Nizam Osmanov

Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant.

Nizam Osmanov
Nizam Osmanov 2017-ci ildə (soldakı).
Nizam Osmanov 2017-ci ildə (soldakı).
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyun 1965(1965-06-16) (59 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi
General-leytenant
Təltifləri "Qarabağ" ordeni — 2020 "Azərbaycan Bayrağı" ordeni — 2003 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2011 "Vətən uğrunda" medalı — 2016 "İgidliyə görə" medalı — 2018 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.

1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.

2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.

2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.

23 iyul 2021-ci ildə Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

2023-cü ilin iyulunda müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi postu ləğv edilib.[1]

Ailəlidir. İki övladı var.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 25.06.2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 24.06.2016-cı il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2018-ci il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı, 27.05.2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif olunub.

  1. "Müdafiə nazirinin iki müavin postu ləğv edilib". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]