Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hazem
“Hazem” İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən istifadə edilən pilotsuz uçuş aparatının bir növüdür. “Hazem” hədəfləri bombalamaq üçün də istifadə edilə bilən uzaqmənzilli PUA-dır. İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir. Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir. Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir. == Versiyaları == “Hazem 1” - uzaqmənzilli “Hazem 2” - ortamənzilli “Hazem 3” - yaxınmənzilli == Taktiki-Texniki Xüsusiyyətləri (“Hazem A”/“Hazem B” üçün) == Uzunluğu: 11.9 m; Eni: 3.8 m; Qanad uzunluğu: 23 m; Qanad sahəsi 45 kv.m; Maksimum qalxma çəkisi: 5 t; Boş çəkisi: 1800 kq/2100 kq; Faydalı yükün çəkisi: 480 kq; Qanadlarda çənlərlə birlikdə yanacaq tutumu: 3200 kq/2900 kq; Maksimum sürəti: 130 düyün/100 düyün; Kreyser sürəti: 70 düyün; Döyüş radiusu: 260 km/240 km; Havada qalma müddəti: 15-32 saat/50-100 saat (faydalı yükdən asılı olaraq); Maksimum uçuş hündürlüyü: 30000 fut; Qalxma üçün zolağın uzunluğu: 750 m/1050 m; Enmə üçün zolağın uzunluğu: 500 m/550 m.
Hicaz
Hicaz — Səudiyyə Ərəbistanının qərbində bir region. Qırmızı dənizin şərq sahilində yerləşir. Mənаsı mаneə deməkdir. Hicаz Yəmənin şimаlı ilə Təhаmənin şərq tərəfində yerləşib onlаrı bir-birindən аyırır. Bunа görə də o ərаziyə belə bir аd verilib. Bu əyаlətdə olаn vаdilərin аrаsındа dаğlаr vаrdır ki, onlаrın bəzilərinin hündürlüyü 2 km-dən çoxdur. == Həmçinin bax == Hicaz krallığı Məkkə Şərifliyi Hicaz vilayəti Nəcd və Hicaz Krallığı == İstinadlar == == Xarici keçidlər == Seyyid Cəfər Şəhidi, "İslаm tаrixi və təhlillər", "Şəhriyar", 2006, səh.
Hamm
Hamm (alm. Hamm‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Arnzberq inzibati dairəsində şəhər. Sahəsi 226.43 km2, əhalisi 176 048 nəfərdir (2013).
Həzm
Həzm sistemi — həzm aparatının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8–10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil edir. Buraya dişlər, ağız suyu vəziləri, dil aiddir. == Ağız boşluğu == Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Bunun divarlarını dodaqlar, yanaqlar, damaq və ağız dibi təşkil edir. Alt və üst çənələrdə dişlər yerləşir. İnsanda dişlər iki dövrdə inkişaf edir. I dövrdə süd dişləri və II dövrdə daimi dişlər aiddir.
Bulbophyllum hians
Bulbophyllum hians (lat. Bulbophyllum hians) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Hicaz Krallığı
Hicaz krallığı — Səudiyyə Ərəbistanının Hicaz bölgəsində yaranmış dövlət. Haşimilər sülaləsi tərəfindən idarə olunan Hicaz krallığı 1916-cı ildən 1925-ci ilə qədər mövcud olmuşdur. == Krallıq öncəsi Hicaz == 1517-ci ildə Misiri ələ keçirən Osmanlı sultanı I Səlim Hicaz bölgəsini də Osmanlı torpaqlarına daxil etdi. Osmanlıların dövründə Hicazın idarə edilməsi Məkkə şəriflərinə tapşırılmışdır. 1807-ci ildə xəvariclərin çıxışlarını yatırdığı üçün Misir hakimi Mehmed Əli Paşanın idarəçiliyinə verilir. 1845-ci ildə Osmanlı İmperiyası ilə Misir arasında bağlanan müqaviləyə əsasən Hicaz təkrar Osmanlı torpaqlarına daxil olur. == Krallığın yaranması == Osmanlı dövlətinin II konstitusiyasının elan edilməsindən sonra Hicaza şərif təyin olunan Hüseyn ibn Əli əl-Haşimi I Dünya müharibəsinin əvvəllərində Osmanlı hakimiyyətinə və Osmanlı sultanına bağlı olaraq görsənsə də sonradan hakimiyyətini möhkəmləndirmək, bütün ərəbləri hakimiyyəti altında salmaq üçün Osmanlılara qarşı Böyük Britaniya ilə əməkdaşlığa başladı. Böyük Britaniya Osmanlılara qaşrı döyüşlərdə Hicaz ordusundan istifadə etmək məqsədilə Hüseyn ibn Əli əl-Haşimiyə Osmanlılara qarşı döyüşəcəyi təqdirdə silahlı yardım edəcəyi, xəlifələrin Məhəmmədin soyundan olmasını təmin edəcəyini bildirdi. Hüseyn ibn Əli əl-Haşiminin oğulları Feysəl ibn Hüseyn və Abdullah ibn Hüseyn ilə Misirdəki Britaniya nümayəndəsi Henri MakMahon ilə diplomatik əlaqələrini davam etdirməklə yanaşı, Osmanlı İmperiyasının Fələstində olan IV Ordu komandanı Camal Paşa ilə də razılığa gəlmək üçün yollar axtarırdı. Ancaq Camal paşanın Beyrutda və Şamda bəzi ərəb milliyətçilərini dövlətə xəyanətdə ittiham edərək edam etməsi ilə münasibətlər dəyişdi.
Hicaz vilayəti
Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi. Sonradan mərkəz Taifə köçürülmüşdür. == Tarixi == 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında Məkkə və Mədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi. 1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər.
Hiram Abas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Hiram Usta
Hiram usta hekayəsi yəhudilərin müqəddəs və mistik iudaizmin kitabı olan Kabalada nəql edilən hekayələrdən biridir. Süleyman peyğəmbər (e.ə. 965–926) yəhudi dini ədəbiyyatında, eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər olmaqla yanaşı həm də yəhudilərin krallarından biri olmasıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının bir səbəbi də bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və Qüdsdə yerləşən "Ağlama Divarı" ilə olan əlaqəsidir. Yəhudi dini təliminə görə "Ağlama Divarı" əfsanəvi "Süleyman Məbədi"-nin müasir dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə, Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə yeksan edilmişdi. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin kitabı olan Kabalada, "Krallar, 7-ci Bab"-da ətraflı izah edilir. Bu məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta idi.
Hizan (Germi)
Hizan (fars. هيزان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (57 ailə).
Hişam Mahu
Hişam Mahu (12 iyul 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Mahu Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 20 may 2017-ci ildə Lyon klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Anastasios Donisi əvəz etmişdir. Liqa 1 görüşündə Nitsa rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 6 yanvar 2018 tarixində yenilənib == Şəxsi həyatı == Mahu Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır.
III Hişam
III Hişam və ya Hişam ibn Məhəmməd (ərəb. هشام بن حمد بن عبد الملك‎) (d. 974 - ö. dekabr 1036) — 12. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 27 vd. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 158-159. İbn Saîd el-Mağribî, el-Muġrib, I, 55-56, 123, 158-159.
II Hişam
II Hişam və ya Hişam ibn Hakəm (ərəb. ھشام المؤيد بالله‎) (d. 966 - ö. 19 aprel 1013) — 3. Kordova xəlifəsi. == Həyatı == == Mənbə == Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1386/1966, s. 17. İbn Bessâm eş-Şenterînî, eẕ-Ẕaḫîre, VII, 55-60, 65, 70, 72, 73, 75, 78, 82, 83, 190. Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 21.
I Hişam
I Hişam və ya Hişam ibn Əbdürrəhman (ərəb. هشام بن عبد الرحمن الداخل‎) (d. 26 aprel 757 - ö. 17 aprel 796) — 2-ci Kordova əmiri. == Həyatı == Hişam ibn Əbdürrəhman 26 aprel 757-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmirliyinin qurucusu I Əbdürrəhman, anası isə onun ispan əsilli cariyəsi Haluldur. Atasının vəfatı xəbərini almasının ardından hakim olduğu Merida qalasından ayrılaraq Kordovaya gəldi və 7 oktyabr 788-ci ildə dövlət adamlarının, eləcə də əhalinin qarşısında taxta çıxdı. Ancaq Suriyalı ərəblərin dəstəklədiyi qardaşı Toledo hakimi Süleyman, yaşının çox olması səbəbilə taxtın öz haqqı olduğunu iddia edərək onun əmirliyini tanımadı. Çox keçmədən kiçik qardaşı Abdullah da Süleymana qatıldı. Əmir Hişam ilk öncə məsələni sülh yoluyla həll etmək istəsə də, qardaşları buna razı olmadı.
Mame Thiam
Mame Baba Thiam (9 oktyabr 1992) — Seneqalli futbolçu. "Fənərbaxça" klubunun hücumçusudur.
Nasir Hicazi
Nasir Hicazi (Dekabr 19, 1949 — may 23,2011) — İranın azərbaycanlı əsilli populyar futbol qapıçısı və məşqçisidir. Onun atası Təbrizli ev və əmlak alverçisi idi. O, Asiya Futbol Konfederasiyasının verdiyi məlumata görə, Asiya qitəsinin XX əsrdəki ən yaxşı ikinci qapıçı tanınır. Nasir Hicazi 1 ildən çox ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkdikdən sonra, Tehranda dünyasını dəyişdi. Onun ölüm xəbəri Azərbaycan Respublikasında da geniş olaraq yayılmışdır.
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Rotterdamlı Erazm
Rotterdamlı Erazm (lat. Desiderius Erasmus Roterodamus; 28 oktyabr 1466[…], Rotterdam, Cənubi Hollandiya – 12 iyul 1536, Bazel) — ilahiyyatçı, alim və yazar. Erasmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Avropa İntibahının böyük ustası və klassik ədəbiyyat tədqiqatçısı, humanist alim və ilahiyyatçı. Bugünkü orta təhsili əvəz edən təhsil aldıqdan sonra Auqustin təriqətinə girərək rahib oldu. Ancaq heç bir zaman ənənəvi mənada bir rahib olaraq fəaliyyət göstərmədi; həyatını daha çox elmə həsr etmək istədiyinə görə, dini qurumlardan "cübbə geyməmək" icazəsini aldı. Paris Universitetinə daxil oldu. 1499-cu ildə İngiltərəyə gedərək, John Colet, Thomas More (Morus) kimi alimlərlə tanış oldu və bu dostluqlar nəticəsində dünyagörüşü daha da genişləndi. Papalığın düşüncələr üzərində qurduğu hegemoniyaya qarşı çıxaraq, əsl Xristianlıq ruhunu antik çağın təbiiliyində axtarırdı. İncəsənətin və elmlərin yayılmasının, Avropanın ortaq bir incəsənət və elm mərkəzində birləşməsini, humanizmin birinci şərti sayırdı.
Salvia hians
Salvia hians (lat. Salvia hians) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Suzanne Hiram
İbn Hişam
Əbu Məhəmməd Əbd əl–Məlik ibn Hişam ibn Əyyub əl–Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ‎‎ ابن أيوب الحميري‎) əl–Maafiri və ya qısaca: İbn Hişam (ərəb. ابن هشام‎) — VIII–IX əsr ərəb tarixçi, dilçi və ənsab alimi. VIII əsr islam alimi İbn İshaqın Məhəmmədin bioqrafiyası haqqındakı "Sirət Məhəmməd Rəsulillah" (ərəb. سيرة محمد رسول الله‎) əsərinin şərhçisi olaraq tanınır. Alimin doğum tarixi bəlli deyil, əs–Süheyliyə görə İbn Hişamın əsas yaşadığı yer Misir olsa da onun ailəsi əslən Bəsrə şəhərindən olmuşdur. İbn Xəllikan müəllifi olduğu "Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən" əsərində qeyd edir ki, əndəluslu (Malaqada anadan olmuş) islam alimi Əbül Qasım əs–Süheyliyə (d. 1114–1115 — ö. 22 noyabr 1185) görə İbn Hişam hicri 213–cü (miladi 828–829–cu) ildə, Misir tarixçisi Əbu Səid Əbd ər–Rəhman İbn Yunusa (ö. 14 sentyabr 958–ci il) görə isə hicri tarixlə 218–ci ilin rəbiülaxır ayının 13–ündə (miladi 833–cü ilin may ayının 8–ində) qədim Qahirədə vəfat etmişdir.
Əmir Nizam
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
Hiram Abbas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Erazm Darvin
Erazm Darvin (ing. Erasmus Darwin; 12 dekabr 1731[…] – 18 aprel 1802[…]) — ingilis həkimi, təbiətşünası, ixtiraçı və şairi. İngilis maarifçiliyinin ən görkəmli simalarından biri. Derbi Fəlsəfə Cəmiyyətinin təsisçisi, Lichfield Botanika Cəmiyyətinin təşkilatçısı və Lunar Cəmiyyətinin yaradıcılarından biri, London Kral Cəmiyyətinin üzvü. O, köləliyin əleyhdarı idi və qadınların təhsil almasını müdafiə edirdi. Təkamülçü Çarlz Darvinin babası və antropoloq Frensis Qalton, həkim Robert Darvinin atası. İsveç Elmlər Akademiyasının ilk prezidenti Karl Linneyin əsərlərinin ingilis dilinə tərcümələrinin müəllifidir. J.J.Russonun həmsöhbəti olmuşdur.
Seniha Hızal
Seniha Hızal (1897, Adapazarı – 22 iyun 1985, Türkiyə) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Trabzon seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərib. Seniha Hızal 1897-ci ildə Osmanlı imperiyasında, Adapazarı ilçəsində Nafiz və həyat yoldaşı Hüsniyənin ailəsində anadan olub. O, ibtidai təhsilini Fatih orta məktəbində (osman. Rüştiye) aldıqdan sonra Qız peşə məktəbinə daxil olub. Hızal daha sonra 14 oktyabr 1916 – 15 sentyabr 1917-ci il tarixləri arasında Ali müəllimlər texnikumunda (Dârülmuallimât) təhsil almışdır. O, 1918-ci ildə indiki İstanbul Universiteti olan Darülfünunu bitirib və təhsil müəssisəsinin ilk qadın məzunlarından biri olub. 1934-cü ildə Soyad Qanununun qüvvəyə minməsindən sonra "Hızal" soyadını qəbul etdi. O, heç vaxt evlənməyib. Hizal 22 iyun 1985-ci ildə vəfat etmişdir.