil qərb etmişdir.
Kəlvəz
Kəlvəz — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kəlvəz kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 271 nəfərdir. Lerik rayonun tərkibində olmasına baxmayaraq Kəlvəz kəndinin əhalisi əsasən türk Avşar türklərdir. Tarixən deportasiyaya uğrayan yerli xalq 1953-cü ildən sonra təkrar Muğandan (Biləsuvar) doğma torpağa qayıtmışdır. Bura Cənubi Azərbaycandan və Qarabağdan köçmələr də var. Burada 6 tayfa yaşayır. Burada Kazımxanlı, Nadirli (Nədirli), Yegənli, Şıxməmmədli, Bayramlı və Nəcəfalılı kimi tayfalardan yaşayır. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. Kəndin adı XVI əsrə aid "Şeyx Səfi təzkirəsi"ndə Kəlvəz kimi qeydə alınmışdır.
Lelvər
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Selket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Sərvət
Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Telnet
Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP, Usenetə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb. Həmçinin, bir kompüterdən başqa bir kompüteri terminal kimi istifadə etmək üçün protokol (və ona uyğun proqram). Yalnız mətn rejimini dəstəkləyir. UNIX sistemlərinə uzaqdan daxil olmaq üçün Telnet geniş istifadə olunur. Ondan istifadə etmək üçün komanda sətrindən telnet və ya tn komandasını vermək, yaxud brauzerin ünvan zolağında telnet:abc.xyz.com kimi ünvan daxil etmək lazımdır. Bir çox kompüterlər internetə qoşula bilmirlər. Eləcə də IBM universal kompüterləri digər kompüterlərin dilində "danışa" bilmirlər. Bu zaman Telnet qovşağından istifadə olunur.
Həlməl
Həlməl (lat. Zygophyllum) — bitkilər aləminin zygophyllales dəstəsinin üzərrikkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 40-60 (bəzən 80) sm olan çoxillik ot bitkisidir. Gövdələri yuxarı qalxdıqca dibi adətən odunlaşır. Tərs yumurtavari iki yarpaqcıqdan ibarət 1.5-3 sm uzunluqda, ətli, qeyri-bərabəryanlı yarpaqları qarşılıqlıdır. Çiçəklərinin acımtıl, aşağısı isə narıncı rəngdə olan ləçəkləri tərs yumurtaşəkillidir. Ətli, uzunluğu 15–40 mm, eni 3–5 mm olan uzunsov yuvarlaq beştərəfli prizma formalı qutucuqları qanadsız, çoxtoxumludur. Boz-mixəyi rəngli, uzunluğu 4–5 mm, eni 2.5-3.5 mm romba bənzər və ya oval formalı toxumları bozumtul, nahamar qabıqla örtülmüşdür. Aprel-iyun aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir. Adi həlməl kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi-iran-turan qrupuna aiddir.
Həmzət
Həmzət — ad. Həmzət bəy — Qafqaz İmamətinin II imamı. Həmzət Çadasa — Avar Sovet şairi Həmzət Çimayev — çeçen əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı. Həmzət Yandarbiyev — çeçen yazıçı, şair, alim Həmzət İbrahimov — Kimya elmləri doktoru, professor Həmzət bəy Qəbulov-Şirvanlı — publisist.
Hecet
Helme
Helme (est. Helme vald) — Estoniyanın cənubunda Valqa qraflığı tərkibində kənd bələdiyyəsi; əhalisi 2,525 nəfər (1 yanvar 2009-cu il tarixinə olan məlumata görə), ərazisi 312.73 km2. Helme kiçik rayon (est. alevik) və 14 kənddən (est. küla) ibarətdir. Həmin kəndlər aşağıdakılardırː Ala, Holdre, Yıqeveste, Kyahu, Kalme, Karyatnurme, Kirikukyula, Koorkyula, Linna, Möldre, Patkula, Pilpa, Roobe və Taagepera. Helmenin rəsmi veb saytı Riigi teataja: Riigikogu, vabariigi presidendi ja vabariigi valitsuse õigusaktid. I osa, Issues 105-126.
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Xələt
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Əhlət
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əlmət
Əlmət və ya Almetyevsk (tatar. Әлмәт / Əlmət; rus. Альметьевск) — Rusiya Federasiyasında yerləşən şəhər.
Elven
Elven və ya Elvan — xristian müqəddəs. Kornuoll və Bretan regionunda ehtiram edilir. Agioqrafik material onun İrlandiyadan Kornuolla Breaka və digər altı nəfərlə birlikdə gəldiyini iddia edir. Kornuolldakı Sitni kilsəsində Elvenə həsr olunmuş Portleven kilsəsi XIII əsrdən 1549-cu ilə qədər mövcud olmuşdur.
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Aşağı Hülvər
Aşağı Hülvər (fars. هلور سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 217 nəfər yaşayır (74 ailə).
Bibi-Heybət
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi. Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.