VELVET

velvet1

n 1. məxmər; 2. məc. zəriflik, incəlik, yumşaqlıq; the ~ of her skin onun dərisinin zərifliyi / yumşaqlığı

velvet2

adj 1. məxmər, məxmərdən tikilmiş; a ~ dress məxmər / məxmərdən tikilmiş paltar; 2. məc. zərif, incə, yumşaq; ~ skin zərif / yumşaq dəri

VELOUR
VELVETY
OBASTAN VİKİ
Red Velvet
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir.
The Velvet Underground
The Velvet Underground (The Velvets olaraq da tanınır) — 1965-ci ildə Amerikada qurulan rok qrupudur. Lu Rid qrupun ən məşhur üzvüdür. Uilli Aleksandr (klaviatura, vokal 1971–1972) Con Keyl (müxtəlif instrumentlər, vokal 1965–1968, 1992–1994) Anqus Maklays (zərb alətləri 1965) Sterlinq Morrison (gitara, bas gitara, bek vokal 1965–1971, 1992–1994) Volter Pauers (bas gitara, bek vokal 1970–1972) Lu Rid (vokal, gitara, piano 1965–1970, 1992–1994) Morin Taker (zərb alətləri, vokal 1965–1972, 1992–1994) Duq Yul (bas gitara, klaviatura, gitara, bateri, vokal 1968–1973) Qrupun adı «The Velvet Underground» Maykl Leyin sadomazoxizm haqqında yazdığı bir kitabın adıdır. Lu Rid 1965-ci ildə öyrənmək üçün üçün Nyu-Yorkda Con Keyl ilə tanış olur. Lu ilə Con dostlaşır və qrup yaratmağa qərar verirlər. Qrup üçün əvvəl müxtəlif adlara müraciət etsələr də (The Warlocks, The Falling Spikes), sonradan «The Velvet Underground» adlandırmağa qərar verirlər. Lunun dostu Sterlinq Morrison ve Keylin dostu Anqus Maklaysın qoşulması ilə qrup yavaş-yavaş özünü göstərməyə başlayır. Qrup səhnəyə çıxmaq üçün verilən pulu qəbul edəndə Maklays qrupdan ayrılır. Sənət üçün qrupa qoşulduğunu, pulu qəbul etməyəcəyini deyir. Daha sonra 21 yaşında olan qız Morin Taker 1965-ci ildə qrupa daxil olur.
The Velvet Underground & Nico
The Velvet Underground & Nico — ABŞ rok qrupu The Velvet Underground-un və Almaniya müğənnisi Nikonun(en) debüt studiya albomu. 1967-ci ilin martında Verve Records tərəfindən buraxılıb.

Значение слова в других словарях